Qanunvericilik › Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Mədəniyyət və idman obyektlərinin əlilliyi olan şəxslərə müyəssərliyinin təmin edilməsi

Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Müvafiq icra hakimiyyəti orqanları mədəniyyət müəssisələrinin və idman qurğularının əlilliyi olan şəxslərə müyəssər olması üçün lazımi şəraiti təmin edirlər.

16.2. Əlilliyi olan şəxslərin “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mədəniyyət müəssisələri tərəfindən göstərilən xidmətlərdən güzəştli istifadəsi təmin edilir.

16.3. Əlilliyi olan şəxslər “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarının bədən tərbiyəsi-idman xidmətlərindən pulsuz istifadə edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver