«Əlillərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. «Əlillərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 697; 1994-cü il, № 15, maddə 176) aşağıdakı dəyişikliklər edilsin:
1. 52-ci maddənin ikinci hissəsinə «neçə faizinin əlil olmasından asılı olmayaraq yarandığı vaxtdan 5 il ərzində» sözlərindən sonra və üçüncü hissəsinə «azı 50 faizi əlillərdən ibarətdirsə, onlar yarandığı vaxtdan 5 il keçdikdən sonra da» sözlərindən sonra «Azərbaycan Respublikasının ərazisində göstərdiyi fəaliyyət üzrə» sözləri əlavə edilsin.
2. 55-ci maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
«Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Ali Sovetinin təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş mallar üzrə gömrük idxal rüsumları və əlavə dəyər vergisi istisna olmaqla, əlillərin ictimai təşkilatları və onların yanında təşkil edilmiş müəssisələr, kooperativlər, idarələr, təşkilatlar və başqa istehsalat obyektləri beynəlxalq iqtisadi-ticarət əlaqələrində gömrük və başqa dövlət rüsumlarından, əlavə dəyər vergisindən azad edilir və əldə olunmuş gəlir (valyuta) tamamilə onların sərəncamında qalır.»
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 avqust 1995-ci il.