"Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası"nın və "Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası və Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 25 avqust 1999-cu il
1. Bu Qayda "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında hazırlanmış və ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının formasını, onun tərtib edilməsinin əsas vəzifə və prinsiplərini müəyyən edir.
2. Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının tərtibi əsas ionlaşdırıcı şüa mənbələrinin (təbii və texnogen) dövlət qiymətləndirilməsi sistemi sayılır və bu, əhalinin yaşayış şəraiti və fəaliyyəti ilə əlaqədar radiasiya təhlükəsizliyinin təminatına yönəldilir.
3. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların və ərazilərin radioloji-gigiyenik pasportlarının aparılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq qaydada həyata keçirilir (1 və 2 nömrəli əlavələr).
4. Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportuna aşağıdakılar daxil edilməlidir:
əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi;
yüksək səviyyəli ionlaşdırıcı şüa təsirinə məruz qalan ərazi və əhalinin (işçilərin) risk qrupları haqqında məlumat;
ərazi və ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlarda radiasiya vəziyyətinin proqnozu;
əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin təminatı ilə əlaqədar planlaşdırma, tədbirlərin aparılması və qərarların qəbul edilməsi üçün lazım olan tövsiyələr;
əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin təmin olunması ilə əlaqədar aparılan tədbirlərin effektivliyinin analizi.
5. Müəssisə və təşkilatların radioloji-gigiyenik pasportunda ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin növü, xarakteri, işlərin aparılma yeri, gigiyenik norma və qayda tələblərinə əməl olunması, radiasiya qəzası ehtimalı və onun miqyası, qəzaların qarşısının alınması və onun nəticələrinin ləğv edilməsinə hazırlıq, müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslərin sayı və radiasiya təhlükəsizliyinə hazırlığın vəziyyəti barədə digər lazımi məlumatlar olmalıdır.
6. Ərazinin radioloji-gigiyenik pasportunda ərazilərin radioaktiv çirklənməsinin xüsusiyyəti və dərəcəsi, bunun nəticəsində əhalinin ayrı-ayrı qruplarının məruz qaldıqları şüalanma dozalarının təhlili, radiasiya təhlükəsizliyi şəraitinin qiymətləndirilməsi üçün digər məlumatlar qeyd olunur.
7. Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında qeyd edilmiş məlumatlar dəqiq, dolğun olmalı, radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin effektivliyinin qiymətləndirilməsinə imkan verməlidir.
8. Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportları hər il tərtib edilir.
1. Müəssisə, təşkilat ___________________________________________________________________
2. Müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti ____________________________________________________________________________________
____________________________________________________________________________________
____________________________________________________________________________________
3. Radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin ləğv edilməsinə hazırlıq ____________________________________________________________________________________
____________________________________________________________________________________
____________________________________________________________________________________
4. Müəssisə və təşkilatlarda radiasiya təhlükəsizliyinin təmin edilməsinə qiymət ____________________________________________________________________________________
5. Radiasiya təhlükəsizliyinə cavabdeh olan vəzifəli şəxs
____________________________________________________________________________________
____________________________________________________________________________________
_________________ (imza) _________________ (imza) 6. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nümayəndəsinin rəyi __________________________________________________________________________________
__________ __________ (tarix) __________ (imza) __________ M.Y.
7. Rəy ilə tanış oldu ___________________________________________________________________ (müəssisə və təşkilatın rəhbərinin adı,) ____________________________________________________________________________________ soyadı, atasının adı) __________________ (imza) __________________ (tarix)
1. Ərazi _____________________________________________________________________________ (inzibati rayon) 2. Əhalinin sayı _______________________________________________________________________ 3. Ərazinin sahəsi ______________________ kv. km. 4. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən obyektlərin siyahısı ____________________________________________________________________________________ ____________________________________________________________________________________ ____________________________________________________________________________________ 5. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən obyektlərin xarakteristikası ____________________________________________________________________________________ ____________________________________________________________________________________ ____________________________________________________________________________________ 6. Ətraf mühitin radioaktiv çirkələnməsinin xarakteristikası ____________________________________________________________________________________ (ərazidə radiasiya anomaliyalarının və çirklənmələrin olması, onların təbii və ya texnogen ____________________________________________________________________________________ olmasının xüsusiyyəti, dərəcəsi və səbəbi) 7. Ətraf mühit obyektlərində radioaktiv maddələrin xüsusi aktivliyi ____________________________________________________________________________________ ____________________________________________________________________________________ (yerli qida məhsulları, içməli su mənbələri və s.) ____________________________________________________________________________________ 8. Yerli xammaldan olan tikinti materiallarında radioaktiv maddələrin xüsusi effektiv aktivliyi ____________________________________________________________________________________ ____________________________________________________________________________________ 9. Ərazidə radiasiya hadisə və qəzalarının sayı ____________________________________________________________________________________ 10. Əhalinin tibbi müayinəsi zamanı şüalanmasının strukturu:
Tibbi müayinələrin növü
1 müayinə zamanı orta effektiv doza, (mZv)
Kollektiv doza, (adam x Zv/il)
Flyuoroqrafiya Rentgenoqrafiya Rengenoskopiya Radionuklid
11. Müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslərin sayı qrup A üzrə: ______________ qrup B üzrə: ______________ 12. Şüa patologiyasının olması ___________________________________________________________ (il üzrə xzəstələnmələrin sayı) 13. Ərazidə radiasiya şəraitinin qiymətləndirilməsi ____________________________________________________________________________________ 14. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nümayəndəsinin rəyi ____________________________________________________________________________________ (icraçının işlədiyi idarənin adı, vəzifəsi, soyadı, atasının adı, telefonu) __________ __________ (tarix) __________ (imza) __________ M.Y.
15. Rəy ilə tanış oldu _________________________________________________________________ (yerli icra hakimiyyəti başçısının ___________________________________________________________________________________ soyadı, adı, atasının adı) __________ (imza) __________ (tarix)
Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət
Bu Qaydalar "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun əsasında hazırlanmış və işçi, əhalinin fərdi şüalanma dozalarının uçotu və onlara nəzarətinin prinsiplərini müəyyən edir.
1. İşin xarakterindən asılı olaraq işçilərin şüalanmasının fərdi nəzarətinə aşağıdakılar daxildir:
1.1. Fərqi dozimetrlərdən istifadə etməklə xarici betaşüalanma, neytron, rentgen, qamma-şüalanma, həmçinin qarışıq şüalanma dozalarına fərdi nəzarət;
1.2. Fərdi nümunə götürənlərdən istifadə etməklə ekskrementlərin (insan ifrazatlarının), tənəffüslə xaric olan havanın radioaktivliyini və ya spekrometrlərin köməyi ilə adamların şüalanmasını ölçməklə orqanizmdə və yaxud ayrı-ayrı kritik orqanda radioaktiv maddələrin miqdarına və daxil olmasına fərdi nəzarət;
2. Müəssisə və təşkilatlar tərəfindən ilin sonunda (növbəti ilin yanvar ayının 15-dək) ionlaşdırıcı şüa mənbələri ilə işləyənlərin fərdi şüalanma dozalarının uçot vərəqəsi (bundan sonra – uçot vərəqəsi) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (bundan sonra – Nazirlik) təqdim edilməlidir (1 nömrəli əlavə).
3. İşçilər müəssisə və təşkilatlarda müəyyən edilmiş fərdi dozimetrlərin istifadəsi qaydalarına riayət etməyə borcludur.
4. İonlaşdırıcı şüa mənbələri ilə işləyən bütün şəxslər fərdi dozimetrlərlə təmin olunmalıdır.
Bəzi hallarda ionlaşdırıcı mənbələri ilə aparılan işlərin növündən asılı olaraq, bu işləri aparan şəxslər iki cür-bilavasitə göstərən və fotodozimetrlərlə və yaxud termolüminessens dozimetrlərlə təmin olunur.
Foto və termolüminessens dozimetrlərin göstəriciləri ayda bir dəfə, bilavasitə göstərənlərin isə hər həftə çıxarılır.
5. Radiasiya təhlükəsizliyi xidməti və ya radiasiya nəzarətinə cavabdeh şəxs aylıq və rüblük şüalanma dozalarını təyin edir. Fərdi nəzarətin aparılması zamanı illik dozanın, habelə peşə işinin bütün dövrü ərzindəki ümumi dozanın uçotunun aparılması zəruridir.
6. Fərdi şüalanma dozaları uçot vərəqəsində qeyd edilir. Uçot vərəqəsi işçi işdən azad edildikdən sonra 50 il müddətində saxlanılmalıdır. İşçinin radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələrinin tətbiqi ilə əlaqədar işlər aparılan başqa müəssisəyə və ya təşkilata keçməsi hallarında onun uçot vərəqəsinin surəti yeni iş yerinə verilməli, əsli isə əvvəlki iş yerində saxlanılmalıdır.
Ezamiyyətə göndərilmiş şəxslərin ezamiyyət müddətində aldığı fərdi şüalanma dozası barədə məlumat onların daimi iş yerlərinə verilməlidir.
7. Fərdi şüalanma dozalarının normadan artıq olması müəyyən edilən bütün hallarda radiasiya təhlükəsizliyi xidməti və ya radiasiya nəzarətinə cavabdeh şəxs dərhal bu barədə müəssisənin (və ya təşkilatın) rəhbərliyinə, müəssisənin (və ya təşkilatın) rəhbərliyi isə öz növbəsində Nazirliyə məlumat verir.
Nazirlik müəssisənin (və ya təşkilatın) rəhbərliyi ilə birlikdə şəxslərdə fərdi şüalanma dozalarının normadan artıq olması səbəbini araşdırır və müvafiq tədbirlər həyata keçirir.
8. Müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslər müvəqqəti olaraq ionlaşdırıcı şüa mənbələri ilə işlərdən kənarlaşdırılır və həkim müayinəsinə göndərilir.
9. Tibbi rengen-radioloji müayinə zamanı əhalinin (xəstələr) aldığı şüalanma dozaları haqqında məlumat onların xəstəlik tarixində və ambulator vərəqəsində müayinə aparan həkim tərəfindən qeyd edilir və nəzarət aparılır.
10. Əhalinin və işçilərin radiasiya təhlükəsizliyini təmin etmək məqsədilə təbii radiasiya fonu və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonu yüksək olan yerlərdə radiasiya nəzarəti həmin ərazidə aparılan radioloji ölçmələrin nəticələrinə görə yerinə yetirilən qiymətləndirmə əsasında müvafiq olaraq Nazirlik və müəssisənin (və ya təşkilatın) rəhbərliyi tərəfindən aparılır.
1. Müəssisə (və ya təşkilat) __________________________________________________________________
2. Soyadı, adı, atasının adı ______________________________________________________________
3. Doğum ili __________________________________________________________________________
4. Cinsi _____________________________________________________________________________
5. İşlədiyi yer _________________________________________________________________________
____________________________________________________________________________________
6. Vəzifəsi ___________________________________________________________________________
7. İonlaşdırıcı şüa mənbələri ilə iş stajı ___________________________________________________
____________________________________________________________________________________
8. Yaşadığı yerin ünvanı, telefonu ________________________________________________________
9. İşin şəraiti _________________________________________________________________________
____________________________________________________________________________________
10. Dozanın ölçülməsi üsulu _____________________________________________________________
____________________________________________________________________________________
11. Şüalanma dozası barədə məlumat
1. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)
2. 1 mart 2007-ci il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 302)
3. 30 oktyabr 2021-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1199)
4. 7 iyul 2023-cü il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 iyul 2023-cü il, “Xalq” qəzeti, 9 iyul 2023-cü il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 1062)