Qanunvericilik › Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Eyniləşdirmə nömrələri

Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin hüquqi qorunmasını təmin etmək məqsədi ilə belə obyektlərdə unikal rəqəmli kodlardan istifadə olunur. Həmin kodlar müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin hazırlanmasının mənşəyi haqqında informasiyanı eyniləşdirməyə imkan verir.

12.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum İSBN, İSMN, İSSN, İSAN və İSRC beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı müvafiq işləri təşkil edir və həyata keçirir.

12.3. Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi qaydalarını və həmin nömrələrin verilməsinə görə haqqın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda beynəlxalq standart eyniləşdirmə nömrələrinin alınmasının könüllü və məcburi olduğu hallar da müəyyən edilməlidir.

12.4. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum rəqəmsal şəbəkələrdə də müəllif, ifaçı və fonoqram istehsalçılarının əmlak hüquqlarından istifadəyə nəzarət edir, hüquq sahiblərinin mənafelərinə və iradələrinə uyğun olaraq bu hüquqların kollektiv əsasda idarəçiliyini təşkil edir, hüquqların pozulduğu, o cümlədən hüquqlardan istifadəyə qoyulmuş məhdudiyyətləri təmin edən texniki müdafiə vasitələrinin qeyri-qanuni dağıdıldığı, eləcə də hüquq sahibinin razılığı olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın ləğvi, yaxud dəyişdirildiyi hallarda müvafiq tədbirlər görür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver