Qanunvericilik › Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.08.2002) › Tam mətn

Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.08.2002)

Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.08.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin:

əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi metodikasını hazırlayıb təsdiq etsin.

2. Nazirliklər, dövlət komitələri və baş idarələr Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla bu qərarın 1-ci hissəsinə uyğun olaraq tabeliklərindəki büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və zərərli olan iş yerlərində peşə və vəzifələrin siyahısını müvafiq artım əmsalları göstərilməklə təsdiq etsinlər.

3. Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına artımın (əmsalın) minimum miqdarı 1,2 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində müəyyən edilsin.

4. Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin:

sahillə quru yol əlaqəsi olduqda

quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə: 0,5 km-ə qədər

0,5 km-dən 70 km-ə qədər

5. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin.

6. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin.

7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının susuz ərazilərini müəyyən etsin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə həmin ərazilərin xəritəsini hazırlasın.

8. Müəssisə, idarə və təşkilatlar respublikanın susuz ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına artım əmsallarını tətbiq edərkən iş yerləri ilə içməli su mənbəyi arasındakı məsafələri hər il şəhər (rayon) icra hakimiyyəti orqanı ilə dəqiqləşdirərək razılaşdırsınlar.

9. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar respublikanın susuz ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına artım əmsallarını bu qərarın 8-ci hissəsində göstərilən qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla tətbiq etsinlər.

9-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilsin.

9-2. Müəyyən edilsin ki, bu Qərarın 9-1-ci hissəsində nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla tətbiq edilir.

10. Bu qərarın 3-cü, 5-ci hissələrində göstərilən artım əmsalları işəgötürən tərəfindən tarif (vəzifə) maaşına, vaxtamuzd və işəmuzd əmək haqqına, qanunvericiliklə tarif (vəzifə) maaşına müəyyən edilmiş əlavələrə və "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarının 1 nömrəli əlavəsinin 3-cü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilsin.

11. "Əmək haqqının təşkilinin təkmilləşdirilməsi və xalq təsərrüfatının sənaye sahələrinin işçilərinin yeni tarif və vəzifə maaşlarının tətbiq edilməsi haqqında" Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və AHİŞ-in 1986-cı il 27 noyabr tarixli, 390 nömrəli qərarının 7-ci bəndi və 14-cü bəndinin ikinci abzası, "Azərbaycan SSR dağ yerlərində yerləşən müəssisə və təşkilat işçilərinə əmək haqqı üzrə güzəştlərin verilməsi qaydası haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 16 noyabr tarixli 526 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

12. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 22 avqust 2002-ci il

Leşkər k. (kəndin yuxarı hissəsi)

Kiçik Qaramurad k. (yuxarıda yerləşən ayrıca hissə)

Qaraməmmədli k. (kəndin yuxarı hissəsi)

Novo-Saratovka kəndinin ayrıca tikilmiş sahəsi

Arabaçı kəndinin yuxarı hissəsi

Pərizamanlı kəndinin yuxarı hissəsi

İnəkboğan kəndinin yuxarı hissəsi

Böyük Qaramurad kəndinin ayrıca tikilmiş yeni sahəsi

Novo-İvanovka kəndinin yeni tikilmiş yuxarı hissəsi

Şurakənd kəndinin sürüşmə ilə bağlı köçürüləcək yeni sahəsi

Ataxal kəndinin yuxarı hissəsi

Poladlı kəndinin yeni tikilmiş sahəsi

Çobankənd kəndinin yeni tikilmiş yuxarı hissəsi

Yuxarı Ağcakənd kəndi

Otqışlaq və Babaşlar kəndləri

Bilabənd kəndinin cənub-qərbində yeni tikilmiş sahə

Qəvoy kəndinin şimal-qərbində ayrıca tikilmiş ərazi

Yusif Məmmədəliyev qəsəbəsi (N. Tusi adına Şamaxı Astrofizika rəsədxanası)

Sarıbaba və Kirov kəndləri

Pirembel k. (kəndin yuxarı hissəsi)

Naxçıvan Muxtar Respublikası

Aşağı Buzqov k. (yeni sahə)

Quşçu körpüsü qəsəbəsi

Mastail kəndinin yuxarı hissəsi

Xanəgah kəndinin yuxarı hissəsi

Qələbin kəndinin yeni tikilən yuxarı hissəsi

Siyov kəndinin yuxarı hissəsi

Dədəgünəş kəndinin yuxarı hissəsi

Hacılı kəndinin yuxarı hissəsi

Yardımlı şəhər ərazisinin Daşkənd hissəsi

Aparatın rəhbəri A. HACIYEV

1. 22 aprel 2003-cü il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 4, maddə 225)

2. 22 iyul 2003-cü il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 7, maddə 392)

3. 08 oktyabr 2003-cü il tarixli 131 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 616)

4. 3 may 2004-cü il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 5, maddə 379)

5. 1 sentyabr 2005-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 853)

6. 14 fevral 2007-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 191)

7. 1 fevral 2008-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 104)

8. 6 fevral 2008-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 112)

9. 9 iyun 2008-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 584)

10. 20 avqust 2008-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 788)

11. 20 aprel 2010-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 361)

12. 25 iyun 2010-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 566)

13. 15 mart 2012-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 265)

14. 11 iyun 2013-cü il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2013-cü il, № 131; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 728)

15. 30 avqust 2013-cü il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 7 sentyabr 2013-cü il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1035)

16. 5 iyun 2014-cü il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 iyun 2014-cü il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 728)

17. 19 mart 2015-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 aprel 2015-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 461)

18. 15 sentyabr 2015-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2015-ci il, № 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1217)

19. 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1418)

20. 17 may 2017-ci il tarixli 212 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2017-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 983)

21. 23 aprel 2021-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 aprel 2021-ci il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 413)

22. 5 iyun 2023-cü il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 iyun 2023-cü il, “Xalq” qəzeti, 9 iyun 2023-cü il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 845)

23. 5 avqust 2023-cü il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 13 avqust 2023-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1268)

24. 20 iyul 2024-cü il tarixli 349 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 iyul 2024-cü il, “Xalq” qəzeti, 28 iyul 2024-cü il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 910)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver