Qanunvericilik › Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası (hissə 55-4) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 11.06.1997) › Tam mətn

Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası (hissə 55-4) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 11.06.1997)

Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası (hissə 55-4) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 11.06.1997) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi qeydə almışdır

Nazir əvəzi S. Həsənova

Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi kollegiyasının

20-5 nömrəli 11 iyun 1997-ci il tarixli

qərarı ilə təsdiq edilmişdir.

BÖLMƏ: Qənnadı istehsalı

Vahid Tarif-ixtisas Sorğu Kitabçasının “Qənnadı istehsalı” bölməsinə daxil olan fəhlə peşələrinin tarif-ixtisası xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il 93 №-li “Fəhlə peşələri və qulluqçu vəzifələrinin işlənib hazırlanması, haqqında” qərarının icrası ilə əlaqədar olaraq işlənib hazırlanmışdır. Hazırkı bölməyə daxil olan fəhlə peşələri bu sahə üçün spesifik olan peşələr üzrə verilmişdir. Hər hansı bir sahə üçün spesifik olmayan digər peşələr və işlərin tarif-ixtisas xüsusiyyətləri Vahid Tarif ixtisas Sorğu Kitabçasının “Bütün sahələr üçün ümumi olan fəhlə peşələri” hissəsinə (VTİSK-1) daxil edilmişdir.

Fəhlə peşələri və işləri Vahid Tarif-ixtisas Sorğu kitabçası normativ sənəddir və onun tətbiqi mülkiyyət formasından asıl olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda məcburi xarakter daşıyır.

Tarif-ixtisas xüsusiyyətləri 6 dərəcəli tarif cədvəli üzrə verilmişdir. Dərəcələr işlərin mürəkkəbliyi üzrə, bir qayda olaraq əmək şəraiti nəzərə verilmişdir. Lazım olduğu hallarda əmək şəraitinə görə tərəfindən təsdiq edilmiş yüksəldilmiş tarif maaşları Fəhlələr yüksək tarif dərəcələri (5-6 dərəcə) ilə “Qənnadı istehsalı” sahəsi üçün spesifik peşələrə işə qəbul olunarkən, onların əmək funksiyalarına müvafiq xüsusi hazırlığa malik olmaları VTİSK-nın həmin dərəcələr üzrə “Bilməlidir” bölməsinə əsasən istehsalat rəhbərləri tərəfindən müəyyənləşdirilir.

Sonradan fəhlələrin ixtisas dərəcələri, onların yerinə yetirdiyi işlərin ixtisaslaşdırma komissiyası tərəfindən artırıla bilər.

İxtisas dərəcəsi artırılan fəhlə hazırkı sorğu kitabçasına uyğun olaraq şifahi surətdə “Bilməlidir” bölməsində göstərilmiş ayrı-ayrı işləri

VTİSK-nın ayrı-ayn hissələrindən sorğu materialı kimi istifadə edilmək üçün əlavə olaraq “Bölməyə daxil olan fəhlə peşələrinin indiyə qədər fəaliyyətdə olan fəhlə peşələri ilə müqayisəli sırası ilə adları və dərəcələr diapazonu” daxil edilmişdir.

Sıra Bölmələrdə verilən fəhlə

1986-cı il VTİSK üzrə fəhlə

peşələrinin adları (rus.dil.)

3. Qarışdırıcı maşının maşinisti

Машинист обивальных машин

4. Qənnadı məmulatlarının səpicisi

Обсыпщик кондитерских изделий

6. Quş üzümü şirnisini hazırlayan

8. Zülali kütlə hazırlayan

Приготовитель бельковых масс

9. İnvert şirəsini hazırlayan aparatçı

Апратчик приготовления инвертного сиропа

11. Karamel və draxeni cilalayan

Глянцовщик карамель и даже

13. Marmelad pastila hazırlayan

Мармеладчик-пастильшик

15. Saqqız istehsalı xəttinin operatoru

Оператор линии по производству жевательной резинки

16. Un və dənə istehsalı xəttinin

Оператор линии по производству муки и гранули

17. Formalaşdıran-bükən

yarımavtomatın maşinisti

Машинист формующе-завертывающего полуавтомата

21. Şirniyyat həbləri hazırlayan

22. Şokolad bəzəyən maşının maşinisti

23. Şokolad kütləsi hazırlayan xəttin

Изготовитель таблеток

Машинист шоколадоотделочных машин

Оператор линии приготовления шоколадной массы

Daha yüksək ixtisaslı biskvitçinin rəhbərliyi altında ştamp-maşınlara xidmətetmə əməliyyatının yerinə yetirilməsi. Xəmir zolağının ştamp-maşının vərdənəsi altında düzəldilməsi və un ilə səpilməsi. Xəmirin vərdənələrin arasından keçməsinə nəzarət edilməsi. Yeşik və qutuların hazır məhsulla doldurulmasın nəzarət edilməsi və onların yığılacağı yerlərə aparılması. Zay məhsulun çıxdaş edilməsi.

Yerinə yetirilən işlərin qaydalarını və üsullarını; ştamp - maşınların u məhsulun xarici görünüşünə qoyulmuş tələbləri.

Daha yüksək ixtisaslı biskvitçinin rəhbərliyi altında müxtəlif növlü peçenye və pryaniklərin əl ilə formalaşdırılması prosesinin aparılması. Xəmirin əl vərdənəsində, yaxud əl ilə müəyyən qalınlığa qədər yayılması və un ilə səpilməsi. Xəmirin kəsilməsi, qəliblənməsi, yaxud ştamplanması. Yüksək ixtisaslı biskvitçinin göstərişi ilə digər işlərin yerinə yetirilməsi. Xəmirin, ratasiya, ştamplama, yaxud xəmirqəlibləmə maşınlarına doldurulması. Dəmir təbəqələrin (lövhələrin) yağlanması. Təbəqələrin formalayıcı maşınlara, yaxud sobalara verilməsi. Daxil olan xəmirin keyfiyyətinə nəzarət edilməsi. Xəmir və xəmir kəsiklərinin maşınlara bölüşdürülməsi. Hazır məhsulun stekkerə yığılması. Pryaniklərin baraban və qazanlarda tirajlanması (şirələnməsi). Pryaniklərin barabana (qazana) doldurulması, şirələnməsi, boşaldılması və quruducu şkaf, yaxud kameralarda qurudulması. Qeyri-standart məmulatların çıxdaş edilməsi.

Peçenye və pryaniklərin əl ilə hazırlanmasının texnoloji əsaslarını; yerinə yetirilən işlərin qaydalarını və üsullarını; xəmir emalının mexanikləşdirilmiş proseslərinə xidmət etmə qaydalarını; xəmirin keyfiyyətinə və qatılığına qoyulmuş tələbləri; pryaniklərin tirajlanması (şirələnməsi) qaydaları və üsullarını; pryaniklərin keyfiyyətinin orqanolentik təyin etmə metodlarını və çıxdaş edilmə qaydalarını.

Xəmirin mexanikləşdirilmiş üsulla rotasiya, ştamplama, yaxud xəmir qəlibləyən maşınlarda formalaşması prosesinin aparılması. Yayılan xəmir qatının qalınlığının tənzimlənməsi. Xidmət edilən işinə nəzarət edilməsi. Yarımmexanikləşdirilmiş üsulla müxtəlif yağlı peçenyelərin hazırlanması prosesinin aparılması. Xəmiryoğuran maşınlarda xəmirin yoğrulması. Xammalın ölçülməsi, çəkilməsi və təsdiq olunmuş resepturaya uyğun olaraq xəmiryoğuran maşınlara doldurulması, hazır xəmirin boşaldılması. Xəmirin stolda əl ilə texnoloji rejimlə müəyyən edilmiş qalınlığa qədəryayılması. Xəmirin əl ilə si və təbəqələrə yığılması.

peçenyelərin yarımmexanikləşdirilmiş üsulla hazırlanmasının texnologiyasını, texnoloji rejimin və onların hazırlanması resepturasını; yerinə yetirilən işlərin qaydalarını və üsullarını; xidmət etdiyi avadanlığın quruluşunu və istismarı qaydalarını.

Müxtəlif növ peçenyelərin və pryaniklərin əl ilə hazırlanmasının texnoloji prosesinin aparılması. Xammal və materialların tədarük edilməsi. Verilmiş reseptura üzrə xəmirin yoğrulması. Ayrı-ayrı məmulatlar üçün xəmirin hazırlanması, formalaşdırılması və məmulatların bişirilməsi. Hazır məhsulun bükücü maşınlara düzgün verilməsinə və onların bükülməsinin keyfiyyətinə nəzarət edilməsi. Peçenye, tort və pirojnalar üçün müxtəlif növ içlik və kremlərin hazırlanmasının texnoloji prosesinin aparılması Qarışdırıcı maşınlara xammalın təyin olunmuş resepturaya uyğun doldurulması. Kremlərin hazırlanması prosesinə nəzarət edilməsi və hazırlanma təyin edilməsi. Müxtəlif içliklərin temperatur maşınında edilməsi və burada temperatur rejiminin tənzimlənməsi.

Müxtəlif növ peçenye və pryaniklərin əl ilə hazırlanmasının, krem və hazırlanmasının texnologiyasını; pryanik və peçenye növləri olunmuş resepturaları; xəmiri və hazır məhsulun keyfiyyətinə tələbləri; xidmət etdiyi avadanlığın quruluşu və istismar qaydalarını.

Peçenye, pryanik və yağlı məmulatların formalaşdırıcı aqreqatda hazırlanmasının texnoloji proseslərinin aparılması. Aqreqatın işə hazırlanması. Xəmiryoğurma şöbəsindən daxil olan xəmirin keyfiyyətinə və xəmirin yayılmasına nəzarət edilməsi. Formalayıcı aqreqatın işə salınması və dayandırılması. Xəmir zolağının fasiləsiz əmələ gəlməsi prosesinə nəzarət edilməsi. Xəmirin verilməsi, konveyer sistemində onun hərəkət sür əti və xəmir zolağının qalınlığının tənzim olunması. Ştamplayıcı mexanizmin işinin dəqiq tənzimlənməsi, formalaşdırılmış məmulatların aqreqatdan təbəqələrə (trafaret), yaxud bilavasitə sobaların polad lentlərinin üstünə yığılması və keçirilməsinin təmin edilməsi.

Fasiləsiz-axınlı mexanikləşdirilmiş xətlərdə peçenyenin hazırlanmasının texnoloji prosesinin aparılması. Xəttin işə hazırlanması. Daxil olan xammalın keyfiyyətinin yoxlanması. Verilmiş reseptura üzrə xammalın düzgün dozalarla və ardıcıllıqla xəmiryoğuran maşınlara doldurulmasının təmin edilməsi. Yoğurma, yayma, formalaşdırma və bişirmə prosesinin tənzimlənməsi. Bişirmənin temperatur rejiminə nəzarət edilməsi. Xətdəki bütün avadanlıqların fasiləsiz və ahəngdar işləməsinin təmin edilməsi.

Formalayıcı aqreqatda peçenye, pryanik və yağlı məmulatların hazırlanmasının resepturasını və texnologiyasını; fasiləsiz - axınlı xətdə peçenye hazırlanmasının texnoloji sxemi və rejimini; xammal, və hazır məhsulun keyfiyyətinin təyinetmə metodlarını; formalayıcı qatların, xəmiryoğuran maşınların, sobanın, nəzarət-ölçü cihazlarının, kommunikasiyaların, fasiləsiz-axınlı xətdə olan avadanlıqların quruluşu və istismar qaydalarını.

İçin vafli vərəqlərinə çəkilməsi və onların əl ilə yapışdırılması. Çökdürücü kisələrin iç ilə doldurulması, Fiqurlu vaflilərə için çökdürülməsi. Vaflilərin yapışdırılması və doğranması.

Əl ilə vafli vərəqlərinə için çəkilməsi, için çökdürülməsi, vaflilərin yapışdırılması və doğranmasının yolları və üsullarını.

Yarımmexanikləşdirilmiş istehsalda vafli hazırlanması.

maşınla vafli vərəqlərinə çəkilməsi və yapışdırılması. için maşının bunkerinə doldurulması. Vafli vərəqlərinin maşının yastıqlarının altına verilməsi. Maşının işə salınması və dayandırılması. için verilməsinin tənzimlənməsi. Yastıqlar arasında müəyyən olunmuş məsafənin nizamlanması. Vafli təbəqələrinin transportyordan qəbul edilməsi və dəst halında yığılması.

Vafli içinin növlərini; vafli vərəqlərinə çəkilən için qalınlığının tənzimlənməsi yollarını və onların maşında yapışdırılmasını; xidmət etdiyi avadanlığın iş prinsipini və istismar qaydalarını.

Mexanikləşdirilmiş axınlı xətdə bir tipdə içli vafli hazırlanmasının texnoloji prosesinin aparılması. Vafli vərəqlərinin miqdar və keyfiyyətinə görə qəbul edilməsi. için hazırlanması prosesinə rəhbərlik edilməsi, onun hazırlığı və keyfiyyətinin müəyyən edilməsi. iç yaxan maşının işinin tənzimlənməsi, iç qatının qalınlığının müəyyən edilməsi. Vafli çəkisinin yoxlanması. için və vafli vərəqlərinin nisbətinin verilmiş resepturaya uyğun gəlməsinə nəzarət edilməsi. Soyuducu kamerada vafli qələrinin soyudulmasına (qalıb bərkiməsinə) nəzarət edilməsi.

Mexanikləşdirilmiş axınlı xətdə hazırlanan vaflilərin resepturası və texnologiyasını; için və vafli vərəqlərinin keyfiyyətinə qoyulmuş tələbləri; bişirmə aparaturasının, iç yaxan maşının, nəqledici qurğuların və istismar qaydalarını.

Mexanikləşdirilmiş axınlı xətdə geniş çeşiddə içli vaflilərin hazırlanmasının texnoloji prosesinin aparılması. Vafli vərəqlərinin qəbulu və iç-yaxma maşınına verilməsi. Məmulatın qatlarının miqdarından asılı iç qatının qalınlığının müəyyən edilməsi. Soyuducu kamerada, vafli təbəqələrinin soyudulmasının, temperatur rejiminə nəzarət edilməsi.

Mexanikləşdirilmiş axınlı xətdə müxtəlif növ vaflinin çeşidi, resepturası və hazırlanma texnologiyasını; hazır məhsulun tələbləri; mexanikləşdirilmiş axınlı xətdəki bütün avadanlıqların quruluşu və istismar qaydalarını.

Fasiləli işləyən qarışdırıcı maşınlarında karamel kütləsinin çalınması prosesinin aparılması. Qazanların sabun kökü ekstraktı və karamel kütləsi ilə doldurulması.

Fasiləli işləyən qarışdırıcı maşınlarında pastila və zefir kütləsinin çalınması prosesinin aparılması. Daxil olan xammalın keyfiyyətinin yoxlanılması, reseptura üzrə aqrar yapışqanı və aramatlaşdırıcı maddələrin əlavə olunması, kütlənin yoğrulması. Çalınma prosesinin gedişinə nəzarət edilməsi, tələb olunan xüsusi çəkiyə əməl olunması, kütlənin hazır olmasının təyin edilməsi. Hazır kütlənin boşaldılması. Qarışdırıcı maşınların və qazanların işinin tənzimlənməsi, onların işə salınması və dayandırılması.

Qarışdırıcı maşınlarında karamel kütləsinin çalınma texnologiyası və texnoloji rejimini; fasiləli işləyən qarışdırıcı maşınlarında pastila, yaxud zefir kütləsinin hazırlanmasını; qulluq etdiyi maşınların quruluşunu və onların istismarı qaydalarını.

Fasiləsiz işləyən qarışdırıcı aqreqatında pastila, yaxud zefir kütləsinin, konfet üçün kütlənin çalınması prosesinin aparılması. Almalı-şəkərli qarışığın resepturasının hazırlanması. Çalınmış kütlənin şəkər-aqar, yaxud şəkər-aqar-patka şirəsilə qarışdırılması. Reseptura qarışığı, yumurta ağı, aqar yapışqanı və essensiyanın dozalara bölünməsi, çalınmış kütlənin hazır olub-olmamasının müəyyən edilməsi. Avadanlığın texniki vəziyyətinə və işinə nəzarət edilməsi. Mikser maşınlarında pomada kütləsinin hazırlanma prosesinin aparılması. Şirə hazırlanan stansiya olmadıqda şirənin bişirilməsi. Bişirici kolonkada pomada şirəsinin nəzərdə qatılığa qədər bişirilməsi. Şnekli qarışdırıcı maşının yükləyici qıfına şirənin vurulması. Pomada hazırlanmasının texnoloji rejiminə riayət olunmasına nəzarət edilməsi. Maşınların və soyuducu sistemin işinə nəzarət edilməsi. Pomadanın çalınması və soyudulması prosesinin başa çatma vaxtının təyin olunması.

Xammal və yarımfabrikatların keyfiyyətinə irəli sürülən tələbləri; fasiləsiz işləyən aqreqatlarda kütlənin hazırlanması və çalınması texnologiyasını; fasiləsiz işləyən qarışdırıcı aqreqatların və qulluq etdiyi digər avadanlıqların quruluşunu.

Vibratorlarda, yaxud əl ilə zefirin, pastilanın, marmeladın şəkər tozu yaxud pudrası ilə tozlanması. Vibratorun şəkər tozu, yaxud pudrası ilə doldurulması, onun işə salınması və işinə nəzarət edilməsi. Pastilanı növ-süz tökən aqreqatda pastila qatının müntəzəm pudralanmasına, qatın üst lentdən alt lentə düzgün keçirilməsinə, reflektorun işinə və lentin yuyulmasına nəzarət edilməsi.

Şəkər tozu və şəkərin sərf normasını; tozlandırmanın keyfiyyətinə tələbləri; transportyorların istismar qaydalarını; məmulatların şəkər tozu, yaxud pudrası ilə tozlandırılması qaydalarını.

Draje qazanlarında karamel və drajenin şəkər tozu və ya kakao tozu ilə tozlanması prosesinin aparılması. Şəkər şirəsinin hazırlanması. Karamel və drajenin qazanlarına doldurulması. Qazanın işə salınması. Şirənin, şəkər tozunun, kakao tozunun porsiyalarla qazana verilməsi. Karamel və drajenin yumurlanması gedişinə nəzarət edilməsi. Tozlanmanın qurtarma vaxtının təyin edilməsi. Zədələnmiş karamel və drajenin seçilməsi. Karamel və drajenin bunkerə, yaxud tabaqlara boşaldılması.

Şəkər şirəsinin bişirilməsinin (hazırlanmasının) texnologiyasını və resepturasını; karamel və drajenin tozlanması üsullarını və qaydalarını; draje qazanlarının iş prinsipini və istismar qaydalarını.

Bişirilmiş biskvitin qəlibdən çıxarılması, yaxud bıçaqla kəsilməsi Qəlibin və biskvitin təmizlənməsi Yarımfabrikatların iş yerlərinə daşınması. Yaxma maşınının müntəzəm olaraq kremlə, yaxud iç ilə doldurulması və onun işinin tənzimlənməsi. Daha mürəkkəb işlərin yüksəkixtisaslı qənnadçının rəhbərliyi altında yerinə yetirilməsi.

Tort və pirojna üçün yarımfabrikatların keyfiyyətinə qoyulmuş tələbləri; tort və pirojnaların kremlə yaxud iç ilə yaxılması və doldurulmasının qaydalarını və üsullarını; yaxma maşınlarına qulluq edilməsi qaydalarını.

Tort, pirojna və fiqurlu peçenye hazırlanması prosesində ayn-ayrı işlərin yerinə yetirilməsi. Müxtəlif şirə və kremlərin hazırlanması. Şirənin bişirilməsi, kremin hazırlanması və rənglənməsi. Tort və pirojna üçün biskvitin yerbəyer edilməsi, hamarlanması və ölçülərə görə qatlara kəsilməsi. Tort və pirojnaların əl ilə yaxud yaxma maşınlarında kremin (için) qatının qalınlığının tənzimlənməsi, krem və iç ilə yaxılması, yaxud doldurulması. Ayn-ayrı növ məmulatlar üçün yarımfabrikatların hazırlanması. ədədi məmulatların çəkisinin yoxlanması. Bişirilmənin keyfiyyətinə nəzarət-ölçü cihazlarının göstəricilərinə görə nəzarət edilməsi. Yarımfabrikatın iş yerinə gətirilmə-məhsulun qablaşdırılması. Mürəkkəb fiqurlu peçenyenin formalaş-prosesinin aparılması. Hopdurucu kisələrin xəmirlə doldurulması, peçenye və pirojnanın təbəqələrin üzərinə əl ilə hopdurulması. Hopdurucu (formalayıcı) maşınlarda “Ukrayna” tipli peçenyenin formalaşdırılması. Hopdurucu maşının silindirinin xəmirlə doldurulması. Peçenyenin hopdurulmasına nəzarət edilməsi. Formalaşdırılmış xəmirin maşından çıxarılması və təbəqələrin üzərinə qoyulması. Daxil olan peçenyenin, için, kremin keyfiyyətinin yoxlanılması. Maşının işə salınması, dayandırılması və onun işinin tənzimlənməsi. Maşının barabanının krem, yaxud içlə doldurulması. Peçenyenin transportyorla kassetə verilməsi, için, kremin çəkilməsi, soyuducu şkafda soyudulması, transportyora qoyulması.

Müxtəlif şirələrin, kremlərin hazırlanma resepturası və texnoloji rejimini; ayrı-ayrı məmulat növləri üçün yarımfabrikatların hazırlanmasını; kremin rəngləndirilməsi üsullarını; istehsal olunan məlumatın çeşidini qənnadı məmulatlarının hazırlanmasında istifadə olunan xammalın, tamlı qatların, cövhərlərin qida boyalarının və yumşaldıcıların növünü; bişirmə aparatlarının, krem hazırlayan və yaxma maşınlarının iş prinsiplərini və istismar qaydalarını.

Sadə kütləvi tort, pirojna və digər ədədi qənnadı və çörək bulka məmulatlarının hazırlanması prosesinin aparılması. Müxtəlif növ xəmirin, kremin və için hazırlanması. Verilmiş reseptura üzrə xammalın tədarük edilməsi, çəkilməsi, ölçülməsi. Xəmirin hazırlanması, qarışdırılması, müəyyən qalınlığa qədər yayılması, un səpilməsi. Hazır yarımfabrikatların bölünməsi. Məmulatların ştamplanması, formalaşdırılması və təbəqələrin üzərinə qoyulması. Məmulatların şəkərləndirilmiş meyvələr, şokolad, kremlə bəzədilməsi. Dondurmadan hazırlanan məmulatların soyuducuya qoyulması.

Unun növünü və xassələrini (əmələ gələn yapışqanlılığını); sadə kütləvi tortların, pirojnaların və başqa ədədi qənnadı məmulatlarının trafaret şəkillərlə hazırlanması və bəzədilməsi resepturasını və rejimini; məmulatların meyvələr, şokolad, kremlə bəzədilməsi üsullarını, xidmət etdiyi avadanlığın quruluşunu.

Müxtəlif kekslərin, ruletlərin, xırda çeşidli peçenyelərin, mürəkkəb növlü tort və pirojnaların müxtəlif xammaldan (çoxrəngli, naxışlı, bir-birindən aralıda yerləşən bəzək şəkil hissələrilə və boyalarla hazırlanması və bəzədilməsi) prosesinin aparılması. Bişirilmiş yarımfabrikatların fiqurlu kəsilməsi, formalaşdırılması. Tort üçün şokoladdan, kremdən, kremdən bəzəklərin hazırlanması. Kremin rənglərə görə seçilməsi, Naxış salınması. Xırda, orta hissələrdən şəkil quraşdırılması. Hazır tort və pirojnaların çəkisinin, rəng elementlərinin və şəkil hissələrinin uyğunluğunun yoxlanması.

Keks, rulet, xırda. çeşidli peçenye, mürəkkəb naxışlı tort və pirojnaların resepturasını və hazırlanma texnologiyasını; şəkillərin (naxışların) quraşdırılma üsullarını.

Daha yüksək ixtisaslı qənnadçının rəhbərliyi altında xüsusi firma resepturası ilə işlənib hazırlanmış yüksək zövqlü, orijinal, fiqurlu, milli, sifarişli tortların hazırlanması prosesinin aparılması. Ayrıca bişirilmiş və naxışlanmış yarımfabrikatların hazırlanması. “Teatr”, “Şokoladlı” tip naborlar üçün hazırlanması prosesinin aparılması. Xammalın, için, naxışlı yarımfabrikatların hazırlanması və keyfiyyətinin yoxlanması. Xəmir tədarüklərinin formalaşdırılması və mürəkkəb növlü məmulatların bəzədilməsi.

Yüksək zövqlü, fiqurlu, sifarişli, milli tortların resepturasını və hazırlanma texnologiyasının əsaslarını; “Şokoladlı” və “Teatr” naborlarına daxil olan konfetlərin, krem, şirə, ayrıca bişirilmiş və bəzədilmiş yarımfabrikatların resepturasını və hazırlanma texnologiyasını; məmulatların !ə bəzədilməsinin üsullarını və yollarını.

Yüksək zövqlü, milli, orijinal, sifarişli, fiqurlu tortların hazırlanması aparılması. Mürəkkəb fiqurlu xəmir tədarüklərinin formalaşdırılması. Məmulatların mürəkkəb formada bəzədilməsi. Bəzək məhsullarının rənginə, formasına və ölçüsünə görə seçilməsi. Müxtəlif xırda və orta Hissələrdən bəzək fiqurlarının quraşdırılması. Firma tortları və pirojnaların hazırlanması üçün reseptura və texnologiyanın işlənməsi.

Milli, yüksək mürəkkəb, fiqurlu, orijinal, sifarişli tortların hazırlanma texnologiyasını; bişirilmiş, bəzədilmiş yarımfabrikatlardan məmulatlar üçün resepturanın işlənib hazırlanma qaydalarını və yollarını; xammal və yarımfabrikatların əmtəəlik xarakteristikasını; məmulatlarm yüksək incəliklə, zövqlə bəzədilməsinin üsullarını və yollarını.

Konsol dayağında əl ilə quşüzümü şirnisini şəkər tozunda diyirlətmək. Kraxmalı yapışqanının bişirilməsi, quş üzümü şirnisinin onda isladılması və şəkər tozu ilə tozlanması. Quşüzümü şirnisi olan tabaqların silkələnib qarışdırılması. Şəkərdə quşüzümü şirnisi fasiləsiz - axınlı aqreqatdakı transportyorun lentindən olan tabaqların götürülməsi və onların daşınıb anbara yığılması.

Quşüzümü şirnisinin əl ilə şəkər tozunda diyirlətmək (hazırlanması) və yollarını.

Daha yüksək ixtisaslı quşüzümü şirnisi hazırlayanın rəhbərliyi altında - axınlı xətdə quşüzümü şirnisinin şəkərdə istehsalı prosesinin aparılması. Fasiləsiz - axınlı xətdə mexanikləşdirilmiş üsulla vibrasiya stolunda quşüzümünün şəkər tozunda diyirləndirilməsi. Qabaqcadan kraxrnal yapışqanında isladılmış və şəkər tozu səpilmiş quşüzümünün tabaqlarda stolun üstünə qoyulması. Şəkər tozunun səpilməsi prosesinə nəzarət edilməsi. Hazır quşüzümü şirnisini tabaqlarla götürüb nizamla qalaq 3 tərəzidə çəkib bükmək üçün vermək.

Quşüzümü şirnisinin mexanikləşdirilmiş üsulla şəkər tozunda diyirləndirilməsi prosesinin aparılması qaydalarım; vibrasiya stolunun quruluşunu və iş prinsipini.

Fasiləsiz - axınlı xətdə quşüzümünün şəkərdə istehsalı prosesinin aparılması. Xammalın hazırlanması və keyfiyyətinin yoxlanması. Yapış-qanın hazırlanması və onun aromatlaşdırılması. Quşüzümünün yoxlama (inspeksiya) transportyoruna, yapışqanın və şəkər tozunun isə xəttin dozalaşdıran qurğusuna verilməsinə nəzarət edilməsi. Dozalara ayıran mexanizmlərin, diyirlənmə keyfiyyətindən asılı olaraq və resepturanın tələblərinə uyğun olaraq yarımfabrikat və hazır məhsulun elektroreflektorlarla qurudulmasının tənzimlənməsi. Xətdəki bütün avadanlıqların qarışılıqlı əlaqəsinin təmin edilməsi. inspeksiya trasportyorunun, dozalara ayıran mexanizmlərin, yumrulayan və rəng barabanlarının, yumrulayan vibrasiya maşınının texniki vəziyyətinə və işinə nəzarət edilməsi, onların işindəki aradan qaldırılması.

Quşüzümünün şəkər tozunda hazırlanmasının resepturası və texnologiyasını; şəkər tozunun keyfiyyətinə irəli sürülən tələbləri; quşüzümü şirnisinin şəkər tozunda hazırlanmasının texnoloji prosesinin tənzimlənmə metodlarını; axınlı xəttin bütün avadanlıqlarının quruluşunu və istismar onların tənzimlənmə üsullarını; hazır məhsulun keyfiyyətinə sürülən tələbləri.

Şəkərli drajelərin diyirlədilməsi və bəzədilməsi. Draje qazanlarının draje korpusları ilə (kütləsi) doldurulması, şirə əlavə edilməsi, draje korpusunun şəkərdə yuvarlandırılması və şəkər tozu səpilməsi. Qazanların fırlanma sürətinin və korpusların emal mərhələsinin müddətinin tənzimlənməsi. Şəkər örtüyü qatının bərabər ölçüdə artmasına, onun düzləndirilməsinə və pardaxlandırılmasına nəzarət edilməsi. Hazır məhsulun qazandan boşaldılması.

Müxtəlif növ drajelərin yuvarlandırılması (diyirləndirilməsi) və bəzədilməsi qaydaları və yollarını; draje qazanlarının iş prinsipini və mar qaydalarını.

Daha yüksək ixtisaslı draje hazırlayanın rəhbərliyi altında müalicə əhəmiyyətli - tərkibində dərman, vitamin, bakteriya, virus, endokrin və digər preparatlar olan drajelərin, həmçinin liker-jele növlü drajelərin hazırlanmasının texnoloji prosesinin aparılması. Draje kütləsi üçün materialların hazırlanması. Şəkər şirəsinin verilmiş resepturaya görə hazırlanması. Qazanların draje korpusları (kütləsi) ilə doldurulması. Tələb olunan ölçü-də, çəkidə, formada və örtükdə draje almaq məqsədilə drajeləmə prosesinə nəzarət edilməsi. Xammal, yarımfabrikatın sərfinə, hazır məhsulun keyfiyyətinə nəzarət edilməsi. Draje qazanlarının işindəki nasazlıqların aşkar edilməsi.

İstehsal olunan drajenin çeşidini; xammalın, yarımfabrikatın, hazır məhsulun xassələrini; müxtəlif növ draje hazırlanmasının texnoloji rejimi və texnologiyasını, draje qazanlarının quruluşunu; müalicə əhəmiyyətli drajelərin növü və xassələrini; tətbiq olunan dərmanların, vitaminlərin, bakteriyaların, virusların, endokrin və digər preparatların orqanizmə təsiri.

Rəngli, şokoladlı və müalicə əhəmiyyətli draje hazırlanmasının texnoloji prosesinin aparılması. Maşınla, yaxud əl ilə müxtəlif draje korpusunun - likörlü, pomadalı jeleli, meyvə-giləmeyvəli, karamelə oxşar drajelərin hazırlanması. Şəkər və likörlü şirələrin, hamarlayıcı şokolad şirəsinin, pomadka, yaxud tərkibində vitamin, dərman, bakteriya, endokrin, virus və digər preparatlar olan draje kütləsinin hazırlanması. Draje qazanlarında draje kütləsinin şəkər tozunda diyirləmək yolu ilə üstü hamarlı tələb olunan formada və ölçüdə yarımfabrikatların hazırlanması. Drajeləmə prosesinə nəzarət edilməsi və onun tənzimlənməsi. Müalicə əhəmiyyətli draje istehsal etdikdə, analiz üçün nümunə seçilməsi. Korpus, yarımfabrikat, kütlə və şirə hazırlanmasının keyfiyyətinə nəzarət edilməsi, bişirmə aparatlarının, formalandırıcı maşınların və quruluşunu və işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.

Xammal, material, yarımfabrikat və hazır məhsulun xassələrini; şirənin bişirilməsinin, müxtəlif növ draje üçün drajeləyici və hamarlayıcı kütlənin hazırlanmasının resepturasını, texnoioji rejimi və üsullarını; xammalın, yarımfabrikatın və hazır məhsulun keyfiyyətinə irəli sürülər tələbləri; bişirmə aparatlarının, draje qazanlarının və formalayıcı maşınların quruluşunu, işindəki nasazlıqları, onların aşkar edilməsi və aradan qaldırılması üsullarını.

Halva istehsalı üçün zülali kütlə hazırlanmasında köməkçi işlərin yerinə yetirilməsi. Küncüt, günəbaxan və digər yağlı bitki toxumlarının qovrulması. Qovrulmuş küncüt toxumundan qabığın əl ilə, yaxud solomur maşınında ayrılması. Duz məhlulunun hazırlanması. Qovrulmuş küncüt toxumiannın məhlula doldurulmacı. Toxumların yuyucu maşınlarda, ya-xud əl ilə suda yuyulması. Covurucu maşınların, separatorların, dəndöyən maşınların yüklənməsi, qulluq edilməsi və onların işinin tənzimlənməsi.

Halva istehsalından istifadə olunan küncüt və digər yağlı bitkilərin texniki şərtlərini, onların toxumunun duz məhlulunda emal edilməsi dalarını; maşınların və pnevrnatik qurğuların iş prinsipini və onların istismar qaydalarını; yağlı bitkilərin toxumunun qovrulması texnologiyasını və küncütün solomurlaşdırılması qaydalarını.

Halva istehsalı üçün zülali kütlə hazırlanmasında köməkçi işlərin yerinə yetirilməsi. Daxili' olan xammalın keyfiyyətinin, küncüt toxumlarının qovrulmasının və yuyulmasının keyfiyyətinin obyektiv (orqonoieptik) metodlarla yoxlanılması. Xammalın sentrifuqaya doldurulması və burada on-ların nəmliyinin çıxarılması. Nəmliyin çıxarılmasını əl ilə yoxlamaqla nəzarət edilməsi. Küncütün qovrulması və solomurlaşdırılması proseslərində qoyulmuş rejimə əməl olunmasının təmin edilməsi. Emal olunmuş toxumun qovrulmağa, yaxud qurudulmağa verilməsi.

Xammaldan nəmliyin kənar edilməsinin texniki şərtləri və texnologiyasını; xammalın keyfiyyətinə və toxumun emalına qoyulmuş tələbləri; xidmət etdiyi maşınların quruluşunu; toxumun nəmliyinin alınmasının mahiyyətini.

Daha yüksək ixtisaslı kütlə hazırlayanın rəhbərliyi altında, halva istehsalında zülali kütlənin hazırlanması prosesinin aparılması. Yağlı toxumlarının, araxis qozlarının xırdalanması. Xammalın bir bərabərdə fasiləsiz surətdə doldurulması. Verilmiş texnoloji rejimə uyğun xammalın xırdalanması dərəcəsinin tənzimlənməsi. Üyütmənin təyin etmək üçün nümunə götürülməsi. Üyütmənin narınlığına və keyfiyyətinə nəzarət edilməsi. Quruducuda temperatur rejiminin tənzimlənməsi və qurutma prosesinə nəzarət edilməsi.

Toxum və ləpənin xırdalanmasının texnologiyası və texnoloji rejimini; zülali maddə alınmasının təyini metodlarını; texnoloji və kommunikasiyaların quruluşu, onların istismar qaydalarını; üyütmənin verilmiş narınlığını; üyüdülmüş xammalın keyfiyyətinə və onun qurudulmasına irəli sürülən tələbləri.

Halva istehsalı üçün zülalı kütlə hazırlanmasının texnoloji prosesinin aparılması. Küncüt, araxisin daxil olmasına (qəbuluna) nəzarət edilməsi, növündən və keyfiyyətindən asılı olaraq, onların emal olunma rejiminin təyin edilməsi. Doldurulmuş xammalın dozalaşdırılmasının yoxlanılması və tənzimlənməsi. isladılma, qurudulma, solomurlaşdırma, qurudub-qovurma və toxumun üyüdülməsinin texnoloji rejiminə riayət edilməsinin tə min olunması. Alınan zülal kütlənin keyfiyyətinin müəyyən edilməsi. Dəndöyən, solomurlaşdırıcı maşınların, quruducunun, üyüdən qurğunun və pnevmatik avadanlıqların texniki vəziyyətinə, sazlanmasına və işinin tənzimlənməsinə nəzarət edilməsi. Avadanlığın və kommunikasiyaların işindəki nasazlığın aşkar edilməsi və aradan qaldırılması. Halva istehsalında zülali kütlə hazırlanması prosesinin aparılmasına rəhbərlik edilməsi.

Zülali kütlənin hazırlanmasının texnoloji rejimini və texnologiyasını; məhlulunun qatılığının təyin edilmə metodlarını; zülali kütlə arasında texnoloji avadanlıqların konstruktiv xüsusiyyətlərini, onların işin nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını.

İnvertatorda saxarozanın inversiya olunması texnoloji prosesinin aparılması. invertatorların şəkər şirəsi ilə doldurulması. Soyuq suyun buxar köynəyinə verilməsi. Şəkər şirəsinin tələb olunan temperatura soyudulması. Prosesin temperatur rejiminə nəzarət edilməsi ənməsi. Xüsusi ölçənlə turşunun müəyyən qatılığa qədər durulaşdırılması. inventatorun qarışdırıcısının işə qoşulması və turşu məhlulunun tökülməsi. Saxarozanın inversiya prosesinin gedişinə nəzarət edilməsi. Zəifləşmiş maddələrin tərkibinin laboratoriya analizi üçün fasiləsiz olaraq nümunə götürülməsi, onların tərkibinə əlavə miqdarda turşu məhlulu, yaxud tərkibində nisbətən az zəifləşmiş maddələr olan invert şirəsi daxil etmək yolu ilə tənzimləndirilməsi, ciddi surətdə təyin olunmuş qatılıqda, bikarbonat məhlulunun ölçü cihazında hazırlanması. Qələvi məhlulu ilə invert şirənin neytrallaşdırılma prosesinin aparılması. Sınaq üçün nümunə götürülməsi. Hazır invert şirədə refraktometrin köməyi ilə quru maddələrin miqdarının təyin edilməsi. invert şirənin süzgəcdən keçirilməklə çənə süzülməsi. Avadanlığın işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Avadanlıqların təmizlənməsi və yuyulması.

İnvert şirənin tərkibini və xassələrini və onların temperatur rejimindən asılılığını, istiliyə davamiyyətinin təsirini, şəkər məhlulunun versiya üçün tətbiq olunan qida turşularının xassələrini və məhlulda qatışıqların olmasını; boru kəmərləri və avadanlıqların sxemi və yerləşdirilməsini; nəzarət-ölçü cihazlarının təyinatını və istifadə qaydalarmı; saxarozanın inversiya rejimini və texnologiyasını; xidmət etdiyi avadanlığın quruluşunu.

Daha yüksək ixtisaslı karamelçinin rəhbərliyi altında ştamplayıcı və kəsici maşınlarda müxtəlif əməliyyatların yerinə yetirilməsi Soyudulmuş karamellərin tabaqlara boşaldılması. Tabaqların üst-üstə yığılması.

Karamelin əsas xassələrini və fərqləndirici əlamətlərini; hazır məhsulun keyfiyyətinə irəli sürülən tələbləri; yerinə yetirilən işlərin qaydalarını və yollarını.

Karamel kütləsinin gətirilməsi və soyuducu stola boşaldılması. Karamel kütləsinə boyaq maddəsi, turşu və esensiyanın əlavə edilməsi. Kütlənin qarışdırılması və düzəldilməyə verilməsi. Zay məhsulun seçilməsi. Yüksək ixtisaslı karamelçinin göstərişi və rəhbərliyi ilə daha mürəkkəb işlərin yerinə yetirilməsi.

Karamel kütləsinin, turşunun və essensiyanın, boyaq maddəsinin əsas xassələrini və fərqləndirici əlamətlərini; karamel kütləsinə boyaq: maddələrinin, turşunun, essensiyanın əlavə edilməsi qaydalarını və yollarını, kütlənin qarışdırılmasının; karamel kütləsinin zay məhsulunun aşkar edilməsi və onun aradan qaldırılmasını.

İkiqat, yaxud qatı içli karamelli əl ilə istehsal etmək üçün karamel kütləsinin düzəldilməsi, onun stol üstündə lay-lay kəsilməsi, soyudulması, Karamel kütləsinin dartıcı maşında dartılıb uzadılması. içliyin qızdırılması rejiminə nəzarət edilməsi. içliyin diyirlədən-içqoyan maşına doldurulması və emal edilməsi. İçin daxil olmasını və karamel batonunun formalaşmasını tənzimləmək, kalibriəyici-dartıcı mexanizmdə batonun burulmaqla və onun karamel formalayıcı aqreqata verilməsi. Kalibləyici-dartıcı mexanizminvə karamel formalayıcı aqreqatın işinin tənzimlənməsi və onların işindəki nasazlıqların aradan qaldırılması.

İkiqat karamel istehsal etmək üçün karamel kütləsinin düzəldilməsi qaydalarını və yollarını, texnoloji rejimi, batonun formalaşdırılmasını; xidmət etdiyi maşın və mexanizmlərin quruluşunu, iş prinsipini, istismar qaydalarını və tənzimləmə üsullarını; nəzarət-ölçü cihazlarından istifadə etmək qaydalarını və təyinatını.

Karamel formalayıcı maşında nabat karameli istehsalının texnoloji proseslərinin aparılması. Karamel kütləsinin hövkələnməsi, düzəldilməsi və soyudulması rejiminin tənzimlənməsi, onun formalaşdırılmağa hazır olduğunun müəyyən edilməsi. Karamelin ştamplayıcı, yaxud kəsici zəncirləri olan maşınlarda, həmçinin monpası vərdənəsində formalaşdırılması. Qulluq edilən avadanlıqların nasazlıqlarının aşkar edilməsi və aradan qaldırılması. Fasiləsiz-axınlı xətdə nabat karamelinin istehsalı zamanı bişirilmə, aramatlaşdırılma, soyudulma prosesinə nəzarət edilməsi və onun işinin tənzimlənməsi; formalaşdırılmış karamelin bükülməsinin, tərəzidə çəkilib bükülməsinin keyfiyyətinin yoxlanılması.

Nabat karameli düzəltmək üçün karamel kütləsinin xassələrini; nabat karameli istehsalının texnoloji prosesinə nəzarət və tənzimləmə metodlarını; bişirmə aparaturası, karamel formalaşdırıcı maşın və nəqledici mexanizmlərin, kommunikasiyaların, fasiləsiz-axınlı mexanikləşdirilmiş xəttin quruluşunu və istismar qaydalarını; nabat karamelinin keyfiyyətinə irəli sürülən tələbləri.

Karamel formalayıcı aqreqatda içli karamel istehsalının texnoloji prosesinin aparılması. Aqreqatın maşın və mexanizmlərinin işinin tənzimlənməsi və yoxlanılması. Karamel kütləsinin və içliyin vaxtında hazırlanması və formalaşdırılmaya verilməsinin təmin edilməsi. Karamel kütləsinin hövkələyən maşınlarda, yaxud əl ilə qat-qat yığılması. Karamel qatının hazırlanması və diyirlədən maşının içdolduran borusuna qoyulması. içliyin qızdırılması və mexanikləşdirilmiş üsulla, yaxud əl ilə iç doldurana verilməsi. içliyin içdolduran borunun içindən karamel batonuna keçirilməsi. Batonun kalibrləyici-dartıcı mexanizmdən keçirilməsi. Karamelin ştamplayıcı və kəsici zəncirləri olan maşınlarda formalaşdırılması prosesinə nəzarət edilməsi.

Karameli ikiqat qatı içlə istehsal etdikdə-karamel paketinin düzəldilməsi, onun içlə doldurulması, “paket”in bağlanması və dartılması, diyirlə-maşına qoyulub növbəti formalaşdırılmaya verilməsi. Karamelin rəngli qabıqda istehsalında-müxtəlif rəngli karamel kütləsinin bir neçə dəfə yuyulub, naxışlı qat alınanacan dartılması və ona içli “paketin” bükülməsi.

Fasiləsiz-axınlı mexanikləşdirilmiş xətdə içli karamelin düzəldilməsi prosesinin aparılması. Karamel istehsalının bütün fəzalarında texnoloji rejimə əməl olunmasına və işdə baş verən nasazlıqların aradan qaldırılmasına, nəzarət-ölçü cihazlarının işinə nəzarət edilməsi. Karamel aparatın işi ilə əlaqədar olan, xətdəki bütün avadanlıqları qarşılıqlı əlaqəsinin təmin edilməsi. Bişirmə aparaturasının, dozatorların soyuducu qurğuların, içdiyirlədən və temperatur (istilik) maşınlarının, formalaşdırıcı aqreqatın, cilalayıcı aparatın, büküb-çəkən avtomatın, bükən maşın və transportyorların doldurulması, iş rejiminin və ahəngdarlığının tənzimlənməsi.

Müxtəlif içli karamel hazırlanmasının resepturası, texnoloji rejimi və üsullarını; karamel kütləsinin və içliyin çeşidini və xassələrini; içliyin və karamelin keyfiyyətinə irəli sürülən tələbləri; müxtəlif növ karamel düzəltmək üçün lazım olan avadanlıqların işinin tənzimlənməsini; konstruktiv xüsusiyyətlərini v istismar qaydalarını.

Draje qazanlarda karamelin və drajenin cilalanması. Mumlu yağ qarışığının şəkər şirəsinin hazırlanması. Draje qazanlarının doldurulma-boşaldılması. Şəkər şirəsinin, qida boyaqlarının və mumlu yağ qarışığının verilmiş reseptura üzrə dozalaşdırılması. Draje maşınlarının işə salınması və dayandırılması. Qənnadı məmulatlarının cilalanması prosesinin tənzimlənməsi. Hazır məhsulun çıxdaş edilməsi.

Fasiləsiz işləyən aparatlarda (baraban) karamel və drajenin cilalanması Aparatın işə salınması və onun seksiyasına karamelin və drajenin daxil olmasının tənzimlənməsi. Dozatorun şirə, pardax, talk kimi komponentlərlə doldurulması və işinin tənzimlənməsi. Hamarlama prosesinə və cilalanma-sının keyfiyyətinə nəzarət edilməsi. Qurutma üçün havanın verilməsi. Texnoloji rejimin pozuntularının xəbərdar edilməsi. Xidmət edilən avadanlıqların işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.

Karamel və drajenin çeşidini; şirənin, mumlu yağ qarışığının cilalayıcının hazırlanma texnologiyası və texnoloji rejimini; karamel və drajenin qırılmasının (əzilməsi) xəbərdar edilməsi və aradan qaldırılması yollarını; drajeləyici qazanların, fasiləsiz işləyən aparatların, hazlarının quruluşunu, istismar və onlarla rəftar qaydalarını.

Konfet korpusunun kraxmalda qalıb bərkidildikdən sonra Təmizlənmiş korpusların tərəziyə verilməsi. Hazır məhsulun transportyordan yığılması.

Sürətli soyuduculu mexanikləşdirilmiş axın xətlərinin kamerasına olan tabaqların (latoqların) yerləşməsinə nəzarət edilməsi.

Hazır kütlədən marsipanlı, gavalılı və digər konfetlərin korpusunun üsulu ilə əllə formalaşdırılması prosesinin aparılması. Pomadalı, praminli, marsipanlı kütlə və kremlərin isidilməsi və qarışdırılması. Təmli, rəngverici və aromatik maddələrin əlavə edilməsi. Şpris kisələrinin konfet kütləsi ilə doldurulması, məmulatın formalaşdırılması (hopdurulması), onların rənglənməsi.

Yerinə yetirilən işlərin qaydalarını və yollarını.

Daha yüksək ixtisaslı konfetçinin rəhbərliyi altında əl ilə, yaxud yarımmexanikləşdirilmiş üsulla müxtəlif növ konfetin və milli şirniyyatın hazırlanma prosesinin aparılması. Şirənin bişirilməsi, soyudulması, çalınması, qızdırılması, aromatlandırılması. əl ilə, yaxud yarımmexanikləşdirilmiş üsulla konfet kütləsinin kraxmala hopdurulması və qalıb bərkiməsi. Kraxmalın ələnməsi. Kraxmalda hopdurmaq üçün oyuq yeri ştamplanması əl ilə, yaxud maşınla konfet korpuslarının kraxmaldan təmizlənməsi və onların axınlı özü paylaşdıranda bölüşdürülməsi. Yaxıcı konveyerə qulluq edilməsi və konfet kütləsinin yaxıcı konveyerin bunkerinə doldurulması. Konfet kütləsinin qatının qalınlığının tənzimlənməsi. Konfet qatlarının çevrilməsi, soyumuş qatların qalıb bərkiməyə və kəsici maşınlara verilməsi. Transportyorun texniki vəziyyətinə və işinə nəzarət edilməsi.

Hopdurucu preslərdə, yaxud digər formalaşdırıcı aqreqatlarda konfet batonlarının preslənməsi. Preslərin bunkerinin konfet kütləsi ilə doldurulması. Preslərin işə salınması, dayandırılması və onların işinin tənzimlənməsi. Baton və anqut zolaqlarını verilmiş formada kəsən maşınlara (konfetə lazımi forma verən) nəzarət edilməsi və vaxtlı-vaxtında onlara konfet kütləsinin verilməsi.

Daha yüksək ixtisaslı konfetçinin rəhbərliyi altında fasiləsiz-axınlı xətdə günbəzşəkilli konfetlərin kakao tozu və vafli yarmasına batırılması və tozlanması. Tryufel və cənub qozunun draje qazanlarında və digər aparatlarda hamarlandırılması. Qazanların konfet korpusları ilə doldurulması, korpusların qazan fırlandıqca kakao tozu ilə tozlanması. Kakaonun bir bərabərdə səpilməsinə, məmulatın boşaldılmasına və ələnməsinə nəzarət edilməsi. Qeyri-standart məmulatların seçilməsi, qulluq edilən avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.

Əl ilə, yaxud yarımmexanikləşdirilmiş müxtəlif konfetlərin, yarımfabrikatların, milli şirniyyatın hazırlanması texnologiyasının əsaslarını; transportyorun doldurulması qaydaları və üsullarını; müxtəlif qatlarının hazırlanması və yaxud yaxılması üsullarını; tənzimlənməsi üsullarını; tryufellərin hamarlandırılması üsullarını və texniki şərtləri; konfet batonlarının hazırlanması texnologiyasını; draje qazanının və hopdurucu preslərin iş prinsipini, istismar qaydalarını və onlara qulluq edilməsini.

Yaxıcı transportyorda birqat konfetlərin və konfet-vafli qatlarının düzəldilmə prosesinin aparılması. Müxtəlif şirələrin bişirilməsi, soyudulması və çalınması. Konfet kütləsinin qızdırılması, qarışdırılması, aromatlandırılması. Birqat konfet qatlarının və konfet-vaflilərin hazırlanması, soyudulması (qalıb bərkiməsi) və kəsilməyə verilməsi. Bişirmə aparaturasının, krem hazırlayan maşının, yaxıcı transportyorun, kəsici maşınların işinə nəzarət edilməsi və tənzimlənməsi. əl ilə müxtəlif tipli konfetin, o cümlədən “Qara gavalı şokoladda” və milli şirniyyatın hazırlanma prosesinin aparılması. Konfetformalayan maşının işinin tənzimlənməsi, texniki vəziyyətinə görə nəzarət edilməsi və onun işindəki nasazlıqların aradan qaldırılması. Bunkerin doldurulmasına, qəbuledici bunkerdə konfet kütləsinin temperaturasına, formalayıcı (hopdurucu) və konfet korpusunun formalaşdırılmasına, kraxmalverən mexanizmin işinə nəzarət edilməsi. Gün-konfetin fasiləsiz-axınlı xətdə kakao tozuna və vafli yarmasına batırılması və tozlandırılması.

hazırlanma texnologiyasını; xammal, yarımfabrikatların keyfiyyətinin orqanoleptik metodu ilə müəyyən edilməsi; yaxıcı transportyorun, kəsici və konfettökən maşınların quruluşunu və istismar qaydalarını; mexanizmlərin tənzimlənmə üsullarını; formalaşdırılan materialların keyfiyyətinə irəli sürülən tələbləri.

Yarımmexanikləşdirilmiş üsulla müxtəlif növ konfetlərin və milli şirniyyatın düzəldilmə prosesinin aparılması. Konfet kütləsinin hazırlanması keyfiyyətinin yoxlanılması, hazırlanmasının təyin edilməsi. için və şokolad şirəsinin hazırlanması. Konfetlərin formalaşdırılması, şirələnməsi və bəzədilməsi. Hopdurucu maşında konfet korpusunun formalaşdırılması. Konfet kütləsinin verilmiş reseptura üzrə və formalaşmaya hazırlanması və yükləyici bunkerə verilməsi. Hopdurucu avadanlığın işinin tənzimlənməsi. Tabaqların hazırlanmasına və kraxmalla düzgün doldurulmasına, oyuqların ştamplanmasının keyfiyyətinə, korpusların bərkiməsi prosesinə nəzarət edilməsi.

Yaxıcı transportyorda çoxqatlı konfetlərin və “Sufle” tipl obivnıx korpusiarının hazırlanması prosesinin aparılması. Konfetlərinin verilmiş reseptura üzrə hazırlanması, qızdırılması, çalınması və digər komponentlərlə qarışdırılması. Konfet kütləsinin transportyorun lentinə ardıcıllıqla verilməsi, qatların ayrılıqda yaxılması. Konfet laylarının hamarlanması və kəsilməsi.

Tryufel hazırlanması prosesinin aparılması. Kütlənin çalınması, keyfiyyətinin yoxlanılması. Tryufelin maşında, yaxud əl ilə formalaşdırılması Draje qazana tryufelin doldurulması, şokolad şirəsinin tryufelin üstünə çəkilməsi, kakao tozuyla şəkər tozunun qarışığında yuvarlandırılması. Draje qazanından tryufelin çıxarılması, kakao tozunun artığının təmizlənməsi. Hazır tryufelin tərəzidə çəkilməsi. “Şokoladlı”, “Teatr” və s. naborlara daxil olan konfetlərin hazırlanması üçün yarımfabrikatiana tədarüklərin bəzədilmə materiallarının hazırlanması üzrə işlərin yerinə yetirilməsi.

Yarımmexanikiəşdirilmiş üsulla müxtəlif növ konfetin və milli şirniyyatın düzəldilməsi və konfet kütləsinin hazırlanma texnologiyasını və resepturasını; çoxqatlı konfetlərin yaxıcı stolda düzəltməyin texnologiyasını. Bi-şirmə aparaturasının, konfet hopduran, hazırlayan və kəsici maşınların yaxıcı transportyorun quruluşunu, istismar və tənzimləmə “Şokoiadlı”, “Teatr” və digər naborlara daxil olan konfetlərin üçün lazım olan yarımfabrikat, tədarük, bəzədilmə materiallarının və istehsalı texnologiyası və resepturası.

Hopdurucu formalaşdırıcı aqreqatlarda konfet istehsalı prosesinin aparılması. Formalaşdırmaq üçün lazım olan pomadanın, jelenin və digər konfet kütləsinin hazırlanma resepturasına və texnoloji rejimə əməl olunmasına nəzarət edilməsi. Korpusun hopdurulması və qalıb bərkiməsi, kraxmaldan təmizlənməsi prosesinin tənzimlənməsi. Aqreqatın bütün hissə və mexanizmlərinin qarşılıqlı əlaqələrinin təmin edilməsi və onların işindəki nasazlıqların aradan qaldırılması. Tabaqların kraxmalla bir bərabərdə doldurulmasına, oyuqların ştamplanması və onların doldurulmasına nəzarət edilməsi. Korpuslardakı deformasiyaların aşkar edilməsi və onların səbəblərinin, həmçinin işdəki nasazlıqların aradan qaldırılması. Standarta uyğun olaraq, korpusların çəkisinə nəzarət edilməsi.

Sürətli soyuduculu mexanikləşdirilmiş axınlı xətlərdə konfet hazırlanması prosesinin aparılması. Konfet kütləsinin bişirilməsi, qızdırılması, resepturaya əsasən komponentlərin daxil edilməsi; kütlənin çalınması və qızdırılması, korpusların hopdurulması və soyudulmağa növbəti emalın gedişinə və konfetin bəzədilməsinə nəzarət edilməsi. işin ahəngdarlığında və texnoloji rejimdə baş verən nasazlıqların və pozulma hallarının aşkar edilməsi və aradan qaldırılması. Məhsulun soyuducu kamerada temperatura rejiminə nəzarət edilməsi. Konfet kütləsinin nəmliyinin analizi üçün nümunə götürülməsi.

Presləmə metodu ilə fasiləsiz axınlı kompleks-mexanikləşdirilmiş xətdə müxtəlif növ konfetlərin hazırlanma prosesinin aparılması. Konfet kütləsinin formalaşdırması, kəsilməsi, burulması, şirələnməsi və bükülməsi prosesinə hazırlanması. Texnoloji prosesin gedişinə, ölçü cihazlarının göstəricilərinə, yoxlama metodunun nəticələrinə görə nəzarət edilməsi, resepturaya əməl olunmasına nəzarət edilməsi. Fasiləsiz axınlı kompleks-mexanikləşdirilmiş xətdə “Qrilyaj” tipli konfetin hazırlanma prosesinin aparılması. Qrilyaj üçün şəkərin əridilməsi, fındığın xırdalanması, konfet kütləsinin hazırlanması prosesinin aparılması. Konfet kütləsinin sonrakı emalı və konfetin bəzədilməsinin gedişinə nəzarət edilməsi. Nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən konfet kütləsinin hazırlanması və şəkərin əridilməsi prosesinin tənzimlənməsi. Xəttə daxil olan bütün maşınların, avtomatların, aparatların, aqreqatların və nəzarət-ölçü cihazlarının texniki tinə və fasiləsiz, sinxron işinə nəzarət edilməsi.

Xammal və yarımfabrikatların xassələrini və onların keyfiyyətinə olan tələbləri; konfet kütləsinin hazırlanmasının resepturasını və texnologiyasını; xəttin avadanlığının quruluşunu; temperatur, pomadaçalan maşının, konfet korpusunun bərkiməsini sürətləndirmək üçün qurğunun işinin nizamlanması qaydalarını; nəzarət-ölçü cihazlarının təyinatını və istifadə olunması qaydalarını; hazır məhsulun keyfiyyətinin obyektiv (orqanoleptik) metodlarla qiymətləndirilməsi.

Marmelad kütləsinin əl ilə formalara tökülməsi. Teleləşmə prosesinin başaçatma vaxtının müəyyən edilməsi. Soyumuş marmeladların əl ilə formadan çıxardılması və marmeladla dolu şadaranın arabacığa qoyulması. Tabaqların marmelad tökən maşının altına qoyulması. Batonların nazik qabığa sarınması və onların lövhələrin üstünə qoyulması. Batonların şəkərlə tozlanmasına, fasiləsiz işləyən aqreqatlarda batonların müəyyən uzunluqda dilimlərə kəsilməsinə nəzarət edilməsi. Zefirin hissələrinin əl ilə yapışdırılması və şadaraya düzülməsi. Dolu şadaraları transportyordan götürüb, qəfəsə (stellaj) meydançaya qoyulması.

Marmeladın əl ilə tökülməsi və seçilməsinin yollarını; jeleləşmə prosesinin başaçatma vaxtının müəyyən edilməsinin üsullarını; batonlara və apelsinli-limonlu payların qabığına irəli sürülən tələbləri; batonların nazik sarınmasını.

Marmeladtökən aqreqatda meyvəli-giləmeyvəli marmelad kütləsinin, yaxud mayetökən maşınlarda üçqat jeleli kütləsinin tökülməsi, hopdurulması. Mayetökən aparatın bunkerinə marmelad kütləsinin doldurulması. Maşınların işə salınması və dayandırılması Marmeladın tökülməsi, hopdurulması və seçilməsi prosesinin tənzimlənməsi.

Üçqatı marmelad hazırlananda jele kütləsinin qızdırılması, aromatlaşdırılması, turşuluğunun artırılması, rənglənməsi. Hər bir qatın jeleləşmə dərəcəsinin ayrıca təyin edilməsi. Maye hopduran mexanizmlərin işinin tənzimlənməsi. Hazır marmelad laylarının kəsilməyə verilməsi.

Tabaqların pastilatökən maşının zəncirli transportyoruna qoyulması və onların pastila kütləsilə doldurulması. Pastilə kütləsinin layının qalınlığının bir bərabərdə olmasının təmin edilməsi.

Pastilanın novsuz tökən xətdə maye hopduran mexanizmin işinin tənzimlənməsi. Kütlənin lentə tökülməsinə, pastilanın qabığının əmələ gəlməsinə nəzarət edilməsi. Lentin üzərində layların hərəkətinin və qatının qalınlığının tənzimlənməsi. Onun şəkər tozu ilə tozlanması, lenti yağlamaq üçün invertin verilməsi Lentin düzgün və müntəzəm yağlanmasına; soyuducunun daxil olmasına və yan kəmərlərin yuyulmasına fikir verilməsi.

Batonların və apelsinin-limonlu dilimlər üçün qabığın hazırlanması. Temperatur maşınında yapışqanlı şirənin soyudulması. Jele kütləsinin rənglənməsi, aromatlaşdırılması və turşu verilməsi. Kütlənin bunkerə verilməsinin bölüşdürülməsi və kütlənin temperaturunun tənzimlənməsi. Kütlənii formaya, transportyora, boruşəkilli aqreqata, yaxud fasiləsiz işləyən aqreqatın maye hopduran başlığına tökülməsi. Batonların formalardan çıxarılıb lövhələrə qoyulması və bərkiməyə göndərilməsi. Yaxıcı transportyorlarda qabığın eni və qalınlığının və onun formalaşdırıcı transportyorun novundakı vəziyyətinin tənzimlənməsi. Qabığın soyudulmasına nəzarət edilməsi və marmeladın şəkər tozundan təmizlənməsi. Hazır məhsulla dolu tabaqların vibrasiya maşınına verilməsi.

Maşında zefirin (hopdurulması) çökdürülməsi, çökdürmə maşınının bunkerinin zefir kütləsilə doldurulması. Maşınların işə salınması və da-yandırılması. Tabaqların hərəkətinə və çökdürmənin keyfiyyətinə nəzarət edilməsi. Çökdürülmüş zefir tayları ilə dolu tabaqiarın götürülüb, arabacıqlara qoyulması. Çökdürmə kisələrinin zefir kütləsilə doldurulması və əllə zefirin lövhənin üzərinə çökdürülməsi. Zefirin vahid ritmlə işləyən kompleks mexanikləşdirilmiş axınlı xətdə yapışdırılması.

Almalı, yaxud üçqatlı marmeladın, pastilanın hazırlanmasının texnoloji rejimini; batonların və limonlu-apelsinli dilimlər üçün hazırlanma texnologiyası və resepturasını; maşınların quruluşunu və hərəkət prinsipini, maşın və transportyorların istismar qaydalarını və mexanizmlərin işinin tənzimlənməsi.

Fasiləsiz işləyən aqreqatda apelsinli-limonlu dilimlər üçün baton hazırlanmasının-texnoloji prosesinin aparılması. Baton istehsalının bütün fazalarında texnoloji rejimə əməl edilməsinə və işdəki nasazlıqların aradan nəzarət edilməsi. Yapışqanlı şirənin temperaturası və yoxlanılması; yapışqanlı şirənin zülallarla dozalaşdırılması. fasiləsiz verilməsinin təmin edilməsi və onun qatının qalınlığının tənzimlənməsi. Mexanikiəşdirilmiş-axınlı xətdə “Baltika” tipli marmeladın hazırlanmasının texnoloji prosesinin aparılması.

Batonların və apelsinli-limonlu dilimlər üçün nazik qabığın hazırlanması resepturasının və texnoloji rejiminin; yapışqanlı şirənin xassələrini; hazır məhsulun keyfiyyətinə irəli sürülən tələbləri; avadanlıqların və kommunikasiyaların quruluşunu, istismar qaydalarını və işinin tənzimlənməsini.

Fasiləli (dövri) işləyən aparatlarda marmelad-pastila hazırlanmasının texnoloji prosesinin aparılması. Xammal və yarımfabrikatlann hazırlanması və keyfiyyətinin yoxlanması, qatışıqların verilmiş reseptura üzrə tərtib olunması, pürenin qarışdırılması. Bişirmə aparatının, fasiləli işləyən çalma maşınının, marmelad, yaxud pastila tökən maşınların texniki vəziyyətlərinə və işinə nəzarət edilməsi. Məmulatların bişirilməsinin, aromatlaşdırılmasının, formalaşdırılmasının və qurudulmasının texnoloji rejiminin tənzimlənməsi. Marmelad kütləsinin studenəbənzəmə və pastila kütləsinin köpük bağlama prosesinə nəzarət edilməsi. Kütlənin hazırlığının təyin edilməsi.

Fasiləli işləyən aparatlarda müxtəlif növ marmeladlı-pastilalı məmulatların hazırlanması resepturasını və texnologiyasını; xarici görüşünə, xammalın mənşəyinə, hazırlanma və tərtib olunmasına görə kütlənin və məhsulun fərqləndirici əlamətlərini; qatışığın tərkibinin və bişirilməsinin laboratoriya analizinin göstəricilərinə görə dəyişdirilməsi üsullarını; xidmət etdiyi avadanlıqların istismar qaydalarını və tənzimlənməsini.

Fasiləsiz işləyən aparatlarda bütün növdən olan marmeladlı-pastilalı məmulatların hazırlanmasının texnoloji prosesinin aparılması. Bişirmə aparatlarının (fasiləli işləyən), marmelad və pastila tökən aqreqatların, tunel tipli mexanikləşdirilmiş quruducuların, pastila və zefiri bağlamalara bükən avtomatların, kəsici maşınların texniki vəziyyətinə və işinə nəzarət edilməsi. Fasiləli axın şəraitində məmulatların bişirilmə, aromatlaşdırılma, formalaşdırılma və qurudulmasının texnoloji rejiminin tənzimlənməsi.

Fasiləli işləyən aparatlarda müxtəlif növ marmelad-pastila larının hazırlanma texnologiyasını və resepturasını; bu cür məmulatların hazırlanması üzrə avadanlıqların konstruktiv xassələrini.

Daha yüksək ixtisaslı resepturçunun rəhbərliyi altında müxtəlif növ xammalın seçilməsi və dozalaşdırılması prosesinin aparılması. Dozalaşdırıcı aparaturanın köməyilə təsdiq olunmuş resepturaya əsasən müxtəlif xammal komponentlərinin çəkilməsi və ölçülməsi. Lazım gəldikdə müxtəlif xammalların maşınla, yaxud əl ilə xırdalanması. Bütün növ xammalın xəmir yoğuran maşına doldurulması. Dozalaşdırıcı aparatın cihazlarının işinə və göstəricilərinə nəzarət edilməsi.

Qənnadı məmulatlarının resepturasını; xidmət etdiyi iş prinsipini.

Dozalaşdırıcı qurğuların köməyilə təsdiq edilmiş resepturaya əsasən müxtəlif xammal növlərinin seçilməsi və dozalara ayrılması prosesinin aparılması. Xammalın qəbul edilməsi.

Resepturaya əsasən bütün xammal növlərinin aparata doldurulması. Dozalaşdırıcı aparatın nəzarət-ölçü cihazlarının göstəricilərinə nəzarət edilməsi və onlara uyğun olaraq qənnadı kütləsinin hazırlanmasının texnoloji prosesinə nəzarət edilməsi.

müxtəlif qənnadı kütləsinin resepturasını; xammalın və qənnadı kütləsinin keyfiyyətinə irəli sürülən tələbləri; qulluq etdiyi avadanlığın quruşunu və istismar qaydalarını.

Təsdiq edilmiş resepturaya əsasən müxtəlif növ xammalın seçilməsi yolu ilə reseptura qarışığının tərtibedilməsi prosesinin aparılması. Daxil olan xammalın keyfiyyətini obyektiv və vizual müşahidə ilə nəzarət edilməsi. Müxtəlif növ xammalın düzgün dozalaşdırılması və yüklənməsinə nəzarət edilməsi. Dozalaşdırıcı aparatın nəzarət-ölçu cihazlarının göstəricilərinə görə qənnadı kütləsi üçün reseptura hazırlanması texnoloji prosesinin tənzimlənməsi. Reseptura şöbəsinə daxil olan yağın temperaturunun yoxlanılması lazım gəldikdə yağın müəyyən temperaturaya qədər qızdırılması.

Qənnadı kütləsinin hazırlanma texnologiyasını, texnoloji rejimi, resepturasını və onların keyfiyyətinə irəli sürülən tələbləri; qulluq etdiyi avadanlığın quruluşunu və istismar qaydalarını.

Saqqız istehsalı üzrə kompleks-mexanikləşdirilmiş məsinə xidmət edilməsi. Tabaq bölməsinin şaxtasına boş tabaqların veril-məsi. Saqqız təbəqələrilə dolu tabaqların xüsusi arabacıqlara qoyulmaşı. Saqqız təbəqələrinin ölçülərinə nəzarət edilməsi. Zay təbəqələrin seçilməsi.

Kompleks-mexanikləşdirilmiş tabaq bölməsinin iş prinsipini; saqqız təbəqəsinin keyfiyyətinə qoyulmuş tələbləri.

Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında kompleks-mexanikləşdirilmiş xətdə saqqız hazırlanması texnoloji prosesinin aparılması. Şəkərin qurudulması və xırdalanması. Miksel maşında saqqız kütləsinin hazırlanması. Komponentlərin dozalaşdırılması.

Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında yayıcı maşında kütlənin yayılması prosesinin aparılması. Yayma sürətinin və yayılan qatın qalınlığının tənzimlənməsi. Qulluq edilən avadanlığın işə salınması, dayandırılması və onun işinə nəzarət edilməsi. Texnoloji rejimin parametrlərinə, xətdəki maşın və mexanizmlərin fasiləsiz və sinxron işləməsinə əməl olunmasının təmin edilməsi.

Saqqız istehsalının texnoloji əsaslarını və texnoloji rejimini; üçün kütlənin hazırlanma və yayma texnologiyasını; reseptura və xammalın növünü; qulluq etdiyi avadanlığın quruluşunu və istismar qaydalarını; idarəetmə pultunda qoyulmuş cihazların rolu və iş prinsipini.

Kompleks-mexanikləşdirilmiş xətdə saqqızın hazırlanma və formalaşdırılması texnoloji prosesinin aparılması. Termoqurğuda kütlənin əsasının qızdırılması. Saqqız kütləsinin qoyulmuş temperatura əməl Olunmasına nəzarət edilməsi, normadan kənarlaşma hallarının səbəblərinin aşkar edilməsi və qaldırılması. Saqqız kütləsi komponentlərinin qəbul edilməsi.

Kütlənin yayılma və hövkələnmə texnoloji prosesinin aparılması. Layların kəsilməsi və kalibrləşdirilməsi. Lay və qatların qalınlığının ölçülməsi. Xəttin əsas və köməkçi avadanlıqlarının işə salınması və dayandırılması.

Büküb-qablaşdırma xəttində saqqızın bükülməsi prosesinin aparılması. Xəttin avtomatlaşdırılmasının saqqız layları ilə yüklənməsi, folqa və bükücü materiallarla dol-durulması. ədədi və qrup halında bükülən saqqızın keyfiyyətinə nəzarət edilməsi. Blokların tərtibi və onların qutulara qablaşdırılması. Xətdəki elektron və qoruyucu qurğularının, bükücü və qablaşdırıcı avtomatların işinə nəzarət edilməsi. Saqqızın blok və qutulara bükülüb yığılmasının keyfiyyətinə nəzarət edilməsi.

hazırlanma texnologiyasını, bükülməsi və qablaşdırılmasını; yerinə yetirilən işlərin texnoloji rejimini; xammalın, hazır məhsulun, onun bükülməsi və qablaşdırılmasının keyfiyyətinə irəli sürülən tələbləri; xidmət etdiyi xətt avadanlıqların quruluşunu və kinematik sxemini; hazır məhsulun və bükmə materiallarının yol verilən normada itkisini.

Qənnadı məmulatlarının istehsalında aşkar kimi tətbiq edilmək üçün əla keyfiyyətli yarmadan un və dənəvərin axınlı-mexanikləşdirilmiş xəttin idarəetmə pultu vasitəsi ilə istehsalının texnoloji prosesinin aparılması. Avtomatika vasitələri və nəzarət-ölçü cihazlarının köməyilə verilmiş texnoloji rejimə əməl olunmasının təmin edilməsi. temperatur rejiminə nəzarət edilməsi və tənzimlənməsi. Yarmanın xırdalanması və dənəvərin ölçüsünün keyfiyyətinə, dənəvərdən unun narınlaşdırılma və onun nəmliyi dərəcəsinə nəzarət edilməsi. Yığıcı-bunkerdə unun və yarmanın toplanma səviyyəsinə, xammalın sərf normasına riayət edilməsinə nəzarət olunması. Məhsulun keyfiyyətinin aşağı düşməsinin, məhsuldarlığın azalmasının, mexanizmlərin işindəki nöqsanların səbəblərinin aradan qaldırılması. Avadanlıqların təmirə verilməyə hazırlanması və təmirdən sonra təhvil alınması. Texniki sənədləşdirmənin aparılması.

Əla keyfiyyətli yarmadan un və dənəvər hazırlanmasının texnologiyasının və texnoloji rejimini; hazır məhsula qoyulan tələbləri; qulluq etdiyi quruluşunu və kinematik sxemini ayrı-ayrı avadanlıqların edilməsi və aradan qaldırılması üsullarını; hesabatların aparılması və texniki sənədləşdirmənin qaydalarını.

İris, yaxud karamelformalaşdıran, bükən yarımavtomatların sazlanması və qulluq edilməsi. Bükücü materialların yarımavtomata doldurulması. Kütlənsn yayma maşınına qoyulması, batonun konusa dartılması və onun kalibrləyici-dartıcı mexanizmə doldurulması. Müxtəlif növ iris və nabat karamelinin formalaşdırılma və bükülmə prosesinin tənzimlənməsi; edilən avadanlıqlardakı nasazlıqların aradan qaldırılması.

Məmulatların formalaşdırılması və bükülməsinin texnoloji rejimini; yarımavtomatların quruluşunu, istismar qaydalarını, işinin tənzimlənməsini.

Daha yüksək ixtisaslı halvayoğuranın rəhbərliyi altında halvanın yoğrulması əməliyyatının aparılması. Kasaların halva kütləsilə doldurulması. Hazır halva ilə dolu kasaların çəkilib bükülməyə verilməsi.

Halva hazırlanmasının texnoloji əsaslarını; yerinə yetirilən işlərin qaydalarını və üsullarını.

Halvaqarışdıran maşınlarda, yaxud əl ilə halvanın yoğrulması prosesinin aparılması. Mexanikləşdirilmiş yoğurma zamanı maşının işə salınması və dayandırılması, onun işinin yoxlanılması və nəzarət edilməsi. Zülali kütlənin karamel kütləsi ilə qarışığının yoğrulması prosesinin tənzimlənməsi. Qarışığın qatışdırılmasında karamel kütləsinin fasiləsiz sap kimi dartılması, eyni konsistensiyalı və laylı-lifli quruluşda halva alınma prosesinin təmin edilməsi. Halvanın bükülüb-çəkilməyə verilməsi. əl zülali kütlənin kasalara doldurulması, onların arabacığa qoyulması karamel kütləsinin əlavə halva alınması üçün qarışığın bir neçə dəfə qarışdırılması.

Halva hazırlanmasının texnologiyası və texnoloji rejimini; hazır olmasını və keyfiyyətinin obyektiv (orqanolentik) ilə müəyyən edilməsini; qulluq etdiyi avadanlıqların quruluşunu və istismarı qaydalarını.

Konfet və digər qənnadı məmulatlarının hazır şirə ilə şəkil çəkilmədən əllə örtülməsi. Zədələnmiş korpusların seçilməsi. Şirələnmiş məmulatların soyuducu şkafa doldurulması. Soyudulduqdan sonra məmulatların tərəziyə, yaxud növbəti əməliyyata verilməsi.

Şəkil çəkilmədən qənnadı məmulatlarının şirələndirilməsi qaydalarını və yollarını.

Nəzərdə tutulmuş bəzək çəkilməklə qənnadı məmulatlarının şirələnməsi. Şirənin müəyyən edilmiş temperaturaya qədər qızdırılması və qarışdırılması, ona lazımi konsistensiyanın (qəlizlik) verilməsi, pomada şirəsinə essensiya və boyaq əlavə edilməsi. Şirələnmiş məmulatların soyuducu şkafa doldurulması. Soyudulmuş məmulatların tərəziyə, yaxud növbəti əməliyyata verilməsi. Məmulatların korpusunun əl ilə şirələyici maşının lentinə gətirilib düzülməsi, qeyri-standart korpusların seçilməsi.

Qənnadı məmulatlarının bəzək çəkilməklə əl ilə şirələnməsini; şirənin və məmulatların korpusunun keyfiyyətinə irəli sürülmüş tələbləri; şirənin hazırlanması üsullarını və onun tərkibini.

Daha yüksək ixtisaslı şirələyicinin rəhbərliyi altında müxtəlif və maşınlarda müxtəlif qənnadı məmulatlarının şirələnməsi prosesinin aparılması. Xidmət edilən avadanlığın işə salınmasında iştirak edilməsi. Şirənin və korpusların maşına fasiləsiz verilməsinə özübölüşdürənin işinə, transportyorun lentinə korpusların düzülüşünün sıxlığına, məmulatların şirələyici mexanizmdən və soyuducu şkafdan keçməsinə nəzarət edilməsi. Havaverici mexanizmin işinin tənzimlənməsi.

Müxtəlif qənnadı məmulatlarının aqreqat və maşınlarda şirələnməsi texnologiyasının əsaslarını; şirələməyə daxil olan məmulatların və hazır məhsulun keyfiyyətinə irəli sürülən tələbləri; qulluq etdiyi avadanlığın iş prinsipini.

Müxtəlif sistemli aqreqat və maşınlarda müxtəlif qənnadı məmulatların şirələnmə prosesinin aparılması. Avadanlığın işə salınmasına hazırlıq transportyorun, şirələyici mexanizmin və soyuducu qurğuların işləməsinə nəzarət edilməsi. Şirənin sabit t-da qızdırılması və şirələyici maşınlara doldurulması. Nasosların işə salınması və dayandırılması. Şirənin suvaşqanlığına nəzarət edilməsi. Paylaşdırıcı, torşəkilli və soyuducu transportyorların hərəkət sürətinin tənzimlənməsi. müəyyənləşdirilməsi müəyyən edilməsi Şokoladlı şirənin qatının müəyyən qalınlıqda və məmulatların üzünün dalğavari alınması üçün havaverici mexanizmin tənzimlənməsi. Verilmiş standartlara uyğun konfetdə şirənin faizinin təyin edilməsi.

Aqreqat və maşınların müxtəlif növlü qənnadı məmulatlarının şirələnməsi texnologiyası və texnoloji rejimini; şirəyə və hazır məhsula qoyulan tələbləri; şirənin məmulatın növündən asılı olaraq, sərf olunan şirənin normasını; şirələyici aqreqatın quruluşunu və istismarı qaydalarını; transportyorun hərəkət və onun istismarı qaydalarını; transportyorun hərəkət sürətini və mexanizmlərin işini tənzimləmə qaydaları.

Müxtəlif rənglərlə şirənin boyanması. Hazırlanmış rəngsiz şirənin iş yerinə gətirilməsi. Təlimata əsasən müxtəlif rənglərdən məhlul hazırlanması. Resepturada təyin olunmuş dozalarla rəngli məhlulun hazır şirəyə daxil edilməsi Şirənin bir bərabərdə rənglənməsinə nəzarət edilməsi.

Boyaq məhlulunun hazırlanması təlimatını; hazır olmuş rəngsiz rənglənmiş şirənin keyfiyyətinə irəli sürülən tələbləri; iş qaydalarını və yollarını.

Daha yüksək ixtisaslı şirniyyat həblər hazırlayanın rəhbərliyi “Sərinlik” tipli həblərin hazırlanma prosesinin aparılması. Mikser maşınına emulsiya və şəkər tozunun doldurulması. “Sərinlik” tipli həblər üçün dənəvərin hazırlanması. Kütlənin qarışdırılmasına nəzarət edilməsi, hazır olmasının təyin edilməsi; doğranılmaq üçün dənəvərləyici aparata xırda paylarla verilməsi. Hazır kütlənin doğranma dərəcəsinin tənzimlənməsi Xırdalanmış kütlənin növbəti əməliyyatlara verilməsi. “Sərinlik” tipli həblərin formalaşdırılması. Şirniyyat həbləri kütləsinin preslərə verilməsinə nəzarət edilməsi. Texnoloji rejimdə nəzərdə tutulduğuna uyğun presə verilən kütlənin miqdarının tənzimlənməsi. Həblərin formalaşma prosesinə nəzarət edilməsi. Verilən həb kütləsinin suvaşqanlığını, obyektiv (orqanolentik) metodlarla təyin edilməsi. Bir kiloqram məhsulda ədədlərin sayının düzgün olmasına nəzarət edilməsi. Avadanlıqların sazlanması və onların işinə nəzarət edilməsi.

Şirniyyat həbləri kütləsinin resepturasını, “Sərinlik” tipli həblərin hazırlanma və formalaşdırma texnologiyasını; formalaşdırmaya daxil olan həb kütləsinin keyfiyyətinə irəli sürülən tələbləri; həb kütləsinin presə verilməsinin tənzimləmə qaydalarını; qulluq etdiyi avadanlığın, cihazlarının və nəqliyyat qurğularının quruluşunu və iş prinsipini.

“Sərinlik” tipli həblərin hazırlanma prosesinin aparılması, həblər üçün hazırlanması. Xammalın bişirmə qazanına doldurulması. Emulsiyanın hazırlanması. Emulsiyanın bişirilmə prosesinə nəzarət edilməsi və hazır məhsulun qarışdırıcı maşının qıfına verilməsi. Dənəvərin quruducuda quruma prosesinə nəzarət edilməsi, qurutmanın temperatur rejiminin tənzimlənməsi. Yoxlama üçün nümunə götürülməsi və qurutma prosesində dənəvərin nəmliyinin yoxlanılması. Lazım gəldikdə quruducunun alt hissəsindən nəm dənəvərlərin üst hissəyə yığılması. Quruducuda dənəvərin iri qatları əmələ gəldikdə, onların xırda parçalara bölünməsi. Quru dənəvərin transportyorla dezinteqratora verilməsi və onun toz halında üyüdülməsinə nəzarət edilməsi. Resepturaya uyğun olaraq nanə yağı və kalsium-stearet əlavə edərək, tozun qarışdırıcı maşınına verilməsi. Həb kütləsinin qarışdırılmasına nəzarət edilməsi və onun hazır olmasının müəyyən edilməsi. Hazır kütlənin bərkimək üçün soyuducu çənə verilməsi. Avadanlığın və nəzarət-ölçü cihazlarının işinin tənzimlənməsi.

Şirniyyat həbləri kütləsinin hazırlanma texnologiyasını, “Sərinlik” tipli həblərin hazırlanma texnologiyası və texnoloji rejiminin dənəvərin nəmliyinin və kütlənin hazır olmasının təyini metodlarını; avadanlığa və nəzarət-cihazlarına qulluq etmə qaydalarını.

Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi altında şokolad kütləsinin bəzədilməsi prosesinin aparılması. Şokolad kütləsinin şokoladbəzəyən maşına. doldurulması. Resepturaya əsasən kakao yağının və esensiyanın əlavə edilməsi. Texnoloji reqlamentə və bəzəmə prosesinin başa çatmasına riayət olunmasına nəzarət edilməsi. Şokolad kütləsinin nasosların köməyi ilə boşaldılması və sonrakı emal prosesinə göndərilməsi.

Şokolad kütləsinin bəzədilmə texnologiyasını və rejimini; şokoladbəzəyən maşınların quruluşunu və istismarı qaydalarını; kommunikasiyaların sxemini.

Bütün növdən olan şokoladbəzəyən maşınlarda desert və kütləvi şokolad növü üçün şokolad kütləsinin bəzəmə prosesinin aparılması. Bütün bəzəmə prosesi müddətində şokolad kütləsinin temperaturunun sabit saxlanılmasına, optimal texnoloji obyektiv (orqanoleptik) parametrlərinə riayət olunmasına nəzarət edilməsi; suvaşqanlığa, axınlılığa, konsistensiyalığa, dada, aromata. Aromatlı maddələrin, kakao yağının və durulaşdırıcının daxil edilməsi. Şokolad kütləsinin verilmiş çeşiddə məmulat formalaşdırılması üçün hazırlanması. Qulluq edilən avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.

Müxtəlif növlü şokolad üçün şokolad kütləsinin bəzəmə texnologiyasını və rejimini; şokolad kütləsinin texnoloji və obyektiv (orqanoleptik) göstəricilərinə qoyulan tələbləri; şokoladbəzəyən maşınların və kommunikasiyaların istismarı qaydalarını.

Avtomatlaşdırılmış axınlı xətdə idarəetmə pultu vasitəsi ilə şokolad bəzəmə prosesinin aparılması. Şokolad kütləsinin temperaturunun tənzimlənməsi, onun texniki və obyektiv metodlarla parametrlərinə əməl olunması. Sınaq üçün nümunə götürülməsi. Kakao-yağ və durulandırıcı daxil etmək yolu ilə şokolad kütləsinin mexaniki-quruluş xarakteristikasında düzəliş edilməsi.

Bəzəmə prosesinin başa çatması anının müəyyən edilməsi, şokolad boşaldılması və sonrakı emal proseslərinə göndərilməsi.

Avtomatlaşdırılmış axınlı xətdə şokolad kütləsinin bəzəmə prosesinin texnologiyasını; xəttə daxil olan avadanlıqların nəzarət ölçü cihazlarının quruluşunu və istismarı qaydalarını.

Fasiləsiz-axınlı mexanikləşdirilmiş xətdə şokolad kütləsi hazırlanması texnoloji prosesinin aparılması. Xətdəki maşın və mexanizmlərin sazlanması və işinin tənzimlənməsi. Dozatorların, fasiləsiz işləyən cihazların, dəyirmanların, emulsatorların və qulluq edilən digər ların işinin fasiləsiz və müntəzəm təmin edilməsi. Texnoloji rejimə əməl olunmasına, şokolad kütləsinin dozalara ayırma, qarışdırma, yayma, ayırma mərhələlərində nəzarət edilməsi.

Mexanikləşdirilmiş axın xəttində şokolad kütləsinin emal edilmə texnologiyasını və rejimini; xətdəki avadanlıqların və dozalara ayıran aparaturanın quruluşunu və istismarı qaydalarını.

Reseptura-qurşdırıcı stansiyada avtomatik idarəetmə ilə şokolad hazırlanmasının texnoloji prosesinin aparılması. Texnoloji rejimə, reseptura-qarışdırıcı stansiyanın tərkibinə daxil olan maşın və mexanizmlərin arasıkəsilməz işinə əməl olunmasının təmin edilməsi. Avadanlığın işinin texniki və texnoloji parametrlərinə, şokolad kütləsinin istehsalın bütün mərhələlərində emal olunmasının keyfiyyətinə riayət edilməsinə nəzarət olunması (dozalara ayırma, qarışdırma, yayma, ayırma mərhələləri).

Fasiləsiz-axınlı istehsal şəraitində reseptura-qarışdırıcı stansiyanın edilməsi ilə avtomatik idarə etməklə şokolad kütləsi emalının texnoloji sxemini və rejimini; reseptura-qarışdırıcı stansiyadakı ların quruluşunu və istismarı qaydalarını.

Şokoladın transportyordan götürülməsi və taraya qoyulması.

Şokoladın xassələrini; yerinə yetirilən işin qaydalarını və yollarını.

Şokoladı əl ilə formalaşdırmaq üçün şokolad kütləsinin hazırlanması. Şokolad kütləsinin fiqurlu, yaxud adi formalara tökülməsi. Soyudulduqdan sonra şokoladların formadan çıxarılması. Fiqurlu şokoladın yapışdırılması.

Şokolad kütləsinin xassələrini; şokoladın əl ilə formalaşdırılmasının yollarını və qaydalarını.

Mürəkkəb növlü plitka ilə fiqurlu şokolad və içli şokolad məmulatlarının əl ilə formalaşdırılması. Şokoladın tələb olunan qatılığa çatdırılmaqla sabit t-da qızdırılması, kakao yağının əlavə edilməsi, şokoladın qarışdırılması. Soyudulma prosesinə nəzarət edilməsi. Şokoladın qopardılması. ədədi məmulatların çəkisinə, içliyin və şokoladın nisbətinə nəzarət edilməsi.

Temperatur maşınlarına və şokolad formalayan avtomatlara qulluq edilməsi və işə salınmağa hazırlanması. Şokolad kütləsinin temperaturu və konsistensiyasının tənzimlənməsi.

Şokolad formalarından avtomatın bunkerinə şokolad kütləsinin doldurulması. Avtomatın işə salınması və dayandırılması. Hopdurucu aparatının altında formalı çərçivənin qoyulması və keçib getməsinin tənzimlənməsi. Avtomatın mexanizmində və ayrı-ayrı hissələrin işin-ı, plitka, fiqurlu şokoladın və şokolad formalaşdırılmasının normal rejimdən kənarlaşmasının qabaqcadan xəbərdar edilməsi və aradan qaldırılması.

Mürəkkəb növlü plitka, fiqurlu şokolad və içli şokolad məmulatının əl ilə hazırlanma texnologiyasını; şokolad kütləsinin sabit t-da qızdırılması və texnoloji rejimini; şokolad formalaşdırıcı avtomatda şokoladın və şokolad məmulatlarının formalaşdırılmasının əsaslarını; temperatur maşınlarının və şokolad formalaşdırıcı avtomatların iş prinsipini və istismar qaydalarını.

Formalaşdırıcı aqreqat-avtomatlarda idarəetmə pultları ilə şokolad kütləsinin sabit temperaturda qarışdırılması, şokolad məmulatının hazırlanma proseslərinin aparılması. Avtomatın işə hazırlanması, formaların (qəliblərin və hopdurucu aqreqatların) qızdırılması. Resepturaya, texnoloji rejimə, ədədi məmulatların çəkisinə və formalaşdırmanın keyfiyyətinə riayət edilməsinə nəzarət edilməsi. Şokoladın növündən asılı olaraq temperatur maşınlarında şokolad kütləsinin temperaturunun tənzimlənməsinə, suvaşqanlılığına nəzarət edilməsi. Formaların hopdurucu aqreqata, plitka şokoladın-bükmə maşınına düzgün daxil olmasına nəzarət edilməsi. Titrəyən transportyorların işinin, soyuducu şkaflarda temperaturun tənzimlənməsi. Temperatur maşınlarının, şokoladformalaşdırıcı aqreqat-avtomatın və ventilyasiya qurğularının texniki vəziyyətinə nəzarət edilməsi tənzimlənməsi.

Formalaşdırıcı aqreqat-avtomatda şokolad məmulatlarının resepturası və hazırlanmasının texnoloji rejimini; hazır məhsulun standartlarınını; avtomatın quruluşunu və onun istismarı qaydalarını.

Formalaşdırıcı aqreqat-avtomatda müxtəlif içli şokolad məmulatlarının və fiqurlu şokoladın hazırlanması; şokolad kütləsinin sabit temperaturda qarışdırılması, qarışdırılması, fiqurlu şokolad və müxtəlif içli şokolad avtomatik formalayıcı aqreqatlarda içlə doldurulması və şokolad korpusunun altının şokoladla örtülməsi. içiboş şokolad fiqurlarının formalaşdırılması prosesinə nəzarət edilməsi. Reseptura və texnoloji rejimə riayət olunmasına nəzarət edilməsi. Şokolad və için nisbətinin, təyin olunmuş çəkisinin, ölçüsünün və ədədi məmulatların və içiboş fiqurların formasının düzgünlüyünün təmin edilməsi. Şokolad kütləsinin və içliyin suvaşqanlığı nəzarət edilməsi. Soyuducu şkafla temperaturanın tənzimlənməsi. Temperatur maşınlarının, formalaşdrıcı aqreqat-avtomatların, ventilyasiya texniki vəziyyətinə nəzarət edilməsi və işinin tənzimlənməsi.

Formalaşdırıcı aqreqat-avtomatlarda içli şokolad məmulatlarının və şokoladın hazırlanma resepturasını, texnologiyasını, texnoloji rejimini; için çeşidini, xassələrini və onun keyfiyyətinə qoyulmuş tələbləri; şokolad kütləsinin qatılığının və içlə şokoladın nisbətinin təyin metodlarını; şokolad kütləsinin temperaturasını, şokoladın və müxtəlif içli şokolad məmulatlarının formalaşdırılması üçün tətbiq olunan avadanlığın konstruktiv xüsusiyyətlərini.

Qarışdırıcı maşının maşinisti

Qənnadı məmulatlarının səpicisi

Quşüzümü şirnisini hazırlayan

Zülali kütlə hazırlayan

invert şirəsini hazırlayan aparatçı

Karamel və drajeni cilalayan

Marmelad pastila hazırlayan

Saqqız istehsal xəttinin operatoru

Un və dənə istehsalı xəttinin operatoru

Formalaşdıran-bükən yarımavtomatın maşinisti

Şirniyyat həbləri hazırlayan

Şokolad bəzəyən maşının maşinisti

Şokolad kütləsi hazırlayan xəttin operatoru

1. 3 may 2023-cü il tarixli 3-17/3-5-15/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305033515, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 may 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver