1. İctimai ekoloji ekspertiza sahəsində ictimai ekoloji ekspertizanın təşkilatçılarının vəzifələri aşağıdakılardır:
1.1. ictimai ekoloji ekspertizanın həyata keçirilməsi zamanı bu Qanunun tələblərinə riayət etmək;
1.2. ictimai ekoloji ekspertizanın nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), bələdiyyəyə, planlaşdırıcı orqana və sifarişçiyə məlumat vermək.
2. İctimai ekoloji ekspertiza sahəsində ictimai ekoloji ekspertizanın təşkilatçıları aşağıdakı hüquqlara malikdirlər:
2.1. ekoloji ekspertizanın obyektinə dair sənədləri tam həcmdə almaq;
2.2. ekoloji ekspertizanın keçirilməsinə dair tələbləri müəyyən edən normativ hüquqi aktlarla, habelə texniki normativ hüquqi aktlarla tanış olmaq;
2.3. ekoloji cəhətdən zərərli obyektlərin yerləşdirilməsinə, tikintisinə və istismarına dair qərarların ləğv edilməsi, onların fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya dəyişdirilməsi barədə aidiyyəti qurumlara müraciət etmək.
IX fəsil
Ekologİya və ətraf mühİtİn mühafİzəsİ sahəsİndə təhsİl, maarİfləndİrmə, elmİ tədqİqatlar, statİstİka və İnformasİya, reklam sahəsİndə ətraf mühİtİn mühafİzəsİ