Qanunvericilik › “Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələrə dair Tələblər”in, “Enerji effektivliyi fondunun vəsaiti hesabına pilot layihələrin maliyyələşdirilməsi, həmçinin subsidiya və qrant alınması üçün ərizə forması”nın və “Enerji effektivliyi fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən layihələri maliyyələşdirilən fiziki və ya hüquqi şəxslər haqqında məlumat forması”nın təsdiq edilməsi haqqında (Energetika Nazirliyi, 22.01.2026) › Tam mətn

“Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələrə dair Tələblər”in, “Enerji effektivliyi fondunun vəsaiti hesabına pilot layihələrin maliyyələşdirilməsi, həmçinin subsidiya və qrant alınması üçün ərizə forması”nın və “Enerji effektivliyi fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən layihələri maliyyələşdirilən fiziki və ya hüquqi şəxslər haqqında məlumat forması”nın təsdiq edilməsi haqqında (Energetika Nazirliyi, 22.01.2026)

“Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələrə dair Tələblər”in, “Enerji effektivliyi fondunun vəsaiti hesabına pilot layihələrin maliyyələşdirilməsi, həmçinin subsidiya və qrant alınması üçün ərizə forması”nın və “Enerji effektivliyi fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən layihələri maliyyələşdirilən fiziki və ya hüquqi şəxslər haqqında məlumat forması”nın təsdiq edilməsi haqqında (Energetika Nazirliyi, 22.01.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”nın 3.2-ci, 3.3-cü və 4.10-cu bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası

1. “Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələrə dair Tələblər” təsdiq edilsin (əlavə olunur).

2. “Enerji effektivliyi fondunun vəsaiti hesabına pilot layihələrin maliyyələşdirilməsi, həmçinin subsidiya və qrant alınması üçün ərizə forması” təsdiq edilsin (əlavə olunur).

3. “Enerji effektivliyi fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən layihələri maliyyələşdirilən fiziki və ya hüquqi şəxslər haqqında məlumat forması” təsdiq edilsin (əlavə olunur).

4. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Azərbaycan Respublikasının

1.1. Bu Tələblər Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”nın (bundan sonra – Qayda) 3.2-ci bəndinə uyğun olaraq hazırlanmışdır və fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən layihələrə dair tələbləri müəyyən edir.

1.2. Enerji Məsələlərini Tənzimləmə Agentliyi Enerji effektivliyi fondunun (bundan sonra – Fond) vəsaiti hesabına bu Tələblərə uyğun gələn layihələrin (bundan sonra – layihələr) maliyyələşdirilməsini, o cümlədən layihələr üzrə subsidiya və qrantların ayrılmasını, habelə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsini təmin edir.

1.3. Bu Tələblərdə istifadə olunan anlayışlar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – Qanun), “Qrant haqqında” Azərbaycan Respublikası Qanununda, Qaydada və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2.1. Fondun vəsaitindən istifadə istiqamətləri və stimullaşdırıcı tədbirlər üzrə layihələrə dair tələblərin, tətbiq edilən texnologiya və tədbirlərin, fiziki və hüquqi şəxslərin əhatə dairəsi bu Tələblərə Əlavə ilə müəyyən edilir.

2.2. Layihələrin inkişafına dəstək üçün (texniki və (və ya) maliyyə əsaslandırmalarının, texniki layihələndirmə cizgilərinin, enerji auditinin keçirilməsi) qrant verilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 309 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarlar”a uyğun gələn təsərrüfat subyektləri və qeyri-yaşayış binalarına üstünlük verilir.

3.1. Fond aşağıdakı sahələrlə bağlı layihələri maliyyələşdirmir:

3.1.1. silah və sursat istehsalı və ya ticarəti;

3.1.2. alkoqollu içkilərin istehsalı və ya ticarəti;

3.1.3. tütün məmulatlarının istehsalı və ya ticarəti;

3.1.4. torpaq və mövcud binaların satın alınması, kirayəsi və ya icarəsi;

3.1.5. istifadədə olmuş avadanlıqların təkrar istifadəsi;

3.1.6. radioaktiv materialların istehsalı və ya ticarəti (tibbi və keyfiyyət nəzarəti avadanlıqları istisna olmaqla);

3.1.7. asbest liflərinin istehsalı və ya ticarəti;

3.1.8. təhlükəli kimyəvi maddələrin istehsalı, ticarəti, saxlanması və ya istifadəsi;

3.1.9. idarə olunan meşələrdən olmayan ağac və ya meşə məhsullarının istehsalı və ya ticarəti.

Enerji effektivliyi üzrə tədbirlərin və dövlət proqramlarının icrasının dəstəklənməsi

1.1.1.binaların enerji effektivliyinin artırılması:

1.1.1.1. istilik sistemlərinin təkmilləşdirilməsi, o cümlədən termostatik radiator klapanlarının quraşdırılması, istilik şəbəkələrində boruların izolyasiyası və yeni istilik mübadilə qurğularının quraşdırılması, qazanların modernləşdirilməsi (və ya dəyişdirilməsi);

1.1.1.2. binaların izolyasiyası, o cümlədən pəncərələr, qapılar, dam, döşəmə, zirzəmi və divarların istilik izolyasiyası;

1.1.1.3. effektiv HVAC (isitmə, ventilyasiya, havanın kondisiyalaşdırılması) sistemlərinin tətbiqi;

1.1.1.4. yüksək effektivli işıqlandırma sistemlərinin quraşdırılması;

1.1.1.5. enerji effektivliyi yüksək olan avadanlıq və cihazların tətbiqi;

1.1.1.6. istilik nasoslarının tətbiqi.

· balansında dövlət mənzil fonduna aid çoxmənzilli yaşayış binaları olan dövlət orqanları (qurumları);

· dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış binaları üzrə idarəedici təşkilatları;

· Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planlarını təsdiq etmiş bələdiyyələr.

· layihənin maliyyə əsaslandırılması təqdim olunmalı;

· binada son 5 (beş) ildə enerji effektivliyi tədbirləri həyata keçirilməməli və ən azı 5 (beş) il istismar müddəti olmalı;

· binada enerji auditi keçirilməli və ya müvafiq sahədə ixtisaslaşmış müstəqil ekspert rəyi təqdim olunmalı (kömür, odun və dizel ilə işləyən sobaların ekoloji cəhətdən daha təmiz texnologiyalarla əvəzlənməsi tədbirində enerji auditi tələb edilmir);

· layihə nəticəsində son enerji istehlakında ən azı 20% qənaət (natural ifadədə, baza enerji istehlakı ilə müqayisədə) təmin edilməli;

· layihələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Binalar üçün minimum enerji effektivliyi Normaları” nəzərə alınmaqla tərtib edilməli;

· layihənin geri ödəmə müddəti maksimum 30 (otuz) il, natural ifadədə 50%-dən yüksək enerji qənaətinə hədəflənmiş tədbirləri nəzərdə tutan layihələrdə 35 (otuz beş) il;

· binanın ən azı 60%-i faktiki istismarda olmalı (dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış binaları istisna olmaqla).

1.1.2. binaların enerji effektivliyi üzrə pasportlaşdırılması.

· layihənin təsviri olmalı;

· layihənin maliyyə əsaslandırılması təqdim olunmalı.

1.1.3. layihənin inkişafına dəstək (texniki və (və ya) maliyyə əsaslandırmalarının, texniki layihələndirmə cizgilərinin hazırlanması, enerji auditinin keçirilməsi).

· balansında dövlət mənzil fonduna aid çoxmənzilli yaşayış binaları olan dövlət orqanları (qurumları), mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri və çoxmənzilli binaların idarəedici təşkilatları;

· qeyri-yaşayış binaları üzrə kommersiya və xidmət fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər (o cümlədən, dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış binaları üzrə idarəedici təşkilatları);

· sənaye və kənd təsərrüfatı sektorları üzrə təsərrüfat subyektləri.

Binalarda keçirilən layihələrə münasibətdə:

· layihənin maliyyə əsaslandırılması təqdim olunmalı;

· binada son 5 (beş) ildə enerji effektivliyi tədbirləri həyata keçirilməməli və ən azı 5 (beş) il istismar müddəti olmalı;

· binanın ən azı 60%-i faktiki istismarda olmalı (dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış binaları istisna olmaqla).

İstehsalat sahələrində keçirilən layihələrə münasibətdə:

· layihənin təsviri olmalı;

· layihənin maliyyə əsaslandırılması təqdim olunmalı.

1.1.4. istilik sistemlərinin təkmilləşdirilməsi, o cümlədən termostatik radiator klapanlarının quraşdırılması, istilik şəbəkələrində boruların izolyasiyası və yeni istilik mübadilə qurğularının quraşdırılması, qazanların modernləşdirilməsi (və ya dəyişdirilməsi);

1.1.5. binaların izolyasiyası, o cümlədən pəncərələr, qapılar, dam, döşəmə, zirzəmi və divarların istilik izolyasiyası;

1.1.6. effektiv HVAC (isitmə, ventilyasiya, havanın kondisiyalaşdırılması) sistemlərinin tətbiqi;

1.1.7. yüksək effektivli işıqlandırma sistemlərinin quraşdırılması;

1.1.8. enerji effektivliyi yüksək olan avadanlıq və cihazların istifadəsi.

1.1.9. istilik nasoslarının tətbiqi.

· balansında dövlət mənzil fonduna aid çoxmənzilli yaşayış binaları olan dövlət orqanları (qurumları), mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri və çoxmənzilli binaların idarəedici təşkilatları;

· dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış binaları üzrə idarəedici təşkilatları.

· layihənin maliyyə əsaslandırılması təqdim olunmalı;

· binada son 5 (beş) ildə enerji effektivliyi tədbirləri həyata keçirilməməli və ən azı 5 (beş) il istismar müddəti olmalı;

· binada enerji auditi keçirilməli və ya müvafiq sahədə ixtisaslaşmış müstəqil ekspert rəyi təqdim olunmalı (kömür, odun və dizel ilə işləyən sobaların ekoloji cəhətdən daha təmiz texnologiyalarla əvəzlənməsi tədbirindən ibarət layihələrdə enerji auditi tələb edilmir);

· layihə nəticəsində son enerji istehlakında ən azı 20% qənaət (natural ifadədə, baza enerji istehlakı ilə müqayisədə) təmin edilməli;

· layihələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Binalar üçün minimum enerji effektivliyi Normaları” nəzərə alınmaqla tərtib edilməli;

· layihənin geri ödəmə müddəti maksimum 30 (otuz) il, natural ifadədə 50%-dən yüksək enerji qənaətinə hədəflənmiş tədbirləri nəzərdə tutan layihələrdə 35 (otuz beş)il;

· binanın ən azı 60%-i faktiki istismarda olmalı (dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış binaları istisna olmaqla).

1.1.10. istilik sistemlərinin təkmilləşdirilməsi, o cümlədən termostatik radiator klapanlarının quraşdırılması, istilik şəbəkələrində boruların izolyasiyası və yeni istilik mübadilə qurğularının quraşdırılması, qazanların modernləşdirilməsi (və ya dəyişdirilməsi);

1.1.11. binaların izolyasiyası, o cümlədən pəncərələr, qapılar, dam, döşəmə, zirzəmi və divarların istilik izolyasiyası;

1.1.12. effektiv HVAC (isitmə, ventilyasiya, havanın kondisiyalaşdırılması) sistemlərinin tətbiqi;

1.1.13. yüksək effektivli işıqlandırma sistemlərinin quraşdırılması;

1.1.14. enerji effektivliyi yüksək olan avadanlıq və cihazların istifadəsi;

1.1.15. qazanların, sobaların və qurutma maşınlarının təkmilləşdirilməsi (və ya dəyişdirilməsi);

1.1.16. tullantı istiliyinin enerji məqsədli təkrar istifadəsi;

1.1.17. istilik paylama sistemlərinin təkmilləşdirilməsi;

1.1.18. istilik nasoslarının tətbiqi.

· fərdi yaşayış evlərinin mülkiyyətçiləri;

· mənzil-tikinti kooperativləri, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri;

· qeyri-yaşayış binaları üzrə kommersiya və xidmət fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər (o cümlədən, dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış binaları üzrə idarəedici təşkilatları);

· sənaye və kənd təsərrüfatı sektorları üzrə təsərrüfat subyektləri.

Binalarda keçirilən layihələrə münasibətdə:

· layihənin maliyyə əsaslandırılması təqdim olunmalı;

· binada son 5 (beş) ildə enerji effektivliyi tədbirləri həyata keçirilməməli və ən azı 5 (beş) il istismar müddəti olmalı;

· binada enerji auditi keçirilməli və ya müvafiq sahədə ixtisaslaşmış müstəqil ekspert rəyi təqdim olunmalı;

· layihə nəticəsində son enerji istehlakında ən azı 20% qənaət (natural ifadədə, baza enerji istehlakı ilə müqayisədə) təmin edilməli;

· layihələr (fərdi yaşayış evləri istisna olmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Binalar üçün minimum enerji effektivliyi Normaları” nəzərə alınmaqla tərtib edilməli;

· layihənin geri ödəmə müddəti maksimum 30 (otuz) il, natural ifadədə 50%-dən yüksək enerji qənaətinə hədəflənmiş enerji effektivliyi tədbirlərini nəzərdə tutan layihələrdə 35 (otuz beş) il;

· binanın ən azı 60%-i faktiki istismarda olmalı (dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış binaları istisna olmaqla).

İstehsalat sahələrində keçirilən layihələrə münasibətdə:

· layihənin maliyyə əsaslandırılması təqdim olunmalı;

· layihədə istifadə olunacaq texnologiyaların və tədbirlərin texniki əsaslandırılması təqdim olunmalı;

· enerji auditi keçirilməli və ya müvafiq sahədə ixtisaslaşmış müstəqil ekspert rəyi təqdim olunmalı;

· layihə nəticəsində son enerji istehlakında ən azı 20% qənaət (natural ifadədə, baza enerji istehlakı ilə müqayisədə) təmin edilməli;

· layihədə ən çoxu 15 (on beş) il geri ödəmə müddəti nəzərə alınmalı;

· layihə çərçivəsində yeni avadanlığın alınması hallarında (sənaye sektorunda) mövcud avadanlığın gücünün 100%-dən çox artırılması nəzərdə tutulmamalı.

1.1.19. dəyişən tezlik tənzimləyicisinin (VSD - mühərrik sürətinin idarə edilməsi üçün giriş tezliyinin və gərginliyinin tənzimlənməsi, mühərrikin sürətinin istənilən səviyyədə saxlanılması) tətbiqi;

1.1.20. güc əmsalının korreksiyası (elektrik yüklərinin xüsusiyyətlərində dəyişiklik etməklə güc faktorlarının korreksiyası və vahidə (1.00) yaxınlaşdırılması prosesi);

1.1.21. yüksək effektivli elektrik mühərrikləri, kompressorlar və nasosların quraşdırılması.

· sənaye və kənd təsərrüfatı sektorları üzrə təsərrüfat subyektləri.

· layihənin maliyyə əsaslandırılması təqdim olunmalı;

· enerji auditi keçirilməli və ya müvafiq sahədə ixtisaslaşmış müstəqil ekspert rəyi təqdim olunmalı;

· layihə nəticəsində son enerji istehlakında ən azı 20% qənaət (natural ifadədə, baza enerji istehlakı ilə müqayisədə) təmin edilməli.

Enerji menecmenti sisteminin tətbiqi

1.2.1. ISO50001 standartı əsasında enerji menecmenti sisteminin yaradılması.

· məcburi enerji auditi subyektləri

· layihənin təsviri olmalı;

· layihənin maliyyə əsaslandırılması təqdim olunmalı;

· layihə çərçivəsində ISO50001 standartına uyğun enerji menecmenti sistemi yaradılmalı və sertifikatlaşdırma təmin edilməli.

1.2.2. ISO50001 standartı əsasında enerji menecmenti sisteminin yaradılması.

· məcburi enerji auditi subyektləri

· layihənin təsviri olmalı, o cümlədən layihənin texniki və maliyyə əsaslandırılması təqdim olunmalı;

· Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 310 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji menecment sisteminə dair tələblər”ə uyğun olmalı.

Ağıllı sayğacların və sistemlərin tətbiqi

1.3.1. ağıllı bina idarəetmə sistemləri

· balansında dövlət mənzil fonduna aid çoxmənzilli yaşayış binaları olan dövlət orqanları (qurumları);

· dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış binaları üzrə idarəedici təşkilatları.

· layihənin təsviri olmalı, o cümlədən layihənin texniki və maliyyə əsaslandırılması təqdim olunmalı;

· enerji auditi keçirilməli və ya müvafiq sahədə ixtisaslaşmış müstəqil ekspert rəyi təqdim olunmalı;

· binada enerji effektivliyi tədbirləri nəticəsində son enerji istehlakında ən azı 20% qənaət təmin edilməli;

1.3.2. ağıllı sayğaclar;

1.3.3. ağıllı enerji idarəetmə sistemləri;

1.3.4. ağıllı bina idarəetmə sistemləri.

· qeyri-yaşayış binaları üzrə kommersiya və xidmət fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər (o cümlədən, dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış binaları üzrə idarəedici təşkilatları);

· mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri və çoxmənzilli binaların idarəedici təşkilatları;

· sənaye və kənd təsərrüfatı sektorları üzrə təsərrüfat subyektləri;

· enerji təchizatçıları.

· layihənin təsviri olmalı, o cümlədən texniki və maliyyə əsaslandırılması təqdim olunmalı.

Kogenerasiya və yüksək effektiv kogenerasiya qurğularının tətbiqi

1.4.1. layihənin inkişafına dəstək (texniki və (və ya) maliyyə əsaslandırmalarının, texniki layihələndirmə cizgilərinin hazırlanması, enerji auditinin keçirilməsi)

· sənaye sektoru üzrə təsərrüfat subyektləri.

· layihənin təsviri olmalı;

· layihənin maliyyə əsaslandırılması təqdim olunmalı.

1.4.2. kogenerasiya, trigenerasiya tətbiqləri.

· layihənin maliyyə əsaslandırılması təqdim olunmalı;

· enerji auditi keçirilməli və ya müvafiq sahədə ixtisaslaşmış müstəqil ekspert rəyi təqdim olunmalı;

· layihə nəticəsində son enerji istehlakında ən azı 20% qənaət (natural ifadədə, baza enerji istehlakı ilə müqayisədə) təmin edilməli;

· layihədə ən çoxu 15 (on beş) il geri ödəmə müddəti nəzərə alınmalı;

Bərpa olunan enerji mənbələrindən istifadə

1.5.1. aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələrinin tətbiqi;

1.5.2. günəş kollektorlarının tətbiqi;

1.5.3. istilik nasoslarının tətbiqi;

1.5.4. off-grid rejimli bərpa olunan enerji mənbələrinin tətbiqi.

· balansında dövlət mənzil fonduna aid çoxmənzilli yaşayış binaları olan dövlət orqanları (qurumları);

· dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış binaları üzrə idarəedici təşkilatları;

· Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planlarını təsdiq etmiş bələdiyyələr.

· layihənin təsviri olmalı, o cümlədən texniki və maliyyə əsaslandırılması təqdim olunmalı;

· 1.1-1.4-cü – bəndlərdə tətbiqi nəzərdə tutulan enerji effektivliyi tədbirləri üzrə son enerji istehlakında ən azı 20% qənaət təmin edilməli;

· fərdi yaşayış evlərinin mülkiyyətçiləri;

· mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri, mənzil-tikinti kooperativləri;

· qeyri-yaşayış binaları üzrə kommersiya və xidmət fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər;

· sənaye, kənd təsərrüfatı və nəqliyyat sektorları üzrə təsərrüfat subyektləri.

· layihənin təsviri olmalı, o cümlədən texniki və maliyyə əsaslandırılması təqdim olunmalı.

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsində nəzərdə tutulan elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi

1.6.1. enerji effektivliyinin artırılması məqsədilə aparılan araşdırmalar, tədqiqatlar və innovativ enerji effektivliyi həllərinin ölkədə tətbiqinin uyğunlaşdırılması.

· ali təhsil müəssisələri, elmi-tədqiqat institutları;

· enerji və enerji səmərəliliyi ilə bağlı sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və peşəkar assosiasiyalar.

· layihənin təsviri olmalı, o cümlədən texniki və maliyyə əsaslandırılması təqdim olunmalı.

1.6.2. yerli enerji effektivliyi ekosisteminin formalaşdırılması məqsədilə təşkil olunan enerji effektivliyi bazarının maraqlı tərəfləri üçün təcrübə mübadiləsi, bilik və bacarıqların artırılması tədbirləri;

1.6.3. enerji səmərəliliyi üzrə kitab, təlim-tədris və maarifləndirmə materiallarının hazırlanması;

1.6.4. dayanıqlı enerji və iqlim fəaliyyət planlarının hazırlanması.

· layihənin təsviri olmalı;

· layihənin maliyyə əsaslandırılması təqdim olunmalı.

2. Ərizəçi haqqında məlumatlar:

2.1. Fiziki şəxs olduqda:

Adı, soyadı, atasının adı:

Şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN kodu:

Mobil telefon nömrəsi:

Elektron poçt ünvanı (olduqda):

2.2. Hüquqi şəxs olduqda:

İnternet səhifəsi (olduqda):

Elektron poçt ünvanı (olduqda):

Əlaqə telefon nömrələri (iş və mobil):

3. Əsas fəaliyyəti barədə məlumat:

4. Layihə parametrləri (AZN ilə):

Ümumi investisiya həcmi:

Ərizəçinin öz vəsaiti (olduqda):

Mövcud qrant/subsidiya:

Müraciət edilən stimullaşdırıcı tədbir: □ pilot layihə □ qrant □ subsidiya

5. Layihənin iqtisadi göstəriciləri (AZN ilə):

Enerjiyə qənaətdən gəlir

Digər faydalar/əlavə gəlir

İstismar və təmir xərclərində azalma və ya artım

6. Layihədən gözlənilən nəticələr:

6.1. Planlaşdırılmış tamamlanma müddəti:

6.2. Proqnozlaşdırılmış enerji və maliyyə qənaəti (illik):

6.3. İnvestisiyanın geri ödəmə müddəti (illər üzrə):

· Son 3 (üç) il üzrə enerji istehlakına dair məlumat:

(“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsində nəzərdə tutulan elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi istiqaməti üzrə qrant üçün təqdim edilən layihələr istisna olmaqla)

· Ərizəçinin enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı əvvəl icra etdiyi (əgər varsa) layihələrin icra vəziyyəti barədə məlumat:

Aşağıdakı sənədlər ərizəyə əlavə edilir:

a. Layihə və onun maliyyə əsaslandırılması (xərc smetası daxil olmaqla);

b. Enerji auditi keçirildiyi təqdirdə onun nəticəsinə dair hesabat (qrant layihələri istisna olmaqla) və ya müvafiq sahədə ixtisaslaşmış müstəqil ekspert rəyi;

c. Rəhbərin (və ya digər səlahiyyətli şəxsin) səlahiyyətini təsdiq edən sənəd;

d. Cinayətə görə məhkumluğun olub-olmaması (hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsi) barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən arayış;

e. Müflis elan edilib-edilməməsi, əmlakı üzərinə həbs qoyulmaması, tutma yönəldilmiş girovun olmaması, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə ”Elektron məhkəmə” informasiya sistemindən çıxarış;

f. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməmiş öhdəliklərin olub-olmaması barədə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən arayış;

g. Layihəyə cəlb edilən işçilər barədə sənədlər:

▪ şəxsiyyətini təsdiq edən sənədin surəti;

▪ hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə işçilər arasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində (bundan sonra - ƏMAS) bağlanılmış əmək müqaviləsi;

▪ ali təhsil haqqında diplomun surəti;

▪ əlavə təhsilə dair sənədin surəti (olduğu halda);

▪ ƏMAS-dan işçinin əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti.

Qeyd: 1. Ərizəçi hüquqi şəxs olduqda ərizə soyadı, adı və atasının adı, rəhbərin vəzifəsi göstərilməklə (və ya digər səlahiyyətli şəxsin) imzası və hüquqi şəxsin əsas möhürü ilə təsdiqlənməlidir.

2. Fiziki və ya hüquqi şəxslərdən tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Ərizəçi _____________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

Tarix: ___ __________ 20__

Müvəkkil kredit təşkilatı: _______________________________________________________

Qeyd: 1. Hüquqi şəxs və ya fərdi sahibkar olduqda VÖEN, fiziki şəxs olduqda isə fərdi indentifikasiya nömrəsi (FİN) yazılır.

2. “Enerji resurslarından səmərəli istifadə və enerji effektiviyi haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən istiqamətlər nəzərdə tutulur, xanada istiqamətin qeyd edildiyi maddənin nömrəsi yazılır.

Tərtib etdi: ____________________________________

(adı, soyadı, vəzifəsi, imzası)

Rəhbər: ______________________________________

(adı, soyadı, vəzifəsi, imzası)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver