Qanunvericilik › Energetika haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması

Energetika haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması aşağıdakılar vasitəsilə təmin edilir:

9.1.1. dövlət tərəfindən tənzimlənən qiymətlər istisna olmaqla, energetika sahəsində malların, işlərin, xidmətlərin qiymətlərinin tələb-təklif əsasında formalaşdırılması;

9.1.2. qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, energetika subyektlərinin fəaliyyətinə dövlət tərəfindən müdaxilə edilməməsi;

9.1.3. energetika subyektləri arasında, habelə energetika subyektləri ilə enerji istehlakçıları arasında münasibətlərin müqavilə əsasında tənzimlənməsi;

9.1.4. energetika sahəsində inhisarçılığın yaranmasına, rəqabətin digər şəkildə məhdudlaşdırılmasına və (və ya) haqsız rəqabətə qarşı tədbirlər görülməsi.

9.2. Energetika sahəsində təbii inhisar subyektlərinin fəaliyyət sahələri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi ilə müəyyən edilir və həmin Məcəlləyə uyğun olaraq həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver