“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, N 2, maddə 165; 2002, № 2, maddə 100; 2005, № 9, maddə 858; 2006, № 9, maddələr 821, 830; 2008, № 2, maddə 130, № 8, maddə 787; 2012, № 7, maddə 772) 1-ci hissəsi və “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə” 2009-cu il 21 aprel tarixli 67 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 4, maddə 284) ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 30 dekabr 2015-ci il
1. 7 iyun 2021-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 669)
2. 13 may 2022-ci il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2022-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 549)