Qanunvericilik › Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Ətraf mühitə dair informasiyanın alınmasına təminat

Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Ətraf mühitə dair informasiyanın alınmasına təminat - informasiyanın axtarılmasına şərait yaratmaq, sənədlərlə tanış olmaq, onların surətini əldə etmək, vəzifəli şəxslərdən müsahibələr götürmək, mətbuat konfranslarında və digər tədbirlərdə iştirak etmək, yazılı sorğulara rəsmi cavablar almaq hüququnun dövlət və yerli özünüidarəetmə orqanları, habelə məsul şəxslər tərəfindən təmin edilməsidir.

5.2. Dövlət və yerli özünüidarəetmə orqanları müraciət edənin ətraf mühitə dair informasiya almaq hüququnu təmin etmək üçün aşağıdakıları həyata keçirməlidirlər:

5.2.1. müvafiq fəaliyyətin ətraf mühitə proqnozlaşdırılan təsiri barədə informasiyanın toplanmasını təmin edən zəruri sistemlərin yaradılmasını;

5.2.2.fövqəladə hallar barədə məlumat verilməsini;

5.2.3. müraciət və ya sorğuya qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə baxılıb cavab verilməsini;

5.2.4. toplanmış informasiyanın mütəmadi yeniləşdirilməsini;

5.2.5. müraciət edənin verdiyi sorğuya əsasən ətraf mühitə dair informasiya obyektlərinin siyahısı ilə, habelə ətraf mühitə dair informasiya barədə sənədlərlə tanış edilməsini.

5.3. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunmaqla, dövlət və yerli özünüidarəetmə orqanları ətraf mühitə dair informasiya verməkdən imtina etməməlidirlər.

5.4. Ətraf mühitə dair informasiyanın hazırlanması, toplanması, istifadə olunması, yayılması - qanunla, təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılması qaydaları - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver