Qanunvericilik › Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Qanunda istifadə olunan əsas anlayışların izahı

Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaya malikdir:

“Əmtəə birjası” — müəyyən edilmiş birja qaydaları əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində həyata keçirilən topdansatış ticarət bazarını təşkil etmək məqsədi güdən hüquqi və (və ya) fiziki şəxslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statuslu təşkilatdır.

“Birja əmtəəsi” — birja tərəfindən müəyyənləşdirilmiş qaydada birja ticarətinə buraxılmış və dövriyyədən çıxarılmamış əmtəə, o cümlədən həmin əmtəə üzrə standart kontraktdır hər hansı daşınmaz əmlak və ya əqli mülkiyyətin obyekti birja əmtəəsi ola bilməz.

“Birja əqdi” — birja sövdələşmələri gedişində birja əmtəəsi üzrə birja ticarətinin iştirakçıları arasında (öz adlarından və ya üçüncü şəxslərin tapşırığı ilə) bağlanan və müəyyənləşdirilmiş qaydada qeydiyyatdan keçmiş müqavilədir (sazişdir).

“Məzənnə” — əqd bağlananda satıcıları və alıcıları istiqamətləndirməkdən ötrü müəyyən müddət və ya vaxt üçün tələb və təklifi nəzərə almaqla əmtəələrin qiymətini aydınlaşdırmaq və qeydə almaqdır.

“Broker” — birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin adından onun hesabına, müştərinin adından öz hesabına, yaxud öz adından müştərinin hesabına bağlanmasını həyata keçirən birja vasitəçisidir.

“Diler” — birja əqdlərinin müəyyənləşdirilmiş qaydada öz adından, öz hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan birja vasitəçisidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver