Qanunvericilik › Elektron ticarət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyətin ümumi əsasları

Elektron ticarət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Elektron ticarət haqqında qanunvericiliyin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

11.2. Satıcı (təchizatçı) alıcıya (sifarişçiyə) və səlahiyyətli dövlət orqanlarına yanlış məlumat verməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

11.3. Əqli mülkiyyət hüquqlarının və digər hüquqların pozulması ilə həyata keçirilən elektron ticarət qanunsuz sayılır və pozulmuş hüquqların bərpası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

11.4. Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən müəlliflik hüququ və əlaqəli hüquqların, inteqral sxem topologiyalarına və məlumat bazalarına olan hüquqların, həmçinin folklor nümunələri barəsində və sənaye mülkiyyətinə olan hüquqların pozulduğu hallarda digər dövlətin ərazisindən xidmətlərin göstərilməsi azadlığı məhdudlaşdırıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver