Qanunvericilik › Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar müəyyənləşdirildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.

Ələt azad iqtisadi zonasında əmtəə nişanları və coğrafi göstəricilər sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver