Qanunvericilik › Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Sağlam həyat tərzinin təmin edilməsi

Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Dövlət əlilliyin qarşısını almaq məqsədi ilə cəmiyyətin əsas nailiyyəti kimi sağlam həyat tərzinin təbliğini təmin edir.

8.2. İnsanların fiziki və ruhi sağlamlığının mühafizəsi, onların fəal uzunömürlüyünün artırılması, tibbi yardımla təminatı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

8.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tibbi xidmət növləri istisna olmaqla, dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə tibbi xidmət dövlət büdcəsi hesabına həyata keçirilir.

8.4. Əlilliyi olan şəxslərin bədən tərbiyəsi və idman sahəsində təminatları “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver