Qanunvericilik › Feldyeger rabitəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Feldyeger rabitəsinin vəzifələri

Feldyeger rabitəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2.1. Feldyeger rabitəsinin vəzifələri aşağıdakılardan ibarətdir:

2.1.1. Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusi əhəmiyyətli, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarının, eləcə də diplomatik korrespondensiyaların Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılması;

2.1.2. müqavilə əsasında müəssisə, idarə və təşkilatların korrespondensiyalarının, habelə texniki sənədlərin və sənaye məmulatları nümunələrinin Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılması.

2.2. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları tərəfindən bu Qanunun 2.1.1-ci maddəsində göstərilməyən korrespondensiyalarının müvafiq ünvanlara çatdırılmaq üçün feldyeger rabitəsi orqanına təhvil verilməsi qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver