I. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin tətbiq edilməsi bu Qanuna, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə müvafiq həyata keçirilir.
II. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün səbəblər və əsaslar, onların tətbiqi şərtləri, həyata keçirilməsi, tətbiqinə nəzarət, bu tədbirlərə dair qərarların, yazılı tapşırıqların və sorğuların verilməsi, habelə keçirilən tədbirlərin nəticələrindən istifadə edilməsi qaydaları bu Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir.