Qanunvericilik › Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.01.1999) › Tam mətn

Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.01.1999)

Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.01.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 9 yanvar 1999-cu il № 2

Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi

1.1. "Yerin təki haqqında" Azərbaycan Respublikası qanunu, "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 27 aprel 1998-ci il tarixli 701 nömrəli Fərmanının icrası ilə əlaqədar geoloji-kəşfiyyat işlərinin aparılması və ya faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar dağ-mədən qazmaları, axtarış-kəşfiyyat və istismar buruq quyuları, xüsusi razılığın və ya icazənin qüvvədə olma müddəti başa çatdıqda, yaxud yerin təkindən istifadə hüququna vaxtından əvvəl xitam verildikdə, eləcə də istismarı hər-hansı səbəbdən müvəqqəti dayandırıldıqda faydalı qazıntıların çıxarılması üzrə müəssisələr, dağ-mədən qazmaları, buruq quyuları və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğular ləğv və ya konservasiya edilməlidir.

Bu Qaydalar Azərbaycan Respublikası ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində mülkiyyət formasından asılı olmayaraq faydalı qazıntıların kəşfiyyatı, çıxarılması və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı ilə məşğul olan bütün yer təki istifadəçiləri üçün məcburidir.

1.2. Faydalı qazıntılar çıxaran müəssisə, tam, yaxud qismən ləğv və ya konservasiya olunduqda dağ-mədən qazmalarının və buruq quyularının əhalinin həyat və sağlamlığının təhlükəsizliyi, ətraf mühitin, binaların və qurğuların mühafizəsi, konservasiya olunduqda isə bunlardan başqa konservasiya müddətində yatağın, dağ-mədən qazmalarının və buruq quyularının əvvəldə olduğu kimi saxlanması təmin olunmalıdır.

1.3. Faydalı qazıntıları çıxaran müəssisə və ya onun bir hissəsi, dağ-mədən qazmaları, buruq quyuları eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğular ləğv və ya konservasiya edilərkən geoloji, markşeyder və digər sənədlər işlər dayandırıldığı anadək olan məlumatlarla tamamlanmalı və qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində saxlanmalıdır.

1.4. Faydalı qazıntılar çıxaran müəssisənin (onun bir hissəsinin), dağ-mədən qazmalarının, buruq quyularının və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respub-likasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən ləğv və ya konservasiya aktı imzalandıqdan sonra qüvvəyə minir.

1.5. Faydalı qazıntıların çıxarılması işləri bərpa olunanadək müəssisənin konservasiyada qalma müddətinin davam etməsi yer təki istifadəçisinin qərarı ilə müəyyən edilir. Konservasiyasının müəyyən olunmuş müddəti keçdikdə, onu yalnız aktı imzalayan orqanlar uzada bilərlər.

1.6. Konservasiyada olan müəssisələrin, dağ-mədən işlərinin və buruq quyularının bərpası qəbul olunmuş qaydada təsdiq olunmuş, fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmış layihə üzrə aparılmalıdır.

2. Ləğv və konservasİyaya İcazənİn alınması

2.1. Yer təki istifadəçiləri (onların yuxarı təşkilatları varsa - yuxarı təşkilatları) müəssisənin tam, yaxud qismən, dağ-mədən qazmalarının, buruq quyularının, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv edilməsi və konservasiya olunması üçün, konservasiyanın zəruri olması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ünvanına ərizə göndərməlidirlər.

Ərizəyə əlavə olunur:

a) yer səthinin və müəssisənin horizontlar planlarının, həmçinin faydalı qazıntı yatağının ehtiyatlarının və kəşfiyyatının, dağ qazmalarının, buruq quyularının, relyefin və yer səthinin vəziyyətini əks etdirən əsas dağ-qrafik sənədlərin surətləri (şaquli və horizontal proyeksiyalar, kəsilişlər);

b) konservasiyanın zəruriliyinin əsaslandırılmasının texniki-iqtisadi hesablamaları və s.

faydalı qazıntıların balans və balansdankənar ehtiyatlarının qalığı haqqında;

ehtiyatların vəziyyəti göstərilməklə qoruyucu və digər bülövlәrdәki faydalı qazıntı ehtiyatları haqqında;

müvəqqəti istifadə olunmayan faydalı qazıntıların, həmçinin tərkibində faydalı komponentlər olan və tikinti materialları istehsalına, yaxud faydalı komponentlərin sona qədər çıxarılmasına yararlı olan istehsalat tullantılarının olması haqqında;

istehsalat və sanitar-məişət binaları, qurğular və suaxıdan vasitələrin vəziyyəti haqqında;

yeraltı boşluqların olması, dağ-mədən qazmalarının vəziyyəti, yerüstü sürüşmələrin faktiki, maksimal və gözlənilən ölçüləri haqda.

ç) "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri ödənilməklə ləğv, yaxud konservasiya vaxtı işlərin təhlükəsizliyini, digər müəssisələrə ləğv və konservasiya işlərinin zərərli təsirlərin qarşısının alınmasını, müəssisənin, dağ-mədən qazmalarının, buruq quyularının, maşın və qurğuların saxlanmasını təmin edən tədbirlər planı.

2.2. 2.1. bəndində göstərilən materiallar hazırlandıqdan sonra yer təki istifadəçisinin (yuxarı təşkilatı varsa - yuxarı təşkilatının) ərizəsinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndələrinin iştirakı ilə mütəxəssislərdən ibarət xüsusi Komissiya yaradır. Komissiya üzvləri yerlərdə obyektlərə baxdıqdan və müvafiq sənədləri araşdırdıqdan sonra müəssisənin, dağ-mədən qazmalarının, buruq quyularının, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv edilməsi və konservasiyası, yaxud gələcəkdə təsərrüfat və istehsalat obyektlərinin yerləşdirilməsinin mümkünlüyü barədə akt tərtib edir, həmçinin konservasiya və ləğv işlərinin yerinə yetirilməsi üçün əhalinin təhlükəsizliyini, ətraf təbii mühitin, binaların və qurğuların mühafizəsini və ehtiyatların çıxarılmasının dolğunluğunu, konservasiya vaxtı isə yer təkində qalan faydalı qazıntı ehtiyatlarının mühafizəsini təmin edən tədbirlərin işlənməsinə təkliflər verməlidirlər.

Komissiyanın rəyi 1 nömrəli əlavədə göstərilən forma üzrə tərtib edilir.

Komissiyaya sədrlik Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir.

Geoloji-kəşfiyyat və istismar işlərinin aparılmasında dərinliyi 10 m-ə qədər olan şaquli, 50 m-ə qədər horizontal dağ-mədən və kəşfiyyat-istismar qazmalarının və dərinliyi 150 m-ə və kəşfiyyat-istismar quyularının ləğv və konservasiya olunmasına sədrlik yer təki istifadəçilərinin texniki rəhbəri tərəfindən həyata keçirilir.

2.3. Ləğv və konservasiyaya komissiyanın və marağı olan orqanların etirazı olmadıqda yer təki istifadəçiləri və ya ixtisaslaşdırılmış müəssisə tərəfindən ləğv, yaxud konservasiyanın layihəsi tərtib edilir.

2.4. Ləğv, yaxud konservasiyanın layihəsi yer təki istifadəçisi tərəfindən təsdiq olunmazdan əvvəl Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmalıdır. Təsərrüfat və istehsalat obyektlərinin yerləşdirilməsi üçün perspektivli olan qazmaların konservasiyası layihələrinə, zərurət yarandıqda Tikinti və Arxitektura Komitəsinin (və ya onun yerli orqanının) ekspert rəyi tələb olunur.

2.5. Ləğv, yaxud konservasiya işləri başa çatdıqdan sonra yer təki istifadəçiləri, yerinə yetirilmiş işləri qəbul etmək üçün Komissiya yaradır. Komissiyaya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi orqanı sədrlik etməklə, fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsi də daxil edilir.

Ləğv, yaxud konservasiya layihəsində baxılan işlərin dolğunluğunun qiymətləndirilməsinə və yerinə yetirilməsinin keyfiyyətinə bilavasitə baxılması əsasında, həmçinin təqdim olunmuş materialları öyrəndikdən sonra göstərilən işlərin qəbul olunması haqqında 2 nömrəli əlavədə göstərilən formada akt tərtib edilir.

Akt əlavələrlə birlikdə təsdiq olunmaq üçün yer təki istifadəçisinin rəhbərinə verilir. Aktın bir nüsxəsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Energetika Nazirliyinə göndərilir.

3. Ləğv və konservasİya layİhəsİnİn məzmunu

3.1. Ləğv, konservasiya layihəsi izahedici qeyddən, geoloji və markşeyder sənədləri olmaqla qrafik materiallardan ibarətdir.

İzahedici qeyddə müvafiq hazırlıqlar üzrə ləğv və konservasiya işləri öz əksini əsasən aşağıdakı kimi tapmalıdır:

qalıq balans ehtiyatlarının və çıxarılması iqtisadi cəhətdən məqsədəuyğun olan balansdankənar ehtiyatların, o cümlədən bülövlәrdәki ehtiyatların işlənməsi qrafiki və istismar qaydaları;

yatağın təkrar işlənməsinin məqsədyönlülüyünü, anbarlara yığılmış kondisiyaya uyğun gəlməyən faydalı qazıntıların və istehsalat tullantılarının təsərrüfatda və istehsalatda istifadə olunması və onların saxlanılması məsələlərinin həllini təmin edən tədbirlər;

əhalinin təhlükəsizliyini, yer təkinin və ətraf təbii mühitin, bina və qurğuların mühafizəsini, həmçinin su və qaz yarmalarının, yeraltı yanğınların yayılmasının və s. qarşısının alınmasını təmin edən tədbirlər;

dağ qazmalarından və buruq quyularından gələcəkdə təsərrüfatın və istehsalatın digər məqsədləri üçün istifadə olunmasıməsələlərinə baxılması;

müəssisənin, yaxud onun bir hissəsinin ləğv və ya konservasiyasının üsulları;

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yer səthinin və su obyektlərinin gələcəkdə təsərrüfat və istehsalat obyektlərinin yerləşdirilməsində istifadə edilməsi üçün yararlı vəziyyətə gətirilməsi tədbirləri;

ləğv, yaxud konservasiya işlərinin, onun və onunla yanaşı olan müəssisənin obyektlərinə zərərli təsirinin və xidmət vaxtı işlərin təhlükəsiz görülməsi tədbirləri;

geoloji və markşeyder sənədləri üzərində bütün məlumatlar öz əksini tapmalıdır.

2.1. "c" bəndində qeyd olunmuş arayışlar.

4. Ləğv, yaxud konservasİya vaxtı görülən tədbİrlər

4.1. "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların istismarı ilə əlaqədar ləğv, yaxud konservasiya vaxtı işlərin təhlükəsizliyinin müəssisənin obyektlərinə xidmət vaxtı onunla yanaşı olan dağ-mədən və digər müəssisələrlə ləğv, yaxud konservasiya işlərinin zərərli təsirinin qarşısının alınması, konservasiya müddətində yatağın, maşınların, avadanlıqların, qurğuların, dağ qazmalarının və s. saxlanması, korlanmış torpaq sahələrinin yararlı vəziyyətə gətirilməsi, qazma ağızlarının bərkidilməsi öz-özünə alışan faydalı qazıntıların konservasiya müddətində yanğın əleyhinə, həmçinin bu qaydaların tələblərinə müvafiq tərtib olunmuş layihədə görülәcәk tədbirlər yerinə yetirilməlidir.

5. Ləğv və konservasİyanın uçotu

5.1. Yer təki istifadəçilərinin balansında olan dağ-mədən qazmalarının, buruq quyularının, həmçinin faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv edilməsi və konservasiyası uçotu "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qaydaların tələblərinə müvafiq aparılmalıdır.

5.2. Ləğv və konservasiyanın uçotu layihəni təsdiq edən yer təki istifadəçisi tərəfindən bu qaydaların 3-cü və 4-cü əlavələrində verilmiş formaya uyğun olaraq aparılmalıdır.

Faydalı qazıntıları çıxaran müəssİsələrİn, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması İlə əlaqədar olmayan yeraltı qurğuların ləğv və ya konservasİyasının zərurİlİyİ haqqında RƏY

Komissiyasının sədri: Komissiyasının üzvləri:

2 nömrəli əlavə "TƏSDİQ EDİRƏM" ___________________ (yer təki istifadəçisi) ___________________ (soyadı, adı) ________________ il

Faydalı qazıntıları çıxaran müəssİsələrİn, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması İlə əlaqədar olmayan yeraltı qurğuların ləğv, yaxud konservasİyası məqsədİlə görülən İşlərə verİlən qİymət və qəbul AKTI

__________________________________________________________________________________ (komissiyanı təyin edən yer təki istifadəçisinin adı) ______________il tarixli__________nömrəli əmrilə (qərarı ilə) təyin olunmuş___________________________________________________________________ sədrliyi və (orqan, vəzifəsi, soyadı, adı, atasının adı) tərkibinə aşağıdakı üzvlərin____________________________________________________________ __________________________________________________________________________________ (təşkilatlar, vəzifələri, soyadları, adları, ata, adları) __________________________________________________________________________________ __________________________________________________________________________________ daxil olduğu Komissiya ________________________________________________________il tarixdə ləğv və ya konservasiya olunmuş (lazım olmayanın üstündən xətt çəkməli) müəssisəyə, dağ-mədən qazmalarına, buruq quyularına, yaxud faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğulara baxış keçirmiş "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun və faydalı qazıntı çıxaran müәssisəlәrin ləğv, yaxud konservasiya olunması qaydalarının tələblərinə, həmçinin göstərilənlərin ləğv, yaxud konservasiyası layihəsinə uyğun olaraq yerinə yetirilmiş işlərin dolğunluğunu və keyfiyyətini xarakterizə edən sənəd və materiallara baxılmalıdır.

Aktda yer təkindən əsas və onlarla birlikdə yatan balans və balansdankənar faydalı qazıntı ehtiyatlarının çıxarılmasının dolğunluğunu, əhalinin təhlükəsizliyini, ətraf təbii mühitin, binaların və qurğuların ləğv, yaxud konservasiya olunmuş müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının zərərli təsirindən mühafizə olunmasını və göstərilən işlərin keyfiyyətlə yerinə yetirilməsinə qiymət verilməsini təmin edən ləğv, yaxud konservasiya ilə əlaqədar aparılmış bütün işlər sadalanmalıdır.

Akta, yerinə yetirilən işlərin dolğunluğunu və keyfiyyətini əks etdirən zəruri dağqrafik materiallar, sənədlər və arayışlar əlavə olunmalıdır.

Əlavə______________ səhifədə

Komissiyanın sədri: Komissiyanın üzvləri: 1. 2. 3. 4. 5. 6.

Faydalı qazıntıları çıxaran müəssİsələrİn, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması İlə əlaqədar olmayan yeraltı qurğuların ləğvİnİn SİYAHISI

Faydalı qazıntıları çıxaran müəssİsələrİn, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması İlə əlaqədar olmayan yeraltı qurğuların konservasİyasının SİYAHISI

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2001-ci il tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116)

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №1, maddə 49)

3. 13 sentyabr 2006-cı il 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №9, maddə 822)

4. 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)

5. 28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092)

6. 14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver