Qanunvericilik › Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Məhkəmə qərarlarının açıqlanması

Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Məhkəmə qərarları qanunvericiliklə müəyyən edilmiş qaydada internet informasiya ehtiyatlarında yerləşdirilməlidir.

8.2. Hüquq sahibinin əsaslandırılmış müraciəti olduqda, məhkəmə hüquqpozmaya yol vermiş şəxsin hesabına məhkəmə qərarları barədə məlumatların yayılması, o cümlədən məhkəmə qərarlarının bir hissəsinin və ya tam şəkildə iddiaçının ərizəsində göstərdiyi dövri mətbu nəşrlərdə də dərc edilməsi üçün müvafiq tədbirlər görülməsinə dair qərar çıxarır.

8.3. Bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarları barədə məlumatların yayılması məqsədi ilə məhkəmə hüquqpozmaya yol vermiş şəxsin hesabına əlavə aşkarlıq tədbirləri görülməsini, o cümlədən həmin məlumatların hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməsini təmin etmək hüququna malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver