“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.16-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası” təsdiq edilsin (əlavə olunur)..
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 23 dekabr 2021-ci il
1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydasını tənzimləyir.
1.2. Bu Qayda əlilliyi olan Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.
2.1. Əlilliyi olan şəxslər bu Qaydaya 2 nömrəli əlavədə müəyyən edilmiş “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”nda nəzərdə tutulmuş dərman preparatları (bundan sonra – dərman preparatları) ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə müəyyən etdikləri siyahıda nəzərdə tutulan dövlət müalicə-profilaktika müəssisələrində (bundan sonra – tibb müəssisələri) təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar.
2.2. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş tibb müəssisələrinin siyahısı onların maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması və göstərdikləri xidmətin əhaliyə əlçatanlığı nəzərə alınmaqla müəyyən edilir və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir.
2.3. Əlilliyi olan şəxslərə dərman preparatları bu Qaydaya 1 nömrəli əlavə ilə müəyyən edilmiş “Pulsuz dərman resepti blankının forması” (bundan sonra – resept) əsasında verilir.
2.4. Tibb müəssisələrini dərman resepti blankı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi təmin edir.
2.5. Əlilliyi olan şəxslər və ya onların qanuni nümayəndəsi şəxsiyyəti təsdiq edən sənədlə tibb müəssisəsinə müraciət etdikləri gün reseptlə təmin edilirlər.
2.5-1. Reseptlə təmin edilmə üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar əlilliyi olan şəxslərdən və ya onların qanuni nümayəndəsindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi əlilliyi olan şəxslərin və ya onların qanuni nümayəndəsinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya əlilliyi olan şəxslər və ya onların qanuni nümayəndəsi tərəfindən təmin edilir.
2.6. Bir reseptdə yalnız bir dərman preparatı yazılır.
2.7. Ambulator müalicə ilə əlaqədar verilən dərman preparatlarının dəyəri əlilliyi olan şəxslərin yaşadığı ərazi üzrə bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan dövlət tibb müəssisələrinin xərclərində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
3.1. Dövlət tibb müəssisələri və reabilitasiya müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulan tibbi xidmətlər əlilliyi olan şəxslərə icbari tibbi sığorta vəsaitləri hesabına göstərilir.
3.2. Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslərə bu Qaydanın 3.1-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ndə nəzərdə tutulmuş tibbi xidmətlərdən əlavə digər tibbi xidmətlər müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik), Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin göndərişləri əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
4.1. Əlilliyi olan şəxslər (bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan işləyən əlilliyi olan şəxslər və 4.3-cü bəndində nəzərdə tutulan əlilliyi olan şəxslər istisna olmaqla) Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən tərtib edilmiş Fərdi Reabilitasiya Proqramında nəzərdə tutulduğu halda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi (bundan sonra – Xidmətlər Agentliyi) və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (bundan sonra – Təminat Agentliyi) tərəfindən ölkə hüdudları daxilində müalicə üçün sanatoriya-kurort putyovkası (yollayışı) ilə pulsuz təmin olunurlar.
4.2. İşləməyən əlilliyi olan şəxslər dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına Xidmətlər Agentliyinin yerli qurumları və ya Təminat Agentliyinin “DOST” mərkəzləri tərəfindən, dövlət orqanlarında (qurumlarında), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda (bundan sonra – təşkilat) işləyən əlilliyi olan şəxslər Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər isə təqsirkar işəgötürənin vəsaiti hesabına işəgötürən tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar.
4.2-1. Təqsirkar işəgötürən yenidən təşkil edildiyi halda əlilliyi olan şəxslər onun hüquqi varisi tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar.
4.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlillik səbəbindən asılı olmayaraq əlilliyə görə əmək pensiyası almaq hüququ olan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası” ilə tənzimlənir.
4.4. Sanatoriya-kurort putyovkası (yollayışı) ildə bir dəfədən çox olmamaqla növbəlilik qaydasında verilir.
4.5. Sanatoriya-kurort putyovkasının (yollayışının) verilməsi barədə Fərdi Reabilitasiya Proqramında göstəriş müəyyən edildikdən sonra əlilliyi olan şəxs 1 (bir) iş günü müddətində növbəyə götürülür. Sanatoriya-kurort putyovkası (yollayışı) üçün növbəlilik Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) üzərindən avtomatlaşdırılmış qaydada təmin edilir.
4.6. Növbəyə götürülmüş əlilliyi olan şəxsin, əlilliyi olan uşaqlara münasibətdə isə onların qanuni nümayəndələrinin əlaqə vasitələrindən birinə 2 (iki) gün ərzində bu barədə qısa məlumat göndərilir, eləcə də onun Nazirliyin “e-sosial” internet portalındakı şəxsi kabinetində ətraflı məlumat əks olunur.
4.6-1. Növbə çatdıqda Xidmətlər Agentliyinin yerli qurumu və ya Təminat Agentliyinin müvafiq “DOST” mərkəzi tərəfindən sanatoriya-kurort müəssisəsi və sanatoriya-kurort putyovkasının (yollayışının) vaxtı barədə əlilliyi olan şəxsin, əlilliyi olan uşaqlara münasibətdə onların qanuni nümayəndələrinin əlaqə vasitələrindən birinə sanatoriya-kurort müəssisəsinə getmə vaxtından ən azı 7 (yeddi) iş günü əvvəl məlumat göndərilir və həmin şəxslər ən azı 3 (üç) iş günü əvvəl sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar. Əlilliyi olan şəxs (qanuni nümayəndə) məlumatı aldıqdan sonra 3 (üç) iş günü ərzində sanatoriya-kurort müəssisəsinə gedib-getməyəcəyi barədə yazılı, şifahi və ya elektron formada Xidmətlər Agentliyinin yerli qurumunu və ya Təminat Agentliyinin müvafiq “DOST” mərkəzini məlumatlandırmalıdır.
4.6-2. Əlilliyi olan şəxs (qanuni nümayəndə) sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması təsdiq edildikdən sonra il ərzində iki dəfədən çox olmayaraq sanatoriya-kurort müəssisəsinə getməyəcəyi barədə Xidmətlər Agentliyinin yerli qurumunu və ya Təminat Agentliyinin müvafiq “DOST” mərkəzini bu Qaydanın 4.6-1-ci bəndində nəzərdə tutulan müddətdə məlumatlandırmadıqda və (və ya) təklif olunan sanatoriya-kurort putyovkasından (yollayışından) imtina etdikdə növbədən çıxarılır və əlilliyi olan şəxsin (qanuni nümayəndənin) əlaqə vasitələrindən birinə bu barədə məlumat göndərilir.
4.6-3. Bu Qaydanın 4.6-2-ci bəndinə əsasən növbədən çıxarılmış əlilliyi olan şəxs (qanuni nümayəndə) növbədən çıxarıldığı gündən 5 (beş) iş günü sonra yenidən növbəyə götürülmək üçün Xidmətlər Agentliyinin yerli qurumuna və ya Təminat Agentliyinin “DOST” mərkəzinə müraciət edə bilər.
4.8. Orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin, həmçinin əlilliyi olan uşağın müşayiətçiyə ehtiyacı olduqda, Fərdi Reabilitasiya Proqramının tibbi reabilitasiya bölməsində bu barədə qeyd aparılır. Orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsi və ya əlilliyi olan uşağı müşayiət edən şəxslər sanatoriya-kurort putyovkası (yollayışı) ilə həmin şəxslərin sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduqları qurum tərəfindən təmin olunurlar.
4.8-1. Əlilliyi olan uşağın müşayiətçisi qismində uşağın valideynləri, digər qanuni nümayəndələri (qəyyumları, övladlığa götürənləri, himayəçiləri) və ya valideynin icazəsi ilə etibarnamə verilmiş digər şəxslər də müəyyən oluna bilərlər. Əlilliyi olan uşağın valideyninin (digər qanuni nümayəndəsinin) və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin Xidmətlər Agentliyinin yerli qurumları və ya Təminat Agentliyinin “DOST” mərkəzlərinə yazılı və ya elektron müraciəti əsasında müşayiətçinin sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduğu müddət ərzində bir dəfədən çox olmayaraq dəyişdirilməsinə yol verilir.
4.9. Sanatoriya-kurort putyovkası (yollayışı) rəsmiləşdirilmiş əlilliyi olan şəxslərə dair məlumatlar, o cümlədən onların sağlamlıq vəziyyətinə dair məlumatlar daxil olmaqla sanatoriya-kurort müəssisələrinə həmin putyovkanı (yollayışı) verən təşkilat tərəfindən təqdim edilir.
4.10. Sanatoriya-kurort müəssisələri əlilliyi olan şəxsin sanatoriya-kurort müəssisəsinə qəbul olunduğu və həmin müəssisədən buraxıldığı tarix, habelə aparılmış müalicələrin nəticələri barədə məlumatları və “Geri qayıtma” talonunu müalicə başa çatdıqdan sonra 30 (otuz) gün müddətində aidiyyəti quruma təqdim edir. Xidmətlər Agentliyinin yerli qurumu və ya Təminat Agentliyinin “DOST” mərkəzi daxil olmuş məlumatları 3 (üç) iş günü müddətində MEİS-in “Sanatoriya-kurort” altsisteminə daxil edir və həmin məlumatlar avtomatik olaraq Fərdi Reabilitasiya Proqramının yerinə yetirilməsi barədə hesabatda əks olunur və onun putyovkanın (yollayışın) istifadəsini təsdiq edən sənəd kimi saxlanılması təmin olunur. İşləyən əlilliyi olan şəxslərə münasibətdə isə “Geri qayıtma” talonunun qeydiyyatının aparılması və onun saxlanılması məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 8.8-ci bəndinə uyğun təmin edilir.
4.12. Sanatoriya-kurort putyovkalarının (yollayışlarının) uçotunun aparılmasını, onlara dair hesabatların təqdim edilməsini, habelə mühasibat uçotu sənədlərinin saxlanmasını həmin puytovkaları (yollayışı) verən təşkilat təmin edir.
4.13. Bu Qaydanın tətbiqi zamanı yaranan mübahisələr inzibati və ya məhkəmə qaydasında həll edilir.
Tarix: ________ Tibb müəssisəsi: ____________________________________________
Xəstənin soyadı, adı və atasının adı: _________________________________________
Baş həkim (müavin): ____________________
Həkim: _________________
______________________________________________________
Telefonu: ___________________
______________________
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -- - - - - - - - - - - - -
Tarix: __________ Tibb müəssisəsi: ______________________________
Xəstənin soyadı, adı və atasının adı: _____________________________
Həkim: _________________________
tablet, inyeksiya üçün məhlul
tablet, inyeksiya üçün məhlul
Lizinopril+ Hidroxlortiazid
Perindopril+İndapamid
Maqnezium aspartat+kalium aspartat
Amlodipin+İndapamid+Perindopril
tablet, inyeksiya üçün məhlul
inyeksiya üçün məhlul
tablet, inyeksiya üçün məhlul
inyeksiya üçün məhlul
Betahistin dihidroxlorid
Neostiqmin metilsulfat
inyeksiya üçün məhlul
Asetilsalisil turşusu
tablet, kapsul, draje
Aluminium hidroksid+ maqnezium hidroksid
Ursodeoksixol turşusu
İpratropium bromid+fenoterol
Salmeterol+flutikazon
inhalyasiya üçün məhlul
Hipertonik natrium xlorid məhlulu+natrium hialuronat
inhalyasiya üçün məhlul
Piridoksin hidroxlorid
inyeksiya üçün məhlul
inyeksiya üçün məhlul
inyeksiya üçün məhlul
inyeksiya üçün məhlul
tablet, inyeksiya üçün məhlul
Maqnezium + Piridoksin HCl
Amoksisillin +klavulon turşusu
inhalyasiya üçün məhlul
Adenozin+sitoxrom+ nikotinamid
inyeksiya üçün məhlul
inyeksiya üçün məhlul
inyeksiya üçün məhlul
Valproy turşusu duzları
tablet, kapsul, şərbət
Levodopa+Karbidopa+Entakapo
tablet, inyeksiya üçün məhlul
tablet, inyeksiya üçün məhlul
inyeksiya üçün məhlul
tablet, kapsul, inyeksiya üçün məhlul
tablet, inyeksiya üçün məhlul
Tetrametiltetraazabisiklooktandion
L-karnitin (levokarnitin)
1. 5 avqust 2023-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 11 avqust 2023-cü il, № 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1258)
2. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)
3. 24 may 2024-cü il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Azərbaycan” qəzeti, 28 may 2024-cü il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 617)
4. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)
5. 17 sentyabr 2025-ci il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 870)
6. 19 noyabr 2025-ci il tarixli 340 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 noyabr 2025-ci il, “Xalq” qəzeti, 29 noyabr 2025-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1091)
7. 10 iyul 2026-cı il tarixli 212 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 iyul 2026-cı il, “Xalq” qəzeti, 16 iyul 2026-cı il, № 124)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI