Qanunvericilik › "Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.09.2008) › Tam mətn

"Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.09.2008)

"Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.09.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 24 iyun tarixli 787 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı” təsdiq edilsin (əlavə olunur).

1-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 27 sentyabr 2008-ci il

1. Mərkəzi icra hakimiyyəti orqanları:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binası;

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin inzibati binası;

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin inzibati binası;

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin inzibati binası;

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inzibati binası;

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binası;

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binası;

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin inzibati binası.

2. Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binaları.

1. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

2. 26 fevral 2022-ci il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 188)

3. 19 aprel 2024-cü il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2024-cü il, “Xalq” qəzeti, 21 aprel 2024-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 468)

4. 2 mart 2026-cı il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 mart 2026-cı il, “Xalq” qəzeti, 19 mart 2026-cı il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 263)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver