Qanunvericilik › Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Qeydiyyata dair məlumatların dərci

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanunun 17-ci maddəsinə əsasən reyestrə daxil edilmiş məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun rəsmi bülletenində dərc edilir.

Qeydə alınmış kollektiv nişana dair məlumatın dərci zamanı əlavə olaraq nişanın aid edildiyi əmtəənin və ya xidmətin keyfiyyəti və digər xüsusiyyətləri barədə kollektiv nişanın nizamnaməsindən çıxarış verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver