Qanunvericilik › Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Azad Zonada investorların hüquqlarının qorunması

Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya Azad Zonanın səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla, özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.

24.2. Azad Zona hüquqi şəxsləri, onların investor və səhmdarları, habelə Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda nəzərdə tutulduğu hallarda Azad Zona rezidentləri Azad Zonaya investisiya qoymaq və Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər.

24.3. Azad Zona hüquqi şəxslərinin, onların işçilərinin, investor və səhmdarlarının, habelə Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi qaydalarda nəzərdə tutulduğu hallarda Azad Zona rezidentlərinin heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ vardır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver