Qanunvericilik › “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 15.07.2019) › Tam mətn

“Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 15.07.2019)

“Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 15.07.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1436-VQD nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 28 dekabr tarixli 455 nömrəli Fərmanının 2-ci hissəsinin və “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 757-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 177 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 fevral tarixli 2032 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 203s nömrəli Sərəncamının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə razılaşdırılmaqla Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

1. “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

3. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

4. Qərar aidiyyəti ədliyyə orqanlarına və məhkəmələrə göndərilsin (E.Qasımov).

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə müşaviri

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9-1.2-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra – Əsasnamə) ilə müəyyən olunmuş “Elektron məhkəmə” informasiya sisteminin (bundan sonra – İnformasiya Sistemi) iştirakçıları və istifadəçiləri tərəfindən İnformasiya Sistemindən istifadə qaydalarını müəyyən edir.

1.2. İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən ərizə, şikayət və digər sənədlərin (bundan sonra – sənəd) elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi bu Qaydalara uyğun olaraq həyata keçirilir.

1.3. İnformasiya Sistemi Əsasnamənin 4-cü hissəsində nəzərdə tutulmuş texniki-texnoloji infrastrukturdan ibarətdir.

1.4. İnformasiya Sisteminin 7 gün 24 saat fəaliyyəti təmin olunur.

2.1. İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri (işdə iştirak edən şəxslər, məhkəmə icraatının iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, vəkillər və s.) müvafiq olaraq “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (https://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə İnformasiya Sisteminə daxil ola bilərlər.

2.2. İnformasiya Sisteminin iştirakçılarının İnformasiya Sistemindən istifadə etməsi (məhkəmə sənədlərinin elektron formada hazırlanması, analitik təhlil və statistikanın aparılması və s.) üçün onlara istifadəçi adı və şifrə verilir. İnformasiya Sistemində elektron sənədlərin (bildiriş, məktub, məhkəmə aktı və s.) təsdiqi və göndərilməsi, habelə məhkəmə işinə baxılması üzrə nəticələrin İnformasiya Sisteminə daxil edilməsi üçün hakimə, həmçinin gücləndirilmiş elektron imza verilir.

2.3. Hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS vasitəsilə) çatdırılır.

2.3-1. Hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkəmə qərarları (qətnamələr, əmrlər, qərardadlar və qərarlar) qəbul olunduğu gündən 1 aydan gec olmayaraq avtomatlaşdırılmış qaydada anonimləşdirilməklə elektron qaydada yayılır.

2.3-2. Videokonfrans altsistemi vasitəsilə proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə olunmaqla iclasda iştirak etmək imkanı təmin olunur.

2.3-3. Məhkəmə fəaliyyəti ilə bağlı tələb olunan məlumatlar İnformasiya Sistemi vasitəsilə yoxlanılır, sənəd və arayışlara dair məlumatlar bu Qaydaların 2.3-4-cü bəndində müəyyən olunmuş qaydada əldə edilir.

2.3-4. İnformasiya Sisteminin iştirakçıları qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə icraatı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə müvafiq olaraq hakimin sorğusu və ya hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq olunmuş və qanuni qüvvəyə minmiş qərarı əsasında Əsasnamənin 11.2-ci bəndində nəzərdə tutulmuş məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə elektron qaydada əldə edirlər.

2.4. İnformasiya Sisteminin istifadəçiləri İnformasiya Sistemindən aşağıdakı üsullarla istifadə edirlər:

2.4.1. “Vahid məhkəmə portalı” vasitəsilə;

2.4.1-1. “Elektron kabinet” vasitəsilə;

2.4.2. dövlət və digər qurumlarla inteqrasiya edilmiş informasiya sistemi vasitəsilə.

2.5. İnformasiya Sistemində “Elektron kabinet” Vahid Giriş Sistemi (“ASAN login”) ilə qeydiyyatdan keçməklə yaradılır.

2.5-1. İnformasiya Sisteminin istifadəçiləri “Vahid məhkəmə portalı” vasitəsilə açıq sənədlərlə, məhkəmələr, hakimlər, məhkəmə işləri, məhkəmə iclasları, habelə məhkəmə aktları və dövlət rüsumları barədə məlumatlarla tanış ola, habelə elektron kabinetləri vasitəsilə isə özlərinə aid sənədləri (məlumatları) əldə edə, onları çap edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər.

2.5-2. İnformasiya Sisteminin istifadəçiləri, həmçinin elektron kabinetləri vasitəsilə özləri haqqında toplanan məlumatlarda dəyişiklik edilməsi üçün müraciət edə, həmin məlumatlardan istifadə olunması barədə informasiyanı əldə edə (onlarla tanış ola) bilərlər.

2.9. “ASAN login” (https://asanlogin.my.gov.az) vasitəsilə İnformasiya Sisteminin istifadəçisi “Elektron hökumət” portalında qeydiyyatdan keçməklə əldə etdiyi vahid istifadəçi adı və şifrə ilə, həmçinin “ASAN login” üzərindən “Elektron imza” və “ASAN imza” vasitəsilə İnformasiya Sistemində qeydiyyatdan keçir və avtomatik qaydada istifadəçi adına “Elektron kabinet” formalaşdırılır.

2.10. “Elektron kabinet”ə ilk dəfə daxil olan İnformasiya Sisteminin istifadəçisi tələb olunan məlumatları bölməyə daxil etmək və istifadəçi şifrəsini dəyişmək imkanına malikdir.

2.11. İnformasiya Sisteminin istifadəçiləri “Elektron kabinet”də özlərinə aid məlumatları, sənədləri əldə edə, habelə əməliyyatlar həyata keçirə bilərlər.

2.12. Dövlət və digər qurumlar tərəfindən sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi və qəbulu, həm “Elektron kabinet” üzərindən, həm də qurumlarla razılaşdırılmış qaydada informasiya sistemləri arasında məlumat mübadiləsi əsasında həyata keçirilir.

2.14. İnformasiya Sisteminə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə, eləcə də Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə İnformasiya Sisteminin sahibi tərəfindən İnformasiya Sisteminin istifadəçisinin İnformasiya Sistemindəki məlumatlarına (elektron kabinetə) giriş hüququ məhdudlaşdırıla bilər.

3.1. İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır.

3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.

3.3. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər.

3.4. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır.

3.5. Sənədin qəbul edilməsi və qeydiyyatı İnformasiya Sisteminin istifadəçisinə İnformasiya Sistemi tərəfindən aşağıdakıları özündə əks etdirən elektron bildirişin göndərilməsi ilə təsdiq olunur:

3.5.1. bildirişi göndərən haqqında məlumatlar;

3.5.2. sənədin qəbul edilməsi tarixi və vaxtı;

3.5.3. sənədin qeydiyyatı tarixi və nömrəsi.

3.6. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir.

3.7. Sənəd geri qaytarıldıqda bunun səbəbi barədə məlumat İnformasiya Sisteminin istifadəçisinin “Elektron kabineti”ndə avtomatik olaraq yerləşdirilir.

3.8. İnformasiya Sisteminin istifadəçisinin “Elektron kabinet”ində dövlət rüsumlarını ödəmək imkanı yaradılır. Ödənişlərin aparılması “ASAN ödəniş” və digər ödəniş sistemləri vasitəsilə (elektron kabinetdə “ASAN ödəniş” və digər ödəniş sistemlərinə keçid verilməklə) həyata keçirilir.

4.1. Sənədlərin elektron qeydiyyatı İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

4.2. Sənədlərə təkrarlanmayan nömrə verilməklə elektron qeydiyyatı aparılır.

4.3. İnformasiya Sistemi vasitəsilə iş günü ərzində göndərilmiş sənədlər həmin iş gününün sonunadək, iş günü başa çatdıqdan sonra, habelə qeyri-iş günləri göndərilmiş sənədlər isə növbəti iş günü qeydiyyata alınır.

5.1. Məhkəmələrdə sənədlərin şaquli (yuxarı instansiya məhkəmələri ilə) və üfüqi (fiziki və hüquqi şəxslərlə, habelə digər qurumlarla) xətt üzrə elektron dövriyyəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 451-ci bəndinin tələbləri nəzərə alınmaqla İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur.

6.1. İnformasiya Sisteminin proqram və texniki vasitələrindən istifadə olunmaqla sənədlərin mühafizəsi həyata keçirilir.

6.2. İnformasiya Sisteminin mühafizə tədbirlərinin lazımi səviyyəsi bu Sistemin sahibi tərəfindən təmin edilir.

1. 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il)

2. 30 may 2023-cü il tarixli 2-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305300002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 may 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver