Qanunvericilik › “Ərazilərin subasmadan və daşqından mühəndis mühafizəsi. Layihələndirmə normaları”nın və “Avtonom istilik təchizatı mənbələrinin layihələndirilməsi qaydaları”nın təsdiq edilməsi haqqında (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, 10.08.2022) › Tam mətn

“Ərazilərin subasmadan və daşqından mühəndis mühafizəsi. Layihələndirmə normaları”nın və “Avtonom istilik təchizatı mənbələrinin layihələndirilməsi qaydaları”nın təsdiq edilməsi haqqında (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, 10.08.2022)

“Ərazilərin subasmadan və daşqından mühəndis mühafizəsi. Layihələndirmə normaları”nın və “Avtonom istilik təchizatı mənbələrinin layihələndirilməsi qaydaları”nın təsdiq edilməsi haqqında (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, 10.08.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.9-cu maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 17-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası qərara alır:

1. Aşağıda qeyd olunan texniki normativ hüquqi aktlar təsdiq edilsin:

1.1. “Ərazilərin subasmadan və daşqından mühəndis mühafizəsi. Layihələndirmə normaları” (əlavə olunur);

1.2. “Avtonom istilik təchizatı mənbələrinin layihələndirilməsi qaydaları” (əlavə olunur).

2. Bu Qərarın 1.1-ci bəndi ilə təsdiq edilən texniki normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən SSRİ Dövləttikintikomun 19.09.1985-ci il tarixli 154 №-li qərarı ilə təsdiq edilmiş СНиП 2.06.15-85 “Инженерная защита территорий от затопления и подтопления” normativ sənədinin, 1.2-ci bəndi ilə təsdiq edilən texniki normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən Dövlət Tikinti və Arxitektura Komitəsinin 11.11.2002-ci il tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş МСП 4.02-103-99 «Проектирование автономных источников теплоснабжения» normativ sənədinin Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəsi dayandırılsın.

3. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq olunmuş texniki normativ hüquqi aktlar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə (G.B.Əliyeva) və Hüquq şöbəsinə (N.R.Mehtiyev) tapşırılsın ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş texniki normativ hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

5. Bu Qərarın icrasına nəzarət Aparatın rəhbərinə (R.S.İsmayılov) həvalə edilsin.

Bu Normalar yaşayış məntəqələrinin, sənaye, nəqliyyat, energetika, ictimai-işgüzar və məişət-kommunal obyektlərinin, faydalı qazıntı yataqlarının, dağ-mədən sahələrinin, kənd təsərrüfatı və meşə ərazilərinin və təbii landşaftın subasmadan mühəndis mühafizəsi qurğuları obyektləri və sistemlərinin layihələndirilməsində tətbiq olunur.

Ərazilərin subasmadan və daşqından mühəndis mühafizəsi qurğularının layihələndirilməsində əlavə olaraq AzDTN 2.3-1-in tələbləri nəzərə alınmalıdır.

2. Normativ istinadlar

Bu Normalarda aşağıda göstərilən normativ istinadlardan istifadə edilmişdir:

“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli Qərarı;

Azərbaycan Respublikasının Su Məcəlləsi;

Seysmik rayonlarda tikinti;

Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması;

Su təchizatı. Xarici şəbəkə və qurğular;

Kanalizasiya. Xarici şəbəkə və qurğular;

Bina və qurğuların qrunt əsasları;

СНиП (TNvəQ) 3.02.01-87

Torpaq qurğuları, qrunt əsasları və bünövrələr;

СНиП (TNvəQ) 1.02.07-87

Tikinti üçün mühəndis axtarışları;

СНиП (TNvəQ) 2.05.02-85

СНиП (TNvəQ) 2.06.03-85

Meliorasiya sistemləri və qurğuları;

СНиП (TNvəQ) 2.06.05-84

Qrunt materiallardan bəndlər;

СНиП (TNvəQ) 2.06.14-85

Dağ-mədən yerlərinin yeraltı və səth sularından mühafizəsi;

Rels izi 1520 mm olan dəmir yolları;

МСН (DTN) 3.04-01-2005

Hidrotexniki qurğular. Əsas müddəalar;

МСН (DTN) 2.03-02.2002

Ərazilərin, bina və qurğuların təhlükəli geoloji proseslərdən mühəndis mühafizəsi. Əsas müddəalar;

ГОСТ (DÜİST) 17.1.1.01-77

Təbiətin mühafizəsi. Hidrosfer. Suların istifadəsi və mühafizəsi. Əsas termin və anlayışlar;

ГОСТ (DÜİST) 17.5.1.03-86

Təhlükəsizlik Standartları Sistemi (TSS) Təbiətin mühafizəsi. Torpaqlar. Torpaqların bioloji rekultivasiyası məqsədilə boş və filizli süxurların təsnifatı;

Kanalizasiya quyuları, su və qaz kəməri şəbəkələri üçün beton və dəmirbeton konstruksiyalar. Texniki şərtlər;

ГОСТ (DÜİST) 27751-2014

İnşaat konstruksiyalarının və qrunt əsasların etibarlılığı. Əsas müddəalar.

Qeyd: mötərizələrdə göstərilən işarələnmələr aşağıdakı kimi oxunur:

TNvəQ - Tikinti Normaları və Qaydaları;

DTN - Dövlətlərarası Tikinti Normaları;

DÜİST- Dövlət Ümumittifaq Standartı (dövlətlərarası standart).

Bu Normalarda aşağıdakı əsas anlayışlardan istifadə olunmuşdur:

bəndləmə - müəyyən ərazinin və ya sahil xətlərinin subasmadan mühafizəsi üçün torpaq bəndlərlə hasara alınması;

daşqın - su axınları, sututarlar və yeraltı suların suyunun artması, səviyyəsinin qalxması, yatağın tamamilə su altında qalması, bəzən də sahilləri basması;

ərazilərin subasma mühəndis mühafizəsi sistemləri - ərazilərin subasmadan mühəndis mühafizəsini təmin edən, vahid sistemdə birləşdirilən müxtəlif təyinatlı hidrotexniki qurğular;

hərəkətsiz həcmlərin səviyyəsi - su anbarlarında suyun ən çox işlənməsinə icazə verilən minimal su səviyyəsi;

hidroqrafik şəbəkə - çay və digər daimi və müvəqqəti su axınları, həmçinin müəyyən ərazilərdəki sututarların (göllər, bataqlıqlar və su anbarları) məcmusu;

qurutma norması - qurudulan ərazilərdə torpaq səthindən qrunt sularının zəruri səviyyəyə qədər azaldılması göstəricisinin hesabi qiyməti;

qrunt sularının səviyyəsi - təzyiqə malik olmayan, yer səthindən birinci daimi sudaşıyan layın səviyyəsi;

mühəndis mühafizə obyektləri - təsərrüfat obyektlərinin, yaşayış məntəqələrinin, kənd təsərrüfatı torpaqlarının və təbii landşaftın subasmadan mühafizəsini təmin edən ayrı-ayrı mühəndis mühafizə qurğuları;

subasma - su axınlarının (çay, kanal və.s), su hövzə (anbar ) və ya qrunt sularının səviyyəsinin yüksəlməsi nəticəsində ərazi sahələrinin su ilə örtülməsi;

suffoziya – qrunt sularının təsirindən mexaniki, kimyəvi və fiziki-kimyəvi proseslər nəticəsində süxurlardan (gil, qum) hissəciklərin, (xlorid, xlorid-sulfat, karbonat) duzların yuyulub çıxarılması; Suffoziya nəticəsində qruntların yuxarı qatlarında çökmə, batma prosesləri baş verir və çüxurlar, çökəkliklər əmələ gəlir.

təbiət sistemləri - məhdud məkanda təbii maddələrin müəyyən qanunauyğunluqla mübadiləsi, dövranı və enerji vəziyyəti ilə xarakterizə olunan funksional qarşılıqlı əlaqəli canlı orqanizmlərin və onların ətraf mühitinin məcmusu;

texnogen subasma - istehsalat və tikinti fəaliyyəti nəticəsində ərazilərin subasması.

4.1. Ərazilərin subasmadan mühəndis mühafizəsinin layihələndirilməsi zamanı, onların funksional istifadə tələblərindən və ətraf mühitin qorunması və ya mənfi təsirlərin aradan qaldırılmasından asılı olaraq subasmanın qarşısının erkən alınmasını təmin edən kompleks tədbirlər işlənib hazırlanmalıdır.

Məskunlaşma ərazilərinin su hövzələri, anbarlar, kanallar yaradıldıqda daşqınlardan, subasmadan, həmçinin binaların, qurğuların və şəbəkələrin tikintisi və istimarı zamanı qrunt sularının səviyyəsinin qalxmasından səmərəli mühəndis mühafizəsinin təmin edilməsi üçün ərazinin vahid mühafizə kompleks sistemi və ya obyektyanı yerli mühafizə sistemlərinin yaradılması nəzərdə tutulmalıdır. Mühəndis mühafizə layihələri tikinti ərazilərinin baş planları və yaşayış məntəqələrinin ərazi planlaşdırılması sənədləri ilə aşağıdakı tələblər nəzərə alınmaqla əlaqələndirilməlidir:

4.1.1 Yaşayış məntəqələri, sənaye, ictimai-işgüzar və kommunal-anbar təyinatlı obyektlərin subasma mühafizəsi aşağıda sadalananları təmin etməlidir:

- şəhərin, o cümlədən, istehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) zonaları, mühəndis infrastrukturu zonası, nəqliyyat infrastrukturu zonası, rekreasiya zonaları və digər ərazilərin və ayrıca qurğuların fasiləsiz və etibarlı fəaliyyətini və inkişafını;

- əhalinin həyat şəraitinin tibbi-sanitariya tələblərini;

- mühafizə olunan ərazinin sosial, istirahət və sanitariya-gigiyena normativ şərtlərini.

4.1.2. Faydalı qazıntı yataqları və dağ-mədən şaxtalarının (lağımlarının) subasma və qrunt sularından mühafizəsi aşağıdakıları təmin etməlidir:

- yeraltı sərvətlərin və təbii landşaftın mühafizəsini;

- faydalı qazıntı yataqlarının, o cümlədən, qeyri-filiz xammalın açıq və yeraltı hasilatının təhlükəsizliyini;

- faydalı qazıntı yataqlarının hasilatı nəticəsində ərazinin texnogen subasma mümkünlüyünün istisna edilməsi.

4.1.3. Kənd təsərrüfatı təyinatlı torpaqların və təbii landşaftın mühafizəsi aşağıdakıları təmin etməlidir:

- kənd təsərrüfatı, meşə və balıqçılıq məhsullarının normal istehsal şəraitini;

- torpaqdan funksional istifadədən asılı olaraq qorunan ərazilərdə hidroloji və hidrogeoloji rejimini;

- torpaq, su, mineral-xammal və digər təbii resursların səmərəli istifadəsi və mühafizəsini;

- şəhərlərin və digər yaşayış məntəqələrinin yaxınlığındakı təbii landşaftın mühafizəsi zamanı sanitar-mühafizə zonalarının, meşə-park, müalicə-sağlamlıq və istirahət zonalarının yaradılması üçün ərazilərin istifadəsini.

4.2. Çaybasar sahələrini təbii daşqınlardan mühafizə etmək tələbatı yaşayış və ya sənaye tikililərinin, kənd təsərrüfat yerlərinin, həmçinin təbii resursların və faydalı qazıntı yataqlarının mənimsənildiyi ərazilərin ayrı-ayrı hissələrinə tələbat və istifadə dərəcəsi ilə müəyyənləşdirilir.

Çaybasar sahələrin hesablama parametrləri bu Normaların 5-ci bölməsinin müddəalarına uyğun olaraq mühafizə qurğularının qəbul edilmiş siniflərindən asılı olaraq mühəndis-hidroloji axtarış və hesablamalar əsasında təyin edilməlidir. Bu zaman subasmanın 3 dərəcəsi nəzərə alınmalıdır: dərin sulu (su sahəsinin dərinliyi quru səthdən 5 metr çox), orta (dərinlik 2-5 metr), az sulu (dərinlik 2 metrə qədər).

4.3. Çaybasarların təbii daşqınlardan qorunması ehtiyacı bu ərazilərin ayrı-ayrı hissələrinin yaşayış və ya sənaye inkişafı, kənd təsərrüfatı torpaqları, habelə təbii ehtiyatların və faydalı qazıntı yataqlarının istifadəsi tələbi və dərəcəsi ilə müəyyən edilir.

4.4. Çay yatağının dar yerində su axının kiçik dərinliyində (2-2,5 m-dən kiçik) bir və ya iki kiçik aşırımlı (4-5 m) körpü varsa onun örtüklərində zəif yağış yağdıqda sürüşmə və ya yüksək dağ yamaclarında mütəmadi qar yağışı zamanı sahilin yuyulması nəticəsində çayın yuxarı hissəsindən çaya düşən və axınla hərəkət edən ağac və kollar aşağı hissədə üzən kütlələr üçün təhlükə törədir.

Su sahəsinin mailliyi 0,01-0,001° ardıcıllıqla tərtib olunmuş, çayın dağlıq və dağətəyi hissələrindəki körpü aşırımlarında çay kəsiyinin dolması xüsusilə yüksək ehtimaldır.

4.5. Texnogen subasma ərazilərinin sərhədləri müxtəlif təyinatlı hidrotexniki obyektlərin və sənaye müəssisələrindən, kənd təssərüfatı torpaqlarından və faydalı qazıntı yataqlarının şaxtalarından istifadə olunmuş çirkab suların kənarlaşdırılması sistemlərinin layihələrinin işlənilməsi zamanı müəyyənləşdirilməlidir.

Mövcud və ya layihələndirilən su anbarlarında su basmanın mənfi təsirləri su anbarlarının işləmə rejimindən və sahilyanı ərazilərdə subasmanın davam etmə müddətindən asılı olaraq qiymətləndirilməlidir. Bu zaman subasmanın növü fərqləndirilməlidir: daimi – HHS-dən (hərəkətsiz həcmlərin səviyyəsi) aşağı qiymət; dövri – NSS (normal suqalxma səviyyəsi) və HHS arasındakı qiymət; müvəqqəti - su anbarı səviyyəsinin NSS-dən yuxarı sürətlə qalxması (qısamüddətli).

4.6. Ərazidə yeraltı suların qalxması nəticəsində əmələ gələn subasmanın mənfi təsirinin qiymətləndirilməsində yeraltı suların yerləşmə dərinliyi, subasma prosesinin intensivliyi və davamlılığı, mühafizə olunan ərazilərin hidrogeoloji, mühəndis-geoloji, tibbi-sanitar, geobotaniki, zooloji, torpaq, aqrotəsərrüfat, meliorasiya, iqtisadi - təsərrüfat xüsusiyyətləri nəzərə alınmalıdır.

Yeraltı suların qalxması nəticəsində əmələ gələn subasmanın vurduğu zərərin qiymətləndirilməsi zamanı ərazidə mövcud tikililərin texniki vəziyyəti, mühafizə olunan qurğu və obyektlərin (DÜİST 27751-in 10-cu bölməsinə əsasən) sinfi, kənd təsərrüfatı təyinatlı torpaqların, faydalı qazıntı yataqlarının və təbii landşaftın əhəmiyyətliliyi nəzərə alınmalıdır.

4.7. Ərazilərin mühəndis mühafizəsi layihəsinin işlənməsi zamanı aşağıdakı yeraltı suların qalxması nəticəsində əmələ gələn subasma mənbələri nəzərə alınmalıdır:

- su anbarları, kanallar, hovuzlar, hidroakkumlasiya elektrik yarımstansiyası və digər hidrotexniki qurğulardan yeraltı suların basqısının yayılması (subasmanın hidrotexniki forması);

- suvarılmış torpaqdan gələn süzülmə hesabına subasma (subasmanın irriqasiya - süni suvarma forması);

- su daşıyan kommunikasiya və həcmlərdən sızmalar, mühafizə olunan ərazilərdə qurğulardan basqı;

Bu zaman mühafizə olunan ərazilərdə ayrı-ayrı subasma mənbələrinin və ya onların birləşmələrinin, həmçinin atmosfer rütubəti səviyyəsinin eyni vaxtda təzahür ehtimalı nəzərə alınmalıdır.

4.8. Yeraltı suların qalxması nəticəsində əmələ gələn subasma aşağıdakı altzonalara bölünür:

- qrunt suları səviyyəsindən torpaq üz səthinə yaxınlaşan və bataqlaşma və (və ya) duzlaşma prosesləri ilə müşayiət olunan güclü subasma;

- yer səthindən 0.3-0.7 m-dən 1.2-2.0 m-dək hüdudlarda torağın orta qatlarında islanma və (və ya) duzlaşma prosesləri ilə müşayiət olunan orta subasma;

- yer səthindən 1.2-2.0 m-dən 2.0-3.0 m-dək hüdudlarda nəmli və 5.0 m-dək quru zonasında torpağın aşağı qatlarında qleyləşmə və (və ya) duzlaşma prosesləri ilə müşayiət olunan zəif subasma;

4.9. Su anbarları və digər su obyektləri layihələndirilərkən sahilyanı ərazilərin yeraltı suların qalxması nəticəsində subasması zamanı yeraltı suların yayılmasının proqnoz göstəriciləri geoloji və hidrogeoloji tədqiqat bazasındakı su obyektlərində suyun hesabi səviyyəsinə, mövcud su obyektlərində - yeraltı və səth sularının səviyyəsinə görə təbii hidrogeoloji və hidroloji rejimin müşahidələrinə əsasən müəyyən ediməlidir.

4.10. Suvarılan torpaqlardan bitişik ərazilərə yayılan yeraltı suların basqı zonası su balansı və hidrodinamik hesablamalar, geoloji və torpaq tədqiqatlarının nəticələri ilə müəyyənləşdirilməlidir.

4.11. Şəhər mühitində subasma zamanı qrunt sularının təzyiqinin proqnoz hesablamaları yerinə yetirilərkən şəhərsalma fəaliyyəti nəticəsində yaranan yeraltı suların şəraitinin dəyişməsi (məsələn, suaparan kommunikasiya xətlərindən əlavə sızmaların əmələ gəlməsi), onların axını (məsələn axının yolunun binaların yeraltı hissələri ilə kəsilməsi) və sərbəstliliyi (məsələn drenaj xətlərinin ləğv edilməsi) nəzərə alınmalıdır.

4.12. Su daşıyan kommunikasiya və həcmlərdən sızmalar, mühafizə olunan ərazilərdə qurğulardan basqı zamanı yeraltı suların basqı zonası daxili subasma qaynaqlarının hərəkətini nəzərə alınaraq təyin edilməlidir.

4.13. Mənimsənilmiş ərazilər üçün subasmanın təxmin edilən kəmiyyət göstəriciləri faktiki hidrogeoloji müşahidələrlə müqayisə olunmalıdır. Gursululuq dövründə faktiki göstəricilər proqnozlaşdırılan göstəricilərdən artıq olduqda, nəzərdə tutulmamış subasma mənbələrini aşkarlamaq və onların layihələndirilməsi zamanı mühafizə tədbirləri nəzərə alınmalıdır.

4.14. Tikinti üçün ayrılmış yerlərin sənaye sahələrinin mühəndis mühafizəsinin layihələndirilməsi zamanı qrunt sularının qalxması nəticəsində subasmanın mənfi təsirləri nəzərə alınmalıdır:

- yeraltı suların aqressivliyi və mühəndis qurğuları əsasında qruntun fiziki-mexaniki xüsusiyyətlərinin dəyişməsini;

- bina və qurğuların, o cümlədən işlənən və əvvəllər işlənmiş ərazilərdə inşa edilən konstruksiyaların etibarlılığını;

- hidrostatik təzyiqin dəyişməsi zamanı yeraltı qurğuların konstruksiyalarının dayanıqlılığı (sabitliyi) və möhkəmliyini;

- yeraltı qurğulara sızma səbəbiylə mühəndislik kommunikasiya avadanlığı qurğusunun istismarının etibarlılığını;

- suffoziya və eroziyanın təzahürünü;

- ərazinin sanitar-gigiyenik vəziyyətini;

- zirzəmi və yeraltı anbar yerlərində qida və qeyri-qida məhsulların saxlanma şəraitini.

4.15. Kənd təsərrüfatı təyinatlı torpaqlarında və təbii landşaftda qrunt sularının qalxması nəticəsində subasmanın aşağıdakı təsirləri nəzərə alınmalıdır:

- torpaqların duzluluq qaydasının dəyişməsini;

- ərazilərin bataqlaşması üçün yaranan şərtləri;

- bütövlükdə təbii sistemlər və flora və faunanın həyat fəaliyyəti şərtlərini;

- ərazinin sanitar-gigiyenik vəziyyətini;

4.16. Ərazilərin subasmadan mühəndis mühafizəsi təsərrüfat fəaliyyətinin müxtəlif sahələrinin məhsullarının miqdarının və keyfiyyətinin azalması, əhalinin yaşayışının gigiyenik və tibbi-sanitar şəraitinin pisləşməsi, daşqına məruz qalmış və su basmış ərazilərdə obyektlərin möhkəmləndirilməsinin bərpası xərcləri ilə müəyyən olunan sahibkarlıq, sosial və ekoloji zərərin azaldılması və ya qarşısının alınmasına istiqamətlənməlidir.

4.17. Ərazilərin mühəndis mühafizəsinin əsas vasitələri kimi bəndçəkmə, ərazilərin səthinin süni yüksəldilməsi, çay yatağının tənzimlənməsi qurğuları, səth axarlarının aparılması və tənzimlənməsi üçün qurğular, müntəzəm drenaj sistemləri, lokal (yerli) drenajlar və digər mühafizə qurğuları nəzərdə tutulmalıdır.

4.18. Mühəndis mühafizəsinin köməkçi vasitələri kimi mühəndis mühafizəsinin əsas vasitələrinin effektivliyini gücləndirən təbiət sistemlərinin təbii xüsusiyyətlərindən istifadə etmək lazımdır. Sonuncuya çay yatağı və qurumuş köhnə çay yatağının təmizlənməsi, aqro meşə təsərrüfat tədbirləri və s. üsulu ilə hidroqrafik şəbəkələrin suyu kənara axıtma və drenajlama əhəmiyyətinin artırılması aid edilir.

4.19. Subasmadan su anbarları, magistral kanallar, torpaq sahələrinin qurutma sistemləri üsulu ilə mühəndis mühafizəsi layihəsi bütövlükdə su təsərrüfatı kompleksinin tikintisinin layihəsi ilə uyğunlaşdırılmalıdır.

4.20. Ərazilərin mühəndis mühafizəsi layihəsinin tərkibində daşqın və sel sularının, həmçinin çay yatağının yuyulması və su elektrik stansiyasının işi ilə əlaqədar olaraq su anbarlarından buraxılan suyun kənarlaşdırılmasının təmin olunmasını nəzərdə tutan texniki-təşkilati tədbirlər olmalıdır.

4.21. Subasmadan mühəndis mühafizəsinin layihələndirilməsi zamanı su təminatının, əhalinin mədəni-məişət şəraitinin yaxşılaşdırılması, sənaye və kommunal obyektlərin istismar səmərəliliyinin artırılması məqsədilə, həmçinin energetika, avtomobil yolları, dəmir yolu və su nəqliyyatı, faydalı qazıntıların hasilatı, kənd, meşə, balıqçılıq və ovçuluq təsərrüfatı, meliorasiya, rekreasiya və təbiətin mühafizəsi sahəsində mühəndis mühafizə sistemləri və qurğularının eyni vaxtda istifadəsinin məqsədəuyğunluğu və imkanları müəyyən edilməli, layihədə nəzərdə tutulan çoxfunksiyalı mühəndis mühafizə qurğularının yaradılmasının mümkünlüyü nəzərdə tutulmalıdır.

4.22. Mühəndis mühafizəsi layihəsində aşağıdakılar təmin edilməlidir:

- mühafizə qurğularının etibarlılığı, onların ən kiçik istismar xərcləri ilə fasiləsiz istifadəsi;

- qurğu və avadanlığın işi və texniki vəziyyətinin sistematik müşahidəsinin mümkünlüyü;

- suyığıcı, suaxıdıcı və suburaxıcı qurğuların ən əlverişli istismar rejimi;

- yerli tikinti materiallarının və təbii resursların maksimum istifadəsi.

4.23. Mühəndis mühafizəsi həllərinin seçimi müqayisəli variantların göstəricilərinin texniki-iqtisadi qarşılaşdırması əsasında aparılmalıdır. Subasmadan mühəndis mühafizəsi sisteminin seçilməsini əsaslandırmaq üçün materiallar aşağıdakılardan təşkil olunmalıdır:

- mövcud və ya proqnozlaşdırılan subasma ərazisinin mühəndis-hidrogeoloji şəraitinin qiymətləndirilməsi;

- subasma mənbələri və əsas amilləri haqqında məlumat;

- mövcud proqnozlaşdırılan subasma ərazisinin hüdudlarında təhlükəli təsirin səviyyəsinin qiymətləndirilməsi;

- subasma prosesinin sürətinin proqnozlaşdırılması;

- subasmanın vurduğu mövcud və mümkün zərərin ölçüsü haqqında məlumat;

4.24. Əhalinin məskunlaşdığı və faydalı qazıntı yataqlarının hasilatı aparıldığı ərazilərdə bu Normaların 4.16-cı bəndində göstərilən ərazilərin, eyni zamanda sürüşmə, termokarst (karst- torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik formaları), termoeroziyanın nəticələrindən, kənd təsərrüfatı məhsullarını isə mikroiqlim, aqromeşəmeliorasiya və digər şəraiti yaxşılaşdırmaqla bu Normaların 4.17-ci bəndində göstərilən təsirlərin nəticələrindən mühafizə olunmalıdır.

Ərazilərin mühəndis mühafizəsinin layihələndirilməsi zamanı Azərbaycan Respublikasının Su, həmçinin Şəhərsalma və Tikinti məcəllələrinin müddəa və tələblərinə əməl edilməlidir.

Mühəndis mühafizəsi qurğularının layihələndirilməsi ərazi baxımından təbiət mühafizə təyinatlı torpaqlar, o cümlədən sututarların suqoruyucu zonaları, milli parklar, qoruqlar, yasaqlıqların ərazilərinə uyğun gəldiyi (və ya düşdüyü) hallarda təbiəti mühafizə tədbirlərini də ehtiva edən mühəndis mühafizəsi layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmalıdır.

4.25. Su anbarından akkumulyasiya qurğusu kimi kompleks istifadə və mühafizə olunan ərazilərin subasma əleyhinə tədbirlər üçün istifadə edilməsi üzrə texniki və iqtisadi göstəricilərinin müqayisə edilməsi yolu ilə subasma əleyhinə layihələndirilən tədbirlərin səmərəliliyi müəyyənləşdirilməlidir.

4.26. Subasma əleyhinə layihələndirilən tədbirlərin səmərəliliyi, su anbarından akkumulyasiya qurğusu kimi kompleks istifadə və mühafizə olunan ərazilərin subasma əleyhinə tədbirlər üçün istifadə edilməsi üzrə texniki və iqtisadi göstəricilərinin müqayisə edilməsi ilə müəyyənləşdirilməlidir.

4.27. Çaylarda daşqın əleyhinə mühafizə sistemlərinin layihələndirilməsi zamanı su axarlarında su ehtiyatının kompleks istifadə tələblərini nəzərə almaq lazımdır.

Daşqın sularının sutullayıcı mühafizə qurğularından axıdılmasının hesabi təminatının seçilməsi bu Normaların 5-ci bölmənin tələblərinə uyğun olaraq mühafizə qurğularının sinifləri nəzərə alınmaqla texniki - iqtisadi hesablamalarla əsaslandırılmalıdır. Çox yağıntılı illər üçün təminat, yəni 100 ildən 4 ilədək olan dövrdə müvafiq daşqının bir dəfə təzahür ehtimalı 1% -dən 25% -ə qədər təşkil edə bilər.

4.28. Subasmadan mühafizə olunan ərazilərdə səth axınını tənzimləyən qurğular bu ərazilərə daxil olan səth sularının (müvəqqəti və daimi su axınları) hesablanmış sərfini nəzərə alaraq və mühafizə qurğusunun sinfinə uyğun olaraq layihələndirilməlidir.

4.29. Subasma və qrunt sularının qalxmasından mühəndis mühafizəsinin kompleks ərazi sistemi aşağıdakı hallarda bir neçə müxtəlif mühafizə vasitələrini özündə birləşdirir:

- qorunan ərazilərdə olan sənaye və ya mülki obyektlərin mühəndis mühafizəsi mümkün olmayan və ya az səmərəli olan sənaye və ya mülki tikililərin olması;

- mürəkkəb morfometrik, topoqrafik, hidrogeoloji və digər şəraitdə bu və ya digər xüsusi obyektə mühəndis mühafizəsinin tətbiq edilməsi istisnadır.

4.30. Sürüşmə və digər təhlükəli geoloji proseslərin inkişaf etdiyi rayonlarda subasma mühəndis mühafizəsi qurğularının layihələndirilməsi zamanı DTN 2.03-02-nin tələblərini, özünəməxsus xüsusiyyətləri olan (islanma və nəmlənmə zamanı qeyri-sabit quruluşlu, çökən, qabaran və s.) qruntun yayıldığı rayonlarda, həmçinin işlənmiş ərazilərdə mühəndis mühafizəsi qurğularının layihələndirilməsi zamanı AzDTN 2.15-1-in tələblərini nəzərə almaq alınmalıdır.

5. Mühəndis mühafizəsi qurğularının sinifləri

5.1. Mühəndis mühafizəsi qurğularının sinifləri, bir qayda olaraq, mühafizə olunan obyektlərin siniflərindən aşağı olmayaraq və onların təsərrüfat əhəmiyyətindən asılı olaraq təyin edilir. Qorunan inşaat qurğularının sinifləri DÜİST 27751-in tələblərinə uyğun olaraq təyin edilir.

Müxtəlif sinifli obyektlərin yerləşdiyi əraziləri mühafizə edərkən mühəndis mühafizə qurğularının sinfi bir qayda olaraq mühafizə olunan obyektlərin əksəriyyətinin sinfinə uyğun olmalıdır. Bu halda ərazilərin mühəndis mühafizə qurğularına görə daha yüksək sinifli obyektlər lokal mühafizə olunmalıdır.

Əgər lokal mühafizənin məqsədəuyğun olmaması texniki-iqtisadi əsaslandırma ilə müəyyən edilərsə, onda bütün ərazinin mühəndis mühafizə sinfi bir vahid artırılmalıdır.

5.2. Basqı tipli daimi hidrotexniki mühəndis mühafizəsi qurğularının sinifləri DTN 3.04-01-in tələbləri əsasında, Əlavə 1 üzrə mühafizə olunan ərazilərin xüsusiyyətlərindən asılı olaraq təyin olunmalıdır.

5.3. Su basqı tipli olmayan (çay yatağını tənzimləyən, axını tənzimləyən, drenaj sistemləri və s.) mühafizə qurğularının layihələndirilməsi üzrə hesabi şərtlər qəbul edilmiş sinfə uyğun olaraq DTN 3.04-01-ə görə nəzərə alınmalıdır.

Layihələndirmənin hesabi şərti qəbul edilmiş sinfə uyğun olaraq DTN 3.04-01-ə görə nəzərə alınmalıdır.

5.4. Su basqı tipli mühafizə qurğularının qaşının suyun hesablanmış səviyyəsindən yüksəlməsi mühafizə qurğularının sinfindən asılı olaraq və TNvəQ 2.06.05-in tələbləri nəzərə alınmaqla təyin edilməlidir.

Bu zaman mühafizə qurğularının su axınını sıxışdırması və ya küləyin yaratdığı su ləpələri nəticəsində suyun səviyyəsinin yüksəlməsi ehtimalı nəzərə alınmalıdır.

5.5. Ərazinin səthinin qrunt tökməklə və ya yumaqla qaldırılması yolu ilə onun səthinin subasmadan mühafizə edərkən qrunt tökülən ərazinin yüksəkliyi su obyektinin torpaq bəndinin qaşında olduğu kimi qəbul edilməlidir.

Ərazini subasmadan mühafizə edərkən qrunt tökülən ərazinin səthinin yüksəkliyi AzDTN 2.6-1-in tələblərinə uyğun olaraq müəyyən olunmalıdır.

5.6. Su axarları və göllərin (nohurların) sahilyanı ərazilərinin mühəndis mühafizəsini layihələndirərkən hesabi qiymət kimi suyun maksimal səviyyəsi və əsas hesablama halları üçün suyun hesabi səviyyəsinin yüksəlmə ehtimalı mühəndis mühafizə qurğularının sinfindən asılı olaraq DTN 3.04-01-in tələblərinə uyğun qəbul edilir.

1.100 min hektardan çox sahəsi olan kənd təsərrüfatı ərazilərini qoruyan I sinif qurğular üçün suyun hesabi səviyyəsinin yüksəlmə ehtimalı 0,5%-ə, sağlamlıq-istirahət və sanitar-mühafizə təyinatlı ərazilərdə IV sinif qurğular üçün 10%-ə bərabər qəbul edilir.

2. Tikinti üçün ayrılmış ərazilərdə DTN 3.04-01-ün tələblərinə uyğun olaraq suyun səviyyəsinin hesabi qiymətinin yoxlanması zamanı suyun mühəndis mühafizəsi qurğularının qaşının üstündən tökülməsinə yol verilmir. Şəhər əraziləri və ayrıca sənaye müəssisələri üçün yoxlanma hesabi hala uyğun təminatla subasmanın baş vermə hadisəsi üzrə texniki-təşkilat tədbirlər planı tərtib edilməlidir.

5.7. Ərazilərin subasmadan mühafizəsi layihələndirilərkən qurutma norması ərazinin səmərəli istifadə xüsusiyyətindən asılı olaraq qəbul edilir.

Sənaye sahələri, yaşayış, ictimai-iaşə, idman-sağlamlıq obyektləri, istirahət və mühafizə zonaları üçün qurutma norması DTN 2.03-02-nin tələblərinə uyğun qəbul edilir.

Kənd təsərrüfatı torpaqlarının qurutma norması TNvəQ 2.06.03-ə uyğun qəbul edilir.

Faydalı qazıntı yataqlarının hasilatı aparıldığı ərazilərdə qurutma norması TNvəQ 2.06.14-ə uyğun qəbul edilir.

Subasmadan mühəndis mühafizəsi qurğularının siniflərinin qurutma normasından və yeraltı suların səviyyəsinin enməsinin hesabi göstəricilərindən (təxmin edilən azalmasından) asılılığı cədvəl 1-də göstərilənlər əsasında təyin edilməlidir.

Mühafizə olunan ərazilərdə yeraltı suyun səviyyəsinin maksimal hesabi qiyməti bu Normaların 4.11-ci bəndinin tələblərini nəzərə alaraq proqnoz edilən göstəricilərin nəticəsinə əsasən qəbul edilməlidir. Yağış suyu axarlarnın tənzimlənməsinin hesablama sərfləri AzDTN 2.11-2-yə uyğun qəbul edilməlidir.

6. Subasmadan mühəndis mühafizəsi sistemlərinin layihələndirilməsinə dair tələblər

6.1. Subasmadan mühəndis mühafizəsi vasitələri

Ərazilərin subasmadan mühafizəsi təmin edilməlidir:

- ərazinin çay, su anbarı, yaxud digər su obyekti olan tərəfinə bənd çəkilməsi;

- ərazinin relyefinin su ilə basılmayan planlaşdırılan qiymətə qədər süni qaldırılması;

- müvəqqəti su basmış, suvarılmış ərazilərdən və dağılmış düzənlik torpaqlardan yerüstü tullantı və drenaj sularının toplanması, tənzimlənməsi və kənarlaşdırılması yolu ilə;

Əraziləri subasmadan mühafizə etmək üçün tətbiq olunmalıdır:

- AzDTN 2.15-1 üzrə layihələndirilən filtrasiyaya qarşı ekran və örtüklər;

- səth axını təşkil etməklə ərazinin şaquli planlaşdırılması, açıq su axarlarının və təbii drenajın digər elementlərinin təmizlənməsi və su obyektlərinin səviyyə rejiminin tənzimlənməsi.

6.1.1. Ərazilərin bəndlənməsi

6.1.1.1. Mühafizə edilən ərazinin səviyyə qiymətləri aşağı olan təbii səth boyu bəndatmanın ümumi sxemi müvafiq normativ sənədlərin tələbləri nəzərə alınmaqla variantların texniki-iqtisadi müqayisəsi əsasında seçilməlidir.

6.1.1.2. Su basmış ərazinin mühafizəsi zamanı bəndçəkmənin 2 növü tətbiq edilməlidir: ümumi və yerli - sahələr üzrə.

Su axarların olmadığı və ya axınların aparıcı kanal, özüaxımlı boru kəməri və ya nasos stansiyasından çıxan boru kəməri vasitəsilə su anbarı və ya çaya atıla biləcəyi ərazilərdə ümumi bəndatma işlərinin aparılması məqsədəuyğun hesab edilir.

Sahələr üzrə bənd çəkmə böyük çaylarla kəsişən ərazilərin və suyun çəkilib vurulması iqtisadi cəhətdən məqsəduyğun olmayan, yaxud ərazinin müxtəlif tikinti sıxlıqlı ayrı-ayrı hissələrinin mühafizəsi məqsədilə tətbiq edilməlidir.

6.1.1.3. Bəndçəkmədə torpaq bənd konstruksiyalarının variantlarını seçərkən aşağıdakılar nəzərə alınmalıdır:

- tikinti aparılan ərazinin topoqrafik, mühəndisi-geoloji, hidrogeoloji, hidroloji və iqlim şəraiti;

- gursululuq dövründə və yay daşqınları zamanı suyun buraxılma mümkünlüyü;

- ərazidə tikililərin sıxlığı və daşqın zonasından çıxarılması tələb olunan tikintilərə məxsus zonanın ölçüləri;

- yerli tikinti materiallarından, tikinti maşın və mexanizmlərindən istifadənin məqsədəuyğunluğu və mümkünlüyü;

- qurğuların tikilmə müddəti;

- ətraf mühitin mühafizəsi tələbləri;

- istismar rahatlığı;

- ətraf ərazilərin su təchizatının yaxşılaşdırılması üçün drenaj sularının təmizlənərək istifadəsi imkanlarının qiymətləndirilməsi;

6.1.1.4. Torpaq bənd mühafizə sisteminin hündürlük səviyyəsinin su obyektlərinin hesablanmış su səviyyəsindən yüksək olması bu Normaların 5.4 və 5.6-cı bəndlərinə müvafiq olaraq mühafizə qurğularının sinfindən asılı olaraq təyin olunmalıdır.

6.1.1.5. Daşqın əleyhinə bəndlər, yaşayış məntəqələrinin və sənaye obyektlərinin, faydalı qazıntılar və dağ-mədən yataqlarının torpaq bənd mühafizə sistemi DTN 3.04-01-in, kənd təsərrüfatı ərazilərində isə TNvəQ 2.06.03-ün tələblərinə uyğun layihələndirilməlidir.

6.1.2. Ərazinin səthinin süni şəkildə yüksəldilməsi

6.1.2.1. Ərazinin səthi yüksəldilməlidir:

- sel, daşqın və müvəqqəti su basmış ərazilərin yaxınlığındakı tikililərin istifadəsi məqsədilə;

- kənd təsərrüfatı istehsalı üçün olan torpaqların istifadəsi məqsədilə;

- su anbarlarının, çayların və digər su obyektlərinin sahilyanı zolaqlarının abadlaşdırılması məqsədilə;

Qeyd. Subasma və daşqın zonaları sərhədlərinə olan suyun mənfi təsirinin qarşısını almaq üçün xüsusi qoruyucu tədbirlər olmadan yeni yaşayış məntəqələrinin yerləşdirilməsi və əsaslı tikinti obyektlərinin inşası qadağandır.

6.1.2.2. Ərazinin səthinin süni şəkildə yüksəldilməsi variantları əraziyə dair irəli sürülmüş funksional-planlaşdırma, sosial, ekoloji və digər tələbləri nəzərə alaraq, qorunan ərazinin torpaq, geoloji, iqlim və texnogen xüsusiyyətlərini təhlil etməklə seçilməlidir.

6.1.2.3. Qrunt tökmə ilə şaquli planlaşdırılma layihəsi ərazinin tikili sıxlığı, əvvəllər nəzərdə tutulmuş planlaşdırılma işlərinin yerinə yetirilmə dərəcəsi, mühafizə edilən qurğuların sinfi, mühafizə edilən ərazidə yerləşmiş çay və su hövzələrinin hidroloji rejimlərinin dəyişdirilməsi, yeraltı suların hesabi qalxma səviyyəsi nəzərə alınmaqla işlənib hazırlanmalıdır.

6.1.2.4. Daşqından mühafizəsi məqsədilə ərazinin səthinin süni yüksəldilməsinin layihələndirilməsi zamanı bu Normaların 5.6-cı bəndinin tələblərinə uyğun olaraq suyun hesabi səviyyəsi kimi çaylarda və yaxud su anbarlarında suyun səviyyə qiyməti qəbul edilməlidir.

6.1.2.5. Torpaq tökmə yolu ilə ərazinin daşqından mühafizəsi zamanı onun sahil yamacının qaş səviyyəsinin qiyməti bu Normaların 5.5-ci bəndinin tələblərinə uyğun olaraq təyin edilməli və su mənbələrində dalğanın hesabi hündürlüyü və onun qalxması nəzərə alınaraq suyun hesabi səviyyəsi ən azı 0,5 m yuxarı qəbul edilməlidir. Daşqından mühafizə olunmaq üçün torpaq tökülmüş səthin səviyyəsi yeraltı suların səviyyələrinin dəyişmə proqnozu nəzərə alınmaqla qurutma normasının qiymətləri ilə təyin edilir.

Torpaq tökülmüş ərazinin sahil yamacının layihələndirilməsi TNvəQ 2.06.05-in tələblərinə uyğunlaşdırılaraq həyata keçirilməlidir.

6.1.2.6. Mühafizə olunan ərazilərdən səth axınlarının kənarlaşdırılması bu Normaların 6.1.3-cü yarımbəndinin tələbləri nəzərə alınmaqla suaxarlara, sututarlara, yarğanlar və ümumşəhər kanalizasiya sistemlərinə nəzərdə tutulmalıdır.

6.1.2.7. Ərazinin səthinin süni qaldırılması zamanı yeraltı suların təbii drenaj olunması mütləq təmin olunmalıdır. Tökmə və ya yuyulma ilə örtülən yarğan və qobuların talveqləri boyu drenajlar çəkilməli, daimi su axınları isə drenlərlə yanaşı olan kollektorlara qoşulmalıdır.

6.1.2.8. Süni tökmələrin drenaj olunması zəruriliyi həmin ərazinin hidrogeoloji şəraiti, əsasların və tökmə qruntlarının filtrasiya xüsusiyyətləri əsasında müəyyən edilir.

Müvəqqəti su axıdanların, su mənbələrinin və yeraltı suların boşaldıldığı yerlərin doldurulması zamanı süzülmə qatının və ya laylı drenajın təməlində qurğu qoyulması təmin edilməlidir.

6.1.2.9. Qruntun tökülməsi və ya yuyulması yolu ilə ərazinin səthini süni şəkildə yüksəldilməsi işləri üzrə texnologiyanın seçimi zamanı su basmamış sahil və ya çaylaqlardan qrunt kütlələrinin su altında qalan sahələrə daşınması mütləq nəzərdə tutulmalıdır. Qrunt çatışmazlığı olduqda mühafizə edilən və ya onun yaxınlığında yerləşən ərazilərdəki çay məcralarının gəmiçilik üçün dərinləşdirilməsi, qurumuş köhnə çay yataqlarının, axarlarının və digər su mənbələrinin təmizlənməsi və abadlaşdırılması zamanı qazılıb çıxarılmış qruntlardan istifadə etmək lazımdır.

6.1.3. Mühafizə edilən ərazilərdə səth sularının tənzimlənməsi və onların kənarlaşdırılması

6.1.3.1. Subasmadan mühafizə olunan ərazilərdə səth axınlarını tənzimləyən qurğular, bu ərazilərə daxil olan səth sularının (yağış və qar suları, daimi və müvəqqəti su axınları) hesabi sərfləri nəzərə alınmaqla layihələndirilməlidir.

6.1.3.2. Suayırıcı tərəfindən səth axını mühafizə edilən ərazidən dağüstü kanallar sistemi vasitəsilə kənarlaşdırılmalı, zərurət olduqda isə səth axınının bir hissəsini akkumulyasiya edən sututarların qurulması mənbələri nəzərdə tutulmalıdır

6.1.3.3. Su anbarları, magistral kanallar və torpaq massivlərinin qurutma sistemlərinin yaradılması yolu ilə daşqından mühəndis mühafizəsinin layihələri bütün su təsərrüfat kompleksinin tikinti layihələri ilə əlaqələndirilməlidir.

6.1.3.4. Məskunlaşma ərazilərində və sənaye meydançalarında səth sularını kənarlaşdıran və tənzimləyən qurğular AzDTN 2.6-1 üzrə, ərazilərin mühəndis hazırlığı AzDTN 2.11-2-nin tələblərinə uyğun olaraq hazırlanmalıdır. Düker, suburaxıcı, selaxıdan və selburaxan, sudurulducu, nasos stansiyaları və digər qurğuların layihələndirilməsi AzDTN 2.11-2-nin tələblərinə uyğun aparılmalıdır.

Sənaye və mülki tikinti sahələrində qapalı tipli yağış kanalizasiya sistemi nəzərdə tutulmalıdır.

Açıq sukənarlaşdırıcı vasitələrin (ensiz arxlar, küvetlər, novlar) tətbiq olunmasına bir və iki mərtəbəli tikililəri olan rayonlarda, TNvəQ 2.05.02 və DTN 3.03-01-in tələblərinə uyğun olaraq küçələrlə, yollarla, keçid və səkilərlə kəsişmələrdə körpücük və ya boru vasitələri olan park və istirahət zonalarının ərazilərində yol verilir.

6.1.3.5. Axıntənzimləyən və məcratənzimləyən qurğular, axını tənzimlənməyən orta və kiçik çayların yanında yerləşən kənd təsərrüfatı ərazilərində daşqın və subasmanın qarşısını alan mühafizə tədbirləri, eləcə də, faydalı qazıntıların hasil edildiyi açıq və yeraltı dağ-mədən yerlərinin, avtomobil yolları altında keçidlər, gəmiçilik qurğularına giriş yolları və s. bu kimi ayrı-ayrı təsərrüfat obyektlərinin mühafizəsi üzrə tədbirlər aşağıdakılar nəzərə alınmaqla tətbiq edilməlidir:

- ərazinin subasmasının miqyası və müddəti;

- təbii amillər – daşqın və su eroziyası;

- mühafizə olunan sahələrdə subasma və daşqını şiddətləndirən texnogen amillər;

6.1.3.6. Mühafizə olunan kənd təsərrüfat torpaqlarından səth sularının çəkilməsi və tənzimlənməsi zamanı TNvəQ 2.06.03-ün tələblərinə əməl olunmalıdır.

Torpaq qatının təbii su eroziyasının qiyməti yağıntı və buxarlanma normasından, səthin mailliyindən, ərazinin təbii drenajlanmasından asılı olaraq təyin edilməlidir.

Bu zaman aşağıdakılar təmin olunmalıdır:

- rütubətli zonalarda - artıq səth suyunun çəkilməsi yolu ilə yağış və ərimiş qar suları ilə daşqın və subasmadan mühafizəsi, yüksək qrunt sularının səviyyəsinin aşağı salınması, çox nəmli torpaqların və bataqlıqların qurudulması;

- az quraq və quraq zonalarda – sahəvi və xətti su eroziyasından yamaclarda şumluq torpaqların eninə şumlanması, yamacların çimlənməsi (ot əkilməsi), əkin dövriyyəsi sahələrinin sərhədləri boyunca yarğanəmələgəlmə və meşə sahələrində ağac və kolların əkilməsi, su tutma qurğularının yaradılması və torpaqların böyük həcmli yumşaldılması yolu ilə mühafizəsi;

6.1.3.7. Mühafizə olunan ərazidə yerləşən axıntənzimləyici qurğular səth axınlarının hidroqrafik şəbəkəyə və ya suqəbuledicilərə axıdılmasını təmin etməlidir.

Səth sularının tutulması və kənarlaşdırılması suyu kənara axıdan kanallara birlikdə sərhədləyici bəndlərin tətbiqi ilə həyata keçirilməlidir.

Faydalı qazıntı yataqları ərazilərinin mühafizəsi zamanı axıntənzimləyici qurğuların layihəsində TNvəQ 2.06.14-ün tələbləri nəzərə alınmalıdır.

6.1.3.8. Mühafizə olunan ərazilərdə yerləşən su axınları üzərində məcra tənzimləyici qurğular gursululuq dövründə hesabi su səviyyələrinə uyğun su sərfi, ərazinin daşqından mühafizəsinin təmin edilməsi, subasar ərazinin qurudulması istisna olmaqla çay məcrasının hesabi subasması hesablanmalıdır. Bundan əlavə, bu qurğular suyun mövcud kanallara daxil olması şərtlərini pozmamalı, çöküntülü (bərk) axının həcmini, eləcə də məcra boyunca buzun keçməsi rejimini dəyişdirməməlidir.

6.1.3.9. Ərazilərin texnogen subasmadan mühafizəsi istisna hallarda uducu quyular vasitəsi ilə həyata keçirilməsinə “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməklə yol verilir.

Su hövzələrinə və su axarlarına axıdılması mümkün olmadıqda ilkin təmizlənmiş çirkab suların qəbul edilməsi üçün infiltrasiyalı (süzgəcli) xəndək və bloklardan istifadə olunmasına yol verilir.

6.1.4. Drenaj sistemlərinin qurulması

6.1.4.1. Drenaj qurğuları sistemlərini seçərkən aşağıdakılar nəzərə alınmalıdır: ərazinin geoloji quruluşu, plan üzrə ölçü və forması, yeraltı suların hərəkət xüsusiyyəti, sudaşıyan təbəqənin süzmə xüsusiyyəti və həcmi xarakteristikası, yeraltı suların boşalma və qidalanma şəraiti nəzərə alınaraq sudaşıyan təbəqənin yayılma sahəsi; yeraltı suların balans tərkibinin kəmiyyət göstəriciləri müəyyənləşdirilməli; yeraltı su səviyyəsinin qalxması və mühafizə tədbirlərinin həyata keçirilməsi zamanı onun azalması proqnozu tərtib edilməlidir.

6.1.4.2. Su balansı, filtrasiya, hidrodinamik və hidravlik hesablamalara əsasən, həmçinin variantların texniki və iqtisadi müqayisəsi əsasında ərazinin drenaj sisteminin son seçimi həyata keçirilməlidir. Eyni zamanda, daşqına qarşı seçilmiş qoruyucu tədbirlər yaşayış yerlərində və ya bitişik zonada bu Normaların 4.14 və 4.15-ci bəndlərində göstərilən nəticələrə səbəb olmamalıdır.

6.1.4.3. Drenaj sistemlərinin hesabatını apararkən, bu Normaların 5-ci bölmənin tələblərinə uyğun olaraq qorunan ərazidə yeraltı suların normativ aşağı salınmasını təmin edən sistemlərin rasional yerləşməsini və dərinliyini müəyyənləşdirmək lazımdır.

Daşqından qorunan ərazinin topoqrafik və geoloji şəraitindən, buradakı tikililərin xarakteri və sıxlığından, yeraltı suların suayırıcı tərəfindən təbii və ya süni drenajlama bazasına hərəkət şəraitindən asılı olaraq subasmadan mühafizə edilən ərazilərdə bir, iki və çox xətli, kontur və birləşdirilmiş drenaj sistemləri tətbiq edilməlidir:

- baş – suayırıcı tərəfindən süzülən yeraltı suların tutulması üçün (mühafizə olunan ərazinin yuxarı sərhədində yeraltı sular axınının istiqamətinə uyğun yerləşdirilməlidir);

- sahilyanı - su obyektinin kənarından süzülən və su səthinin qalxmasını təşkil edən yeraltı suları tutmaq üçün (mühafizə olunan ərazinin və ya obyektin aşağı sərhədində və ya sahil boyunca yerləşdirilməlidir);

- ayırıcı - ərazinin daşqın sahəsindən süzülən yeraltı suların tutulması üçün;

- sistematik (sahə) – atmosfer yağıntılarının və yerüstü axın sularının sızması, sudaşıyıcı kommunikasiyalardakı sızmalardan və ya aşağı yatan üfüqdən təzyiqli suların axması hesabına yeraltı suların qidalanması hallarında ərazilərin drenajlaşdırılması üçün;

- qarışıq – mürəkkəb şəraitdə yeraltı suların qidalanması zamanı ərazilərin daşqından mühafizəsi üçün;

6.1.4.4. Yeraltı və yerüstü qurğulardan (rezervuarlar, sudurulducular, şlam anbarları, kanalizasiya su kəməri xarici şəbəkələr sisteminin axın toplayıcıları və s.) sızma nəticəsində süzülməmiş suların kaptajlanması kontur drenajların köməyi ilə təmin edilməlidir.

Su daşıyan qurğular üçün ayrılmış ərazilərdən kənarda süzülməmiş suların yayılmasının qarşısının alınması yalnız drenaj sistemlərinin deyil, eyni zamanda AzDTN 2.15-1-in tələblərinə uyğun layihələndirilmiş süzməyə qarşı ekran və pərdələrin quraşdırılması təmin edilməlidir.

Qeyd. Yeraltı və dərinə basdırılmış tikililəri (zirzəmilər, yeraltı keçidlər, avtomobil dayanacaqları, tunellər) subasmadan mühafizə etmək üçün su keçirməyən konstruksiyalar (ilkin mühafizə), hidroizolyasiya və korroziyaya qarşı örtüklər (ikincili mühafizə) və ya müvafiq texniki normativ sənədlərin tələblərinə uyğun drenaj sistemləri quraşdırılmalıdır.

6.2. Təbiəti mühafizə, sanitariya - gigiyena və parazit əleyhinə tələblər

6.2.1. Mühafizə olunan ərazilərin sel və daşqından mühəndis mühafizəsi layihəsində aşağıdakılar nəzərdə tutulmalıdır:

- çay yatağının, sahillərin, habelə qoruyucu bəndlər və sahil istehkamları ilə su axınının kəsişməsinin məhdudlaşdırılması nəticəsində yaranan mühafizə qurğuları ilə möhkəmləndirilməmiş bəndlərin birləşdirilmiş hissələrinin təhlükəli uçqunlardan vaxtında qarşısının alınması;

- tərk edilmiş su mənbələri ətrafında ağac-kol və çəmən bitki örtüyünün, meşə sahəsinin qorunması;

- su eroziyasına qarşı mübarizə məqsədilə aqrotexniki, çəmənlik- meşə meliorasiya və hidrotexniki tədbirlər kompleksinin həyata keçirilməsi;

- yaşayış məntəqələrinin, sənaye obyektlərinin, meliorasiya sahələrinin və s. mühafizə olunan hissələrinin yaşıllaşdırılması;

- torpağın, su obyektlərinin, qorunan kənd təsərrüfatı torpaqlarının və istirahət üçün istifadə olunan ərazilərin yoluxucu xəstəliklərin törədiciləri, sənaye tullantıları, neft məhsulları və zəhərli kimyəvi tullantılarla çirklənməsinin qarşısının alınması;

- qorunan ərazinin hüdudlarında quşların və heyvanların köçməsi üçün təbii şəraitin qorunması;

- daşqın göllərinin, köhnə çay yataqlarının və dayaz su anbarlarının qurudulması nəticəsində itirilmiş kürü sahələrinin əvəzinə yenilərinin yaradılması və ya qorunması;

- mühəndis mühafizə obyektlərində balıqların ölümünün və yaralanmasının qarşısının alınması;

- mühafizə olunan ərazilərdə qorunan heyvan və quşların təbii yaşayış mühitinin qorunub saxlanması;

- qorunan ərazidə miqrasiya zamanı köçəri su quşları tərəfindən istifadə olunan su bataqlıq yerlərinin qorunması.

6.2.2. Mühəndis mühafizə sistemləri, hər bir təbii bölgə, həmçinin təbiəti mühafizənin müəyyən olunmuş kompleks ərazi sxemləri üçün ekoloji, sanitariya-gigiyena və parazit əleyhinə tələblərin xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmalıdır.

6.2.3. Mühəndis mühafizə qurğuları və onların tikinti bazasının yerləşdirilməsi üçün əkinçilik üçün yararsız və ya keyfiyyətsiz olan kənd təsərrüfatı torpaqlarını seçmək lazımdır. Dövlət meşə fondu torpaqlarında tikililər üçün meşə örtüyündən azad ərazilərini və ya kol, qurumuş ağac və ya az dəyərli əkin sahələrini seçmək lazımdır.

Qoruqların təbii komplekslərinin və xüsusi elmi və ya mədəni əhəmiyyətə malik təbii sistemlərin, o cümlədən qoruqların ətrafındakı mühafizə zonalarının pozulmasına yol verilmir.

6.2.4. Kənd təsərrüfatı torpaqlarında və tikinti aparılan ərazilərdə mühəndis mühafizə qurğuları yaradılarkən təbii sistemlərin işinə müsbət təsir göstərən biogeokimyəvi dövriyyə prosesləri pozulmamalıdır.

Su mənbələrindən yaşayış və ictimai binalara qədər olan məsafələr hər bir müəyyən hal üzrə sanitariya-epidemioloji xidmətlər tərəfindən müəyyən edilir.

6.2.5. Mühəndis mühafizə layihələri təbii proseslərin dinamikasının proqnozlarına – daşqın və subasmaların təbiətə təsiri nəticəsində yaranan geodinamiki, hidroloji, hidrokimyəvi, geotermal, bioloji, eləcə də parazitoloji vəziyyətin dəyişməsi proqnozlarına əsaslanan ətraf mühitə mümkün texnogen təsirlərinin qiymətləndirilməsini ehtiva etməlidir.

6.2.6. Mühafizə qurğuları quraşdırılarkən ətraf mühiti çirkləndirən torpaq və sənaye tullantılarını tikinti materialları kimi istifadə etməyə yol verilmir.

Mühafizə qurğularının yerləşdiyi yerin altından sədd qurmaq üçün qruntun çıxarılmasına yol verilmir.

Su hövzələrinin və su axınlarının mühafizə zonalarında yerli xammal istehsalına və dağ yamaclarının kəsilməsinə yol verilmir.

6.2.7. Mühafizə olunan ərazilərdə məişət içməli su mənbələri varsa, suyun qorunması tədbirlərini hazırlayarkən nəzərə alınacaq qoruyucu qurğular tikildikdən sonra suyun keyfiyyətində mümkün dəyişikliklər barədə proqnoz verilməlidir.

6.2.8. Mühafizə olunan ərazidə yerləşən içməli su mənbələrinin ətrafında sanitariya normalarının və AzDTN 2.11-1-in tələblərinə cavab verən sanitariya mühafizə zonaları yaratmaq lazımdır.

6.2.9. Mühəndis mühafizə qurğularının (yerüstü kanallar, bəndlər və s.) heyvanların köç yolları ilə kəsişdiyi yerlərdə aşağıdakı tədbirlər həyata keçirilməlidir:

- qurğuların heyvanların köç yollarından kənara çıxarılması;

- torpaq qurğuların mail səthlərini heyvanların maneəsiz keçməsini təmin etmək üçün tənzimləmək və bərkidilmədən layihələndirmək;

- heyvanların maneəsiz keçməsini təmin etmək üçün torpaq qurğuların səthlərinin az maillikli və bağlantısız layihələndirilməsi.

6.2.10. Mühəndis mühafizə obyektlərinin yaradılması zamanı ərazilərin rekultivasiyası və abadlaşdırılması DÜİST 17.5.1.03-in tələbləri nəzərə alınmaqla tərtib edilməlidir.

6.3. Rekreasiya tələbləri

6.3.1. Çay və su anbarlarının daşqın və subasmadan mühafizə edilən sahilyanı ərazilərindən rekreasiya üçün istifadə məsələlərinə təbiətdən istifadə növləri və çaylarda su təsərrüfatı komplekslərinin yaradılması ilə birgə baxılmalıdır.

Ərazinin daşqın və subasmadan mühəndis mühafizəsi zamanı mühafizə edilən ərazinin və ona bitişik akvatoriyanın rekreasiya potensialının azaldılmasına yol verilmir. Mühafizə olunan ərazidə rekreasiya məqsədləri üçün istifadə olunan sututarlar və park yaşıllıqları sanitariya normaları və DÜİST 17.1.1.01-nin tələblərinə cavab verməlidir. Mühəndis mühafizə layihəsində yay aylarında su mənbələri üçün gigiyena tələblərinə uyğun su mübadiləsi normaları, qış fəslində isə sanitar su buraxılmaları nəzərdə tutulmalıdır.

6.3.2. Magistral kanallar boyunca bataqlıq və su basmış ərazilərin aradan qaldırılması zamanı DÜİST 17.1.1.01-ə uyğun olaraq yaşayış məntəqələri yaxınlığında gölməçələr yaratmağa yol verilir.

7. Mühəndis tədqiqatları tapşırığına tələblər

7.1. Mühəndis tədqiqatları tapşırığını tərtib edərkən, mövcud və yeni yaradılan su anbarlarının sahil ərazilərinin, eləcə də mühəndisi tədqiqatlar məqsədilə istifadə edilmiş ərazilərin daşqın və subasma ilə əlaqəli şərtləri nəzərə alınmalıdır.

7.2. Tədqiqatların nəticələri TNvəQ 1.02.07-nin tələblərinə cavab verməli və aşağıdakıları təmin etməlidir:

- mühafizə olunan ərazilərdə mövcud təbii şəraitin qiymətləndirilməsi;

- mühafizə olunan ərazilərdə texnogen amillər, o cümlədən:

· təhlükəli geoloji proseslərin inkişafı və yayılması;

· ərazidə subasmanın qiymətləndirilməsi;

· ərazinin daşqın miqyasının qiymətləndirilməsi;

· ərazilərin daşqın və subasmadan mühəndis mühafizəsi üsullarının seçilməsi;

- mühəndis mühafizə qurğularının hesablanması nəzərə alınmaqla mühəndis-geoloji, hidrogeoloji və hidroloji şəraitdə proqnoz dəyişiklikləri;

- ərazinin su balansının, həmçinin hidroloji qatlarda, balans və təcrübə hissələrində müşahidə şəraiti əsasında yeraltı və səth sularının bərabərlik, kimyəvi və temperatur rejimlərinin qiymətləndirilməsi;

- ərazinin təbii və süni drenajlama səmərəliliyinin qiymətləndirilməsi;

- ərazinin funksional zonalaşdırılmasına dair tövsiyələrin tərtib edilməsi.

7.3. Mühəndis tədqiqatlarının nəticələri daşqın və subasma ilə müşahidə edilən təhlükəli geoloji prosesləri: torpaq sürüşmələri, sahillərin yuyulması, karst, lyos süxurlarının çökməsi, suffoziya və s. əks etdirməlidir.

Mühəndis tədqiqat materiallarına səthi və yeraltı su rejiminin və ekzogen geoloji proseslərin çoxillik müşahidələrinin nəticələri, habelə proqnozlaşdırılan hidroloji və hidrogeoloji hesablamalar əlavə edilməlidir. Tədqiq olunan hidroloji xüsusiyyətlərin hesablanmış dəyərinin nisbi orta xətası illik və mövsümi axınlar üçün 10%-dən çox olmadığı halda müşahidə dövrünün müddəti kafi hesab olunur.

7.4. Hesablanmış hidroloji xüsusiyyətlərin təyin edilməsi hidrometeoroloji müşahidələrə (yerli sakinlərin sorğu məlumatları daxil olmaqla, rəsmi sənədlərdə dərc edilən, tədqiqat, layihə və digər təşkilatların arxivlərində mühafizə edilən sənədlər) əsaslanmalıdır.

Layihələndirmə üzrə hidrometeoroloji müşahidələrə dair məlumat olmadıqda hidrometeoroloji tədqiqatlar aparılmalıdır.

Bundan əlavə, müntəzəm müşahidələrə başlamazdan əvvəlki dövrə aid arxiv, ədəbi və digər materiallardan götürülmüş və hidroloji xüsusiyyətləri əks etdirən müşahidə məlumatlarından istifadə edilməlidir.

7.5. Layihələndirmə mərhələsi nəzərə alınmaqla qrafik sənədlərin miqyası cədvəl 2 üzrə qəbul edilir.

1. Mühəndis mühafizə kompleks ərazi sisteminin sxemi

2. Mühəndis mühafizə kompleks ərazi sisteminin layihəsi

3. Yaşayış məntəqəsinin mühəndis mühafizəsinin müfəssəl sxemi

4. Tikinti sahəsinin mühəndis mühafizə layihəsi, o cümlədən:

Cədvəl 2-nin qrafik materiallarına aşağıdakı məlumatlar əlavə edilməlidir:

- aşkarlanmış deformasiyalar barədə etibarlı məlumatlar təqdim etməklə mövcud qurğu, yol və kommunikasiyaların hazırki vəziyyətinin qiymətləndirilməsi;

-ərazinin təsərrüfat və ekoloji əhəmiyyətinin və onun istifadə perspektivinin qiymətləndirilməsi;

- mühəndis mühafizə qurğuları, həyata keçirilmiş mühafizə tədbirləri, texniki vəziyyət, onların inkişafı və yenidən qurulmasının zəruriliyi və imkanı.

7.6. Layihələndirmənin müxtəlif mərhələləri üçün kənd təsərrüfatı torpaqlarının mühəndis mühafizəsi layihələrinin hazırlanmasında tədqiqat materiallarının tərkibi Əlavə 2-nin tələblərinə uyğun olmalıdır.

8. Mühəndis mühafizə qurğuları

Ərazilərin daşqın və subasmalardan mühəndis mühafizə qurğularına aşağıdakılar aiddir: torpaq bənd mühafizə sistemi, drenajlar, drenaj və sutullayıcı şəbəkələr, dağətəyi sutullayıcı kanallar, cəldaxıdanlar və düşmələr, boru kəmərləri və nasos stansiyaları.

Mühafizə olunan ərazinin təbii və hidrogeoloji şəraitindən asılı olaraq mühəndis mühafizə sistemləri yuxarıda göstərilən bir neçə qurğunu, həmçinin ayrı-ayrı qurğuları da əhatə edə bilər.

Subasmış ərazilərdə mühafizə qurğularının tərkibi daşqının xarakterindən (daimi, mövsümi, təsadüfi) və vurduğu zərərin miqdarından asılı olaraq təyin olunmalıdır.

8.1. Torpaq bənd mühafizə sistemi

8.1.1. Ərazini daşqından qorumaq üçün iki növ torpaq bənd mühafizə sistemindən istifadə olunur - su altında qalan və su altında qalmayan.

Su altından qalmayan torpaq bəndlərindən su anbarlarına, çaylara və digər su obyektlərinə yaxın şəhər və sənaye ərazilərini daşqından davamlı olaraq qorumaq üçün istifadə edilməlidir.

Su altında qalan torpaq bəndlərindən su anbarında normal basqı səviyyəsi zamanı əkin sahələrində kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi, çay məcralarının və çay sahillərinin formalaşması və sabitləşməsi, su axınları və səth axınlarının tənzimlənməsi və paylanması zamanı müvəqqəti mühafizə üçün istifadə edilə bilər.

8.1.2. Məcrası əyrixətli olan çaylarda ərazini daşqından qorumaq üçün mühəndis mühafizə vasitəsi kimi məcratənzimləmə qurğuları nəzərdə tutulmalıdır:

- çayın axını boyu və ya müəyyən bucaq altında, su axınının enini məhdudlaşdıran uzununa torpaq bəndləri;

- körpü, bənd, suqəbuledici qurğu və digər hidtotexniki qurğuların suburaxıcı dəliklərinə suyun sərbəst axınını təmin edən uzununa, düzxətli, əyrixətli axın yönləndirici torpaq bəndləri;

- suyun qollara axınının tamamilə və ya qismən qarşısını almaq üçün nəzərdə tutulmuş, sahildən sahilə qədər məcranı örtən batırılan dəhnələr;

- yarımdəhnələr - axının istiqamətləndirilməsini və gəmiçiliyə yararlı dərinliklərin yaradılmasını təmin edən məcranın eninə düzləndirici qurğuları;

- sahilləri yuyulmadan qoruyan və axına müəyyən bucaq altında quraşdırılan şporlar (qısa su basmayan yarımbəndlər);

- dalğa və axınların təsirilə torpaq bəndlərini sahil və yamaclarını yuyulma və dağılmadan mühafizə edən sahil və bənd bərkitmələri;

- məcrada su axınını və çöküntüləri tənzimləmək üçün məcranın eninə boyunca su sərflərinin paylanması, sahillərdə zəiflədilmiş (yuyulmayan) axım sürətlərinin yaradılmasını təmin edən iki tərəfə çıxan qurğular.

8.1.3. Su axını boyu və ya su anbarının (hövzəsinin) getdikcə dayazlaşaraq sona çatan zonasında çayın hesablama səviyyəsindəki suların sərbəst səthinin uzunluqboyu enişi istiqamətinə uyğun olaraq torpaq bəndlərin hündürlüyü aşağı salınmalıdır.

Konstruktiv xüsusiyyətlərinə uyğun olaraq, torpaq bəndlərin iki növü qəbul olunur: sıxılmış və yastılaşdırılmış profilli.

Sıxılmış profilli bəndlərin istifadəsi, qruntun geotekstil parçaları ilə armaturlaşdırılması armatur millərin qatlarla düzülməsi, dərin titrəmə sıxılması və digər üsullarla mümkündür. Bu tipdə armaturlu qurğuların quraşdırılması TNvəQ 3.02.01-in 18-ci bölməsinin bütün tələblərinə cavab verməlidir.

Armaturlanmış qruntdan torpaq bəndlər qurularkən, özülü diqqətlə hazırlanmalı, armatur elementlərinin zədələnməsinə səbəb ola biləcək bütün cisimlər çıxarılmalıdır. Belə bəndlərin təməli bərkidilməlidir. Yamacların bioloji bərkidilməsi ilə yastılaşdırılmış profilli bəndlərin istifadəsinin tətbiqi daha üstün hesab edilir (otların, kolların əkilməsi və s.).

Torpaq bəndlərin hündürlüyü 5 m-dən çox olarsa, onların hündürlüyünün yarısına bərabər olan hissədə dayanıqlığın artırılması məqsədilə eni 1,5 m-dən az olmayan berma nəzərdə tutulmalıdır. Torpaq bəndinə lay-lay qoyulmuş sıxlaşdırılmış qruntun fiziki-mexaniki xüsusiyyətlərini nəzərə alaraq silindrşəkilli müstəvilər üsulu üzrə yamacın sabitliyi hesablanmalıdır.

Torpaq bəndlərin aşağı yamacının qaşı boyunca müşahidə quyuları sistemi ilə üfüqi borulu xətti drenaj quraşdırılmalıdır. Drenaj suları əsasən özüaxımla və ya əsaslandırıldıqda məcburi suçəkmə vasitəsilə kənarlaşdırılmalıdır.

Torpaq bəndin aşağı yamacının səthinə filtrasiya axınının çıxmasına yol verilmir. Bu cür hallarla rastlaşmamaq üçün drenajın işləmək qabiliyyətinin yoxlanılması; qumlu materialdan suyun çıxdığı yerdə torpağın yumşalması; bəndin təməlində üfüqi drenajın qum-çınqıl prizması ilə birləşdirilmiş qum-çınqıl qatının tökülməsi yolu ilə drenajdan suyun çıxış nöqtəsində qurğu qoyulması kimi mühafizə tədbirləri həyata keçirilməlidir.

8.1.4. Hasarlama torpaq bəndlərinin tipinin seçilməsi təbii şərait - topoqrafik, mühəndisi-geoloji, hidroloji, iqlim, rayonun seysmiklik dərəcəsi nəzərə alınmaqla aparılır. Hasarlama torpaq bəndlərini seçərkən yerli tikinti materiallarının və avadanlıqlarının mövcudluğu, işlərin istehsalının təşkili sxemi, tikinti müddəti və istismar şərtləri, rayonun inkişaf perspektivi və bu Normaların 6.2-ci bəndinin təbiəti mühafizə tələbləri nəzərə alınmalıdır.

Hasarlama torpaq bəndlərinin növünü seçərkən, yerli tikinti materiallarından, qazılıb çıxarılmış qruntdan, sənaye tullantılarından istifadə olunması nəzərdə tutulmalıdır (əgər bu məqsəd üçün uyğun olarsa). Torpaq bənd mühafizə sisteminin layihələndirilməsi TNvəQ 2.06.05-in tələblərinə uyğun aparılmalıdır.

Qeyri-qayalıq təməldə qrunt materiallarından ibarət torpaq bəndlər basqı cinahının bütün hissələri üçün təmin edilməlidir. Qeyri-qayalıq təməldə beton və dəmir-beton bəndlər yalnız sutullayıcı qurğu kimi nəzərdə tutulmalıdır.

Torpaq bəndlərin xətti sürüşmə yamacı boyunca keçərsə DTN 2.03-02-nin tələblərinə uyğun olaraq sürüşmənin qarşısını alacaq tədbirlər hazırlanmalıdır.

8.1.5. Tikintinin topoqrafik və mühəndis-geoloji şəraiti, ərazinin bu hissəsinin təsərrüfat əhəmiyyəti, su axınının hidroloji rejimində dəyişikliklərin edilməsi və mühafizə edilən ərazidən maksimum istifadədən asılı olaraq və bu Normaların 6.1.1.1 və 6.1.1.2-ci yarımbəndlərinin tələblərini nəzərə alaraq torpaq bəndlərin xətti seçilir.

Müvəqqəti yan axınlar zamanı su mənbəyi və ya axının su səviyyəsi boyunca torpaq bəndlərin arasıkəsilməz xətti tətbiqi məqsədəuyğundur. Daimi yan axınlarda, bir qayda olaraq, əsas su axını və onun qolları arasındakı hissələrdə bəndatma işləri yerinə yetirilir.

Ərazidə daşan bəndatma işləri aparılarkən gursululuq dövründə bütün qoruyucu qurğular su altında qala bilər.

Kənd təsərrüfatı torpaqlarını qorumaq üçün torpaq bəndlərin xətləri çəkilərkən TNvəQ 2.06.03-ün tələbləri nəzərə alınmalıdır.

Şəhər yerlərində torpaq bənd mühafizə sisteminin istiqamətlənməsi AzDTN 2.6-1-in tələblərinə uyğun olaraq mühafizə edilən ərazilərdən tikinti məqsədilə istifadə nəzərə alınmaqla aparılmalıdır.

8.1.6. Su mənbələri və ya su axınında suyun maksimal səviyyəsinin hesabi səviyyədən artıq olması bu hallarda qəbul edilir:

- su basmayan torpaq bəndlər üçün – DTN 3.04-01-in tələblərinə uyğun olaraq qurğuların siniflərindən asılılığı;

- tökmə bəndlərdə - TNvəQ 2.06.03-ün tələbləri nəzərə alınmalıdır.

8.1.7. Mühəndis mühafizə layihələrini yenidən işləyərkən, avtomobil və dəmir yollarının çəkilməsi üçün torpaq bənd daraqlarından istifadə edilməsi nəzərdə tutulmalıdır. Bu halda, daraqlar üzrə bəndin enini və əyrilik radiusunu TNvəQ 2.05.02-nin və DTN 3.03-01-in tələblərinə uyğun olaraq qəbul etmək lazımdır.

Bütün digər hallarda, bəndin daraq enini bəndin dayanıqlılıq şərtinə görə minimum nəticəyə, işin icrasına və bəndin istismarının rahatlığı şərtlərinə əsasən təyin etmək lazımdır.

8.1.8. Torpaq bəndin profili (yastılaşdırılmış və ya sıxılmış) yerli tikinti materiallarının mövcudluğu, işin istehsal texnologiyası, yuxarı yamacda külək dalğalarının vəziyyəti və aşağıda süzülmüş su axınının çıxışı nəzərə alınmaqla seçilir.

8.1.9. Beton konstruksiyalarla birləşdirilmiş torpaq bənd qurğuları aşağıdakılarla təmin edilməlidir:

- suburaxıcı qurğuların yuxarı byefindən (byef - çay və ya kanalın iki qonşu bəndi və ya şlüzü arasındakı hissə) suyun müntəzəm axması və aşağı byefindən suyun sərbəst yayılması həm bəndin əsasının, həm gövdəsinin, həm də suyun dibinin dağılmasının qarşısını alır;

- birləşmə yerində beton konstruksiyalarla təmasda sızmanın qarşısının alınması.

Torpaq bəndlərinin birləşmə vasitələrinin I-III sinif konstruksiyaları laborator hidravliki tədqiqatlarla əsaslandırılmalıdır.

8.1.10. Əraziləri subasmadan mühafizə edən torpaq bəndlərin hesablanması TNvəQ 2.06.05-in tələblərinə uyğun aparılmalıdır.

Mühafizə olunan ərazilərdə çayın su səviyyəsinin proqnozlaşdırılan səviyyədən yuxarı qalxdığı hallarda, torpaq bəndlərin gücləndirilməsi üçün ehtiyatda kifayət qədər qum, kisə və digər vasitələr olmalıdır.

8.2. Dağüstü kanallar

8.2.1. Dağüstü kanalların en kəsiyi və mailliyi hesabi su sürətlərini təmin etməlidir ki, bu, yol verilən yuyulma sürətindən az və kanalların lillənməsinə gətirən sürətindən çox olmalıdır.

Kanalların hidravliki hesablamalarında kələ-kötürlük əmsalının qiyməti TNvəQ 2.06.03-ə uyğun olaraq götürülməlidir. Əsas hidroloji xüsusiyyətlərin müəyyənləşdirilməsi üsulları TNvəQ 2.01.14-də verilmişdir.

8.2.2. Dağüstü kanalların yan hissələrin yamaclarının mailliyi oxşar hidrogeoloji və geoloji şəraitdə olan mövcud kanalların yamacların dayanıqlığına dair məlumatlar əsasında qəbul edilməlidir; belə oxşarlıqlar olmadıqda, kanal yamaclarının mailliyi istinad məlumatlarına əsasən qəbul edilir, dərinliyi 5 m-dən çox olduqda isə kanal yamaclarının mailliyi geotexniki hesablamalara əsasən qəbul edilir.

8.2.3. Hesabi su sərflərinin buraxılması üçün dağüstü kanalların en kəsik forması su axınının hidroloji rejimi və mühafizə edilən ərazinin tikinti sıxlığı nəzərə alınmaqla aparılmalıdır.

Dibi və yamacları bərkidilməyən kanalların yamacları suyun minimum axın sürətini (sürət 0,3-0,5 m/s-dən çox olmamaqla) təmin etməlidir. Qoruyucu örtük olmadıqda kanalların uzununa yamacları 0,005-ə bərabər qəbul edilməlidir.

Kanal xəttinin əyrilik radiusunun minimum qiyməti suyun hesabi sərfində su səviyyəsi üzrə kanalın eninin iki qatından az olmamalıdır. Hidravliki baxımdan hesablanmayan kanallar üçün maksimum dönmə radiusunun 25 m-dən çox olmasına yol verilmir, hidravlik hesabatı aparılan kanallar üçün isə 2 b-dən 10 b-yə qədər (burada b – su səviyyəsi üzrə kanalın eni, m) qəbul edilir.

Sərfi 50 m/s-dən çox olan kanallar üçün suyun buraxıla bilən yumayan sürətləri laboratoriya tədqiqatları və müvafiq hidravliki hesablamalar əsasında aparılaraq qəbul edilməlidir.

8.2.4. Dərinliyi 5 m-dən, istehlakı 50 m / san-dən çox olmayan dağüstü kanallar, eləcə də düker və akveduklar (çay, dərə və s. üzərində körpü şəklində çəkilən su kəməri) TNvəQ 2.06.03-ün tələblərinə uyğun olaraq layihələndirilməlidir.

8.3. Nasos stansiyaları

8.3.1. Nasos stansiyası qurğularının tərkibi, düzülüşü və qurulması, vurulan suyun həcmindən və onun tərkibində toplayıcı tutumu yaratmaq imkanlarından asılı olaraq təyin olunmalıdır.

Nasos stansiyaları və onların avadanlıqlarının növü, sinfi, gücü aşağıdakılar nəzərə alınmaqla təyin edilməlidir:

- hesabi sərfiyyat, verilmənin hündürlüyü və suyun səthindəki dalğalanma;

- buraxılma yerində su axını;

- enerji mənbəyinin növü;

- nasosların optimal səmərəlilik əmsalının təmin edilməsi.

8.3.2. Nasosların növü, məhsuldarlığı və sayı nasos stansiyasının növündən asılı olaraq suyun hesabi sərfiyyatı, tələb olunan təzyiq və buraxılma yerində suyun (su anbarının) səthindəki dalğalanmanın amplitudu nəzərə alınmaqla hesablama ilə müəyyən edilir.

Ehtiyat aqreqatdan istifadənin zəruriliyi TNvəQ 2.06.03 üzrə quruducu nasos stansiyalarının layihələndirmə normalarına uyğun olaraq layihə ilə əsaslandırılmalıdır.

8.3.3. Suqəbuledici qurğular və nasos stansiyaları həm ayrı – ayrı, həm də birləşmiş qurğu növü kimi icra edilə bilər.

Suqəbuledici qurğular aşağıdakıları təmin etməlidir:

- hesabi suyun götürülməsini;

- avadanlığın normal şəraitdə istismarını və onların təmirinin mümkünlüyünü;

- balıqların daxil olmasının qarşısının alınmasını.

Nasos stansiyalarının suburaxıcı qurğuları su obyektlərinə suyun sərbəst buraxılmasını təmin etməli və geriyə su axması ehtimalını istisna etməlidir.

8.4. Drenaj sistemləri və drenajlar

8.4.1. Ərazilərin su altında qalmasının qarşısını almaq üçün drenaj sistemlərinin layihələndirilməsi bu Normaların, habelə TNvəQ 2.06.14 və TNvəQ 2.06.03-ün tələblərinə uyğun olmalıdır.

8.4.2. Drenaj sistemlərinin layihələndirilməsi zamanı özüaxımlı sistemlərə üstünlük verilməlidir. Məcburi suçəkmə ilə işləyən drenaj sistemləri əlavə əsaslandırma tələb edir..

8.4.3. Drenaj sistemləri mühafizə şərtlərinə uyğun olaraq yeraltı suların tələb olunan drenaj normasını təmin etməlidir: tikinti üçün ayrılmış yerlərdə - bu Normaların, kənd təsərrüfatı ərazilərində isə TNvəQ 2.06.03-ün tələblərinə uyğun olmalıdır.

8.4.4. Drenaj sistemlərinin tətbiqi yeraltı su balansının, quraqlıq zona üçün isə yeraltı suların duz balansının hesablanmasına əsaslanmalıdır.

Bir mərhələli layihələndirmə zamanı bu Normaların 4.5-ci bəndinin tələblərinə uyğun olaraq daşqının səbəbləri və nəticələrini hesablamaq və təhlil etmək lazımdır. İki mərhələli layihələndirmədə geoloji və hidrogeoloji müayinələrini və birinci mərhələdə inşaatın xarakteri və qorunan ərazinin istifadə perspektivlərindən əldə edilmiş tədqiqatların nəticələrini nəzərə alaraq, drenaj şəbəkəsinin planda yerləşməsini, enmə dərinliyini və ayrı-ayrı drenaj qollarının öz aralarında bir-biri ilə birləşməsini müəyyən etmək lazımdır.

Seçilmiş drenaj sxemi üçün aşağıdakı hidrogeoloji hesablamalar təyin edilməlidir:

- sahil, baş və digər drenajların torpaq bənd mühafizə sisteminin və ya bünövrələrin hüdudlarına münasibətdə optimal mövqeyi;

- drenajın zəruri qoyma dərinliyi və aralarındakı məsafə, drenaj sularının, o cümlədən çəkilib vurulan suların sərfi;

- drenajın təsir göstərdiyi mühafizə zonasında depresiya əyrisinin mövqeyi.

8.4.5. Açıq xəndək və ya xəndəksiz (yeraltı döşəmə) üfüqi drenajın qurulması iqtisadi səmərəlilik və effektiv iş şərtləri ilə müəyyən edilir. Açıq üfüqi drenajların yer səthindən 2 m-dən çox olmayan dərinlikdə qoyulduğu hallarda qruntların donma dərinliyi nəzərə alınmalıdır.

Yer səthindən aşağıda qoyulan açıq drenaj kanallarının və drenajların kəsikləri suyun lillənməmə sürətini təmin etməlidir.

8.4.6. Su səviyyə endirmə quyular sistemindən ibarət olan şaquli drenajın tətbiq edilməsi zamanı, onların suqəbuledici hissələrini yüksək sukeçiriciliyə malik olan qruntlarda yerləşmək lazımdır (süzülmə əmsalı - ən azı 2 m/gün).

8.4.7. Açıq drenaj kanalları və xəndəklər böyük sahəyə malik, bir-iki mərtəbəli tikililər olar ərazilərdə qurutma tələb olunduqda tətbiq edilməlidir. Onların istifadəsi həmçinin yerüstü nəqliyyat kommunikasiyalarının daşqından mühafizəsi üçün də mümkündür.

Açıq (xəndək tipli), üfüqi drenajların hesablanması dağüstü kanal və ya suyu kənara axıdan sistemin kollektoru ilə birləşdirilməsinin mümkünlüyünü nəzərə alaraq aparılmalıdır. Bu halda xəndək drenajının profili də yerüstü su axınının hesabi sərfini təmin etməlidir.

8.4.8. Açıq drenaj kanalları və xəndəklərin yamaclarının möhkəmləndirilməsi lazım gəldikdə beton və dəmir-beton tavalar, çınqıl və ya daş tökmədən istifadə etmək lazımdır. Tavalarla möhkəmləndirilmiş yamaclarda yeraltı suların qəbul edilməsi üçün drenaj dəlikləri nəzərdə tutulmalıdır.

Qapalı boru drenajlarında filtr tozu kimi qum-çınqıl qarışığı və digər materiallar müvafiq əsaslandırma ilə istifadə edilməlidir.

Kaptajlanmış drenaj suları xəndək və ya kanallarla öz axımı ilə kənarlaşdırılmalıdır. Suyu sorub vuran nasos stansiyaları ilə birləşdirilmiş suyığıcı rezervuarların quraşdırılması o zaman məqsədəuyğun sayılır ki, mühafizə edilən ərazinin relyefinin hündürlük qiymətləri səth axınlarının axıdılacağı ən yaxın su obyektindəki suyun səviyyəsindən aşağı olsun.

8.4.9. Drenaj boruları kimi istifadə oluna bilər: keramik, xrizotilsement, beton, dəmir-beton və polivinilxlorid borular. Borunun materialı drenajin enmə dərinliyindən və mühitin aqressivliyindən asılı olaraq seçilir.

Beton, dəmir-beton və xrizotilsement drenaj borularından yalnız betona nisbətdə qeyri-aqressiv su və torpaqlarda istifadə edilməlidir.

Drenlərin yol verilən maksimum qoyma dərinliyi boru materialından asılıdır; boruların ən azı çəkilmə dərinliyi onların dinamiki yüklərdən və donmadan mühafizə edilmə tələbləri ilə müəyyən edilir.

Yükgötürmə xüsusiyyəti kifayət qədər olmayan zəif qruntlarda drenaj boruları süni əsas üzərinə qoyulmalıdır.

Möhkəmlik şərtlərinə görə xəndəklərin torpaqla yenidən doldurulması ilə drenaj borularının çəkilməsinin aşağıdakı maksimal dərinliyinə yol verilir:

8.4.10. Xrizotilsement, beton, dəmir-beton və polimer boruların səthlərində suqəbuledici dəliklərin sayı və ölçüsü drenajın hesabi sərfindən və dəliklərin suburaxma qabiliyyətindən asılı olaraq təyin edilməlidir.

Qum-çınqıl səpmələri şəklində süzgəclər və ya süni toxunma materialdan sarğılar drenaj boruları ətrafında nəzərdə tutulmalıdır. Qum və çınqıl (çaqıl) səpmələrin qalınlıq və qranulometrik tərkibi TNvəQ 2.06.14-ün tələblərinə uyğun olaraq hesablama yolu ilə seçilməlidir.

8.4.11. Drenaj kaptajlama sularının su obyektinə (çay, kanal, göl) axınını planda axın istiqamətinə görə iti bucaq altında yerləşdirilmək lazımdır, mənsəb hissə beton başlıqla təchiz olunmalı və ya daş tökmə ilə bərkidilməlidir.

Əgər kanalizasiyanın suburaxma qabiliyyəti drenaj sistemindən daxil olan suyun əlavə xərclərinin keçməsinə imkan verərsə drenaj sularının yağış kanalizasiyasına axıdılmasına yol verilir. Bu zaman kanalizasiya tərəfdən drenaj sisteminin basqısına yol verilmir. Suyun bu şəkildə atılması kanalizasiyanı istismar edən təşkilatla razılaşdırılmalıdır.

Nəzarət quyuları ən azı 50 m aralıqla dərinə salınmış drenaj xətti boyunca düzxətli sahələrdə, eləcə də drenaj borularının bütün dönmə, kəsişmə və mailliklərinin dəyişildiyi yerlərdə qoyulmalıdır. Nəzarət quyuları DÜİST 8020-ə uyğun olaraq durulducu olmaqla yığma dəmir-beton halqa (ən azı 0,5 m dərinlikdə) və dibləri betonlanmış ola bilər. Meliorasiya drenaj sistemlərində nəzarət quyuları TNvəQ 2.06.03-ə uyğun qəbul edilməlidir.

8.4.12. Yeraltı suların səviyyəsinin lazımi dərəcədə azaldılması üfüqi borulu drenlər vasitəsilə mümkün olmadıqda drenaj qalereyalarından istifadə edilməlidir.

Drenaj qalereyalarının forma və en kəsik sahəsi, habelə divarlarda deşik açma dərəcəsi drenajın tələb olunan suqəbuletmə qabiliyyətindən asılı olaraq təyin edilməlidir.

Drenaj qalereyalarının filtrləri bu Normaların 8.4.8-ci yarımbəndinin tələblərinə uyğun olaraq təmin edilməlidir.

8.4.13. Suya batırılan nasoslarla təchiz olunmuş susəviyyəsalan quyuların tətbiqinə yeraltı suların səviyyəsinin aşağı salınması ancaq suyun məcburi çəkilib vurulması halında yol verilir.

Əgər drenaj su səviyyəsalan quyu bir neçə sudaşıyan layları kəsərsə, zəruri hallarda onların aralarında süzgəclər nəzərdə tutulmalıdır.

8.4.14. Basqılı sudaşıyan laylarda yüksək təzyiqin aşağı salınması üçün özüaxıdan quyulardan istifadə edilməlidir. Bu quyulardan üst sulu qatda susəviyyəsalan və alt su qatın üzə çıxdığı hallarda istifadə edilməlidir.

Özüaxıdan quyuların konstruksiyası anoloji olaraq su səviyyəazaldan quyuların konstruksiyasına bənzəyir.

8.4.15. Suuducu və tullayıcı quyular yüksək su keçiriciliyi və təzyiqsiz yeraltı su rejimi olan qruntlar suya davamlı, qurumuş qrunt qatının altında olduqda istifadə edilməlidir.

8.4.16. Birləşdirilmiş drenaj aşağı təbəqənin təzyiqi və yuxarı təbəqənin zəif keçiriciliyi zamanı ikiqatlı su təbəqələrinin qurudulma ehtiyacı olduqda istifadə edilə bilər. Üfüqi drenaj üst təbəqədə, quyular isə alt təbəqədə qurulur.

Üfüqi drenajlar və susəviyyəsalan quyular planda elə yerləşdirilməlidir ki, onların bir-birindən məsafəsi 3 m-dən az olmasın. Drenaj qalereyalar tətbiq edildikdə susəviyyəsalan quyuların ağzı qalereyada tikilən oyuqlara çıxarılmalıdır.

8.4.17. Yeraltı su səviyyəsinin dərin bir şəkildə aşağı salınması lazımdırsa, su basmış ərazinin tikinti sıxlığı şəraitində, drenajların və ya qazma quyularının yerləşdirilməsində çətinliklər olduqda şüa drenajı tətbiq edilməlidir.

8.4.18. Vakuumlu qurutma sistemlərini yeraltı sulardan mühafizə tələbləri gücləndirildikdə ərazilərin drenajlaşdırılması hallarında süzmə qabiliyyəti az olan (süzmə əmsalı 2 m/gün-dən az) qruntlarda istifadə etmək lazımdır.

9. Əsas hesablama halları

9.1. Tikinti və yaşayış məntəqələrinin, sənaye sahələrinin, kənd təsərrüfatı torpaqlarının, eləcə də kənd təsərrüfatı istehsalı üçün yeni istifadəyə verilmiş ərazilərin mühəndis mühafizə qurğuları layihələrinə qurğuların hesabatından əlavə aşağıdakı hesabatlar da daxil edilməlidir:

- mövcud vəziyyətdə mühafizə olunan ərazilərin su balansı;

- mühafizə edilən ərazinin hazırki vəziyyətinin su balansı;

- yenidən yaradılan su anbarları və ya suburaxıcılı kanallar, eləcə də subasmanın qarşısını alan mühəndis mühafizə obyektləri tərəfindən su səthinin qalxması zamanı ərazinin su rejimi;

- bütün subasma mənbələrinin təsirini nəzərə alaraq ərazinin hidrogeoloji rejimində proqnoz dəyişiklikləri;

- su obyektləri və mühəndis mühafizə qurğularının yaradılması nəticəsində hidroloji və hidrogeoloji şəraitin dəyişilməsinin təsiri altında torpaq və bitki örtüyünün transformasiya edilməsi.

9.2. Subasmadan mühafizə edilən ərazilərdə hidrogeoloji şəraitdəki dəyişikliklərin proqnoz hesablamaları aparılmazdan əvvəl təbii-texnogen şəraitin geofiltrasiya sxemləşdirilməsi aparılmalıdır.

9.3. Hidrogeoloji şəraitdəki dəyişikliklərin hesablanması həm riyazi modelləşdirmə üsulları ilə, həm də analitik üsullarla həyata keçirilə bilər.

Geofiltrasiya hesablamaları üsulunun seçilməsi qoruyucu qurğular üçün geofiltrasiya sxemləşdirmə və layihə həllərinin nəticələrinin birgə təhlili əsasında həyata keçirilir.

Drenaj sistemlərinin işləmə təsirini qiymətləndirmək üçün geofiltrasiya sxemləşdirmə şərtlərinə cavab verən və hesablama üçün istifadə olunan analitik asılılıqlar və fərziyyələr olduğu halda analitik hesablama metodlarının istifadəsinə yol verilir.

9.4. Şoran torpaqlarda ərazilərin mühəndis mühafizə sistemi layihələndirilərkən duzlaşma rejimi hesablanmalıdır.

9.5. Mühafizə olunan ərazilərdə qurutma-nəmləndirmə, qurutma-suvarma və suvarma kompleksləri yerləşdirilərkən yeraltı suların suvarma üçün istifadəsinin mümkünlüyünü müəyyənləşdirən hesablama aparılmalıdır.

9.6. Çoxillik donmuş qruntlar zonasında mühəndis mühafizə qurğularının etibarlılığı qurğuların və onların təməllərinin termofiziki və termomexaniki hesablamaları ilə əsaslandırılmalıdır.

10. Mühəndis mühafizə sistemlərinin və ərazilərin hidrogeoloji şəraitinin monitorinqi

10.1. Subasma və daşqından mühəndis mühafizəsi tədbirlərinin tərkibinə yeraltı və yerüstü su rejimi, sudaşıyıcı kommunikasiyalarda təzyiq və sərfiyyat (sızma), eləcə də mühəndis mühafizə qurğularının istismarına nəzarət tədbirləri daxil edilməlidir.

Monitorinqin müddəti hidrogeoloji rejimin sabitlik müddətindən, qurğuların əsaslarının çökmə intensivliyindən və onların xidmət müddətindən asılıdır.

10.2. Mühəndis mühafizə qurğularının layihəsində hidrotexniki qurğuların vəziyyəti, onların elementlərinin və əsaslarının yerdəyişməsi, yeraltı su səviyyələrində dalğalanmalar, süzgəc axınının parametrləri və torpağın şoranlaşma prosesi vizual və instrumental izləmək üçün nəzarət-ölçü cihazlarının quraşdırılması nəzərdə tutulmalıdır.

Mürəkkəb hidrogeoloji və iqlim şəraitində fəaliyyət göstərən I və II sinif mühəndis mühafizə sistemlərinin istismar müşahidəsi üçün nəzarət-ölçü cihazlarından başqa, süzgəc axınının parametrlərinin və suvarma, qurutma, yağış sularının təsiri, daşqın sahəsində yeraltı su səviyyəsinin qalxması və s. asılı olaraq torpağın su-duz balansının dəyişməsinin öyrənilməsi sahəsində xüsusi elmi-tədqiqat işləri üçün də nəzarət-ölçü cihazları nəzərdə tutulmalıdır.

10.3. Subasmadan mühafizə edilən ərazilərdə yeraltı su səviyyəsinin dəyişməsi, süzgəc axınının duz və temperatur şəraiti, iş səmərəliliyi, bütöv və ayrı-ayrı drenaj sistemlərinin təhlükəsizliyi üçün müşahidə quyuları nəzərdə tutulmalıdır.

10.4. Hidrogeoloji monitorinqin əsas vəzifələri aşağıdakılardır:

- yeraltı su rejiminin (hidrodinamik, kimyəvi və temperatur) dinamikasını xarakterizə edən göstəricilərdəki dəyişikliklərə nəzarət;

- əldə edilmiş müşahidə nəticələrinin emal edilməsi, onların təhlili və sistemləşdirilməsi;

- vəziyyətin qiymətləndirilməsi (mövcud və proqnozlu).

10.5. Torpaq bənd mühafizə sisteminin vəziyyətinə nəzarət edən xüsusi xidmət təşkil edilməlidir: torpaq materialının nəmlilik dərəcəsi, aşağı yamacda su axınının olması, yamaclarda yuyulma və ya torpaq sürüşmələrin yaranması, torpaq bəndlərin aşağı axın yamacındakı drenajın səmərəliliyi, çoxillik donmuş qruntlar zonasında torpaq bəndlərin təməllərinin temperatur rejimi.

10.6. Sahil ərazilərinin subasma təhlükəsi olan su anbarlarının və su axının bütün hissələrində suyun səviyyəsindəki dəyişikliklərin və mühafizə qurğularının vəziyyətinin gündəlik monitorinqi aparılmalıdır.

Yuxarıda axın üzrə yerləşən hidropostlarla əlaqə yaratmaq və daşqından mühafizə edilən ərazidə hidropostdan çay yatağına qədər dalğanın yayılma sürətini bilmək lazımdır.

Tikinti üçün ayrılmış

Rayonlarda ərazinin yaşayış fondunun sıxlığı, m 1 ha:

Sağlamlıq - rekreasiya və sanitar-mühafizə təyinatlı

Sənaye müəssisələrinin illik istehsalat həcmi, mln manat

Ümumşəhər təyinatlı kommunal-anbar müəssisələri

Digər kommunal-anbar müəssisələri

Təbiət və mədəniyyət abidələri

* Qurğuların sıradan çıxması mühafizə olunan iri şəhərlər və sənaye müəssisələri üçün fəlakətli nəticələrə səbəb ola biləcəyi təqdirdə, müvafiq əsaslandırma ilə mühafizə qurğularının I sinif kimi təsnif edilməsinə yol verilir.

Hidrogeoloji-meliorativ rayonlaşdırma

Mühəndis-geoloji rayonlaşdırma

Yeraltı su ehtiyatlarının istismarı

Geoloji-litoloji komplekslər

Hidroizogips və yeraltı suların yerləşmə dərinliyi

Süzmə sxeminə görə rayonlaşdırma

Yeraltı suların proqnoz istismar ehtiyatı

Tikinti materiallarının yataqları

Kənd təsərrüfatı tikililərinin sxemi

Mühəndis-geoloji və hidrogeoloji kəsimlər

Havalandırma sahəsində süxurların şoranlaşma fiquru

Yeraltı suların dalğalanma səviyyəsinin qrafiki

Mühəndis-geoloji və hidrogeoloji materiallar

Torpaq massivinə xas olan təcrübə sahələrində (monolitlərdə) şoranlaşmış torpaqların duzluluğunun tədqiqi

Torpaqların su-fiziki xüsusiyyətlərinin öyrənilməsi

Torpaq-meliorasiya tədqiqat materialları

Mühafizə olunan torpaqların ərazi-iqlim xüsusiyyətləri

Mühafizə olunan ərazilərdə çayların və göllərin hidrogeoloji xüsusiyyətləri

* Kəsiklərin miqyası layihələndirmənin müvafiq mərhələlərinə uyğun xəritələrin miqyasına uyğun olmalıdır.

Tətbiq sahəsi.............................................................................................

Normativ istinadlar....................................................................................

Əsas anlayışlar.........................................................................................

Ümumi müddəalar.....................................................................................

Mühəndis mühafizəsi qurğularının sinifləri................................................

Subasmadan mühəndis mühafizəsi sistemlərinin

layihələndirilməsinə dair tələblər……………………………………….....…

Subasmadan mühəndis mühafizəsi vasitələri……………….……..………

Ərazilərin bəndlənməsi.............................................................................

Ərazinin səthinin süni şəkildə yüksəldilməsi.............................................

Mühafizə edilən ərazilərdə səth sularının tənzimlənməsi

və onların kənarlaşdırılması………………………………………………….

Drenaj sistemlərinin qurulması…..………………………………………..…

Təbiəti mühafizə, sanitariya - gigiyena və parazit

əleyhinə tələblər……………………………………………………………….

Rekreasiya tələbləri…………………………..…………………………….....

Mühəndis tədqiqatları tapşırığına tələblər….……………………………….

Mühəndis mühafizə qurğuları…………………………………………………

Torpaq bənd mühafizə sistemi ……………………………………………….

Dağüstü kanallar……………………………………………………………….

Nasos stansiyaları……………………….…………………………………….

Drenaj sistemləri və drenajlar…………………………………………………

Əsas hesablama halları…………………………………………………….....

Mühəndis mühafizə sistemlərinin və ərazilərin hidrogeoloji

şəraitinin monitorinqi…………………………………………………………..

Əlavə 1………………………………………………………………………….

Əlavə 2……………………………………….…………………………………

Bu Qaydalar sənaye və kənd təsərrüfatı müəssisələrinin, yaşayış və ictimai binalarının isitmə, havalandırma, isti su təchizatı üçün nəzərdə tutulmuş yeni tikilən və yenidən qurulan avtonom (ayrıca) qazanxanaların layihələndirilməsində tətbiq olunur.

Avtonom qazanxanaların layihələndirilməsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq istilik enerjisi tələbatı nəzərə alınmaqla müəyyən olunmuş qaydada razılaşdırılmış, müvafiq texniki-iqtisadi əsaslandırmalar əsasında həyata keçirilməlidir.

Bu Qaydalar texnoloji məqsədlər üçün elektrod qazanları, utilizator qazanları, yüksək temperaturlu üzvi istilik daşıyıcılı qazanlar və digər xüsusi növlü qazanları olan avtonom qazanxanaların, mənzil isitmə və isti su təchizatı sistemləri üçün qazan və qazanxanaların layihələndirilməsinə şamil edilmir.

2. Normativ istinadlar

Bu Qaydalarda aşağıda göstərilən normativ sənədlərə istinad edilmişdir:

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-cı il 11 fevral tarixli 40 nömrəli Qərarı;

Qazanxana qurğuları. Layihələndirmə normaları;

İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları;

Qaz təchizatı. Layihələndirmə normaları;

МСН (DTN) 2.04-03-2005

СНиП (TNvəQ) 2.01.01-82

İnşaat klimatologiyası və geofizika;

СНиП (TNvəQ) 2.04.01-85

Binaların daxili su təchizatı və kanalizasiyası;

СНиП (TNvəQ) 2.04.12-86

Polad boru kəmərlərinin möhkəmliyə hesablanması;

СНиП (TNvəQ) 2.04.14-88

Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası;

ГОСТ (DÜİST) 380-2005

Karbonlu adi keyfiyyətli polad. Markaları;

Karbonlu, keyfiyyətli konstruksiya poladından kalibrlənmiş, səthi xüsusi işlənilmiş yayma prokat. Ümumi texniki şərtlər;

İçməli su. Gigiyena tələbləri və keyfiyyətə nəzarət;

Polad su-qaz boruları. Texniki şərtlər;

Xəlitəli (aşqarlanmış) konstruksiyadan polad prokat. Texniki şərtlər;

Tikişsiz isti deformasiya edilmiş polad boru. Texniki şərtlər;

Tikişsiz isti deformasiya edilmiş polad boru. Çeşidlər;

Tikişsiz isti deformasiya edilmiş və soyuq deformasiya edilmiş polad boru. Texniki şərtlər;

Tikişsiz soyuq deformasiya edilmiş polad boru. Çeşidlər;

ГОСТ (DÜİST) 9544-2005

Boru kəmərlərinin bağlayıcı boru başlıqları. Bağlayıcıların hermetiklik normaları;

ГОСТ (DÜİST) 10704-91

Düztikişli elektrik qaynaqlı polad boru. Çeşidlər;

ГОСТ (DÜİST) 10705-80

Elektrik qaynaqlı polad boru. Texniki şərtlər;

ГОСТ (DÜİST) 14202-69

Sənaye müəssisələrinin boru kəmərləri. Tanınma rəngləri, xəbərdaredici nişanlar və markalanma lövhələri;

ГОСТ (DÜİST) 15518-87

Lövhəli istilikmübadilə aparatları. Tipləri, parametrləri və əsas ölçüləri;

Yüksək möhkəmlikli polad prokat. Ümumi texniki şərtlər;

ГОСТ (DÜİST) 20295-85

Magistral qaz-neft kəmərləri üçün polad boru. Texniki şərtlər

ГОСТ (DÜİST) 21563-93

Suqızdırıcı qazanlar. Əsas parametrləri və texniki tələbatlar;

ГОСТ (DÜİST) 27590-88

İstilik təchizatı sistemlərinin suqızdırıcıları. Ümumi texniki şərtlər;

Otaqların və binaların partlayış-yanğın və yanğın təhlükəliliyi kateqoriyalarının müəyyən edilməsi;

Müəssisələrin tullantılarında olan zərərli maddələrin atmosfer havasında qatılığının hesablama metodikası;

Bina və qurğuların ildırımdan mühafizəsinin qurulması üzrə təlimat;

RSFSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin 15.05.1978-ci il tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Suqızdırıcıların, suqızdırıcı qazanların və izafi təzyiqli buxar qazanlarının qurulması və təhlükəsiz istismarı qaydaları”;

SSRİ Dağmədənnəzarət Komitəsinin 27.11.1987-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təzyiq altında işləyən tutumların qurulması və təhlükəsiz istismarı qaydaları”;

SSRİ Dağmədənnəzarət Komitəsinin 18.10.1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Buxar və suqızdırıcı qazanların qurulması və təhlükəsiz istismarı qaydaları”;

SSRİ Sənayedə və Atom Energetikasında İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət üzrə Dövlət Komitəsinin 09.11.1990-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Buxarın və isti suyun boru kəmərlərinin qurulması və təhlükəsiz istismarı qaydaları”.

Qeyd. Mötərizədə göstərilən işarələnmələr aşağıdakı kimi oxunur:

TNvəQ – Tikinti Norma və Qaydaları;

DÜİST - Dövlət Ümumittifaq Standart (dövlətlərarası standart);

DTN – Dövlətlərarası Tikinti Normaları;

ÜTLN - Ümumittifaq Texnoloji Layihələndirmə Normaları;

ÜNS - Ümumittifaq Normativ Sənəd;

RS - Rəhbəredici Sənəd.

Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

avtonom istilik təchizatı mənbəyi – texnoloji və ya hüquqi-təşkilatı əsasda bir-biri ilə bağlı olan bir və ya məhdud sayda istehlakçıları istiliklə təmin edən mənbə;

aşağı təzyiqli qaz kəmərləri – qazın işçi təzyiqi 0,005 MPa-ya (0,05 bar-a) qədər (daxil olmaqla) olan qaz kəmərləri;

bağlayıcı boru başlığı – prosesin texnoloji tələbatından asılı olaraq boru kəmərlərində lazımi hermetikliyin təmin edilməsi məqsədilə işçi mühitin axınını tam bağlamaq üçün nəzərdə tutulan qurğu;

bağlayıcı-tənzimləyici boru başlığı – prosesin texnoloji tələbatından asılı olaraq boru kəmərlərində lazımi hermetikliyin təmin edilməsi məqsədi ilə işçi mühitin axınını tam bağlamaq və ya tənzimləmək üçün nəzərdə tutulan qurğu;

bəsləyici su – buxar qazanlarına verilməsi üçün temperaturu, təzyiqi, kimyəvi tərkibi və digər parametrləri layihə ilə müəyyən edilən su;

boru kəməri – qaz və maye, həmçinin məhlul halında olan bərk yanacaqların və digər maddələrin təzyiqlər fərqinin təsiri nəticəsində nəqli üçün nəzərdə tutulmuş qurğu;

buxar qazanı – ocağı olan, orada yandırılan yanacaq məhsulları ilə qızdırılaraq, qurğunun özündən kənarda istifadə olunan, atmosfer təzyiqindən yüksək təzyiqli buxar almaq üçün nəzərdə tutulan qurğu;

daxili qaz kəməri– binanın xarici divarlarının konstruksiyasından binanın daxilində yerləşən qaz cihazlarının birləşməsinə qədər olan qaz kəməri;

işçi təzyiq – müəyyən edilmiş istismar rejiminin təmin edilməsi üçün ən yuxarı izafi təzyiq;

isitmə – isitmə mövsümündə bağlı otaqlarda (orta təminatsızlığı 50 saat/il olan) normalaşdırılan temperaturun saxlanılması;

isitmə sistemi – isidilən yerləşkələrdə temperaturun normalara uyğun saxlanılmasında lazım olan istiliyin alınması, daşınması və verilməsi üçün nəzərdə tutulan qurğu və texniki elementlərin məcmusu;

isti su təchizatı sistemi – istehlakçıların texnoloji və gigiyenik məqsədlərlə isti su ilə təchiz edilməsi üçün nəzərdə tutulan qurğular kompleksi;

istilik təchizatı – müxtəlif təyinatlı binaların isitmə, havalandırma, havanın kondisiyalaşdırılması, isti su təchizatı, həmçinin sənaye müəssisələrinin istehsalat və texnoloji ehtiyacları üçün istiliyin buxar və ya qızdırılmış su şəklində istehsalı, nəqli və paylanması üçün nəzərdə tutulmuş qurğu və avadanlıqlar kompleksi;

qaz avadanlığı – qaz kəmərinin tərkibində element kimi istifadə edilən sənaye istehsalı olan texniki məmulatlar (kondensatyığıcılar, bağlayıcı boru başlıqları);

qazanxana - ayrıca yerləşən, binanın daxilində və ya damında, yaxud digər təyinatlı binalara bitişik layihələndirilmiş isitmə avadanlığı;

qidalandırıcı su – istilik daşıyıcıların itkisi, həmçinin isti su məqsədləri üçün istilik şəbəkələrində dövr edən şəbəkə suyunun istehlakçılar tərəfindən tamamilə və ya qismən götürülməsi nəticəsində yaranan itkilərin yerini doldurmaq üçün şəbəkəyə verilən xüsusi hazırlanmış su;

məmulat – miqdarı ədəd və ya nüsxə ilə sayılan sənaye məhsulu vahidi;

orta təzyiqli qaz kəməri – qazın işçi təzyiqi 0,005 MPa-dan (0,05 bar-dan) yuxarı 0,3 MPa-ya (3 bar-a) qədər olan qaz kəməri;

partlayış təhlükəli qarışıq – yanar qazların, buxarların, tozların, aerozolların və ya liflərin normal atmosfer şəraitində (760 mm civə süt. təzyiqdə və 20°C temperaturda) hava ilə elə qarışığıdır ki, alovlanma zamanı yanma prosesi yanmamış qarışığın bütün həcmi boyu yayılır və 5 kPa-dan yuxarı partlayış təzyiqi yaranır. Texnoloji proseslərdə ayrılan maddələrin partlayış təhlükəliliyi layihə tapşırığına əsasən qəbul edilməlidir;

utilizator qazanları – ocaqsız və ya qazı yandırıb qurtarmaq üçün ocağı olan, ocağında istilik mənbəyi kimi texnoloji və ya metallurgiya istehsalının isti qazlarından və ya digər texnoloji məhsulların axınlarından (sellərindən) istifadə olunan buxar və ya suqızdırıcı qazan;

sınaq (yoxlama) təzyiqi – boru kəmərinin və ya onun ayrı-ayrı qovşaqlarının möhkəmliyə və hermetikliyə hidravliki sınağında yaradılan izafi təzyiq;

suqızdırıcı – atmosfer təzyiqindən yüksək təzyiqdə olan suyun buxar, isti su və digər istilik daşıyıcıları vasitəsi ilə qızdırılması üçün nəzərdə tutulan qurğu;

suqızdırıcı qazan – ocağı olan və orada yanacağı yandırmaqla atmosfer təzyiqindən yüksək təzyiqdə olan və istilik daşıyıcısı kimi bu qurğudan kənarda istifadə edilən suyun qızdırılması üçün nəzərdə tutulan qurğu;

su təchizatı sistemi - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir;

verici şəbəkə suyu – istilik şəbəkəsinin basqı boru kəmərində, istilik mənbəyindən istilik işlədicilərinə qədər, layihə üzrə verilmiş parametrli su;

xarici qaz kəməri – binadan kənarda cəkilmis, binanın xarici divarının konstruksiyasına qədər olan yeraltı, yerüstü və ya yer səthindən yuxarı çəkilən qaz kəməri;

yanğın təhlükəli qarışıq – yanar qazların, buxarların, tozların, aerozolların və liflərin hava ilə elə qarışığıdır ki, onlar yanarkən 5 kPa-dan yuxarı təzyiq yaranmır. Qarışığın yanğın təhlükəliliyi layihə tapşırığında göstərilməlidir;

yanma kamerası – havanın, təbii qaz və ya qazaoxşar yanacaqla qarışdırılaraq, qarışığın qazanın ocağına verilməsi və dayanıqlı yanmanın təmin edilməsi üçün qurğu;

yüksək temperaturlu üzvi istilik daşıyıcılı buxar və ya maye qazanları – istilikdaşıyıcı kimi buxar-maye və ya maye halında olan yüksək temperaturlu üzvi istilikdaşıyıcı istifadə olunan qazan.

şəbəkə suyu – istilik təchizatı sistemində istilik daşıyıcısı kimi istifadə edilən xüsusi hazırlanmış su.

Mətndə istifadə edilmiş ixtisarlar:

A, B, C, D - Partlayış-yanğın və yanğın təhlükəli istehsalat sahələrinin kateqoriyaları (müvafiq olaraq А, Б, В, Г - Категории помещений по взрывопожарной и пожарной опасности);

REİ - Yanğın zamanı bina konstruksiyasının yükdaşıma qabiliyyətinin (R), bütövlüyünün (E) və istilik izolyasiya qabiliyyətinin (İ) itirilməsi;

AY – alovun yayılması (РП - распространение пламени);

CSt3s5 (ВСт3сп5), 10Mn2 (10Г2), 09Mn2Si (09Г2С) – poladın markaları;

4.1. Qazanxanalar yerləşdirilməsinə görə aşağıdakılara bölünürlər:

- digər təyinatlı binalara bitişik;

- yerləşdirilmə mərtəbəsindən asılı olmayaraq digər təyinatlı binaların daxilində quraşdırılmış;

- binanın damında quraşdırılmış.

4.2. Binadaxili, bitişik və dam qazanxanalarının istilik gücü, istilik təchizatı üçün nəzərdə tutulduğu binanın istilik tələbatından artıq olmamalıdır.

Müvafiq texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq əgər əlavə istilik yükü əsas binanın istilik yükünün 100 %-indən çox olmazsa binadaxili, bitişik, və ya dam avtonom qazanxanadan bəzi hallarda bir neçə binanın istilik təchizatı üçün istifadəsinə yol verilir. Ancaq bu halda qazanxanaların ümumi istilik gücü bu Qaydaların 4.3-4.5-ci bəndlərində göstərilən qiymətdən artıq olmamalıdır.

4.3. Sənaye müəssisələrinin istehsalat binaları üçün binadaxili, bitişik və dam qazanxanalarının layihələndirilməsinə yol verilir. Bu binalara bitişik yerləşdirilən qazanların ümumi istilik gücü, hər bir qazanın vahid məhsuldarlığı və istilikdaşıyıcının parametrləri normalaşdırılmır. Bu halda qazanxanalar binanın divarına bitişik elə yerləşdirilməlidir ki, qazanxananın divarından üfüqi istiqamətdə ən yaxın boşluğa qədər məsafə 2 m-dən, qazanxananın dam örtüyündən şaquli istiqamətdə ən yaxın boşluğa qədər məsafə isə 8 m-dən az olmasın.

Sənaye müəssisələrinin istehsalat binalarının daxilində yerləşdirilmiş qazanxanalar üçün buxarın təzyiqi 0,07 MPa-ya (0,7 bar) qədər və suyun temperaturu 115 °С-yə qədər olan qazanların istilik gücü normalaşdırılmır. Buxarın təzyiqi 0,07 MPa-dan (0,7 bar) çox, suyun temperaturu isə 115 °С-dən yuxarı olan qazanların istilik gücü “Buxar və suqızdırıcı qazanların qurulması və təhlükəsiz istismarı qaydaları” ilə təyin edilmiş göstəricidən artıq olmamalıdır.

Sənaye müəssisələrinin istehsalat binalarında dam qazanxanaları üçün buxarın təzyiqi 0,07 MPa-ya (0,7 bar) qədər, suyun temperaturu isə 115°С-yə qədər olan qazanların layihələndirilməsinə yol verilir. Bu halda qazanxananın istilik gücü, nəzərdə tutulan binanın istilik təchizatı tələbatından artıq olmamaqla 5 MVt-dan çox olmamalıdır.

A və B kateqoriyalı partlayış-yanğın və yanğın təhlükəli istehsalat sahələri və anbarların üstündə və altında, binadaxili və dam qazanxanalarının yerləşdirilməsinə yol verilmir.

4.4. Çoxmənzilli yaşayış binalarının daxilində qazanxanaların yerləşdirilməsinə yol verilmir.

Yaşayış binalarına bitişik və onların damında qazanxanaların yerləşdirilməsinə yol verilir. Bu qazanxanaların, suyun temperaturu 115 °С-yə qədər olan suqızdırıcı qazanlardan istifadə etməklə layihələndirilməsinə yol verilir. Belə halda qazanxanaların istilik gücü, 3 MVt-dan çox olmamalıdır.

Yaşayış binalarının girişləri olan tərəfinə və pəncərə boşluqları olan divarlarına bilavasitə bitişik qazanxanaların layihələndirilməsinə, qazanxananın xarici divarından yaşayış otağının ən yaxın pəncərəsinə qədər üfüqi məsafə 4 m-dən, qazanxananın dam örtüyündən yaşayış otağının ən yaxın pəncərəsinə qədər şaquli məsafə isə 8 m-dən az olduqda yol verilmir.

Dam qazanxanalarının yaşayış sahələrinin bilavasitə örtüklərinin üstündə (yaşayış sahəsinin örtüyü qazanxananın döşəməsi üçün əsas ola bilməz) və həmçinin hündürlüyü fərqli olan binaların yaşayış sahələri ilə yanaşı yerləşdirilməsinə (binanın divarı qazanxananın divarı ola bilməz) yol verilmir.

4.5. İctimai, inzibati və məişət binalarına bitişik, onların daxilində və damında qazanxanaların layihələndirilməsinə aşağıdakı qazanlardan istifadə etdikdə yol verilir:

- suyun temperaturu 115 °С-yə qədər olan suqızdırıcı qazanlardan;

- buxarın təzyiqi 0,07 MPa-ya (0,7 bar) qədər və hər qazan üçün (t-100)·V£100 şərtini ödəyən buxar qazanlardan, burada t - işçi təzyiqdə doymuş buxarın temperaturudur, °С; V - qazanın su həcmidir, m.

Qaz yanacağı və buxarının alovlanma temperaturu 45 °С-dən az olan maye yanacağı ilə işləyən qazanların binaların zirzəmisində olan qazanxanalarda yerləşdirilməsinə yol verilmir.

Avtonom qazanxananın ümumi istilik gücü aşağıdakı qiymətlərdən artıq olmamalıdır:

- 3,0 MVt - binanın damında və daxilində yerləşdirilmiş maye və qaz yanacağı ilə işləyən qazanxana üçün;

- 1,5 MVt - binanın daxilində yerləşdirilmiş bərk yanacaqla işləyən qazanxana üçün.

Binaya bitişik yerləşən qazanxanaların ümumi istilik gücü məhdudlaşdırılmır.

Binanın əsas fasadı tərəfindən ona bitişik qazanxanaların yerləşdirilməsinə yol verilmir.

Qazanxananın divarından binanın ən yaxın pəncərəsinə qədər üfüqi məsafə 4 m-dən, qazanxananın örtüyündən ən yaxın pəncərəyə qədər şaquli məsafə isə 8 m-dən az olmamalıdır. Eyni vaxtda 50 nəfərdən artıq adam toplaşa bilən otaqlara bitişik, onların altında və üstündə qazanxanaların yerləşdirilməsinə yol verilmir.

Məktəbəqədər və orta təhsil müəssisələrinin binalarına, xəstəxanaların və poliklinikaların korpuslarına, sanatoriya və istirahət müəssisələrinin yataq korpuslarına bitişik, onların daxilində və damında qazanxanaların layihələndirilməsinə yol verilmir.

4.6. İstənilən təyinatlı binalarda dam qazanxanasının yerləşdirilmək imkanı hər bir konkret halda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmalıdır.

4.7. İstilik yükləri qazanxana avadanlığının hesablanması və seçilməsində aşağıdakı üç rejim üçün müəyyən edilməlidir:

- maksimal – xarici havanın ən soyuq beşgünlüyünün orta temperaturunda;

- orta – xarici havanın ən soyuq ayının orta temperaturunda;

Xarici havanın göstərilmiş hesabi temperaturları AzDTN 2.12-2 və TNvəQ 2.01.01-in tələblərinə uyğun olaraq qəbul edilir.

4.8. Binaların istilik təchizatında növbətçi isitmə sistemi olduqda və ya isitmə sisteminin fasilələrlə işləməsinə yol verildikdə qazanxana avadanlığının dəyişən yüklə işləməsi imkanı nəzərdə tutulmalıdır.

4.9. Qazanxananın hesabi məhsuldarlığı maksimal rejimdə (maksimal istilik yükü) isitmə və havalandırmaya istilik sərflərinin və orta rejimdə isti su təchizatına və texnoloji məqsədlərə tələb olunan istilik sərflərinin cəmi kimi müəyyən edilir. Qazanxananın hesabi məhsuldarlığı müəyyən olunarkən, həmçinin qazanxananın məxsusi istilik ehtiyacları, o cümlədən qazanxananın isidilməsi də nəzərə alınmalıdır.

4.10. Yaşayış, ictimai və istehsalat binalarının isitmə Qоmax, havalandırma a Qvmax maksimal istilik yükləri və isti su təchizatına orta istilik yükləri Qhm müvafiq layihələr əsasında qəbul edilməlidir.

Layihələr olmadıqda istilik yüklərini bu Qaydaların 4.13-cü bəndinə müvafiq müəyyən etməyə yol verilir.

4.11. Texnoloji proseslərə hesabi istilik yükləri və qaytarılan kondensatın miqdarı sənaye müəssisəsinin layihəsinə əsasən qəbul edilməlidir.

Müəssisə üçün cəm istilik yüklərini müəyyən etdikdə, ayrı-ayrı istehlakçıların texnoloji proseslərinə maksimal istilik yüklərinin üst-üstə düşməməsi nəzərə alınmalıdır.

4.12. İsti su təchizatına orta istilik yükləri Qhm TNvəQ 2.04.01-in tələblərinə uyğun olaraq müəyyən edilməlidir.

4.13. Layihə olmadıqda isitmə, havalandırma və isti su təchizatına istilik sərfləri aşağıdakı kimi müəyyən edilir:

müəssisələr üçün – müəyyən edilmiş qaydada təsdiq edilmiş normalara və ya analoji müəssisənin layihəsinə əsasən;

yaşayış və ictimai binalar üçün - aşağıdakı düsturlarla müəyyən edilir:

a) yaşayış və ictimai binaların isidilməsinə maksimal istilik yükü, Vt:

burada qo - yaşayış və ictimai binalar üçün isitməyə və havalandırmaya binanın 1 m ümumi sahəsi üçün maksimal istilik yükünün iriləşdirilmiş göstəricisi (bax Əlavə 1), Vt/m;

A – binanın ümumi sahəsi, m;

k1 – ictimai binaların isidilməsi üçün istilik yükünü nəzərə alan əmsal; məlumat olmadıqda 0,25-ə bərabər qəbul edilməlidir.

b) ictimai binaların havalandırması üçün maksimal istilik yükü, Vt:

burada k2 - ictimai binaların havalandırması üçün istilik yükünü nəzərə alan əmsal, göstəricilər olmadıqda k2 = 0,6 qəbul edilməlidir.

c) yaşayış və ictimai binaların isti su təchizatı üçün orta istilik yükü, Vt:

burada 1,2 - isti su təchizatının boru kəmərlərindən otağa istilikverməni (vanna otağının isidilməsini, paltarların qurudulmasını) nəzərə alan əmsal;

a –bir adam üçün, yaşayış binalarında temperaturu 55 °C olan və TNvəQ 2.04.01-ə uyğun olaraq qəbul edilən günlük su sərfi norması, l/adam;

b -ictimai binalarda bir adam üçün, temperaturu 55 °C olan günlük su sərfi norması, l/adam, məlumat olmadıqda gündə bir adama 25 l/adam qəbul edilir;

tc – isitmə dövründə soyuq kəmər suyunun temperaturu; məlumat olmadıqda 5 °C qəbul edilir;

c – suyun xüsusi istilik tutumu, 4,187 kC/(kq×°C) qəbul edilir;

qn – isti su təchizatına orta istilik yükünün bir adama düşən iriləşdirilmiş göstəricisi, Vt cədvəl 1-ə əsasən qəbul edilir.

ç) yaşayış və ictimai binalar üçün isti su təchizatına maksimal istilik yükü, Vt:

d) isitməyə orta istilik yükü aşağıdakı düsturla müəyyən edilir, Vt:

burada ti – isidilən binanın daxili havasının orta temperaturu, yaşayış və ictimai binalar üçün 18 °C, istehsalat binaları üçün 16 °C qəbul edilir;

tom – havanın orta günlük temperaturu 8 °С və daha aşağı (isitmə mövsümü) olduqda xarici havanın orta temperaturu, °C;

tо - isitmənin layihələndirilməsi üçün xarici havanın hesabi temperaturu.

е) havalandırmaya orta istilik yükü, xarici havanın hesabi tо temperaturunda, Vt

ə) yaşayış binaları üçün yay mövsümündə isti su təchizatının orta istilik yükü, Vt

burada - yay dövründə soyuq kəmər suyunun temperaturu; məlumat olmadıqda 15 °C qəbul edilir;

tc – isitmə dövründə soyuq kəmər suyunun temperaturu, məlumat olmadıqda 5 °C qəbul edilir;

b – yay dövründə isti su təchizatına suyun orta sərfinin isitmə mövsümünə görə dəyişməsini nəzərə alan əmsal; məlumat olmadıqda yaşayış evləri üçün 0,8 (kurort və cənub şəhər və qəsəbələri üçün b = 1,5), müəssisələr üçün 1 qəbul edilir.

f) yaşayış və ictimai binaların isidilməsi üçün istiliyin illik sərfi, kC

ictimai binaların havalandırmasına

yaşayış və ictimai binaların isti su təchizatına

burada no- havanın orta günlük temperaturu 8°С və daha aşağı (isitmə dövrü) olan, TNvəQ 2.01.01 üzrə qəbul edilən isitmə dövrünün gün ilə müddəti;

nhy - isti su təchizatı sisteminin il ərzində işlədiyi günlərin hesabi sayı; məlumat olmadıqda 350 gün qəbul edilməlidir;

z - isitmə dövründə ictimai binaların havalandırma sisteminin gündə orta hesabla işlədiyi saatların sayı; məlumat olmadıqda 16 saat qəbul edilir.

4.14. Müəssisələrin illik istilik sərfi, müəssisənin günlük və illik istilik tələbatı nəzərə alınmaqla il ərzində müəssisənin iş günlərinin sayından, gündə iş növbələrinin sayından asılı olaraq müəyyən edilməlidir; mövcud müəssisələr üçün illik istilik sərfini hesabat məlumatları əsasında müəyyən etməyə yol verilir.

4.15. Qazanxananın texnoloji sxemi və avadanlığın yerləşdirilməsi aşağıdakıları təmin etməlidir:

- texnoloji proseslərin optimal mexanikləşdirilməsini və avtomatlaşdırılmasını, avadanlığa təhlükəsiz və rahat xidmət edilməsini;

- kommunikasiyaların ən qısa uzunluğunu;

- təmir işlərinin mexanikləşdirilməsi üçün optimal şəraiti.

Fərdi qazanxanaların texnoloji proseslərinin avtomatlaşdırılması, daimi xidmət heyəti olmadan təhlükəsiz istismarı təmin etməlidir.

Kütləsi 50 kq-dan artıq olan avadanlıq qovşaqlarının, boru kəmərlərinin və boru başlıqlarının təmiri üçün yükqaldırıcı inventar qurğuları nəzərdə tutulmalıdır. İnventar qurğularla avadanlığa xidmət etmək mümkün olmadıqda, stasionar yükqaldırıcı mexanizmlər (tallar, telferlər) nəzərdə tutulmalıdır. Yalnız quraşdırma işlərini yerinə yetirmək üçün lazım olan stasionar yükqaldırıcı qurğular layihədə nəzərdə tutulmur.

4.16. Avtonom qazanxanalarda təmir sahəsi nəzərdə tutulmur. Belə qazanxanaların avadanlıqlarının, nəzarət və ölçü cihazlarının təmiri, müvafiq lisenziyası olan, yükqaldıran qurğulara və bazaya malik ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yerinə yetirməlidir.

4.17. Avtonom qazanxanaların avadanlıqları, kənar şəxslərin icazəsiz daxil olması mümkün olmayan ayrıca otaqda yerləşdirilməlidir.

4.18. Ayrıca yerləşən və binalara bitişik avtonom qazanxanalara avtonəqliyyatın gedişi üçün bərk örtüklü yollar nəzərdə tutulmalıdır.

4.19. Binaların daxilində və onlara bitişik yerləşdirilmiş qazanxanaların bərk və maye yanacağının saxlanılması üçün qazanxanadan və istilik təchizatı nəzərdə tutulmuş binadan kənarda bağlı anbarlar nəzərdə tutulmalıdır.

5. Həcm-planlaşdırma və konstruktiv həllər

5.1. Binaların avtonom qazanxanalarını layihələndirdikdə AzDTN 2.12-1-in tələblərinə, həmçinin istilik təchizatı nəzərdə tutulan bina və qurğularına aid tikinti norma və qaydalarının tələblərinə riayət edilməlidir.

5.2. Qazanxanaların xarici görünüşünü, materialını və xarici qoruyucu konstruksiyalarının rəngini, yaxınlığında tikilmiş və ya damında yerləşən binaların və qurğuların memarlıq görünüşünü nəzərə alaraq seçmək tövsiyə olunur.

5.3. Avtonom qazanxanalar üçün müəyyən edilmiş tələblərə cavab verən qazanların istifadəsi tövsiyə olunur. Quraşdırılma yerində birləşdirilməsi üçün avadanlıq və boru kəmərlərinin iriləşdirilmiş blokları ilə təchiz edilməsi məqsədəuyğundur.

5.4. Daimi xidmət heyəti olan avtonom qazanxanalarda əlüzyuyan olmaqla ayaqyolular, iş paltarlarını saxlamaq üçün şkaf, yemək üçün yer (otaq) nəzərdə tutulmalıdır.

Sanitariya qovşaqlarında yaranan tullantı sularının kanalizasiya şəbəkəsinə özüaxımını təmin etmək mümkün olmadıqda, qazanxanaya yaxın, lakin 50 m-dən uzaqda olmayan ictimai sanitariya qovşaqlarından istifadə etmək imkanı olduqda, avtonom qazanxanalarda sanitariya qovşağı nəzərdə tutulmaya bilər.

5.5. Binaların daxilində yerləşdirilmiş qazanxanalar bitişik otaqlardan yanğın əleyhinə 2-ci tip divarlarla və ya yanğın əleyhinə 1-ci tip arakəsmələrlə və yanğın əleyhinə 3-cü tip örtüklərlə ayrılmalıdır. Binaya bitişik qazanxana əsas binadan yanğın əleyhinə 2-ci tip divarla ayrılmalıdır. Bu halda binanın, qazanxana tərəfdəki divarının odadavamlılıq həddi REI 45 (0,75 saatdan az olmayaraq), qazanxananın örtüyü isə yanmayan materialdan olmalıdır.

Dam qazanxanalarının yükdaşıyan və qoruyucu konstruksiyalarının odadavamlılıq həddi REI 45 (0,75 saat), AY1 qruplu konstruksiya üzrə konstruksiyalar üzrə alovun yayılma həddi 0-a bərabər olmalıdır, qazanxananın altında və onun divarlarından 2 m-ə qədər məsafədə əsas binanın dam örtüyü yanmayan materialdan hazırlanmalı və ya qalınlığı ən azı 20 mm olan beton qatı ilə yanmadan qorunmalıdır.

Binaların daxilində və damında yerləşdirilən qazanxanaların divarlarının daxili səthi suyadavamlı boya ilə rənglənməlidir.

5.6. Avtonom qazanxanalar üçün qoruyucu və konstruktiv materialların texniki şəhadətnaməsi, Azərbaycan Respublikasında qüvvədə olan normativ hüquqi aktlarn tələblərinə uyğun olaraq uyğunluq sertifikatları olmalıdır.

5.7. Qazanxana otaqlarının döşəmə səviyyəsindən örtük konstruksiyalarının çıxıntısının aşağısına qədər minimal hündürlüyü 2,5 m-dən az olmamalıdır.

5.8. Binanın daxilində qurulmuş avtonom qazanxanalar binanın xarici divarının yanında, binanın çıxışından 12 m-dən çox olmayan məsafədə yerləşdirilməlidir.

5.9. Binanın daxilində qurulmuş qazanxanalardan çıxışlar nəzərdə tutulmalıdır:

- qazanxananın uzunluğu 12 m və daha az olduqda - dəhlizdən və ya pilləkən qəfəsindən xaricə bir çıxış;

- qazanxananın uzunluğu 12 m-dən çox olduqda - xaricə sərbəst çıxış.

5.10. Binalara bitişik yerləşdirilmiş qazanxanaların çıxışları bilavasitə xaricə nəzərdə tutulmalıdır. Binanın daxilində yerləşdirilmiş qazanxanaların pilləkən marşlarının ümumi pilləkən qəfəsinin qabaritində yerləşdirilməsinə, bu marşları binanın pilləkən qəfəsinin qalan hissəsindən odadavamlılıq həddi REI 45 (0,75 saat) olan yanmayan arakəsmə və örtüklərlə ayırmaqla yol verilir.

Dam qazanxanaları üçün aşağıdakılar nəzərdə tutulmalıdır:

- qazanxanadan bilavasitə dam örtüyünə çıxış;

- əsas binanın marş pilləkəni ilə dam örtüyünə çıxış;

- dam örtüyünün mailliyi 10%-dən çox olduqda, dam örtüyünə olan çıxışdan qazanxanaya qədər və qazanxananın perimetri boyunca sürahili, eni 1 m olan hərəkət körpücükləri. Körpücük və sürahilərın konstruksiyaları yanmayan materiallardan nəzərdə tutulmalıdır.

5.11. Qazanxanaların qapıları və darvazaları xaricə açılmalıdır.

5.12. Qazanxanalarda qazanların və köməkçi avadanlığın yerləşdirilməsi (qazanlar və tikinti konstruksiyaları arasındakı məsafə, keçidlərin eni), həmçinin istilikdaşıyıcının parametrlərindən asılı olaraq avadanlığa xidmət edilməsi üçün meydança və pilləkənlərin quraşdırılması “Buxar və suqızdırıcı qazanların qurulması və təhlükəsiz istismarı qaydaları”, “Suqızdırıcıların, suqızdırıcı qazanların və izafi təzyiqli buxar qazanlarının qurulması və təhlükəsiz istismarı qaydaları”na, həmçinin qazanların pasportuna və istismarı üzrə təlimatlarına uyğun nəzərdə tutulmalıdır.

Daimi xidmət heyəti olmayan avtomatlaşdırılmış avtonom qazanxanalar üçün keçidlərin ölçüləri, avadanlığın pasportlarına və istismar təlimatlarına əsasən qəbul edilməli və texniki xidmət, quraşdırma və sökmə vaxtı sərbəst yaxınlaşma imkanını təmin etməlidir.

5.13. Qabariti qapıların ölçüsündən böyük olan avadanlıqların quraşdırılması üçün, qazanxananın divarlarında boşluqlar və ya darvazalar nəzərdə tutulmalıdır, bu halda boşluqların və ya darvazaların ölçüləri avadanlığın və ya boru kəməri blokunun ən böyük qabaritindən 0,2 m çox olmalıdır.

5.14. Texnoloji avadanlığın statik və dinamik yükləri döşəmənin beton alt qatında, quraşdırma və nəqliyyat yüklərinin təsirindən yaranan gərginlikdən çox gərginlik yaratmadıqda, bünövrəsiz quraşdırılmalıdır.

Binaların daxilində və damında yerləşdirilən qazanxanalarda elə texnoloji avadanlıq quraşdırılmalıdır ki, onun statik və dinamik yükləri avadanlığın bünövrəsiz quraşdırılmasına imkan versin. Bu halda dam qazanxanasının avadanlığından binanın örtüyünə düşən statik və dinamik yüklər, binanın tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətindən artıq olmamalıdır.

5.15. Qazanxana otaqlarında arakəsmələrin uzunömürlü, nəmişliyə davamlı, asan təmizlənməyə imkan verən materiallarla örtülməsi nəzərdə tutulmalıdır.

5.16. Maye və qaz yanacağı ilə işləyən avtonom qazanxanalarda, qazanların quraşdırıldığı yerin 1 m həcminə görə sahəsi 0,03 m hesabı ilə asan çıxarılan qoruyucu konstruksiyalar nəzərdə tutulmalıdır.

5.17. Avtonom qazanxanaların otaqlarının partlayış, partlayış-yanğın və yanğın təhlükəliliyi kateqoriyaları və qazanxana binalarının (otaqlarının) odadavamlılıq dərəcələri ÜTLN-24-ə əsasən qəbul edilməlidir.

5.18. Avtonom qazanxanalar DTN 2.04-03-ün tələblərinə uyğun səs təzyiqinin səviyyəsini təmin etməlidir.

6. Qazanxananın qazanları və köməkçi avadanlıqları

6.1. Qazanların texniki xarakteristikaları (məhsuldarlığı, FİƏ, aerodinamik və hidravlik müqaviməti və digər iş parametrləri) istehsalçı zavodun (firmanın) və ya sınaqların məlumatlarına görə qəbul edilir.

6.2. Bütün qazanların Azərbaycan Respublikasında qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq uyğunluq sertifikatları olmalıdır, qaz yanacağı ilə işləyən qazanlar və buxarın təzyiqi 0,07 MPa-dan (0,7 bar) çox olan qazanlar üçün isə bundan başqa, qazanların və komplektləşdirici qaz avadanlığının istifadəsinə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin icazəsi olmalıdır.

6.3. Qazanların, köməkçi avadanlıqların, bağlayıcı və tənzimləyici boru başlıqlarının, cihazların və nəzarət və tənzimləmə vasitələrinin azərbaycan dilində quraşdırma, sazlama və istismarı üzrə təlimatları, zəmanət öhdəlikləri, servis xidmətinin ünvanı olmalıdır.

6.4. Xaricdə istehsal edilmiş bütün qaz avadanlığının, bağlayıcı və tənzimləyici boru başlıqların Azərbaycan Respublikasında qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq uyğunluq sertifikatları və onların istifadəsinə dair Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin icazəsi olmalıdır.

6.5. Avtonom qazanxanada qoyulan qazan aqreqatlarının sayı və hər birinin gücü, qazanların yay mövsümündə gecə iş rejimi üçün yoxlamaqla, qazanxananın hesabi məhsuldarlığına görə, iki ədəddən az olmayaraq (modul tipli daşınabilən qazanxanalar istisna olmaqla) seçilməlidir; bu halda məhsuldarlığı ən böyük olan qazan sıradan çıxdıqda, qalanları aşağıdakı istehlakçıları istiliklə təmin etməlidir:

- texnoloji istilik təchizatını və havalandırma sistemlərini – minimal yolverilən istilik yükləri miqdarında (xarici havanın temperaturundan asılı olmayaraq);

- isitmə, havalandırma və isti su təchizatını – ən soyuq ayın rejimi ilə müəyyən edilən miqdarda.

6.6. Binanın damında və daxilində qurulan avtonom qazanxanaların quraşdırılmasını və yenidənqurulmasını təmin etmək üçün kiçik qabaritli qazanlardan istifadə etmək tövsiyə olunur. Qazanların konstruktiv quruluşu, texnoloji xidmətin rahatlığını və ayrı-ayrı qovşaq və detalların sürətli təmirini təmin etməlidir.

6.7. Avtonom qazanxanalarda, ocağının istilik gərginliyi yüksək olan qazanlardan istifadə edildikdə, isitmə və havalandırma sistemləri üçün suyun qızdırılmasını ikinci konturda yerinə yetirmək tövsiyə olunur.

6.8. İsitmə, havalandırma və havanın kondisiyalaşdırılması sistemləri üçün suqızdırıcı qurğuların məhsuldarlığı, isitmə, havalandırma və havanın kondisiyalaşdırılması sistemlərinin maksimal istilik sərfinə uyğun olaraq müəyyən edilməlidir. Qızdırıcıların sayı ikidən az olmamalıdır. Bu halda qızdırıcılardan biri sıradan çıxdıqda qalanları ən soyuq ayın rejiminə uyğun istilik istehsalını təmin etməlidir.

İsitmə, havalandırma və havanın kondisiyalaşdırılması sistemləri üçün istiliyin verilməsində fasiləyə yol verilmədikdə ehtiyat qızdırıcı nəzərdə tutulmalıdır.

6.9. İsti su təchizatı üçün suqızdırıcıların məhsuldarlığı, isti su təchizatına istiliyin maksimal sərfinə görə müəyyən edilməlidir. Qızdırıcıların sayı ikidən az olmamalıdır. Bu halda onların hər biri isti su təchizatının orta istilik sərfi rejiminə uyğun olaraq verilən istiliyə hesablanmalıdır.

6.10. Texnoloji qurğular üçün suqızdırıcıların məhsuldarlığı, müxtəlif texnoloji istehlakçıların istilik tələbatının bir vaxta düşmə əmsalı hesaba alınmaqla, texnoloji tələbata istiliyin maksimal sərfinə görə müəyyən edilməlidir. Qızdırıcıların sayı ikidən az olmamalıdır. Bu halda onlardan hər hansı biri sıradan çıxdıqda, qalanları istilik təminatında fasilələrə yol verilməyən texnoloji istehlakçılara istiliyin verilməsini təmin etməlidir.

6.11. Avtonom qazanxanalarda borugövdəli bölməli və ya lövhəli üfüqi su-su qızdırıcılar tətbiq olunmalıdır.

Borugövdəli bölməli üfüqi qızdırıcı kimi DÜİST 27590 üzrə, təzyiqi 1,6 MPa-ya və temperaturu 150 °С-yə qədər olan istilikdaşıyıcı üçün, dayaq arakəsmə bloklu borugövdəli bölmələrdən ibarət olan su-su qızdırıcılarından tətbiq olunması tövsiyə edilir.

Lövhəli qızdırıcılar kimi DÜİST 15518 üzrə və ya uyğunluq sertifikatı olan digər suqızdırıcılar tətbiq edilə bilər.

6.12. İsti su təchizatı sistemləri üçün isti suyun çən-akkumulyatorları kimi həcmli suqızdırıcılarının tətbiqinə yol verilir.

6.13. Su-su qızdırıcıları üçün istilikdaşıyıcıların əks axınlı sxemi tətbiq edilməlidir.

Borugövdəli bölməli üfüqi su-su qızdırıcıları üçün qazandan qızdırıcı su daxil olmalıdır:

isitmə sistemlərinin suqızdırıcıları üçün - borulara;

isti su təchizatı sistemlərinin suqızdırıcıları üçün - borular arası sahəyə.

Təbəqəli qızdırıcılar üçün qızdırılan su birinci və sonuncu lövhələrin uzunu boyunca keçməlidir.

Buxar-su qızdırıcıları üçün buxar borular arası sahəyə daxil olmalıdır.

6.14. İsti su təchizatı sistemləri üçün üfüqi seksiyalı qabıqlı borulara malik su qızdırıcıları latundan və ya paslanmayan poladdan olan lüləşəkilli borucuqlarla, həcmli qızdırıcılar isə latundan və ya paslanmayan poladdan olan spiralşəkilli borucuqlarla tətbiq olunmalıdır. Lövhəşəkilli istilik mübadiləedicilər üçün DÜİST 15518 üzrə paslanmayan polad lövhələr tətbiq edilməlidir.

6.15. Hər bir buxar-su qızdırıcısı “Təzyiq altında işləyən tutumların qurulması və təhlükəsiz istismarı qaydaları” üzrə kondensat ayırıcısı və ya kondensatı kənarlaşdırmaq üçün dolub daşma tənzimləyicisi ilə, havanı buraxmaq və suyu axıtmaq üçün bağlayıcı boru başlıqları olan ştuserlərlə və qoruyucu klapanla təchiz edilməlidir.

6.16. Həcmli suqızdırıcıları qızdırılan mühit tərəfdən qoruyucu klapanlarla, həmçinin hava- buraxıcı və suaxıdıcı qurğularla təchiz edilməlidir.

6.17. Avtonom qazanxanalarda aşağıdakı nasos qrupları quraşdırılmalıdır:

- suyu qazandan isitmə, havalandırma və isti su təchizatı sistemlərinin qızdırıcılarına vermək üçün birinci kontur nasoslar;

- isitmə sisteminin şəbəkə nasosları (ikinci kontur nasosları);

- isti su təchizatı sisteminin şəbəkə nasosları;

- isti su təchizatı sisteminin dövr etdirici nasosları.

- isitmə, havalandırma və isti su təchizatı sistemlərinin şəbəkə nasosları;

- isti su təchizatı sisteminin resirkulyasiya nasosları.

6.18. Bu Qaydaların 6.17-ci bəndində göstərilən nasosları seçdikdə aşağıdakılar qəbul edilməlidir:

- birinci kontur nasosların məhsuldarlığı, m/saat

burada Gdo – qazandan verilən qızdırıcı suyun maksimal hesabi sərfi, m/saat;

t1 - qazandan çıxan qızdırıcı suyun temperaturu, °C;

t2 – qazanın girişində qayıdan suyun temperaturu, °C;

- birinci kontur nasosların basqısı qazandan qızdırıcılara qədər olan boru kəmərlərində, qızdırıcıda və qazanda olan təzyiq itkilərinin cəmindən 20 - 30 kPa artıq olmalıdır;

- ikinci kontur nasosların məhsuldarlığı, m/saat

burada Go - isitmə və havalandırmaya suyun maksimal hesabi sərfi, m/saat;

t1 – isitmənin layihələndirilməsi üçün xarici havanın hesabi temperaturunda, isitmə sistemlərinin vurucu boru kəmərlərində suyun temperaturu, °C;

t2 - isitmə sisteminin qayıdıcı boru kəmərində suyun temperaturu, °C;

- ikinci kontur nasosların basqısı isitmə sisteminin təzyiq itkisidən 20 - 30 kPa artıq olmalıdır;

- isti su təchizatı sisteminin şəbəkə nasoslarının məhsuldarlığı, m/saat

- isti su təchizatı sisteminin şəbəkə nasoslarının basqısı qazandan isti su qızdırıcılarına qədər olan boru kəmərlərində, qızdırıcıda və qazanda olan təzyiq itkilərinin cəmindən 20 - 30 kPa artıq olmalıdır;

- isti su təchizatının sirkulyasiya nasoslarının məhsuldarlığı, isti su təchizatı üçün suyun hesabi sərfinin 10 % qiymətində olmalıdır, m/saat

burada Ghmax - isti su təchizatına maksimal saatlıq su sərfi, m/saat, aşağıdakı düsturla hesablanır:

burada th1 – isti suyun temperaturu, °C;

th2 - soyuq suyun temperaturu, °C.

6.19. Sistemdə suyu qızdırdıqda artıq suyu qəbul etmək üçün və su itkisi olduqda isitmə sistemini qidalandırmaq üçün avtonom qazanxanalarda diafraqma tipli genişləndirici çənlərin nəzərdə tutulması tövsiyə olunur:

- isitmə və havalandırma sistemi üçün;

- qazan sistemi üçün (birinci kontur).

7. Suhazırlama və kimyəvi su rejimi

7.1. Avtonom qazanxananın kimyəvi su rejimi qazanların, istilik işlədici avadanlığın və boru kəmərlərinin daxili səthlərinin korroziyasız, ərpsiz və şlamsız işini təmin etməlidir.

7.2. Suyun emalı texnologiyası bəsləyici (qidalandırıcı) və qazan suyunun, istilik təchizatı və isti su təchizatı sistemləri üçün suyun keyfiyyətinə olan tələblərdən, xam suyun keyfiyyətindən, həmçinin kənarlaşdırılan axıntı sularının miqdarından və keyfiyyətindən asılı olaraq seçilir.

7.3. Suqızdırıcı qazanlar və istilik təchizatı sistemləri üçün suyun keyfiyyəti DÜİST 21563-ün tələblərinə cavab verməlidir.

İsti su təchizatı sistemləri üçün suyun keyfiyyəti DÜİST 2874-ün tələblərinə cavab verməlidir.

7.4. Buxarın təzyiqi 0,07 MPa-dan (0,7 bar) artıq olan təbii və məcburi sirkulyasiyalı qazanlar üçün bəsləyici suyun keyfiyyət göstəriciləri “Buxar və suqızdırıcı qazanların qurulması və təhlükəsiz istismarı qaydaları”nın tələblərinə uyğun qəbul edilməlidir.

Buxarın təzyiqi 0,07 MPa-dan (0,7 bar) az olan təbii sirkulyasiyalı qazanlar üçün bəsləyici suyun keyfiyyət göstəriciləri aşağıdakı tələblərə cavab verməlidir:

ümumi codluq, mq-ekv/l....................…………………………. £20

həll olmuş oksigenin miqdarı, mq/l...............................………. £50

şrift üzrə şəffaflıq, sm................……….............……………… ³30

pH göstəricisi (25 °С-də)...............……………………………. 8,5 - 10,5

Fe hesabı ilə dəmir birləşmələrinin miqdarı, mq/l...................... £0,3

7.5. Avtonom qazanxanalar üçün su təchizatı mənbəyi kimi təsərrüfat-içməli su kəməri istifadə olunmalıdır.

7.6. İstilik şəbəkələri olmadıqda, suqızdırıcı qazanları olan avtonom qazanxanalarda, əgər isitmə sistemlərini və qazanların sirkulyasiya konturlarını ilkin və qəza halında kimyəvi emal edilmiş su və ya kondensatla doldurulması təmin edilirsə su hazırlama qurğusunun nəzərdə tutulmamasına yol verilir.

7.7. İsitmə sistemlərini və qazanların sirkulyasiya konturlarını ilkin və qəza halında kimyəvi emal edilmiş su və ya kondensatla doldurmaq imkanı olmadıqda, istilik təchizatı sistemlərini və avadanlıqları korroziyadan və ərp çöküntülərindən mühafizə etmək üçün sirkulyasiya konturuna korroziya inqibitorlarını dozalandırmaq tövsiyə edilir.

7.8. Aşağıdakı şərtlər ödənildikdə isti su təchizatı üçün suyun maqnitlə emalı nəzərdə tutulmalıdır:

ilkin suyun ümumi codluğu, mq-ekv/l........................... £10

Fe hesabı ilə dəmir birləşmələrinin miqdarı, mq/l.........£0,3

oksigenin miqdarı, mq/l.................…………......…….. ³3

xlorid və sulfatların miqdarlarının cəmi, mq/l............... ³50.

7.9. Elektromaqnit aparatlarında işçi aralıqda maqnit sahəsinin gərginliyi 159×10 A/m-dən çox olmamalıdır.

Elektromaqnit aparatlarından istifadə olunduqda, cərəyan şiddətinə görə maqnit sahəsinin gərginliyinə nəzarət edilməlidir.

7.10. Avtonom qazanxanalarda ilkin suyun keyfiyyəti aşağıdakı göstəricilərə cavab verərsə:

- Fe hesabı ilə dəmir birləşmələrinin miqdarı, mq/l........ £0,3

- kalsium karbonatla doyma indeksi................................ müsbət

- karbonat codluğu, mq-ekv/l........…...................……….. £4,0

isti su təchizatı sistemləri üçün suyun emalı tələb olunmur.

8.1. Avtonom qazanxanalar üçün yanacağın növləri, həmçinin ehtiyat və ya qəza yanacağının zəruriliyi qazanxananın kateqoriyası, yerli istismar şəraiti nəzərə alınaraq, yanacaqla təchiz edən təşkilatlarla razılaşdırılmaqla təyin edilir. Dam qazanxanalarında maye və bərk yanacaqlarından istifadəyə yol verilmir.

8.2. Binalara bitişik və onların daxilində yerləşdirilən bərk və ya maye yanacaqla işləyən avtonom qazanxanalar üçün qazanxana otağından və isidilən binalardan xaricdə yerləşdirilən, tutumu yanacağın günlük sərfinə uyğun hesablanmış, saxlama şəraitinə görə aşağıdakı qiymətlərdan az olmayan yanacaq anbarı nəzərdə tutulmalıdır:

bərk yanacaq üçün - 7 gün;

maye yanacaq üçün - 5 gün.

Bu halda maye yanacağın rezervuarlarının sayı normalaşdırılmır.

8.3. Qazanxananın günlük yanacaq sərfi aşağıdakı kimi müəyyən edilir:

- buxar qazanları üçün qazanxananın hesabi istilik gücündə iş rejiminə görə;

- suqızdırıcı qazanlar üçün ən soyuq ayın orta temperaturunda qazanxananın istilik yükünə uyğun iş rejimində.

8.4. Bərk yanacağın saxlanılması üçün bağlı, isidilməyən anbarlar nəzərdə tutulmalıdır.

8.5. Binaların daxilində və onlara bitişik yerləşdirilmiş qazanxanaların xarici tutumlarındakı maye yanacağının qızdırılması lazım olduqda, bu qazanxanaların istilik daşıyıcısından istifadə olunur.

8.6. Binaların daxilində və onlara bitişik yerləşdirilmiş qazanxanalar üçün qazanxana binasında yerləşdirilən sərf çəninin ümumi həcmi 0,8 m-dən artıq olmamalıdır.

8.7. Yaşayış və ictimai binalar üçün, binalara bitişik, onların daxilində və damında yerləşdirilmiş qazanxanalar üçün təbii qazın 5 kPa-ya qədər təzyiqlə, istehsalat binaları üçün isə - AzDTN 2.13-1-in tələblərinə uyğun verilməsi nəzərdə tutulmalıdır. Bu halda qaz kəmərinin açıq hissələri binanın xarici divarının ən azı 1,5 m enində aralıq (bütöv) hissəsi ilə çəkilməlidir.

8.8. Qazanxanaya qaz verən kəmərdə aşağıdakılar quraşdırılmalıdır:

- binanın xarici divarında 1,8 m-dən çox olmayan hündürlükdə izolyasiyaedici flanslı bağlayıcı qurğu;

- qazanxana binasının daxilində və ya əsaslandırıldığı hallarda xaricində elektrik ötürücülü teztəsirli bağlayıcı klapan;

- hər bir qazana və ya qaz yandırıcı qurğuya gedən qolda bağlayıcı boru başlıqları.

8.9. Qaz sızması ilə istismar olunan qazanı və ya nasaz qaz boru başlıqları olan qaz kəməri hissələrinin, işləyən qaz kəmərlərindən açılması (ayrılması) üçün qazanxanada ayırıcı bağlayıcı boru başlıqlarından sonra qapayıcıların (zaqluşka) qoyulması nəzərdə tutulmalıdır.

8.10. Qaz kəmərlərinin daxili diametrləri, qazın maksimal istehlakı saatlarında qaz təchizatının təmin edilməsi şərti ilə hesablamaya görə müəyyən edilməlidir.

Qaz boru kəmərinin diametri aşağıdakı düsturla müəyyən edilməlidir:

burada d - qaz boru kəmərinin diametri, sm;

Q - 20 °C temperaturda və 0,10132 MPa (760 mm civə sütunu) təzyiqdə qazın sərfi, m/saat;

t – qazın temperaturu, °C;

pm – qaz boru kəmərinin hesabi sahəsində qazın orta təzyiqi, kPa;

V – qazın sürəti, m/san.

8.11. Yerüstü və daxili qaz kəmərlərinin hidravlik hesablanmasında aşağı təzyiqli qaz kəməri üçün qazın hərəkət sürəti 7 m/san-dən və orta təzyiqli qaz kəməri üçün 15 m/san-dən artıq qəbul edilməməlidir.

8.12. Qaz kəmərlərinin girişləri bilavasitə qazanlar yerləşdirilən otaqlarda və ya dəhlizlərdə nəzərdə tutulmalıdırlar.

Qaz kəmərlərinin sənaye müəssisələrinin binalarına və digər istehsalat xarakterli binalara girişləri bilavasitə qazanlar yerləşən otaqlarda və ya açıq keçidə malik yanaşı otaqlarda nəzərdə tutulmalıdır. Bu halda yanaşı otaqda hava mübadiləsi bir saat ərzində üç dəfədən az olmamalıdır.

Qaz kəmərlərinin zirzəmilərdə, lift otaqlarında, havalandırma kameralarında və şaxtalarında, zibil toplanan otaqlarda, transformator yarımstansiyalarında, paylayıcı qurğularda, maşın bölmələrində, anbar otaqlarında, partlayış və partlayış-yanğın təhlükəsinə görə A və B kateqoriyalarına aid edilən otaqlarda çəkilməsinə yol verilmir.

9. Boru kəmərləri və boru başlıqları

9.1. Texnoloji boru kəmərləri

9.1.1. Avtonom qazanxanalarda qazandan çıxan buxar boru kəmərləri, istilik təchizatı sistemlərinin verici və qayıdıcı boru kəmərləri, avadanlıqlar arası birləşdirici və digər boru kəmərləri tək olmaqla nəzərdə tutulmalıdır.

9.1.2. Avtonom qazanxanalarda boru kəmərləri 2 saylı cədvəldə tövsiyə edilən polad borulardan nəzərdə tutulmalıdır.

DÜİST 10705 üzrə texniki tələbat (C qrupu, isti emallı). DÜİST 10704 üzrə Çeşidlər

DÜİST 20295 üzrə (tip 1)

DÜİST 20295 üzrə (tip 2)

DÜİST 8731 üzrə texniki tələbat (C qrupu). DÜİST 8732 üzrə Çeşidlər

DÜİST 8733 üzrə texniki tələbat (C qrupu). DÜİST 8734 üzrə Çeşidlər

Bundan başqa isti su təchizatı sistemləri üçün DÜİST 3262 üzrə sink örtüyünün qalınlığı 30 mkm-dən az olmayan sinklənmiş və ya minalanmış borular istifadə olunmalıdır.

9.1.3. Su və kondensat boru kəmərləri 0,002-dən, buxar kəmərləri isə buxarın hərəkətinə əks istiqamətdə 0,006-dan az olmayan mailliklə çəkilməlidir.

9.1.4. İnşaat konstruksiyalarından boru kəmərlərinə, avadanlıqlara, boru başlıqlarına qədər, yanaşı boru kəmərinin istilik izolyasiyalarının səthləri arasında minimal məsafələr 3 və 4 saylı cədvəl əsasında qəbul edilməlidir.

Boru başlıqların və ya avadanlığın çıxıntılı hissələrindən (istilik izolyasiya konstruksiyası nəzərə alınmaqla) divara qədər

Gərginliyi 1000 V-a qədər olan elektrik mühərrikli, basqı borusunun diametri 100 mm-dən çox olmayan (divarın yanında keçidsiz quraşdırıldıqda) nasosların çıxıntılı hissələrindən divara qədər

Bir bünövrə üzərində, divarın yanında keçidsiz quraşdırılan nasosların və elektrik mühərriklərinin çıxıntılı hissələrinin aralarında

Ayrılan qoldakı siyirtmənin flansından əsas borunun istilik izolyasiya konstruksiyasının səthinə qədər

Diametri Dş=400 mm olan siyirtmənin çıxmış şpindelindən (və ya dəstəyindən) divara və ya örtüyə qədər

Döşəmədən boru başlığının istilik izolyasiya konstruksiyasının altına qədər

Divardan və ya siyirtmənin flansından suyun və ya havanın buraxılması üçün ştuserlərə qədər

9.1.5. Hərəkətli dayaqların kənarlarından boru kəmərlərinin dayaq konstruksiyalarının (traverslər, kronşteynlər, dayaq yastıqları) kənarına qədər minimal məsafə, dayaqların yan tərəfə ən azı 50 mm ehtiyat saxlamaqla maksimal mümkün yerdəyişməsini təmin etməlidir. Bundan başqa traverslərin və ya kronşteynlərin kənarından borunun oxuna qədər minimal məsafə, borunun bir şərti diametrindən az olmamalıdır.

9.1.6. Avtonom qazanxanalarda boru kəmərlərinin istidən genişlənməsinin kompensasiyası üçün boru kəmərlərinin dönmə bucaqlarının (özü-özünə kompensasiya) qəbul edilməsi tövsiyə edilir. İstidən genişlənməni özü-özünə kompensasiya etmək mümkün olmadıqda silfonlu kompensatorlar nəzərdə tutulmalıdır.

9.1.7. Boru kəmərlərinin birləşdirilməsi qaynaqla nəzərdə tutulmalıdır. Boru başlıqlarına və avadanlığa boru kəmərlərinin flansla birləşdirilməsinə yol verilir. Şərti diametri 100 mm-dən artıq olmayan buxar və su boru kəmərlərinim muftalı birləşməsinə yol verilir.

9.1.8. Boru kəmərlərində bağlayıcı boru başlıqlarının sayı, etibarlı və qəzasız işi təmin etməklə, minimal zəruri sayda olmalıdır. Təkrarlanan bağlayıcı boru başlıqlarının quraşdırılmasına müvafiq əsaslandırma olduqda yol verilir.

9.1.9. Qazanxana hüdudunda “Suqızdırıcıların, suqızdırıcı qazanların və izafi təzyiqli buxar qazanlarının qurulması və təhlükəsiz istismarı qaydaları” üzrə döymə, yüksək möhkəmlikli və boz çuqundan olan boru başlıqlarının istifadəsinə yol verilir.

Bürünc və latundan hazırlanmış boru başlıqlarının da istifadəsinə yol verilir.

9.1.10. Boru kəmərlərinin axıdıcı, üfləyici və drenaj xətlərində bir bağlayıcı ventilin quraşdırılması nəzərdə tutulmalıdır. Bu halda boz çuqundan olan boru başlığının istifadəsinə yol verilmir.

9.1.11. Bağlayıcı boru başlıqlarının tənzimləyici kimi istifadəsinə yol verilmir.

9.1.12. Boru kəmərlərinin qapıların və pəncərə boşluqlarının üstündən, həmçinin darvazaların üstündən çəkilən yerlərində boru başlıqlarının, drenaj qurğularının, flanslı və yivli birləşmələrin yerləşdirilməsinə yol verilmir.

9.1.13. Qazandan suyun vaxtaşırı olaraq boşaldılması və ya üflənməsi üçün ümumi boşaldıcı və üfləmə yığıcı boru kəmərləri nəzərdə tutulmalıdır.

9.1.14. Qoruyucu klapanların boruları qazanxanadan xaricə çıxarılmalı və suyun kənarlaşdırılması üçün qurğuları olmalıdır. Bu boru kəmərləri donmadan mühafizə olunmalı və onlarda yığılan kondensatı axıtmaq üçün drenajla təchiz edilməlidir. Onlarda bağlayıcı qurğuların quraşdırılmasına yol verilmir.

9.1.15. Boru kəmərlərinin aşağıda göstərilən hissələrində bağlayıcı boru başlıqlı ştuserlərin quraşdırılması nəzərdə tutulmalıdır:

- bütün boru kəmərlərinin ən yuxarı nöqtələrində - havanın buraxılması üçün, şərti diametri 15 mm-dən az olmayan;

- bütün su və kondensat boru kəmərlərinin aşağı nöqtələrində - suyun buraxılması üçün şərti diametri 25 mm-dən az olmayan.

9.2.1. Qaz kəmərlərinin birləşdirilməsi qaynaqla nəzərdə tutulmalıdır. Sökülə bilən (flanslı və yivli) birləşmələr bağlayıcı boru başlıqlarının, nəzarət-ölçü cihazlarının və elektrik mühafizə qurğularının quraşdırıldığı yerlərdə nəzərdə tutulmalıdır.

Qaz kəmərlərində sökülə bilən birləşmələrin quraşdırılması baxış və təmir üçün əlverişli olan yerlərdə nəzərdə tutulmalıdır.

9.2.2. Binaların xarici divarlarından keçən qaz kəmərləri futlyarın daxili ilə çəkilməlidir. Divarla futlyarlar arasındakı boşluq, kəsişən konstruksiyanın bütün qalınlığı boyu doldurulmalıdır. Futlyarın ucları hermetiklə kipləşdirilməlidir.

9.2.3. Açıq və otaqların daxilində döşəmədə çəkilən qaz kəmərlərindən, inşaat konstruksiyalarına, texnoloji avadanlıqlara və digər təyinatlı boru kəmərlərinə qədər olan məsafələr, qaz kəmərlərinin və onların üzərində qoyulan boru başlıqlarının quraşdırılmasına, baxılmasına və təmir olunmasına imkan yaradılmaqla qəbul edilməlidir, bu halda qaz kəmərləri havalandırma barmaqlıqlarını, pəncərə və qapı boşluqları ilə kəsişməməlidir. İstehsalat otaqlarında qaz kəmərlərinin şüşə bloklarla hörülmüş işıq boşluqları ilə kəsişməsinə, həmçinin açılmayan pəncərə çərçivələrinin uzunluğu boyunca çəkilməsinə yol verilir.

9.2.4. Otaqların daxilində yerləşən qaz kəmərləri ilə elektrik təchizatının mühəndis kommunikasiyalarının aralarında, onların yaxınlaşma və kəsişmə yerlərində məsafələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-cı il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”na (bundan sonra - EQQQ) uyğun qəbul edilməlidir.

9.2.5. Adamlar keçən yerlərdə qaz kəmərlərinin çəkilməsi döşəmədən qaz kəmərlərinin altına qədər, istilik izolyasiyası olduqda isə izolyasiyanın altına qədər 2,2 m-dən az olmayan hündürlükdə nəzərdə tutulmalıdır.

9.2.6. Binaların daxilində açıq çəkilən qaz kəmərlərinin divarlara, sütunlara və binadaxili örtüklərə, qazanların karkaslarına və digər istehsalat aqreqatlarına bərkidilməsi, qaz kəmərlərinin və onların üzərində qoyulan boru başlıqlarının təmir olunmasına, baxılmasına imkan yaradan məsafədə kronşteynlər, xamıtlar, asmalar vasitəsilə nəzərdə tutulmalıdır. Qaz kəmərlərinin bərkidilmə dayaqları arasındakı məsafələr TNvəQ 2.04.12-in tələblərinə uyğun olaraq müəyyən edilməlidirlər.

9.2.7. Şaquli qaz kəmərləri inşaat konstruksiyaları ilə kəsişən yerlərdə futlyarlarda çəkilməlidir. Qaz kəməri ilə futlyar arasında qalan boşluq elastik materialla doldurulmalıdır. Futlyarın ucu döşəmədən 3 sm-dən az olmamaqla yuxarı çıxmalıdır, onun diametri isə elə qəbul edilməlidir ki, qaz kəməri ilə futlyar arasında qalan halqalı aralıq, qaz kəmərinin nominal diametri 32 mm-ə qədər olduqda 5 mm-dən və daha böyük diametrli qaz kəməri üçün 10 mm-dən az olmasın.

9.2.8. Qaz kəmərlərində, qaz kəmərlərinin giriş sahələrinin ən uzaq yerlərindən, həmçinin qazın hərəkəti istiqamətində hər qazana ayrılan qollardan axırıncı bağlayıcı qurğudan qabaq, üfürmə boru kəmərləri nəzərdə tutulmalıdır.

Sıxlığı havanın sıxlığından çox olan qazların üfürmə boru kəmərləri istisna olmaqla, eyni təzyiqli qaz kəmərlərindən üfürmə boru xətlərinin birləşdirilməsinə yol verilir.

Üfürmə boru xəttinin diametri 20 mm-dən az olmamaqla qəbul edilməlidir. Fitili birləşdirmək üçün qoyulmuş ştuserdən nümunə göturmək məqsədilə istifadə etmək mümkün olmadıqda, üfürmə boru xətti üzərində bağlayıcı qurğudan sonra kranlı ştuser nəzərdə tutulmalıdır.

9.2.9. Qaz təchizatı sistemlərinin tikintisi üçün, tərkibində 0,25 %-ə qədər karbon, 0,056 %-ə qədər kükürd və 0,046 %-ə qədər fosfor olan, yaxşı qaynaq olunan poladdan hazırlanmıs düz tikişli və spiral tikişli qaynaqlı və tikişsiz polad borular tətbiq olunmalıdır.

Boruların divarlarının qalınlığı TNvəQ 2.04.12-nin tələblərinə uyğun olaraq hesabatla müəyyən edilməli və bu Qaydalarda tətbiqinə yol verilən boruların texniki şərtləri üzrə ən yaxın daha böyüyü qəbul edilməlidir.

9.2.10. Xarici və daxili qaz kəmərlərinin tikintisi üçün C və D qrupuna aid olan, DÜİST 380 üzrə ikinci kateqoriyadan aşağı olmayan C qruplu azkarbonlu St2, St3 markalı sakit poladdan, həmçinin tərkibində karbonun miqdarı 0,25 %-dən çox olmayan St4 markalı poladdan; DÜİST 1050 üzrə 08, 10, 15, 20 markalı poladdan; DÜİST 19281 üzrə altıncı kateqoriyadan az olmamaqla 09Г2С, 17MnSi, 17Mn1Si markalı zəif aşqarlanmış, DÜİST 4543 üzrə 10Mn2 markalı poladdan hazırlanmış borular nəzərdə tutulmalıdırlar.

9.2.11. Qaynayan poladdan hazırlanmış borunun divarının temperaturu istismar prosesində 0 ºC-dən aşağı düşmədikdə və yarımsakit poladdan hazırlanmış borunun divarının temperaturu mənfi 10 ºC-dən aşağı düşmədikdə daxili qaz kəmərləri üçün, bu Qaydaların 9.2.10-cu yarımbəndində göstərilən, divarının qalınlığı 8 mm-dən artıq olmayan yarımsakit və qaynayan poladdan hazırlanmış boruların tətbiqinə yol verilir.

9.2.12. Alçaq təzyiqli xarici və daxili qaz kəmərləri üçün, o cümlədən əyilmiş dirsəklər və birləşdirici hissələr üçün, DÜİST 380 üzrə A, В, C qrupundan 1,2,3 kateqoriyalı St1, St2, St3, St4 markalı sakit, yarımsakit və qaynayan poladdan və DÜİST 1050 üzrə 08, 10, 15, 20 markalı poladdan hazırlanmış A, В, C qrupuna aid olan polad boruların tətbiqinə yol verilir. Texniki-iqtisadi əsaslandırma olduqda 08 markalı poladın, St4 markalı poladın isə tərkibində karbonun miqdarı 0,25 %-dən artıq olmadıqda tətbiqinə yol verilir.

9.2.13. Qaz təchizatı sistemləri üçün nəzərdə tutulmuş bağlayıcı boru başlıqları (bağlayıcı qurğular) olan ventillər, kranlar, siyirtmələr və dönən bağlayıcılar (qapayıcılar) qaz mühiti üçün təyin edilməlidirlər. Bağlayıcıların (qapayıcıların) kipliyi DÜİST 9544 üzrə I sinifə uyğun olmalıdır.

İntiqalların və kəmərlərin boru başlıqlarının digər elementlərinin elektrik avadanlıqları partlayış-təhlükəsizlik tələblərinə (EQQQ -yə) uyğun olaraq qəbul edilməlidirlər.

Qaz təchizatı sistemləri üçün kranların və dönən bağlayıcıların (qapayıcıların) dönmə məhdudlaşdırıcıları və vəziyyətinin göstəricisi (açıqdır - bağlıdır), şpindeli cıxmayan siyirtmələrin isə açılma dərəcəsinin göstəricisi olmalıdır.

9.3. Maye yanacağının boru kəmərləri

9.3.1. Avtonom qazanxanalarda maye yanacağın yanacaq anbarından yanacaq nasosları ilə qazanxanada olan sərf tutumlarına (çənlərinə) verilməsi bir magistral boru xətti ilə nəzərdə tutulmalıdır.

Qazanxanaların yanacaq təchizatı üçün qurğulara istilikdaşıyıcının verilməsi, yanacağı qazanxanadakı sərf anbarlarına verən magistralların sayına uyğun olaraq, hər biri üçün bir boru kəməri vasitəsilə nəzərdə tutulur.

Yüngül neft yanacağı ilə işləyən qazanxanalar üçün yanacaq kəmərlərində aşağıdakılar nəzərdə tutulmalıdır:

- yanacağın qazanxanaya verildiyi yerdə elektrik ötürücülü teztəsirli bağlayıcı klapan olmaqla izolyasiyaedici flanslı bağlayıcı qurğu;

- hər bir qazana və ya odluğa gedən qolda bağlayıcı boru başlığı;

- boşaldıcı magistrala gedən qolda bağlayıcı boru başlığı.

9.3.2. Yanacaq kəmərlərinin çəkilişi yerüstü nəzərdə tutulmalıdır. Minimal dərinlikdə, üstü torpaqla örtülməmiş və açıla bilən örtüklü, keçidsiz kanallarda yeraltı çəkilişə yol verilir. Binaların xarici divarına kanalın bitişən hissəsi örtülməli və ya yanmayan diafraqmaları olmalıdır.

Yanacaq kəmərləri ən azı 0,003 mailliklə çəkilməlidir. Yanacaq kəmərlərinin bilavasitə qaz və hava yollarında, havalandırma şaxtalarında çəkilməsi qadağandır.

9.3.3. Maye yanacağın boru kəmərləri üçün elektrik qaynaqlı borular və polad boru başlıqları nəzərdə tutulmalıdır.

10. İstilik izolyasiyası

10.1. Avadanlıqlar, boru kəmərləri, boru başlıqları və flanslı birləşmələr üçün otağın işçi və ya xidmət zonalarında yerləşən istilik izolyasiya konstruksiyalarının səthində, temperaturu 100°C-dən çox olan istilikdaşıyıcı üçün - 45°C-dən çox olmayan, temperaturu 100°С-dən az olan istilikdaşıyıcı üçün isə - 35°C-dən çox olmayan temperaturu təmin edən istilik izolyasiyası nəzərdə tutulmalıdır.

İstilik izolyasiyası layihələndirildikdə TNvəQ 2.04.14-ün tələbləri yerinə yetirilməlidir.

10.2. Yaşayış və ictimai binalara bitişik, onların daxilində və damında yerləşdirilmiş qazanxana avadanlıqlarının, boru kəmərlərinin və boru başlıqlarının istilik izolyasiya konstruksiyaları üçün materiallar və məmulatlar yanmayan materiallardan qəbul edilməlidir.

10.3. Boru başlıqları və flanslı birləşmələr üçün istilik izolyasiyasının qalınlığı onların quraşdırıldığı boru kəmərinin əsas istilik izolyasiya təbəqəsinin qalınlığına bərabər qəbul edilməlidir.

İstilik izolyasiya konstruksiyalarının qoruyucu təbəqəsi kimi, səthi yağlı boya ilə rənglənmiş azbest-sement suvağından istifadə etməyə yol verilir.

10.4. “Buxarın və isti suyun boru kəmərlərinin qurulması və təhlükəsiz istismarı qaydaları”nın tələblərinə uyğun təyinatından və mühitin parametrlərindən asılı olaraq boru kəmərlərinin səthi müvafiq rənglə rənglənməli və markalanma yazılarına malik olmalıdır.

Rənglənmə, şərti işarələr, hərflərin ölçüləri və yazıların yerləşməsi DÜİST 14202-yə uyğun olmalıdır.

11.1. Süni sormada tüstü borusunun hündürlüyü ÜNS-yə uyğun olaraq müəyyən edilir. Təbii sormada tüstü borusunun hündürlüyü, qaz-hava yolunun aerodinamik hesablanmasının nəticəsində müəyyən edilir və zərərli maddələrin atmosferdə yayılma şəraitinə görə yoxlanılır.

11.2. Zərərli maddələrin atmosferdə yayılmasını hesablayarkən külün, kükürd oksidlərinin, azot oksidlərinin və karbon oksidlərinin maksimal yolverilən konsentrasiyaları qəbul edilməlidir. Bu halda ayrılan zərərli tullantıların miqdarı, istehsalçı zavodların (firmaların) məlumatlarına əsasən, belə məlumatlar olmadıqda isə hesablamalar yolu ilə müəyyən edilir.

11.3. Təbii sormada tüstü borusunun çıxışında tüstü qazlarının sürəti, qazanxana aşağı yüklərdə işlədikdə üfürülüb söndürülmə şəraitinin qarşısını almaq üçün 6-10 m/san-dən az olmayaraq qəbul edilir.

11.4. Binalara bitişik, onların daxilində və damında yerləşdirilmiş qazanxanaların tüstü borularının hündürlüyü külək saxlama (basqı) sərhədindən yüksək, lakin damdan (damın ən hündür hissəsindən) 0,5 m-dən az olmamaqla hündür, həmçinin binanın daha hündür hissəsinin dam örtüyündən və ya 10 m radiusda ən hündür binanın dam örtüyündən 2 m-dən az olmamaqla hündür olmalıdır.

11.5. Avtonom qazanxanalar üçün tüstü boruları qaz keçirməyə qarşı kip olmalı, metaldan və ya yanmayan materiallardan hazırlanmalıdır. Kondensatın yaranmaması üçün boruların xarici səthinin istilik izolyasiyası olmalıdır, baxışın keçirilməsi və təmizlənməsi üçün, kiçik qapılarla bağlanan lyuklar nəzərdə tutulmalıdır.

11.6. Tüstü boruları çıxıntısız şaquli layihələndirilməlidir.

11.7. Kərpic tüstü borularının çıxışları 0,2 m hündürlüyə atmosfer yağıntılarından mühafizə olunmalıdır. Tüstü borularında zont, deflektor və digər taxmaların quraşdırılmasına yol verilmir.

11.8. Kərpic və ya beton tüstü borularının xarici səthlərindən yanan və çətin yanan materiallardan olan dam örtüyünün çatılarına, şəbəkə tirlərinə və digər dam detallarına qədər olan məsafə 130 mm-dən, izolyasiyasız keramik borulardan 250 mm-dən, istilikötürməyə müqaviməti 0,3 m²·ºC/Vt olan yanmayan və ya çətin yanan materiallarla izolyasiya olunduqda isə 130 mm-dən az olmayaraq nəzərdə tutulmalıdır.

Tüstü boruları ilə yanan və ya çətin yanan materiallardan olan dam örtüyü konstruksiyaları arasındakı fəza yanmayan dam örtüyü materialları ilə örtülməlidir.

11.9. Kərpic və dəmir-beton tüstü borularının xarici polad konstruksiyalarının, həmçinin polad boruların səthlərinin korroziyadan mühafizəsi nəzərdə tutulmalıdır.

11.10. Mühitin aqressiv təsirindən tüstü borusunun daxili səthinin mühafizə konstruksiyasının seçilməsi yanacağın yandırılması şərtləri nəzərə alınmaqla yerinə yetirilməlidir.

12.1. Avtomatlaşdırmanın təyinatı

12.1.1. Avtomatik tənzimləmə, mühafizə, nəzarət və siqnalizasiya vasitələri qazanxanaların işini daimi xidmət heyəti olmadan təmin etməlidir.

12.2. Avadanlığın mühafizəsi

12.2.1. Maye və qaz yanacağı ilə işləyən buxar qazanları üçün, buxarın təzyiqindən və məhsuldarlığından asılı olmayaraq, aşağıdakı hallarda yanma kamerasına yanacağın verilməsini avtomatik dayandıran qurğular nəzərdə tutulmalıdır:

a) yanma kameralarının qarşısında qaz yanacağının təzyiqi artdıqda və ya azaldıqda;

b) rotasiyalı yanma kameraları ilə təchiz edilmiş qazanlar istisna olmaqla, yanma kameralarının qarşısında maye yanacağının təzyiqi azaldıqda;

c) ocaqda seyrəklik azaldıqda;

ç) məcburi hava verilən yanma kameraları ilə təchiz olunmuş qazanlar üçün, yanma kameralarının qarşısında havanın təzyiqi azaldıqda;

d) qazanlar işləyərkən dayandırılmasına yol verilməyən yanma kameralarının məşəli söndüyü halda;

e) buxarın təzyiqi artdıqda;

ə) barabanda suyun səviyyəsi artdıqda və ya azaldıqda;

f) gərginliyin itməsi də daxil olmaqla, mühafizə dövrəsinin nasazlığında.

12.2.2. Maye və ya qaz yanacağı ilə işləyən suqızdırıcı qazanlar üçün, aşağıdakı hallarda yanma kameralarına yanacağın verilməsini avtomatik dayandıran qurğular nəzərdə tutulmalıdır:

a) yanma kameralarının qarşısında qaz yanacağının təzyiqi artdıqda və ya azaldıqda;

b) rotasiyalı yanma kameraları ilə təchiz edilmiş qazanlar istisna olmaqla, yanma kameralarının qarşısında maye yanacağının təzyiqi azaldıqda;

c) məcburi hava verilən yanma kameraları ilə təchiz olunmuş qazanlar üçün, yanma kameralarının qarşısında havanın təzyiqi azaldıqda;

ç) ocaqda seyrəklik azaldıqda;

d) qazan işləyərkən dayandırılmasına yol verilməyən yanma kameralarının məşəli söndüyü halda;

e) qazanın çıxışında suyun temperaturu artdıqda;

ə) qazanın çıxışında suyun təzyiqi artdıqda;

f) gərginliyin itməsi də daxil olmaqla, mühafizə dövrəsinin nasazlığında.

12.2.3. Bərk yanacaq yandırmaq üçün mexanikləşdirilmiş təbəqəli ocaqlı buxar qazanları üçün, sorucu-vurucu qurğuları və ocağa yanacaq verən mexanizmləri aşağıdakı hallarda avtomatik dayandıran qurğular nəzərdə tutulmalıdır:

a) buxarın təzyiqi artdıqda və ya azaldıqda;

b) şəbəkənin altında havanın təzyiqi azaldıqda;

c) ocaqda seyrəklik azaldıqda;

ç) barabanda suyun səviyyəsi artdıqda və ya azaldıqda;

d) gərginliyin itməsi də daxil olmaqla, mühafizə dövrəsinin nasazlığında.

12.2.4. Mexanikləşdirilmiş təbəqəli ocaqlı suqızdırıcı qazanlarda bərk yanacaq yandırmaq üçün sorucu-vurucu qurğuları və ocağa yanacaq verən mexanizmləri aşağıdakı hallarda avtomatik dayandıran qurğular və mexanizmlər nəzərdə tutulmalıdır:

a) qazanın çıxışında suyun temperaturu artdıqda;

b) qazanın çıxışında suyun təzyiqi artdıqda;

c) ocaqda seyrəklik azaldıqda;

ç) şəbəkənin altında və ya üfürücü ventilyatorlardan sonra havanın təzyiqi azaldıqda.

12.2.5. Mühafizənin işə düşməsi üçün parametrlərin nominal qiymətdən kənara çıxma hədləri, texnoloji avadanlığı hazırlayan zavodlar (firmalar) tərəfindən təyin edilir.

12.3.1. Daimi xidmət heyəti olmayan qazanxanalarda, dispetçer məntəqəsinə aşağıdakı hallar üçün siqnallar (işıqlı və səsli) çıxarılmalıdır:

- avadanlığın nasazlığında, bu halda qazanxanada çağırışın səbəbi qeyd edilir;

- qazanxananın yanacaq təchizatının teztəsirli baş bağlayıcı klapanı işə düşdükdə;

- qaz yanacağı ilə işləyən qazanxanalarda otağın havasında qazın miqdarı təbii qazın aşağı alovlanma həddinin 10 %-inə çatdıqda.

12.4. Avtomatik tənzimləmə

12.4.1. Qaz, maye və bərk yanacağı kameralı ocaqlarda yandıran qazanlar üçün, həmçinin işinin avtomatlaşdırılması imkanı olan mexanikləşdirilmiş təbəqəli ocaqlı qazanlar üçün yanma prosesinin avtomatik tənzimlənməsi nəzərdə tutulmalıdır.

Daimi xidmət heyəti olmadan işləyən qazanxanaların avtomatik tənzimlənməsi, istilik işlədici qurğuların avtomatlaşdırılması nəzərə alınmaqla qazanxananın əsas və köməkçi avadanlığın işinin verilmiş işçi parametrlərindən asılı olaraq, avtomatlaşdırılması nəzərdə tutulmalıdır. Qazanlar qəza nəticəsində söndükdə nasazlıq aradan qaldırıldıqdan sonra onlar əl ilə işə salınmalıdır.

12.4.2. İsti su təchizatının sirkulyasiya boru kəmərlərində və şəbəkə nasoslarından əvvəl boru kəmərində təzyiqin avtomatik saxlanılması nəzərdə tutulmalıdır.

12.4.3. Buxar-suqızdırıcıları üçün kondensatın səviyyəsinin avtomatik tənzimlənməsi nəzərdə tutulmalıdır.

12.4.4. Qazanxanalarda istilik təchizatı və isti su təchizatı sistemlərinə daxil olan suyun verilmiş temperaturunun, həmçinin istehsalçı zavodun (firmanın) təlimatında nəzərdə tutulduqda qazanlara qayıdan suyun verilmiş temperaturunun avtomatik saxlanılması nəzərdə tutulmalıdır.

Yanma prosesinin avtomatik tənzimlənməsi nəzərdə tutulmayan bərk yanacaq yandıran ocaqlarla təchiz edilmiş suqızdırıcı qazanlı qazanxanalarda suyun temperaturunun avtomatik tənzimlənməməsinə yol verilir.

12.4.5. Qazanxananın layihəsində qaz yanacağının təzyiqinin, maye yanacağın temperaturunun və təzyiqinin tənzimləyiciləri nəzərdə tutulmalıdır.

12.5.1. Qazanxananın istismarı zamanı müşahidəsi zəruri olan parametrlərə nəzarət üçün aşağıdakı göstərici cihazlar nəzərdə tutulmalıdır:

- avadanlığı qəza vəziyyətinə gətirə bilən parametrlərin dəyişməsinə nəzarət üçün - siqnalverici, göstərici;

- avadanlığın işinin analizi və ya təsərrüfat hesablamaları üçün qeydi zəruri olan parametrlərə nəzarət üçün - qeydedici və ya cəmləyici cihazlar.

12.5.2. Buxarın təzyiqi 0,07 MPa-dan (0,7 bar) çox və məhsuldarlığı 4 t/saat-dan az olan qazanlar üçün aşağıdakı parametrlərin ölçülməsi üçün göstərici cihazlar nəzərdə tutulmalıdır:

- qazanların qarşısında ümumi magistralda bəsləyici suyun temperaturunun və təzyiqinin;

- barabanda buxarın təzyiqinin və suyun səviyyəsinin;

- odluğun qarşısında və ya şəbəkənin altında havanın təzyiqinin;

- ocaqda seyrəkliyin;

- yanma kameralarının qarşısında maye və qaz yanacağının təzyiqinin.

12.5.3. Buxarın təzyiqi 0,07 MPa-ya (0,7 bar) qədər olan qazanlar və suyun temperaturu 115°С-yə qədər olan suqızdırıcı qazanlar üçün aşağıdakı parametrlərin ölçülməsi üçün göstərici cihazlar nəzərdə tutulmalıdır:

- suqızdırıcı qazanlardan əvvəl ümumi boru kəmərində və hər bir qazanın çıxışında (bağlayıcı boru başlığına qədər) suyun temperaturunun;

- buxar qazanının barabanında buxarın təzyiqinin;

- üfürücü ventilyatordan sonra havanın təzyiqinin;

- ocaqda seyrəkliyin;

- qazandan sonra seyrəkliyin;

- yanma kameralarının qarşısında qazın təzyiqinin;

12.5.4. Qazanxananın layihəsində aşağıdakı parametrlərin ölçülməsi üçün göstərici cihazlar nəzərdə tutulmalıdır:

- verici və qayıdıcı şəbəkə suyunun temperaturunun;

- qazanxanaya qaytarılan kondensatın temperaturunun;

- qazanxanaya girişdə maye yanacağın temperaturunun;

- istilik şəbəkələrinin verici və qayıdıcı boru kəmərlərində suyun təzyiqinin;

- istilik şəbəkələrinin verici və qayıdıcı boru kəmərlərində suyun təzyiqinin (çirktutucudan əvvəl və sonra);

- bəsləyici magistralda suyun təzyiqinin;

- qazanların qarşısında magistralda maye və qaz yanacağının təzyiqinin.

12.5.5. Qazanxananın layihəsində aşağıdakı parametrlərin ölçülməsi üçün qeydedici cihazlar nəzərdə tutulmalıdır:

- ümumi boru kəmərində istehlakçılara verilən buxarın temperaturunun;

- istilik təchizatı və isti su təchizatı sistemlərinin verici boru kəmərlərində və hər bir qayıdıcı boru kəmərində suyun temperaturunun;

- qazanxanaya qaytarılan (qayıdan) kondensatın temperaturunun;

- istehlakçıya verilən ümumi buxar kəmərində buxarın təzyiqinin (istehlakçının tələbi ilə);

- istilik təchizatı sisteminin hər bir qayıdıcı boru kəmərində suyun təzyiqinin;

- qazanxananın ümumi qaz kəmərində qazın təzyiqinin və temperaturunun;

- istilik təchizatı və isti su təchizatı sistemlərinin hər bir verici boru kəmərində suyun sərfinin;

- istehlakçıya verilən buxarın sərfinin;

- isti su təchizatının sirkulyasiya suyunun sərfinin;

- qaytarılan kondensatın sərfinin (cəmləyici);

- qazanxananın ümumi qaz kəmərində qazın sərfinin (cəmləyici);

- verici və qayıdıcı magistrallarda maye yanacağın sərfinin (cəmləyici).

12.5.6. Nasos qurğularında aşağıdakı parametrlərin ölçülməsi üçün göstərici cihazlar nəzərdə tutulmalıdır:

- nasosların girişində (bağlayıcı boru başlığından sonra) və basqı xəttində (bağlayıcı boru başlından əvvəl) suyun və maye yanacağın təzyiqinin;

- buxar bəsləyici nasosların qarşısında buxarın təzyiqinin;

- buxar bəsləyici nasosların çıxışında (işlənmiş buxar istifadə olunduqda) buxarın təzyiqinin.

12.5.7. Suyu və maye yanacağı qızdıran qurğularda aşağıdakı parametrlərin ölçülməsi üçün göstərici cihazlar nəzərdə tutulmalıdır:

- hər bir qızdırıcıdan əvvəl və sonra qızdıran və qızdırılan mühitlərin temperaturlarının;

- kondensat soyuducularından sonra kondensatın temperaturunun;

- ümumi boru kəmərində qızdırıcıya qədər və hər bir qızdırıcıdan sonra qızdırılan mühitin təzyiqinin;

- qızdırıcılara verilən buxarın təzyiqinin.

12.5.8. Su hazırlama qurğularında (bu Qaydaların 12.5.6 və 12.5.7-ci yarımbəndlərində göstərilmiş cihazlardan başqa) aşağıdakı parametrlərin ölçülməsi üçün göstərici cihazlar nəzərdə tutulmalıdır:

- hər bir filtrdən əvvəl və sonra suyun təzyiqinin;

- hər bir ionit filtrinə gələn suyun sərfinin (iki filtr qoyulduqda iki filtrə ümumi sərfölçən nəzərdə tutulur);

- su hazırlamaya daxil olan suyun sərfinin (cəmləyici);

- filtrlərin əks axınla yuyulmasına suyun sərfinin;

- hər bir şəffaflaşdırıcı filtrdən sonra suyun sərfinin;

- regenerasiya məhlulunu hazırlayan hər bir ejektora gələn suyun sərfinin;

- çənlərdə suyun səviyyəsinin.

12.5.9. Qazanxanaları maye yanacaqla təchiz edən qurğularda (bu Qaydaların 12.5.6 və 12.5.7-ci yarımbəndlərində göstərilmiş cihazlardan başqa) aşağıdakı parametrlərin ölçülməsi üçün göstərici cihazlar nəzərdə tutulmalıdır:

- çənlərdə yanacağın temperaturunun;

- filtrlərdən əvvəl və sonra yanacağın təzyiqinin;

- rezervuarlarda yanacağın səviyyəsinin.

13. Elektrik təchizatı

13.1. Avtonom qazanxanaların elektrik təchizatını layihələndirdikdə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununun, EQQQ-nın, AzDTN 2.12-1-in və bu qaydaların tələbləri rəhbər tutulmalıdır.

13.2. Elektrik təchizatının etibarlılığına görə, avtonom qazanxanalar ən azı II kateqoriyayalı elektrik qəbuledicilərinə aid edilməlidir.

13.3. Elektrik mühərriklərinin, işəsalma aparatlarının, idarəetmə aparatlarının, işıqlandırıcıların və naqillərin otaqların xarakteristikasına görə mühitin normal şəraiti üçün aşağıdakı əlavə tələblər nəzərə alınmaqla yerinə yetirilməlidir:

- qazanları qaz yanacağı ilə və alovlanma temperaturu 45°С və daha az olan maye yanacağı ilə işləmək üçün nəzərdə tutulan, binalara bitişik, onların daxilində və damında quraşdırılan qazanxanaların sorucu ventilyatorlarının elektrik mühərrikləri, EQQQ -də nəzərdə tutulan C-1а sinifli otaqlar üçün yerinə yetirilməlidir;

- bu ventilyatorların işəsalma aparatları, qazanxana binasının (otağının) xaricində quraşdırılmalı və ətraf mühitin xarakteristikasına uyğun yerinə yetirilməlidir. İşəsalma aparatlarının qazanxana binasında (otağında) yerləşdirilməsi zəruri olduqda, bu aparatlar EQQQ -də nəzərdə tutulan C-1а sinifli otaqlar üçün qəbul edilir.

13.4. Qidalandırıcı və paylayıcı şəbəkələrin kabellərinin çəkilişi qutularda, borularda və ya konstruksiya üzərində açıq, naqillərin çəkilişi isə yalnız qutularda yerinə yetirilməlidir.

13.5. Avtonom qazanxanalarda elektrik mühərriklərinin və qazanxanaya yanacaqvermə mexanizmlərinin bloklanması nəzərdə tutulmalıdır.

Daimi xidmət heyəti olmayan, maye və qaz yanacağı ilə işləyən qazanxanalarda, yanacağın qazanxanalara girişində teztəsirli bağlayıcı klapanının avtomatik bağlanması aşağıdakı hallarda nəzərdə tutulmalıdır:

- elektrik enerjisi kəsildikdə;

- qazla işləyən qazanxanada qazlaşma siqnalı olduqda.

Belə qazanxanalar içərisinə icazəsiz daxil olmadan qorunmalıdır.

13.6. Ehtiyat nasosların avtomatik işə qoşulması (EAQ), texnoloji proseslərin qəbul edilmiş sxeminə müvafiq olaraq layihələndirilmə zamanı müəyyən edilir. Bu halda nasosların qəzadan açılmasının siqnalizasiyası nəzərdə tutulmalıdır.

13.7. Daimi xidmət heyəti olmayan qazanxanalarda elektrik mühərriklərinin idarəetmə lövhədən idarə olunması nəzərdə tutulmalıdır.

13.8. Avtonom qazanxanalarda işçi və qəza işıqlandırılması nəzərdə tutulmalıdır.

13.9. Avtonom qazanxanaların bina və qurğularının ildırımdan mühafizəsi RS 34.21.122-yə müvafiq yerinə yetirilməlidir.

13.10. Gərginlik altında olmayan elektrik qurğularının metal hissələri, qaz və maye yanacağının boru kəmərləri üçün torpaqlanma nəzərdə tutulmalıdır.

13.11. Qazanxanada elektrik eneji sərfinin qeydiyyatı (cəmləyici) nəzərdə tutulmalıdır.

13.12. Qazanları qaz yanacağı ilə işləyən qazanxanaların qazla təchizatında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmalıdır.

14. İsitmə və havalandırma

14.1. Qazanxanaların isitmə və havalandırma sistemləri layihələndirildikdə AzDTN 2.12-2, AzDTN 2.12-1-in və bu Qaydaların göstərişləri rəhbər tutulmalıdır.

14.2. İsitmə sistemini layihələndirdikdə, daimi xidmət heyəti olmayan avtonom qazanxananın otağında havanın hesabi temperaturu +5 °С qəbul edilir.

14.3. Avtonom qazanxanalarda borulardan və avadanlıqlardan ayrılan istiliyə görə müəyyən edilən hava mübadiləsinə hesablanmış vurucu-sorucu havalandırma nəzərdə tutulmalıdır. Təbii havalandırma ilə lazımi havadəyişməni təmin etmək mümkün olmadıqda mexaniki havalandırma layihələndirilməlidir.

14.4. Binaların daxilində qurulmuş qaz yanacağı ilə işləyən qazanxana otaqları üçün bir saat ərzində üçdən az olmayaraq havadəyişmə misli nəzərdə tutulmalıdır.

15. Su kəməri və kanalizasiya

15.1. Avtonom qazanxanaların su təchizatı sistemləri TNvəQ 2.04.01 və AzDTN 2.12-1-in tələblərinə uyğun layihələndirilməlidir.

15.2. Avtonom qazanxanalarda və onların 150 m-a qədər həcmi olan qapalı anbarlarında yanğının söndürülməsi üçün tozlu səyyar yanğınsöndürənlərin quraşdırılması nəzərdə tutulmalıdır.

Dam qazanxanası yerləşdirilən hündürlüyü 12 m-dən artıq olan binalar, yanğın əleyhinə daxili su kəməri olmadıqda, yanğın şlanqlarının birləşdirilməsi üçün dam örtüyünə çıxarılan diametri 70 mm olan “quru boru” ilə təchiz edilməlidir.

15.3. Qəza axıntı sularını kənarlaşdırmaq üçün traplar nəzərdə tutulmalıdır.

15.4. Binaların daxilində və damında yerləşdirilmiş qazanxanaların döşəməsinin 10 sm hündürlüyündə su təbəqəsinə hesablanmış hidroizolyasiyası olmalıdır; boru kəmərlərinin qəzası zamanı suyun qazanxanadan kənara axmaması üçün giriş qapılarının ağzında hədd (kandar) olmalı və suyun kanalizasiyaya kənarlaşdırılması üçün qurğular nəzərdə tutulmalıdır.

Tətbiq sahəsi...................................................................................................

Normativ istinadlar.........................................................................................

Əsas anlayışlar...............................................................................................

Ümumi müddəalar..........................................................................................

Həcm-planlaşdırma və konstruktiv həllər....................................................

Qazanxananın qazanları və köməkçi avadanlıqları.....................................

Suhazırlama və kimyəvi su rejimi.................................................................

Yanacaq təchizatı...........................................................................................

Boru kəmərləri və boru başlıqları..................................................................

Texnoloji boru kəmərləri...................................................................................

Qaz kəmərləri...................................................................................................

Maye yanacağının boru kəmərləri.....................................................................

İstilik izolyasiyası...........................................................................................

Tüstü boruları.................................................................................................

Avtomatlaşdırma............................................................................................

Avtomatlaşdırmanın təyinatı.............................................................................

Avadanlığın mühafizəsi....................................................................................

Siqnalizasiya....................................................................................................

Avtomatik tənzimləmə......................................................................................

Nəzarət.............................................................................................................

Elektrik təchizatı.............................................................................................

İsitmə və havalandırma..................................................................................

Su kəməri və kanalizasiya.............................................................................

Əlavə 1........................................................................................................................

1. 23 fevral 2023-cü il tarixli 3-35/3-2-2/2023 nömrəli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202302230322, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2023-cü il)

2. 24 may 2023-cü il tarixli 3-35/3-2-4/2023 nömrəli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305245324, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 iyun 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver