Qanunvericilik › Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 33

Maddə 33. Mübahisələrə baxılması

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanunun icrası ilə əlaqədar aşağıdakı mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada qaydada məhkəmədə baxılır:

vahid keyfiyyət göstəricilərinə və ya digər vahid xüsusiyyətlərə malik olmayan, əmtəələrdə istifadə olunan kollektiv nişanın hüquqi mühafizəsinin vaxtından əvvəl dayandırılması;

əmtəə nişanına dair müstəsna hüququn pozulması;

lisenziya müqaviləsinin və hüquqların verilməsinə dair müqavilənin bağlanması və icrası;

coğrafi göstəricidən qanunsuz istifadə.

Mübahisələrə məhkəmədə baxılarkən əmtəələrin istehsalı və ya xidmətlərin göstərilməsi ilə bağlı əmtəə nişanı sahibinin kommersiya sirlərinin saxlanılmasına riayət olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver