Qanunvericilik › Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 10.05.2002) › Tam mətn

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 10.05.2002)

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 10.05.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 10 may 2002-ci il

ağır hərəkət pozuntusu

Digər irsi spinal əzələ atrofiyaları. Uşaqlarda proqressivləşən bulbar iflic [Fasio-Londe] Spinal əzələ atrofiyası

gənclik forması III tip (Kuqelberqvellander) ağır hərəkət pozuntusu

İdiopatik ailəvi distoniya

generalizə olunmuş formalar. Ağır hərəkət məhdudluğu

gündüz saatlarında tez-tez təkrarlanan tutmalar

ağır hərəkət pozuntusu

Anadangəlmə miopatiyalar

ağır hərəkət pozuntusu

ağır hərəkət pozuntusu (dəstəksiz hərəkət edə bilmir). Özünə qulluq etməkdə çətinlik

ağır hərəkət pozuntusu (dəstəksiz hərəkət edə bilmir). Özünə qulluq etməkdə çətinlik

Paraplegiya və tetraplegiya

ağır hərəkət pozuntusu (dəstəksiz hərəkət edə bilmir). Özünə qulluq etməkdə çətinlik

Kron xəstəliyi (regional enterit)

ağır forma, residiv verən gedişlə, nazik və yoğun bağırsağın morfofunksional çatışmazlığı, çəkinin itirilməsi ilə

Qaraciyərin fibrozu və sirrozu

mukovissidoz. Ağciyər və bağırsaqların morfo-funksional çatışmazlığı ilə nəticələnən vəziyyət

Digər mukopolisaxa-ridozlar

lizosomal toplanma xəstəlikləri (mukopolisa-xaridozlar IV və VI tip). Cırtdanboyluluq, spon-diloepifizar displaziya, aktiv hərəkətlərin məhdudluğu

İnsan immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəlik

IV mərhələ, xəstəliyin ağır təzahürlərinin mövcudluğu ilə (vərəm infeksiyası istisna olmaqla)

Viskot Oldriç sindromu

atopik dermatit, hemorragik sindrom, B və T limfositlərin defisiti və s.

Transplantasiya olunmuş orqan və toxumaların olması

davamlı hormonal və immunospressiv terapiya

ağır formalı (böyük və aralıq)

ağır gedişli drepanotalassemiya

Dəqiqləşdirilməmiş irsi hemolitik anemiya

Digər autoimmun hemolitik anemiyalar

ağır forma, tez-tez krizlərlə müşahidə olunan, splenektomiyadan sonrakı vəziyyət

Konstitusional aplastik anemiya

ağır gedişli, somatik ağırlaşmalar

VIII amilin irsi çatışmazlığı

ağır gedişli, hemorragik sindrom, hərəkət məhdudiyyəti

IX amilin irsi çatışmazlığı

ağır gedişli, hemorragik sindrom, hərəkət məhdudiyyəti

Trombositlərin keyfiyyət qüsurları, Bernar-Sulye (nəhəng trombositlər) sindromu, Qlansman trombasteniyası

ağır gedişli, hemorragik sindrom

İdiopatik trombosito-penik purpura

xroniki gedişli, tez-tez residiv verən, hemorragik sindrom

İnsulindən asılı şəkərli diabet, koma ilə

bazis-bolyus terapiya, ağır forması gündə 3 dəfə, yaxud daha çox insulin inyeksiyası

Allergik komponentin üstünlüyü ilə müşahidə olunan bronxial astma;

xronik respirator çatış-mazlıq

ağır gedişli, atopik forma, tez-tez residiv verən. II dərəcəli tənəffüs çatışmazlığı. Davamlı bazis terapiya

mədə-bağırsaq traktında aparılan ağır cərrahi əməliyyatlardan sonra yaranan

Anal dəliyinin anadangəlmə olmaması, atreziyası və fistul ilə stenozu

kolostomiya sonrası yaranan disfunksiyalar

Başın travmalarının nəticələri

baş beyində aparılan böyük sümük defekti ilə ağır cərrahi əməliyyatlar

Digər sümüklərin və vətərlərin implantlarının olması (kəllə plastikası)

baş beyində aparılan ağır cərrahi əməliyyatlar

Nəcisi saxlaya bilməmək

anal sfinkterin III-IV dərəcəli çatışmazlığı, əməliyyatlardan sonrakı vəziyyət

Yuxarı ətrafın travmatik amputasiyasının nəticələri

reabilitasiya dövründə (protezə adaptasiya)

Aşağı ətrafın travmatik amputasiyasının nəticəsi

reabilitasiya dövründə (protezə adaptasiya)

reabilitasiya dövründə (protezə adaptasiya)

Budun anadangəlmə deformasiyaları

əməliyyatdan sonrakı fiksasiya dövrü

Digər atopik dermatitlər

ağır dərəcəli və ya uzun müddət (bir aydan artıq) immunosupressiv terapiya alan xəstələr

Generalizə olunmuş pustulyoz psoriaz

Herpesə bənzər dermatit. Dürinq xəstəliyi

Anadangəlmə bullyoz ixtiozşəkilli eritrodermiya

Distrofik bullyoz epidermoliz

Sink mübadiləsinin pozuntusu, enteropatik akrodermatit

Diskşəkilli qırmızı qurd eşənəyi

Piqment kserodermiyası

Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma

tez-tez residivləşən aktiv fazada olan revmatizm. Ürək çatış-mazlığı ilə II-III dərəcə

ağır forma, davamlı kontrol edilməyən davranış (hiperkinezlər, koordinasion hərəkət pozuntusu, psixi dəyişikliklər)

Essensial (birincili) hipertenziya

ürək və digər orqanların çatışmazlığı ilə müşayiət olunan bədxassəli hipertenziya

Ürəyin hipertenziv xəstəliyi

ürək və digər orqanların çatışmazlığı ilə müşayiət olunan bədxassəli hipertenziya II-III dərəcə

Kəskin və yarımkəskin infeksion endokardit

ürək çatışmazlığı, II-III dərəcə

Mitral qapağın düş-məsi (prolapsı)

ürək çatışmazlığı, II-III dərəcə

ürək çatışmazlığı, II-III dərəcə

ürək çatışmazlığı, II-III dərəcə

İkinci dərəcəli, yaxud tam qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadası

ürək çatışmazlığı, II-III dərəcə

Paroksizmal taxikardiya

ürək vurğularının sayı 50-dən aşağı, tez-tez tutmalarla müşahidə olunan

Qulaqcıqların fibril-yasiyası və titrəməsi

ürək vurğularının sayı 50-dən aşağı, tez-tez tutmalarla müşahidə olunan

Mədəciklərin fibrilyasiyası və titrəməsi

ürək vurğularının sayı 50-dən aşağı, tez-tez tutmalarla müşahidə olunan

ürək çatışmazlığı, II-III dərəcə

Digər dəqiq göstərilməmiş ürək xəstəlikləri

pankardit, ürək çatış-mazlığı, II-III dərəcə

Qаn dövrаnı sistеminin аnаdаngəlmə аnоmаliyаlаrı (inkişaf qüsurlаrı)

ürək çatışmazlığı, II-III dərəcə, septik fəsadlar olmaqla, kiçik və böyük qan dövranı pozuntusu

Digər orqan və sistemlərin cəlb olunması ilə müşayiət edilən revmotoid artrit

hərəkətin məhdudlaşması, oynaqların kobud morfofunksional pozuntusu

Gənclik (yuvenil) artriti

hərəkətin məhdudlaşması, oynaqların kobud morfofunksional pozuntusu, poliorqan zədələn-məsi ilə (uveit, qlomerulonefrit, hepatosplenomeqaliya və s.)

Sistem qırmızı qurdeşənəyi

fasiləsiz resedivləşən gediş, yüksək fəallıq, tez-tez təkrarlanan poliorqan krizlər ilə

fasiləsiz resedivləşən gediş, dayaq hərəkət sisteminin yüksək funksional pozuntusu və prosesin daxili orqanlara təsiri

fasiləsiz resedivləşən gediş, dayaq hərəkət sisteminin yüksək funksional pozuntusu və prosesin daxili orqanlara təsiri

Yumаqcıq xəstəlikləri, kəskin nefritik sindrom

ağır gedişli, arterial hipertoniya, oliquriya, hematuriya, azotemiya. Bazis terapiyası, ağırlı-ğından asılı olaraq hormonal terapiyanın qoşulması, 3-6 ay ərzində

Xroniki nefritik sindromu

xronik gedişli, uzun-müddətli hormonal və immunosupressiv tera-piya

kəskin və xroniki qlomerulonefrit nefrotik sindromla, Ödem sindromu, oliquriya, hormonal terapiya. 6 ay və xəstəliyin daha uzun gedişatından asılı olaraq

Xroniki tubulointerstisial nefrit

tez-tez residivləşən, dizuriya, davamlı leykosituriya, sidikqaçırtma. Uzunmüddətli antiresidiv terapiya

Kəskin böyrək çatışmazlığı

azotemiya, anemiya, hipertoniya, anuriya, hemodializ

Xroniki böyrək xəstəliyi

uremiya, hipertoniya, anemiya, poliuriya, davamlı hemodializ

Transplantasiya olunmuş böyrəyin olması

uzunmüddətli nəzarət, davamlı hormonal və inmmunosupressiv terapiya

uzun müddət immunosupressiv terapiyanın (kimyəvi-dərman, şüa və başqa növ terapiyalar) istifadə olun-duğu halda (1 aydan çox müddətdə) və bu müalicənin istifadəsi ilə bağlı yan təsirlərin (fəsadların) və arzu-olunmaz reaksiyaların olduğu hallarda, transplantasiyadan sonrakı vəziyyətdə

immobilizasiya müddətində

Aşıq-baldır oynağı da daxil olmaqla, baldır sümüklərinin sınığı

immobilizasiya müddətində

Aşıq-baldır oynağı sınığı istisna olmaqla, ayağın sınığı

immobilizasiya müddətində

Pəncənin anadangəlmə deformasiyaları

ağır formalı (ortopedik ayaqqabı ilə korreksiya olunmayan);

cərrahi müdaxilədən sonra immobilizasiya müddətində

Aşağı ətrafın (ətrafların) anadangəlmə tam olmaması

protezləşmə və digər köməkçi vasitələrlə hərəkət etmək mümkün olmadıqda

Onurğanın və borulu sümüklərin böyümə defekti ilə osteoxon-drodisplaziyası

köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda;

cərrahi müdaxilədən sonra immobilizasiya müddətində

Natamam osteogenez, sümüklərin anadangəlmə kövrəkliyi, osteopsatiroz

köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda;

cərrahi müdaxilədən sonra immobilizasiya müddətində

Digər dəqiqləşdirilmiş osteoxondrodisplaziyalar

köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda;

cərrahi müdaxilədən sonra immobilizasiya müddətində

Dəqiqləşdirilməmiş osteoxondrodisplaziya

köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda;

cərrahi müdaxilədən sonra immobilizasiya müddətində

Bud sümüyü başının yuvenil osteoxondrozu (Leq-Kalve-Pertes)

müalicə və immobilizasiya müddətində

ağır formalı III-IV dərəcəli, ağrı simptomu ilə. Cərrahi müalicə zamanı

Sümük və oynaqların vərəmi

müalicə və immobili-zasiya müddətində

Termiki və kimyəvi yаnıqlаr

III-IV dərəcəli müalicə müddətində və sərbəst hərəkətə mane olan aşağı ətrafların kelloid toxumaları əmələ gəldikdə (cərrahi əməliyyatla aradan qaldırılana qədər)

Şizofreniyanın sadə tipi

kəskinləşmə mərhələ-sində, qeyri-adekvat davranış

Hiperkinetik davranış pozuntusu

ağır formalı, davamlı və impulsiv olan davranış pozuntusu. Dissosial davranışın olması

Uşaq yaşında fobik həyəcan pozuntusu

ağır formalı, panik atakın olması

Vokalizmlərin və çox-saylı motor tiklərinin kombinasiyası

Qeyri-üzvi mənşəli enurez

Qeyri-üzvi mənşəli enkoprez

Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya

epilepsiya, əqli geriliyin səviyyəsi (İQ) 50-dən aşağı olmadıqda

Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu

ağır formalı, davamlı və impulsiv olan davranış pozuntusu

Yüngül dərəcəli əqli gerilik

a) gündüz enurezi və enkoprezi;

b) dayaq-hərəkət aparatının ağır pozuntusu (serebral iflicin ağır forması)

II. Evdə təhsilin təşkili qaydaları

1. “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14 maddəsinə əsasən, evdə təhsil - sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil-müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsidir.

2. Evdə fərdi qaydada təhsil alan şagirdlər müvafiq təhsil müəssisəsinə xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim etdiyi sənədlə əsasında rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə qəbul olunurlar.

4. Evdə fərdi təhsilə cəlb edilən şagirdlər məktəbə aşağıda adları qeyd olunan sənədlərə əsasən qəbul olunurlar:

məktəb direktorunun adına ərizə;

doğum haqqında şəhadətnamənin surəti;

müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);

şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);

yaşayış yeri üzrə qeydiyyat haqqında arayış;

psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi.

4-1. Evdə fərdi təhsilə cəlb edilmək üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

5. Evdə fərdi qaydada təhsil alan şagird evdə məktəbə və ya ərazidəki yaxın məktəbə cəlb olunur və onun təlim-tərbiyəsinin təşkili həmin məktəbə həvalə olunur.

6. Evdə təhsil ümumi təhsil pilləsinin ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil səviyyələrindən ibarətdir.

7. Şagirdlərin evdə təhsilə qəbulu il boyu aparılır.

8. Məşğələlər bir qayda olaraq sentyabrın 1-də başlayır və mayın 25-də başa çatır.

9. Dərs ili müddətində tətillər “Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi” əsasında verilir.

10. Evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə müəyyən edilir.

11. Gündəlik dərslərin miqdarı ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsində 2, ümumi orta və tam orta səviyyələrində isə 3 saatdan artıq ola bilməz.

12. Fərdi təlim planları hazırlanarkən psixoloji--tibbi-pedaqoji komissiyanın rəyinə üstünlük verilir.

13. Qanunvericiliklə müəyyən edilmiş qaydada ümumi təhsil pilləsinin ümumi orta və (və ya) tam orta təhsil səviyyəsini başa vuran məzunlara attestat verilir.

14. Evdə fərdi məşğul olan şagirdlərin dərs cədvəli oxuduğu məktəbin sinif rəhbəri tərəfindən valideyn və müəllimlərlə razılaşdırılaraq direktor tərəfindən təsdiq olunur.

15. Evdə fərdi məşğul olan şagirdlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı əsasında təhsil alırlar.

16. Evdə fərdi məşğul olan şagirdin dərs məşğələlərinə sinif rəhbəri, proqram materiallarının yerinə yetirilməsi və həmin prosesdə tətbiq edilən metodiki işə təlim-tərbiyə işi üzrə direktor müavini, bütün prosesini gedişinə isə direktor məsuliyyət daşıyır.

17. Evdə təhsil alan şagirdlərin biliyi ardıcıl olaraq rüblər üzrə sinif jurnalında qeyd olunur. Onların sinifdən-sinfə keçirilməsi, məktəbi bitirməsi də müvafiq qaydada sinif jurnalında öz əksini tapır.

18. Evdə fərdi təhsilə cəlb olunan uşaqlar attestasiya, yekun və digər qiymətləndirmələrdən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə azad oluna bilərlər.

19. Evdə fərdi məşğul olan şagirdlərin ev dəftəri, gündəliyi tərtib olunur. Burada müəllimin qeydi, yoxlama işlərinə dair yazdığı qiymətlər öz əksini tapır.

20. Müəllimin əmək haqqı tabelik qaydasında, Bakı şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən yerinə yetirilən proqram materialları əsasında təsdiq olunmuş stavkaya uyğun ödənilir. Şagirdin psixoloji inkişaf xüsusiyyəti sinif rəhbəri və məktəbin psixoloqu tərəfindən işlənir, ailə üzvlərinin xəstəyə baxması üçün şərait və ya fasilələr yaradılır.

21. Evdə fərdi qaydada təhsil alan şagirdlərlə işləyən pedaqoji işçinin, mütəxəssisin seçilməsində könüllülük prinsipinə əməl olunmalı, həmin kateqoriyadan olan uşaqlarla işləyəcək müəllimlərin arzusuna üstünlük verilməlidir.

22. Şagirdlərin evdə müstəqil təhsil almalarına, bədii ədəbiyyatla təmin olunmalarına, xəstəliyin xüsusiyyətinə uyğun olaraq gələcəkdə müəyyən peşə öyrənmələrinə pedaqoji kollektivlər şərait yaratmalı, onların hərtərəfli inkişafına qayğı və diqqətlə yanaşmalıdırlar.

23. Məktəb rəhbərləri hər il mayın 25-dən iyunun 25-dək evdə təhsil alan şagirdlərin həmin məktəblərdə və yaxud başqa məktəblərdə təhsillərini davam etdirmək üçün siyahılarını psixoloji-tibbi-pedaqoji komissiyanın təsdiqinə təqdim etməlidirlər.

1. 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)

2. 17 dekabr 2015-ci il tarixli 384 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 dekabr 2015-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1581)

3. 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216)

4. 27 avqust 2020-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 avqust 2020-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1126)

5. 26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1300)

6. 19 aprel 2022-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 413)

7. 15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1085)

8. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

9. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver