Qanunvericilik › Elm haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Elmi tədqiqat institutu

Elm haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Elmin müxtəlif sahələri üzrə bilavasitə fundamental və tətbiqi tədqiqatlar həyata keçirən elmi tədqiqat institutu müstəqil və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), elmi təşkilatın, ali təhsil müəssisəsinin və digər qurumların nəzdində fəaliyyət göstərir.

13.2. Elmi tədqiqat institutunun əsas hüquqları və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə müəyyən olunur.

13.3. Elmi tədqiqat institutunun ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura aşağıdakı funksiyaları yerinə yetirir:

13.3.1. elmi tədqiqat institutunun strukturunu müəyyən edir, səlahiyyətli orqanlar qarşısında vəsatət qaldırır;

13.3.2. elmi tədqiqat institutunun strateji inkişaf vəzifələrini və hədəflərini müəyyənləşdirir;

13.3.3. elmi inkişaf ilə bağlı müxtəlif problemlərin müzakirəsini keçirir, tövsiyələr hazırlayır;

13.3.4. elmi tədqiqat müəssisəsinin fəaliyyətinin illik hesabatını və ayrı-ayrı sahələr üzrə yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələrini müzakirə edir və qiymətləndirir;

13.3.5. elmi işçilərin fəaliyyətinin stimullaşdırılması üçün qərarlar qəbul edir;

13.3.6. elmi işçilərin attestasiyasını və işə qəbulu üzrə müsabiqələrin keçirilməsini təşkil edir;

13.3.7. hər il öz iş planını və reqlamentini təsdiq edir;

13.3.8. yüksəkixtisaslı elmi kadrların hazırlanması və əlavə təhsili sahəsində qərarlar qəbul edir;

13.3.9. ali attestasiya orqanı qarşısında elmi adlar verilməsinə dair vəsatət qaldırır;

13.3.10. elmi tədqiqat institutunun nizamnaməsində nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

13.4. Dövlət elmi tədqiqat institutunun və ali təhsil müəssisələrinin elmi qurumlarının elmi şurası təcrübəli və yüksəkixtisaslı elmi və inzibati işçilərdən, eləcə də elmi tədqiqat institutunun nizamnaməsinə uyğun olaraq məqsəd və vəzifələrinin həyata keçirilməsində maraqlı olan digər qurumların nümayəndələrindən ibarət olmaqla, 3 (üç) il müddətinə formalaşdırılır.

13.5. Elmi tədqiqat institutunun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq hüququ vardır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver