“Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet,partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
3. Müəyyən edilsin ki, bu Fərman 2005-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 sentyabr 2005-ci il
1. 1991-ci il oktyabrın 18-dək dövlət,
sovet, partiya orqanlarında mövcud
olan dövlət qulluğu vəzifələrinin adları:
1.1. Azərbaycan SSR (Naxçıvan MSSR) (Naxçıvan Muxtar Respublikası Ali Məclisi) Aparatında:
1.1. Azərbaycan Respublikası Milli Məclisinin Ali Soveti Rəyasət Heyətinin Aparatında:
Rəyasət Heyəti sədrinin katibliyinin müdiri
Rəyasət Heyəti sədrinin köməkçisi
Milli Məclisin (Ali Məclisin) sədrinin köməkçisi
Rəyasət Heyəti sədrinin müavinin köməkçisi
Milli Məclisin (Ali Məclisin) sədrinin müavininin köməkçisi
Rəyasət Heyəti sədrinin böyük referenti, böyük məsləhətçi
Rəyasət Heyətinin işlər müdiri
Rəyasət Heyətinin işlər müdirinin müavini
işlər müdirinin müavini
məxfi-protokol şöbəsinin müdiri, tərcümə və nəşriyyat şöbəsinin müdiri, ümumi şöbənin müdiri, sovetlərlə iş şöbəsinin müdiri, hüquq şöbəsinin müdiri, daimi komissiya şöbəsinin müdiri
təminedici şöbənin müdiri
əfv məsələləri üzrə şöbənin müdiri, təltiflər şöbəsinin müdiri, maliyyə şöbəsinin müdiri - baş mühasib, inzibati binanın istismar idarəsinin müdiri
yardımçı şöbənin müdiri
baş mühasibin müavini
yardımçı şöbə müdirinin müavini
Rəyasət Heyətinin qəbul otağının müdiri, orden nişanları şöbə müdiri referent,məsləhətçi
məxfi-protokol şöbəsində sənədlərin çoxaldılması sektorunun müdiri-referent, məsləhətçi
məxfi-protokol şöbəsində arxiv müdiri
kondisionerləşdirmə, ventilyasiya və sərinləşdirmə sektorunun müdiri, enerji təsərrüfatı sektorunun müdiri, texniki xidmət sektorunun müdiri, təsərrüfat şöbəsi minik avtomobilləri qarajının rəisi
işlər idarəsində sektor müdiri
işlər idarəsində böyük mühasib
işlər idarəsində böyük məsləhətçi
işlər idarəsində mühasib, referent
işlər idarəsində məsləhətçi
1.2. Azərbaycan SSR Nazirlər Sovetinin Aparatında:
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında:
Nazirlər Sovetinin sədri
Nazirlər Soveti sədrinin birinci müavini,
Nazirlər Soveti sədrinin müavini
Aparatın rəhbərinin müavini
təminedici şöbənin müdiri
İşlər müdirinin müavini
təminedici şöbə müdirinin müavini
Nazirlər Soveti sədrinin köməkçisi
yardımçı şöbə müdirinin müavini
Nazirlər Soveti sədrinin birinci müavininin
köməkçisi, müavinin köməkçisi
yardımçı şöbənin müdiri
şöbə müdirinin müavini
yardımçı şöbə müdirinin müavini
böyük referent, baş mütəxəssis
referent, aparıcı mütəxəssis
bölmə müdiri, 1-ci dərəcəli mütəxəssis,
2-ci dərəcəli mütəxəssis, mütəxəssis
təsərrüfat idarəsinin müdiri
işlər idarəsində şöbə müdiri
təsərrüfat idarəsinin müdir müavini
işlər idarəsində şöbə müdirinin müavini
təsərrüfat idarəsində şöbə müdiri,
işlər idarəsində böyük məsləhətçi
təsərrüfat idarəsində şöbə müdirinin müavini
işlər idarəsində aparıcı məsləhətçi
təsərrüfat idarəsində bölmə müdiri, baş mütəxəssis, böyük mütəxəssis, mütəxəssis
işlər idarəsində məsləhətçi
1.3. Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında:
1.3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında:
Nazirlər Sovetinin sədri
Nazirlər Soveti sədrinin müavini
Aparatın rəhbərinin müavini
yardımçı şöbənin müdiri
mütəxəssis böyük məsləhətçi
referent, aparıcı mütəxəssis
1.4. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Aparatında:
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında:
Aparatın rəhbərinin müavini
şöbə müdiri, işlər müdiri, partiya nəzarəti komissiyasının sədri
təminedici şöbənin müdiri
şöbə müdirinin birinci müavini, şöbə müdirinin müavini, işlər müdirinin müavini,partiya nəzarəti komissiyası sədrinin müavini, birinci katibin köməkçisi
təminedici şöbə müdirinin müavini
sektor müdiri, lektor qrupunun rəhbəri, partiya nəzarəti komissiyasının üzvü, inspektor, baş mühasib, katibin köməkçisi
məsul təşkilatçı, katibliyin müdiri, şöbənin məsləhətçisi, baş mühasibin müavini
instruktor, lektor böyük
1.5. Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında:
1.5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında:
Aparatın rəhbərinin müavini
şöbə müdiri, işlər müdiri,
partiya nəzarəti komissiyasının sədri
təminedici şöbənin müdiri
şöbə müdirinin birinci müavini,
şöbə müdirinin müavini, işlər müdirinin
müavini, partiya nəzarəti komissiyası
təminedici şöbə müdirinin müavini
sektor müdiri, lektor qrupunun rəhbəri, partiya nəzarəti komissiyasının üzvü, inspektor, baş mühasib, birinci katibin köməkçisi, katibin köməkçisi
1.6. Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında:
1.6. Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında:
əhalisinin sayı müvafiq olaraq 50-100 min nəfər və 100 min nəfərdən çox olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının birinci müavini, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini
yerli icra hakimiyyəti başçısının müavini
şöbə müdiri, partiya nəzarəti komissiyasının sədri
partiya nəzarəti komissiyası sədrinin müavini, birinci katibin köməkçisi
bölmə rəhbərinin müavini
sektor müdiri, katibin köməkçisi
1.7. Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin (Azərbaycan SSR Dövlət Nəzarəti Komissiyasının) Aparatında:
1.7. Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında:
Komitənin (Komissiyanın) sədri
Komitə (Komissiya) sədrinin müavini
aparat rəhbərinin müavini
şöbə (yoxlama şöbəsinin) müdiri, Naxçıvan MSSR, Dağlıq Qarabağ MV-nin nəzarət qrupunun rəhbəri
yardımçı şöbənin müdiri
şöbə (yoxlama şöbəsinin) müdirinin müavini
yardımçı şöbə müdirinin müavini
böyük inspektor (nəzarətçi), Azərbaycan SSR Dövlət Nəzarəti Komissiyasının ümumi şöbəsinin müdiri, zəhmətkeşlərin ərizə və şikayətləri şöbəsinin müdiri
inspektor (nəzarətçi)
1.8. Şəhər (rayon) xalq nəzarəti komitəsinin aparatında:
1.8. Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında:
1.9. Azərbaycan SSR (Naxçıvan MSSR) Ali Məhkəməsinin Aparatında:
1.9. Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) Ali Məhkəməsinin Aparatında:
şöbə rəisi, sədrin köməkçisi
kollegiyanın məsul katibi, Rəyasət Heyətinin katibi, baş mühasib
məhkəmə iclasının katibi
məhkəmə iclasının katibi
1.10. Bakı Şəhər Məhkəməsinin Aparatında:
1.10. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin Aparatında:
kollegiyanın məsul katibi, Rəyasət Heyətinin katibi, baş mühasib
məhkəmə iclasının katibi
məhkəmə iclasının katibi
1.11. Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Məhkəməsinin Aparatında:
1.11. Əhalisinin sayı 50 min nəfərdən yuxarı olan rayon (şəhər) məhkəmələrinin aparatında:
məhkəmə iclasının katibi
məhkəmə iclasının katibi
1.12. Azərbaycan SSR Ali Arbitraj Məhkəməsinin (Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Arbitraji) Aparatında:
1.12. Apellyasiya məhkəmələrinin aparatlarında:
məhkəmə iclasının katibi
məhkəmə iclasının katibi
1.13. Naxçıvan MSSR Arbitraj Məhkəməsinin Aparatında:
1.13. Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsinin Aparatında:
1.14. Rayon (şəhər) məhkəmələri, hərbi tribunalları (məhkəmələri) aparatında:
1.14. Rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələri aparatında:
məsləhətçi, məhkəmə icraçısı
məhkəmə iclasının katibi
məhkəmə iclasının katibi
1.15. Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında:
1.15. Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında:
nazir, dövlət komitəsinin sədri
nazirin birinci müavini, müavini, dövlət komitəsi sədrinin birinci müavini, müavini
müvafiq olaraq Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının aparatın rəhbərinin müavini, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının aparatında təminedici şöbənin müdiri
baş idarə, aparıcı idarə, şöbə rəisi, Azərbaycan SSR Dövlət Plan Komitəsinin işlər müdiri
təminedici şöbənin müdiri
baş idarənin, aparıcı idarənin şöbə rəisinin müavini, Azərbaycan SSR Dövlət Plan Komitəsinin işlər müdirinin müavini
təminedici şöbə müdirinin müavini
baş idarənin, idarənin şöbə rəisi, müstəqil idarə, şöbə rəisi, işlər müdiri
yardımçı şöbənin müdiri
müstəqil idarə rəisinin müavini, müstəqil şöbə rəisinin müavini, ümumi şöbənin rəisi, bölmə rəisi, sektor rəisi
yardımçı şöbə müdirinin müavini
baş mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər), iqtisadi müşavir, məsləhətçi, rəhbərin köməkçisi
böyük referent, rəhbərin müavininin köməkçisi, katibliyin rəisi, aparıcı mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər)
referent, 1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli mütəxəssis, böyük mütəxəssis, mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər)
1.16. Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində
olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında:
1.16. Azərbaycan Respublikası(Naxçıvan Muxtar Respublikası) Nazirlər Kabineti yanında və yaradılan orqanların aparatında:
orqanın rəhbəri, Azərbaycan SSR Nazirlər Soveti yanında Dini İşlər üzrə Şuranın Müvəkkili
orqanın rəhbərinin birinci müavini, müavini
aparatın rəhbərinin müavini
müstəqil idarənin, şöbənin rəisi
təminedici şöbənin müdiri
ümumi şöbənin rəisi, baş mütəxəssis, dini ayinlər üzrə böyük inspektor
dini ayinlər üzrə inspektor
1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli mütəxəssis, mütəxəssis
1.17. Rayon (şəhər) Xalq Deputatları Sovetinin icraiyyə komitəsinin aparatında:
1.17. Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında:
icraiyyə komitəsinin sədri
əhalisinin sayı müvafiq olaraq 50-100 min nəfər və 100 min nəfərdən çox olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının birinci müavini, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini
icraiyyə komitəsi sədrinin birinci müavini (müavini), icraiyyə komitəsinin katibi (məsul katibi)
yerli icra hakimiyyəti başçısının müavini
icraiyyə komitəsinin idarə rəisi, müstəqil şöbənin müdiri, plan komissiyasının sədri, icraiyyə komitəsinin təlim-təşkilati şöbənin rəisi, baş memar, əmək üzrə müvəkkil
icraiyyə komitəsinin idarə rəisinin müavini, müstəqil şöbə müdirinin müavini, plan komissiyası sədrinin müavini, baş memarın müavini, icraiyyə komitəsinin təlim-təşkilati şöbəsi rəisinin müavini, baş rəssam
bölmə rəhbərinin müavini
icraiyyə komitəsi idarəsinin əsas şöbəsinin rəisi, maliyyə şöbəsinin rəisi,ümumi şöbənin rəisi, müstəqil şöbənin əsas sektor rəisi
baş mühasib, baş mühasibin səlahiyyətində olan böyük mühasib
icraiyyə komitəsinin təşkilati işlər üzrə təlimatçısı, icraiyyə komitəsi sədrinin köməkçisi, icraiyyə komitəsinin qəbul otağının müdiri, nəzarətçi-müfəttiş
bütün ixtisaslardan olan böyük mühəndislər, böyük memar, böyük iqtisadçı, böyük hüquqşünas, böyük mühasib; icraiyyə komitəsinin yanında həddi-buluğa çatmayan uşaqlarla iş üzrə məsul katib, icraiyyə komitəsinin idarələrinin digər şöbə rəisləri, müstəqil şöbənin digər sektor rəisi (kadr, protokol və digər), bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçi, hüquqşünas, mühasib və digər mütəxəssislər
1.18. Rayon aqrar-sənaye birliklərinin aparatında:
1.18. Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələrinin aparatında:
yerli bölmənin rəhbəri
birliyin sədrinin birinci müavini, müavini
yerli bölmə rəhbərinin müavini
şöbə müdiri, rayon dövlət texniki nəzarəti müfəttişliyinin rəisi - baş mühəndis-inspektor
böyük mütəxəssis, mutəxəssis
1.19. Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin tabeliyində olan Baş Dövlət-texniki Nəzarət İdarəsinin Aparatında:
1.19. Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının yanında olan orqanın aparatında:
idarə rəhbərinin müavini
orqanın rəhbərinin müavini
böyük mütəxəssis, mütəxəssis
1.20. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin aparatında:
1.20. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında:
İcraiyyə Komitəsinin sədri
İcraiyyə Komitəsinin sədrinin birinci müavini (müavini), İcraiyyə Komitəsinin katibi (məsul katibi)
aparatın rəhbərinin müavini
İcraiyyə Komitəsinin idarə rəisi, müstəqil şöbənin müdiri, plan komissiyasının sədri, İcraiyyə Komitəsinin təlim-təşkilatı şöbəsinin rəisi, baş memar, əmək üzrə müvəkkil
İcraiyyə Komitəsinin idarə rəisinin müavini, müstəqil şöbə müdirinin müavinin, plan komissiyası sədrinin müavini, baş memarın müavini, İcraiyyə Komitəsinin təlim-təşkilatı şöbəsi rəisinin müavini, baş rəssam
şöbə müdirinin müavini
İcraiyyə Komitəsi idarəsinin əsas şöbəsinin rəisi, maliyyə şöbəsinin rəisi, ümumi şöbənin rəisi, müstəqil şöbənin əsas sektor rəisi
baş mühasib, baş mühasibin səlahiyyətində olan böyük mühasib
İcraiyyə Komitəsinin təşkilati işlər üzrə təlimatçısı, İcraiyyə Komitəsi sədrinin köməkçisi, İcraiyyə Komitəsinin qəbul otağının müdiri, nəzarətçi-müfəttiş
bütün ixtisaslardan olan böyük mühəndislər, böyük memar, böyük iqtisadçı, böyük hüquqşünas, böyük mühasib; İcraiyyə Komitəsinin yanında həddi-buluğa çatmayan uşaqlarla iş üzrə məhsul katib, İcraiyyə Komitəsinin idarələrinin digər şöbə rəisləri, müstəqil şöbənin digər sektor rəisi (kadr, protokol və digər), bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçı, hüquqşünas, mühasib və digər mütəxəssislər
2. 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin adları:
2.1. Azərbaycan Respubulikası Milli Məclisi(Naxçıvan Muxtar Respublikası Ali Məclisi) Aparatında:
2.1. Azərbaycan Respublikası Milli Məclisi (Naxçıvan Muxtar Respublikası Ali Məclisi) Aparatında:
Milli Məclisin sədrinin 1-ci müavininin köməkçisi
Milli Məclisin (Ali Məclisin) sədrinin müavininin köməkçisi
qəbul otağının müdiri, kitabxana müdiri
yardımçı şöbənin müdiri
işlər idarəsində qrup rəhbəri
işlər idarəsində baş məsləhətçi
işlər idarəsində bölmə müdiri, avtoparkın müdiri
işlər idarəsində şöbə müdiri
işlər idarəsində kiçik məsləhətçi
işlər idarəsində məsləhətçi
2.2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında (Azərbaycan Respublikası Prezidentinin Aparatında):
2.2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında:
Prezidentin katibliyinin xidmət müdiri, dəftərxana müdiri, arxiv müdiri
Prezidentin katibliyinin sektor müdiri
xidmət rəisi, şöbə rəisi, informasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri
hissə rəisi, İcra Aparatının (Aparatın) arxiv müdiri, məsul növbətçilər qrupunun rəhbəri
2.3. Azərbaycan Respublikası(Naxçıvan Muxtar Respublikası) Nazirlər Kabinetinin Aparatında:
2.3. Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) Nazirlər Kabinetinin Aparatında:
Baş nazirin birinci müavininin köməkçisi
Baş nazirin müavininin köməkçisi
İşlər müdirinin müavini
Aparatın rəhbərinin müavini
mətbuat mərkəzinin rəhbəri
mətbuat xidmətinin rəhbəri
referent, baş mütəxəssis
1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli mütəxəssis, mütəxəssis
təsərrüfat idarəsinin rəisi
təsərrüfat idarəsi rəisinin müavini
işlər müdirinin müavini
təsərrüfat idarəsinin şöbə müdiri
işlər idarəsinin şöbə müdiri
təsərrüfat idarəsinin şöbə müdirinin müavini
işlər idarəsinin şöbə müdirinin müavini
təsərrüfat idarəsinin böyük referenti,
işlər idarəsində baş məsləhətçi
təsərrüfat idarəsinin bölmə müdiri,
işlər idarəsində sektor müdiri
təsərrüfat idarəsinin aparıcı mütəxəssisi
işlər idarəsində aparıcı məsləhətçi
təsərrüfat idarəsinin 1-ci dərəcəli mütəxəssisi, 2-ci dərəcəli mütəxəssisi, mütəxəssis
işlər idarəsində məsləhətçi
2.4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında:
2.4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında:
sədr müavininin köməkçisi
yardımçı şöbənin müdiri
təminedici şöbənin müdiri
mətbuat rəhbəri, hakimin köməkçisi, bölmə müdiri, dəftərxana müdiri, kitabxana müdiri
2.5. Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) Ali Məhkəməsinin, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinin, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin, rayon, şəhər məhkəmələrinin, hərbi məhkəmələrin və yerli iqtisad məhkəmələrinin aparatında:
2.5. Azərbaycan Respublikası (Naxçıvan
Muxtar Respublikası) Ali Məhkəməsinin, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinin, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin, rayon, şəhər məhkəmələrinin, hərbi məhkəmələrin və yerli iqtisad məhkəmələrinin aparatında:
təminedici şöbənin müdiri
məsul katib, baş mühasib
2.5.1. Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin aparatında:
2.5.1. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin aparatında:
təminedici şöbənin müdiri
məsul katib, baş mühasib
2.6. Azərbaycan Respublikası Hesablama Palatası Aparatında:
2.6. Azərbaycan Respublikası Hesablama Palatası Aparatında:
təminedici şöbənin müdiri
bölmə müdiri, bölmə rəhbəri, sədrin köməkçisi
sədr müavininin köməkçisi
2.7. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında:
2.7. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Aparatında:
idarə rəisi, müstəqil şöbənin rəisi
təminedici şöbənin müdiri
idarə rəisinin müavini
təminedici şöbənin müdir müavini
idarənin şöbə rəisi, baş mühasib
2.8. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Aparatında:
2.8. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Aparatında:
2.9. Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanları aparatında:
2.9. Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanları aparatında:
müvafiq icra hakimiyyəti orqanına həvalə olunmuş funksiyaları bilavasitə həyata keçirən baş idarə, idarə, departament, müstəqil şöbənin rəisi, eləcə də kadr, hüquq, iqtisadiyyat, maliyyə, beynəlxalq əlaqələr, məxfi (xüsusi) müstəqil şöbənin rəisi
təminedici şöbənin müdiri
müvafiq icra hakimiyyəti orqanına həvalə olunmuş funksiyaları bilavasitə həyata keçirən baş idarə, idarə, departament, müstəqil şöbə rəisinin müavini, eləcə də kadr, hüquq, iqtisadiyyat, maliyyə, beynəlxalq əlaqələr, məxfi (xüsusi) müstəqil şöbə rəisinin müavini
təminedici şöbə müdirinin müavini
müvafiq icra hakimiyyəti orqanının fəaliyyət göstərməsi ilə bağlı təminatı həyata keçirən idarənin, müstəqil şöbənin (ümumi şöbə istisna olmaqla) rəisi, işlər idarəsinin rəisi, işlər müdiri
yardımçı şöbənin müdiri
baş idarənin, idarənin, departamentin şöbə rəisi
ümumi şöbənin rəisi, rəhbərin köməkçisi,
1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli mütəxəssis, mütəxəssis
2.10. Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) Nazirlər Kabineti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında:
2.10. Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) Nazirlər Kabineti yanında və orqanların aparatında:
orqanın rəhbərinin birinci müavini, müavini
orqanın rəhbərinin müavini
müvafiq orqana həvalə olunmuş funksiyaları
bilavasitə həyata keçirən müstəqil idarənin,
şöbənin rəisi, eləcə də kadr, hüquq,
iqtisadiyyat, maliyyə, beynəlxalq əlaqələr,
məxfi (xüsusi) müstəqil şöbənin rəisi
təminedici şöbənin müdiri
müvafiq orqana həvalə olunmuş funksiyaları bilavasitə həyata keçirən müstəqil idarə, şöbə rəisinin müavini, eləcə də kadr, hüquq, iqtisadiyyat, maliyyə, beynəlxalq əlaqələr, məxfi (xüsusi) müstəqil şöbə rəisinin müavini
təminedici şöbə müdirinin müavini
müvafiq orqanın fəaliyyət göstərməsi ilə bağlı
təminatı həyata keçirən müstəqil idarənin,
şöbənin (ümumi şöbə istisna olmaqla) rəisi
yardımçı şöbənin müdiri
müstəqil idarənin şöbə rəisi, ümumi şöbənin rəisi
1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli mütəxəssis, mütəxəssis
2.11. Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında:
2.11. Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında:
orqanın rəhbərinin birinci müavini, müavini
orqanın rəhbərinin müavini
şöbə (ümumi şöbə istisna olmaqla) rəisi
ümumi şöbənin rəisi, baş mütəxəssis
1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli mütəxəssis, mütəxəssis
2.12. Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında:
2.12. Azərbaycan Respublikası (Naxçıvan
Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların, yerli bölmələrin aparatında:
orqanın (bölmənin) rəhbəri
orqanın (bölmənin) rəhbəri
orqanın (bölmənin) rəhbərinin birinci müavini, müavini
orqanın (bölmənin) rəhbərinin müavini
müstəqil idarə, şöbə müdiri (rəisi)
(ümumi şöbənin müdiri istisna olmaqla)
ümumi şöbənin müdiri, baş mütəxəssis
1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli
mütəxəssis, mütəxəssis
2.13. Rayon, şəhər xalq deputatları Sovetinin (Məclisinin) icraiyyə komitəsinin, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında:
2.13. Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında:
icraiyyə komitəsinin sədri
rayon, şəhər və şəhərdə rayon icra
hakimiyyətinin başçısı
icraiyyə komitəsi sədrinin müavini, icra hakimiyyəti başçısının 1-ci müavini, müavini)
icra hakimiyyəti başçısının müavini
icra hakimiyyəti aparatının idarə və şöbə
(ümumi şöbə də daxil olmaqla) müdiri
(rəisi), Mülki Müdafiə Qərargahının rəisi
icra hakimiyyəti aparatının idarə və şöbə (ümumi şöbə də daxil olmaqla) müdirinin (rəisinin) müavini
bölmə rəhbərinin müavini
bölmə müdiri, idarənin şöbə rəisi,
qəbul otağının müdiri
baş mütəxəssis, böyük məsləhətçi,
aparıcı mütəxəssis, təşkilatçı, memar
1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli mütəxəssis, mütəxəssis
2.14. Bakı Şəhər Xalq Deputatları Sovetinin (Məclisinin) İcraiyyə Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatında:
2.14. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında:
İcraiyyə Komitəsinin sədri, icra hakimiyyəti başçısı
icra hakimiyyətinin başçısı
İcraiyyə Komitəsi sədrinin müavini, icra hakimiyyəti başçısının 1-ci müavini (müavini)
icra hakimiyyəti başçısının müavini
idarə və şöbə (ümumi şöbə də daxil olmaqla) müdiri (rəisi), Mülki Müdafiə Qərargahının rəisi
idarə və şöbə (ümumi şöbə də daxil olmaqla) müdirinin (rəisinin) müavini
şöbə müdirinin müavini
bölmə müdiri, idarənin şöbə rəisi, qəbul otağının müdiri
baş mütəxəssis, böyük məsləhətçi, böyük referent, başçının baş müşaviri, başçının köməkçisi
məsləhətçi, referent, başçının birinci müavinin köməkçisi
aparıcı mütəxəssis, təşkilatçı, memar
1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli mütəxəssis, mütəxəssis
3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və ya İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələri bu Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifələrinə uyğundur.
1. 5 mart 2007-ci il tarixli 537 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 217)
2. 12 mart 2007-ci il tarixli 548 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 227)
3. 27 sentyabr 2007-ci il tarixli 629 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 867)
4. 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117)
5. 11 mart 2008-ci il tarixli 730 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 179)
6. 24 iyun 2009-cu il tarixli 109 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 iyun 2009-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 421)
7. 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)
8. 22 avqust 2014-cü il tarixli 246 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №8, maddə 964)