“Dövlət qeydiyyatına alınmışdır “Təsdiq edirəm”
Azərbaycan Respublikası Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi DİN BDYTİ
Qeydiyyat № 2837 Əmr № 43
“16” 05 2002-ci il “06” may 2002-ci il
Nazir ____________ F.F.Məmmədov Rəis_____________ M.Q.Hüseynov
1.1 Bu qaydalar yaşayış evləri, yataqxanalar, mehmanxanalar, inzibati binalar eləcədə kooperativ və fərdi qarajlar üçün, onların idarə mənsubiyyətindən və mülkiyyət formasından asılı olmayaraq yanğın təhlükəsizliyinin əsas tələblərini müəyyən edir.
- Bu qaydaların tələbləri, həmçinin yaşayış fonduna xidmət göstərən binalara, otaqlara və qurğulara (texniki xidmət bloklan, dispetçer xidmətlərinin bina və otaqları, emalatxanalar, anbarlar, qazanxanalar və s.) şamil edilir.
- Yaşayış binalarında, yataqxanalarda, mehmanxanalarda və inzibati binalarda yerləşən ticarət, ictimai iaşə, məişət xidməti və digər müəssisələr üçün yanğın təhlükəsizliyi tələbləri müvafiq təlimatlar və qaydalar ilə müəyyən edilir.
1.2 Yaşayış binalarında (fərdi və tikinti yaşayış kooperativlərinə məxsus olanlardan savayı) eləcədə yaşayış fonduna xidmət göstərilməsi üçün nəzərdə tutulan bina, qurğu və otaqların yanğın təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında məsuliyyət mənzil-istismar təşkilatlarının rəhbərliyinin üzərinə düşür. Mehmanxanaların, yataqxanaların eləcədə inzibati binaların yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət həmin binaların rəhbərlərinin üzərinə düşür.
Tikinti-yaşayış kooperativlərinə (TYK.) məxsus yaşayış binalarının yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət həmin kooperativlərin sədrlərinin üzərinə düşür.
Şəxsi evlərin, qarajların, həyatyanı tikililərin yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət onların sahibkarlarının üzərinə düşür.
Yaşayış mənzillərinin yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət mənzil sakinlərinin üzərinə düşür.
Kooperativ və fərdi qarajların yanğın təhlükəsizliyinin təmin olunmasında, məsuliyyət kooperativ sədrlərinin və sahibkarların üzərlərinə düşür.
Mənzil-istismar sahələrinin, yataqxanaların, inzibati binaların və digər təşkilatların müvafiq vəzifəli şəxsləri eləcədə mühəndis-texniki xidmətləri həmin binaların avtomatik yanğınsöndürmə, tüstü xaric edən və yanğına qarşı su təchizatının texniki vəziyyətinə görə məsuliyyət daşıyırlar.
1.3 Yanğın təhlükəsizliyinə cavabdeh olan fəhlə, qulluqçu eləcədə mühəndis-texniki işçilər bu qaydaların tələblərini bilməli və ona əməl etməlidirlər.
1.4 Mehmanxanaların, yataqxanaların və inzibati binaların xidməti heyəti eləcədə mühafizəçiləri xüsusi proqram üzrə yanğın təhlükəsizliyi qaydalarının tədrisi kursunu keçməlidirlər (qoşma).
1.5 Mənzil istismarı təşkilatlarının, yataqxanalarının rəhbərləri və inzibati müəssisə, binalarını istismarına cavabdehlik daşıyan xidmət rəhbərləri borcludurlar,
1.5.1 Həmin qaydaların öyrənilməsi və yerinə yetirilməsi üzrə cavabdeh şəxs təyin etmək;
1.5.2 Xidməti, anbar və köməkçi otaqlarda yanğına qarşı ciddi rejim müəyyən etməli və ona ciddi riayət olunmasını daima nəzarətdə saxlamalı;
1.5.3 Binaların, otaqların yanğına qarşı vəziyyətini, yanğına qarşı su təchizatının, yanğınsöndürmə avadanlıqlarının, köçürmə yollarının texniki vəziyyətlərini daima yoxlayaraq, mühafizə və xidməti heyətin iş fəaliyyətinə nəzarət etmək;
1.5.4 Müvəqqəti tikililərin və qarajların qurulmasını qadağan etmək;
1.5.5 Yanğınsöndürmə qurğularının (daxili yanğınsöndürmə su xəttləri, yanğın xəbərverici qurğular, tüstüyə qarşı müdafiə və eləcədə insanları yanğın haqqında xəbərdar etmə sistemləri) texniki xidmətini, təmirini və daima işlək vəziyyətdə saxlanmasını təmin etmək;
1.5.6 Yanğın-texniki komissiya və könüllü yanğın drujinası yaradaraq onların fəaliyyətini qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq təmin etmək, obyektlərdə dövlət, tabeli və ya könüllü yanğından mühafizəni təşkil etmək;
1.5.7 Xidməti otaqlarda və yataqxana otaqlarının hər biri üçün ayrıca yanğın təhlükəsizliyi barədə təlimatlar, orada yaşayan sakinlər üçün onlar tərəfindən yerinə yetirilməsi və yanğın baş verən zaman necə hərəkət etmələri barədə yaddaş kitabçasının işlənib hazırlanmasını təmin etmək (qoşma N 2, 3, 4);
1.5.8 İldə iki dəfədən az olmayaraq, xidməti heyət ilə yanğın zamanı köçürmə planı üzrə hərəkətlərin (yanğınsöndürmə xidmətinin çağırılması, insanların təkliyə edilməsi və yanğınsöndürmə qurğularının düzgün istifadə edilməsi) təlim-məşqlərini təşkil etmək;
1.5.9 İnzibati binaların, yataqxanaların, mehmanxanaların fəhlə və qulluqçuları ilə (ilkin və təkrar) yanğına qarşı təlimatların eləcədə yanğın-texniki minimum üzrə dərslərin keçirilməsini təşkil etmək;
1.5.10. Yanğın təhlükəsizliyinə dair sertifikatın alınması üçün tədbirlərin vaxtı-vaxtında yerinə yetirilməsini təmin etməli;
1.6 Yanğın baş verən zaman mehmanxananın hər bir əməkdaşı və ya xidməti heyətin birində növbədə vəzifə borcu, insanların xilas edilməsi üzrə tədbirlərin həyata keçirilməsindən ibarətdir.
1.7 Mehmanxana və yataqxanaların hər bir korpusunda, mərtəbələrində yanğına qarşı vəziyyətə cavabdehliyi, mehmanxana rəhbərinin əmri ilə bu funksiyanın yerinə yetirilməsi üçün təyin edilmiş mərtəbə üzrə növbətçilər, xidmət rəisləri və digər vəzifəli şəxslər daşıyırlar. Onların borcudur:
1.7.1 Onlara həvalə edilən sahələrdə yanğına qarşı rejimə, köçürmə yollarının vəziyyətinə nəzarət etmək;
1.7.2 Yanğınsöndürmə, rabitə və xəbərverici qurğuların daima işlək və hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
1.7.3 Mehmanxanaya gələn hər bir şəxsi yanğın təhlükəsizliyi qaydalarının əsas tələbləri ilə tanış etmək;
1.8 İnzibati binaların mənzil istismar sahələrinin. mehmanxanaların və mehmanxana komplekslərinin baş mühəndisləri borcludurlar:
1.8.1 Elektrik qurğularının, kondisionerlərin, isindirmə və hava dəyişmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına gündəlik nəzarət etmək və hər hansı bir yanğının baş verməsinə səbəb ola bilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirləri həyata keçirmək;
1.8.2 Yanğınsöndürmə qurğularına vaxtı-vaxtında texniki xidmətin göstərilməsini təşkil etmək;
1.8.3 Yanğın texniki komissiyaya rəhbərlik etmək və ildə iki dəfədən az olmayaraq binanın, mühəndis qurğularının yanğın təhlükəsizliyinin və yanğına qarşı müdafiə sistemlərinin vəziyyətlərinin yoxlanılması üçün komissiya təşkil etmək;
1.9 Yataqxanaların komendantları. mənzil-istismar sahələrinin mühəndis-texniki əməkdaşları və digər müvafiq vəzifəli şəxslər borcludurlar;
1.9.1 Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə yaşayış evlərinin və yataqxanaların çardaq və zirzəmi otaqlarına, pilləkən qəfəslərinə, mənzillərə vaxtaşırı baxış keçirmək;
1.9.2 Onların tabeliyində olan ərazidə keçidlərin, yolların, yanğın su mənbələrinin və onların göstəricilərinin vəziyyətinə nəzarət etmək;
1.9.3 Mənzil sahiblərinin və yataqxanada yaşayan şəxsləri yanğına qarşı təlimatlandırmaq (qoşmaN 5);
1.9.4 Köçürmə yollarının, çöl köçürmə nərdivanlarının, balkonlarda və lojalardakı keçid qapılarının yanğına qarşı qurğuların, qurğu boruların eləcədə ildırım ötürücülərin vəziyyətinə daima nəzarət etmək;
1.10 Ev sahibləri borcludurlar:
1.10.1 Ümumi istifadə edilən pilləkən və dəhlizləri artıq əşyalarla tutmamaq;
1.10.2 Elektrik naqillərini, elektrik və qızdırıcı qurğularını daima saz vəziyyətdə saxlamaq və uşaqların odla oynamalarına yol verməmək;
1.10.3 Boyaların və lakların tətbiqi ilə mənzil daxili işlərin aparılması, kimyəvi məişət əşyalarından, qaz cihazlarından istifadə edilən zaman təhlükəsizlik tədbirlərinə riayət etmək;
1.10.4 Yüksək mərtəbəli yaşayış binalarında təyin edilmiş yanğına qarşı rejimə riayət etmək;
1.10.5 Yanğın baş verən zaman, yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görmək və dərhal yanğının söndürülməsini ilkin yanğınsöndürmə vasitələri ilə təşkil etmək;
1.11 Mənzil-istismar təşkilatlarının rəhbərləri, yaşayış otaqlarının sakinlərinə və onların ailə üzvlərinə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsini təşkil etməlidirlər.
1.12 Mehmanxana və yataqxana rəhbərləri, inzibati binaların istismarına cavabdeh vəzifəli şəxslər kütləvi tədbirlərin keçirilməsi zamanı bu qaydaların tələblərinə riayət etməlidirlər.
1.13 Mehmanxanalarda, yataqxanalarda və inzibati binalarda yanğın təhlükəli işlərin tətbiq olunması ilə aparılan əsaslı təmir işləri dövründə həmin binalarda yaşayan əhalinin və xidməti heyətin digər binalara köçürülməsi təmin edilməlidir.
1.14 Yaşayış evlərində, mehmanxanalarda, yataqxanalarda və inzibati binaların görünən yerlərində yanğın təhlükəsizliyi haqqında “yaddaş kitabçaları” asılmalıdır.
1.15 Mənzil kommunal təşkilatlarının, tikinti yaşayış kooperativlərinin, mehmanxanaların, yataqxanaların və inzibati binaların yanğın təhlükəsizliyinə cavabdeh şəxsləri, bu qaydaların tələblərini yerinə yetirmirlərsə, qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
1.16 Yeni tikilən və istifadəyə verilən yaşayış binalarında sakinlərin məskunlaşdığı zaman, onlar məcburi qaydada mənzil istismar təşkilatlarında yanğına qarşı təlimatlandırılmalıdırlar.
II. YANĞIN TƏHLÜKƏSİZLİYİNİN ƏSAS TƏLƏBLƏRİ
2.1. Ərazinin saxlanması:
2.1.1. Yaşayış evlərinin, mehmanxanaların və yataqxanaların eləcədə inzibati-müəssisə binalarının həyətyanı sahələri yanan materiallardan daimi təmizlənməlidir. Yana bilən tullantılar xüsusi meydançalarda quraşdırılmış konteynerlərə yığılmalı və vaxtında daşınıb aparılmalıdır.
2.1.2. Bütün bina və qurğulara sərbəst yaxınlaşma təmin edilməlidir.
Yol örtüyünün vəziyyəti xüsusi avtonəqliyyat vasitələrinin binalara sərbəst yaxınlaşmasına maneə törətməməlidir. Yanğına qarşı su hovuzuna və binalara gedən giriş-çıxış yolları həmçinin yanğın qurğularına və vasitələrinə sərbəst yaxınlaşma təmin edilməlidir.
2.1.3. Yaxınlıqda olan yanğına qarşı su hovuzlarının və hidrantlarının yerləşdiyi yeri göstərən standart göstəricilər binaların fasad hissəsində, xüsusi dirəklərdə yerləşdirilməlidir. Yanğın su mənbələrinin göstəriciləri rənglənməli və su mənbəsinin ünvanı aydın və dəqiq rəqəmlərlə göstərilməlidir. Günün gecə vaxtlarında göstərici etibarlı işıqlandırıcılarla işıqlandırılmalıdır.
2.1.4. Yanğın avtomobillərinin hərəkətinə maneə törədə bilən ayrı-ayrı yol sahələrinin, keçidlərinin təmiri zamanı bu barədə Yanğından Mühafizə Xidməti məlumatlandırılmalıdır. Yolların təmiri dövründə, təmir sahəsindən keçib getmək və yanğın su hovuzuna yaxınlaşması mümkün olan yolların istiqamətini göstərən göstəricilər məqsədə müvafiq yerlərdə qoyulmalıdır.
2.1.5. Yanğın hidrantlarının qapaqları daima kənar əşyalardan, tullantılardan qış mövsümündə isə qar və buzdan təmizlənilməli və ya konusvari örtüklərlə bağlanmalıdır.
2.1.6. Kənd yerlərində baş verən yanğının söndürülməsinə sakinləri gəlməkdə bordu olan evlərin divarlarında yanğın inventarlarının şəkili çəkilmiş lövhələr asılmalıdır.
2.1.7. Kənd yaşayış məntəqələrinin ərazilərində olmalıdır:
2.1.7.1. İnsanların yanğın haqqında xəbərdar edilməsi üçün səs siqnalları quraşdırılmalı və yanğınların söndürülməsi üçün su ehtiyatları nəzərdə tutulmalıdır;
2.1.7.2. Yay mövsümündə hər tikilinin yanında su ilə dolu çəllək ( odsöndürən) qoyulmalıdır;
2.1.7.3. Yanar dam örtüyü olan hər bir yaşayış binasının yanında, uzunluğu dam örtüyünə qədər olan söykəmə nərdivan olmalıdır.
2.1.8. Yaşayış evlərinin mehmanxanaların. yataqxanaların və inzibati binaların ərazilərində qadağandır;
2.1.8.1. Müvafiq İcra Hakimiyyəti orqanlarının icazəsi olmadan yaşayış binalarında, yataqxanalarında yenidənqurma işlərinin aparılması, qarajların və tikililərin quraşdırılması;
2.1.8.2. Meydançalarda və həyətyanı sahələrdə yanar və asanlaşan mayelər olan çənlərin həmçinin təzyiq altında olan qaz balonlarının yerləşdirilməsi;
2.1.8.3. Tikililərə yaxın yerdə tonqalların qalanması.
2.1.9. Meşə massivlərində yerləşən yaşayış sahələrinin ətrafında, meşə yanğınları zamanı alovun bir sahədən digərinə keçməməsi üçün tədbirlər görülməlidir.
2.2. Ümumi təyinatlı bina və otaqların saxlanılması:
2.2.1. Köçürmə (təxliyyə) yollarının konstruktiv elementlərinin odadavamlı örtüyü və ya onların üzərinə çəkilmiş suvaqın müdafiə qatı yaxşı istismar vəziyyətində saxlanılmalıdır.
2.2.2. Pilləkən qəfəslərində quraşdırılmış elektrik şitləri etibarlı açarlar ilə bağlanmalıdır.
2.2.3. Binaların çardaqları daima təmiz olmalıdır. Texniki mərtəbələrin və çardaqların pəncələri şüşələnməli, daima bağlı saxlanılmalıdır.
2.2.4. Çardaqların, texniki mərtəbələrin, zirzəmilərin, yanğına qarşı divarların və havadəyişmə kameralarının qapıları daima bağlı vəziyyətdə saxlanmalıdır. Çardaq otağının qapısının açarı yuxarı mərtəbələrdə yaxın otaqların birində saxlanılmalıdır.
2.2.5. Binaların çardağlarında yanar materialların və əşyaların saxlanılması qəti qadağandır.
2.2.6. Binalaların zirzəmiləri daima bağlı saxlanılaraq, açarlar nəzarət otağında və yaxud komendantda olmalıdır. Zirzəmilərin və texniki mərtəbələrin girişində, onların plan sxemləri asılmalıdır.
2.2.7. Yaşayış evlərində. mehmanxanalarda. yataqxanalarda və inzibati binalarda qadağandır:
2.2.7.1. Tez alışan və yanğın təhlükəli materiallar olan anbarların, mağazaların, emalatxanaların, yerləşdirilməsi;
2.2.7.2. Pilləkən qəfəslərində və dəhlizlərdə anbarların quraşdırılması eləcədə pilləkən meydançalarında hər hansı bir əşyaların saxlanması;
Qeyd; pilləkən qəfəslərində və birinci mərtəbələrində yalnız mərkəzi qızdırma, su ölçən qurğuların və yanmayan ara kəsmə ilə bağlanmış elektrik qutularının idarə etmə məntəqələrinin yerləşdirilməsinə İcazə verilir.
2.2.7.3. Pilləkən qəfəslərinin özübağlanan qapılarının bağlanma qurğularının çıxarılması;
2.2.7.4. Pilləkən qəfəslərində, dəhlizlərdə layihə ilə nəzərdə tutulmuş yanğına qarşı qapıların, çıxarılması eləcədə yanğına və tüstüyə qarşı arakəsmələrin sökülməsi;
2.2.7.5. Açıq alovdan istifadə etməklə istilik, su və kanalizasiya borularının qızdırılması; -Boruların qızdırılması yalnız buxar, isti su və qum ilə yaxud digər yanğına təhlükəsiz üsulla aparılmalıdır.
2.2.7.6. Zirzəmilərdə, dəhlizlərdə pilləkən qəfəslərində, çardaqlarda və eyvanlarda tez alışan və yanan mayelərin saxlanılması;
2.2.7.7. Qabaqcadan iş sahəsini yanar əşyalardan təmizləmədən və bu sahəni ilk yanğınsöndürmə vasitələri ilə təmin etmədən elektrik, qaz qaynaq işlərinin aparılması; Elektrik, qaz qaynaq işləri, bina və otaqların istismarına cavabdeh şəxsin icazəsi əsasında aparılmalıdır. Qaynaq işlərinin sonunda iş aparılan sahə mütləq yoxlanılmalıdır.
2.2.7.8. Yanar materiallar saxlanılan yerlərdə və çardaqlarda, zirzəmilərdə siqaret çəkmək eləcədə açıq alovdan istifadə edilməsi;
2.2.7.9. Giriş yolları ümumi təyinatlı pilləkən qəfəslərindən ayrılmayan emalatxanaların, yanar materiallar anbarlarının və təsərrüfat otaqlarının zirzəmi və kürsü mərtəbələrində yerləşdirilməsi;
2.2.7.10. Yataqxanaların, mehmanxanaların və inzibati binaların pəncərələrində dəmir barmaqlıqların quraşdırılması;
2.2.7.11. Texniki mərtəbələrin, texniki zirzəmilərin, havadəyişmə kameralarının təyinatı üzrə istifadə edilməməsi və onlarda yanar materialların saxlanılması;
2.2.7.12. Döşəmələrin və paltarların yuyulmasında tez alışan mayelərdən istifadə olunması;
2.2.7.13. Mənzilləri, mehmanxana və yataqxana otaqlarını, eləcə də inzibati binaları tərk edərkən televizor, maqnitafon və digər məişət elektrik qurğularının cərəyan altında saxlanılması;
2.2.7.14. Emalatxanalarda, yeni telefon qovşağında, laboratoriya və rotator otaqlarında sürtkü materiallarının səpələnməsi və yığışdırılmaması;
2.2.7.15. Yaşayış sahələrini qeyri-yaşayış sahələrdən ayıran yanğına qarşı arakəsmələrdə (divarlarda) mühafizə olunmayan açıq oyuqların quraşdırılması;
2.2.8. İnzibati binalarda yerləşən arxivlərdə, kitabxanalarda, emalatxanalarda və digər köməkçi otaqlarda divarlarına, eləcə də tavanların üzərinə, ilkin olaraq odadavamlı məhlulla emal edilməmiş dekorativ örtüklərin çəkilməsi.
2.3. Elektrik qurğuları. şəbəkələr və işıqlandırıcılar:
23.1. Yaşayış evlərinin, həyətyanı tikililərin, yataqxana və mehmanxanaların eləcədə inzibati binaların elektrik qurğuları, şəbəkələri və işıqlandırıcıları mövcud tələblərə tam cavab verməlidir;
2.3.2. Mühəndis-texniki xidməti növü olmayan yataqxana, mehmanxana və inzibati binaların rəhbərləri, istismar etdikləri elektrik qurğu və şəbəkələrə texniki qulluq göstərilməsini müqavilə yolu ilə xüsusiləşdirilmiş təşkilatlar tərəfindən həyata keçirilməsini təmin etməlidirlər.
2.3.3. Elektrik qurğularının və şəbəkələrinin istismarına cavabdeh şəxslər borcludurlar;
2.3.3.1. Elektrik avadanlıqlarına, müdafiə aparatlarına və elektrik şəbəkələrinə vaxtı-vaxtında profilaktiki baxışların, eləcədə planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntularının aradan qaldırılmasına;
2.3.3.2. Qısa qapanmadan, artıq yüklənmələrdən, artıq daxili və atmosfer gərginliklərindən və s. pozuntulardan mühafizə aparatlarının texniki baxımdan saz olmasına müntəzəm olaraq nəzarət edilməsinə;
2.3.3.3. Elektrik qurğularının istismarı zamanı yanğın təhlükəsizliyinin təmin edilməsinə dair suallar üzrə təlimatların və təlimlərin keçirilməsi sistemini təşkil etmək.
2.3.4. Növbətçi heyət (elektrik ustası) elektrik qurğularına və şəbəkələrinə baxış keçirməli, yanğına səbəb ola bilən pozuntuları dərhal aradan qaldırmalıdırlar. Baxışın nəticələri və aşkar edilən pozuntular xüsusi jurnalda qeydə alınmalıdır.
2.3.5. Bütün elektrik qurğuları qısa qapanmalardan və yanğın törədə bilən digər qeyri nominal vəziyyətlərdən müdafiə olunmalıdır.
2.3.6. Yanğın təhlükəsi törədən keçirici müqavimətin əmələ gəlməməsi üçün, kabel naqillərin birləşmə sahələri və sonluqlar xüsusi sıxaclarla və ya qaynaq edilməsi yolu ilə bərkidilməlidirlər.
2.3.7. Müvəqqəti elektrik şəbəkələrinin qurulması və istismarı qadağandır. İstisna hallarda tikinti təmir və qəza işləri aparılan sahələrdə müvəqqəti elektrik şəbəkəsindən istifadə etmək olar.
2.3.8. Elektrik qızdırıcı qurğuların, stolüstü işıqlandırıcıların, radio-televizor cihazların, soyuducuların və s. cihazların şəbəkəyə qoşulması üçün yalnız zavod şəraitində hazırlanmış ştepsel birləşdiricidən istifadə edilməsinə icazə verilir.
2.3.9. Yanar materiallar saxlanılan anbarlarda elektrik işıqlandırıcıları yanmayan mühafizə örtükləri ilə təchiz edilməlidir.
2.3.10. Elektrik şəbəkələrinin və qurğularının istismarı zamanı qadağandır;
2.3.10.1. Üst örtüyü zədələnmiş elektrik naqilindən istifadə edilməsi;
2.3.10.2. Elektrik şəbəkələrinin qorunması üçün nəzərdə tutulmuş avtomat qoruyucular əvəzinə dövlət standartına uyğun olmayan qoruyuculardan (burulmuş məftil və s.) istifadə edilməsi;
2.3.10.3. Elektrik naqillərinin, işıqlandırıcıların kəndir ilə bərkidilməsi, lampa qalpağların və çilçıraqların elektrik naqilindən asılması;
2.3.10.4. Mehmanxana nömrələrində və inzibati binaların otaqlarında müxtəlif elektrik qızdırıcı cihazların (su qaynadan, elektrik ütüləri və s.) istifadəsi;
Qeyd; Paltarın ütülənməsi, su və qidanın qızdırılması üçün rəhbərlik tərəfindən xüsusi otaqlar ayrılmalıdır.
2.3.11. Surğucun qızdırılması üçün, əvvəlcədən uyğunlaşdırılmış yerlərdə xüsusi qızdırıcı qurğudan istifadə etmək lazımdır.
2.3.12. Bina və otaqların köçümə (təxliyyə) yollarının işıqlandırıcıları işlək vəziyyətdə olmalıdır.
2.3.13. Ağ neft lampaları və fənərlər tavana etibarlı bərkidilərək metal qoruyucu örtüklərlə təchiz edilməlidir. Lampa və fənərin tavan ilə ara məsafəsi 70 sm, divar ilə isə 20 sm olmalıdır.
2.3.14. Yaşayış evlərinin və inzibati binaların ümumi təyinatlı işıqlandırıcıları vaxtı-vaxtında yoxlanaraq ildə 2 dəfədən az olmayaraq təmizlənməlidir.
2.4. İsitmə və hava dəyişmə:
2.4.1. Mənzil-istismar sahələrinin, mehmanxana və yataqxanaların eləcədə inzibati binaların mühəndis-texniki əməkdaşları borcludurlar:
- qızdırıcı sistemlərin, hava dəyişmə qurğularının, sobaların və digər qızdırıcı qurğuların təhlükəsiz istismarını eləcədə yanğın törədə bilən pozuntuların aradan qaldırılmasını təmin etmək.
2.4.2. Sanitar qovşağının texnikləri, qızdırıcı sistemlərə eləcədə hava dəyişmə qurğularına xidmət göstərərkən borcludurlar:
2.4.2.1. Vaxtı-vaxtında onlara baxış keçirməli və aşkar edilmiş nöqsanları aradan qaldırmaq;
2.4.2.2. Sakinləri, qızdırıcı cihazlardan təhlükəsiz istismar edilməsi barədə təlimatlandırmaq;
2.4.2.3. Rəhbərliyin yazılı icazəsi olmadan qaynaq işləri aparmaq.
2.4.3. Qış mövsümü başlanmazdan əvvəl bütün sobalara baxış keçirilməli və təmir işləri aparılmalı, nasaz sobaları və tüstü boruları istismara buraxılmamalıdır.
2.4.4. Sobaların qaz yanacağı ilə təhciz edilməsi mövcud “Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarına” uyğun aparılmalıdır.
2.4.5. Tüstü boruları dam örtüyünün xarici səhtindən 70sm hündürlükdə olmalıdır.
2.4.6. Sobalar və tüstü borularında çatlar olmamalıdır.
2.4.7. Adi odun sobalarının qızdırılması üçün daş kömürdən istifadə edərkən ocaqçı, gecəriyən və odadavamlı kərpicdən istifadə etməlidir.
2.4.8. Tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir.
2.4.9. Hər sobanın qarşısında döşəmə üzərinə ölçüsü 70x50 sm olan yanar və yaxud çətin alışan metal təbəqə vurulmalıdır.
2.4.10. Mehmanxanalarda, yataqxanalarda və inzibati binalarda sobaların qalanması, ayrılmış şəxslər tərəfindən yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə, aparılmalıdır.
2.4.11. Qazanxanada kondisioner və havadəyişmə sisteminin idarəetmə otaqlarında, mövcud qurğuların texnoloji sxemləri, eləcə də yanğın baş verən zaman xidməti heyətin hərəkəti haqqında təlimatlar olmalıdır.
2.4.12. Qızdırıcı cihazların və tüstü xaric edən boruların vaxtı-vaxtında tozdan, eləcə də yanar materiallardan təmizlənilməsi təşkil edilməlidir.
2.4.13. Bərk yanacaq ilə işləyən qazanxanaların boruları qığılcım söndürənlə təchiz edilərək, yarım ildə bir dəfədən az olmayaraq təmizlənilməlidir.
2.4.14. Yay mövsümündə, güclü külək əsən zaman, bərk yanacaq ilə işləyən sobaların, mətbəx ocaqlarının və qazanxana qurğularının istismarı müvəqqəti dayandırılmalıdır.
2.4.15. Qazanxana və havadəyişmə qurğuları otaqlarında qadağandır:
2.4.15.1. Odluqlardan (forsunkalardan) və boruların birləşmə yerlərindən maye yanacağın sızmasına yol verilməsi;
2.4.15.2. Qaz odluqlarına (forsunkalarına) sönmüş halda yanacağın verilməsi;
2.4.15.3. Qızdırma rejiminə nəzarət edən avtomatik qurğuların nasaz olduğu halda işləməsi;
2.4.15.4. Hava ilə ilkin olaraq üflənməmiş qazanxana qurğularının yandırılması;
2.4.16. Qızdırıcı cihazların və boruların üzərinə sürtgü yağına bulaşmış parçaların və yanar materialların yığılmasına icazə verilmir.
2.4.17. Ocaqdan çıxardılmış kül və şlak su ilə isladılaraq onlar üçün ayrılmış xüsusi, təhlükəsiz yerə aparılmalıdır.
2.4.18. Kaloriferdə qızmış isti hava nəql edən kanallarda yarıq, dəlik olmamalıdır.
2.4.19. Kaloriferin işlədiyi zaman onun elektrik hava vurucu və qızdırıcı elementlərinə daima nəzarət edilməsi təşkil olunmalıdır.
2.4.20. Nasaz qaz cihazlarının istismar edilməsi, qaz boru və cihazlarının açarlarının açıq saxlanılması, mətbəx və digər yanar əşyalarını qaz cihazlarına yaxın 20 sm məsafədə quraşdırılması qadağandır.
2.4.21. Otaqda qaz iyi hiss etdikdə dərhal qazın verilməsi dayandırılmalı, otağın havası dəyişdirilməli və dərhal qəza-təmir xidmətinə xəbər verilməlidir.
Nasazlığı aradan qaldırana qədər otaqda kibritin açıq alovun istifadəsi, siqaret çəkilməsi, eləcə də elektrik cihazlarının istismarı qadağandır.
2.4.22. Havadəyişmə sistemlərinin istismarı zamanı qadağandır:
2.4.22.1. Havadəyişmə kanallarından tüstü bacası kimi istifadə etmək, qaz qızdırıcı qurğularını onlara qoşmaq, havadəyişmə kameralarında kənar əşyalar saxlamaq;
2.4.22.2. Alovun qarşısını alan qurğuları şəbəkədən ayırmaq və ya ləğv etmək;
2.4.22.3. Havadəyişmə kanallarında yığılan kondensatı, yanar maddələri və yağ hopmalarını yandırmaq;
2.4.22.4. Sorucu kanalları, deşikləri və barmaqlıqları bağlamaq;
2.4.22.5. Havadəyişmə kameralarının qapılarını açıq vəziyyətdə saxlamaq.
2.4.23. İsitmə və məişət qızdırıcı cihazlarının istismarı zamanı qadağandır:
2.4.23.1. Çatları olan, qapağı bağlanmayan, taxta konstruktiv elementlərdən, arakəsmələrdən ara məsafəsi az olan sobalardan istifadə etmək;
2.4.23.2. Sobaların yandırılmasında benzin, ağ neft və digər tezalışan mayelərdən istifadə etmək;
2.4.23.3. Həddindən artıq sobanın qızmasına, eləcə də onun yaxınlığında odunun, pal-paltarın və digər yanar materialların qurudulmasına yol vermək;
2.4.23.4. Sobaların nəzərdə tutulmayan yanacaq ilə yandırmaq;
2.4.23.5. Yanar vəziyyətdə olan sobaları, ağ neftlə işlədilən cihazları nəzarətsiz qoymaq və həmən cihazların istismarına nəzarət olunmasını az yaşlı uşaqlara həvalə etmək;
2.4.23.6. Ümumi təyinatlı dəhlizlərdə, pilləkən qəfəslərinin meydançalarında və digər yardımçı otaqlarda qaz cihazlarından, primus və digər məişət elektrik cihazlarından istifadə etmək;
2.4.23.7. Ağ neftlə işlədilən cihazları benzin ilə doldurmaq, bundan əlavə bu cihazların doldurulması zamanı açıq alovdan istifadə etmək;
2.4.23.8. Kütləvi tədbirlər keçirilən vaxt otaqlarda soba yandırmaq;
2.4.23.9. Tüstü yolu kimi, keramik, azbestsement və metal borulardan, həmçinin gildən hazırlanmış borulardan istifadə etmək. Tüstü borusu və kanalı üçün yalnız yandırılmış yaxud odadavamlı kərpicdən istifadə etmək lazımdır.
2.4.24. Müəssisələrin inzibati binalarında, yataqxanalarda və mehmanxanalarda müvəqqəti sobaların quraşdırılmasına icazə verilmir.İstisna hallarında yaşayış otaqlarında daimi isitmə qurğularının quraşdırılması mümkün olmadıqda, müəyyən edilmiş şərtlərə sözsüz əməl olunmaqla Dövlət Yanğın Nəzarəti orqanı ilə razılaşdırılmış qaydada müvəqqəti olaraq sənaye istehsalı olan sobaların quraşdırılmasına icazə verilir.
2.4.25. Od saxlayan qurğular (qapaqlar), hava dəyişmə sistemləri, yanğına qarşı arakəsmələr dövrü olaraq yoxlanılmalı və daima işlək vəziyyətdə saxlanmalıdır.
2.4.26. Maye yanacaqla işləyən sobaların istismarı zamanı yanacaq çəni daima bağlı vəziyyətdə olmalıdır.
2.4.27. Sobanın yandırılması üçün maye yanacaq, ancaq, metal yanacaq kəməri vasitəsi ilə verilməlidir. Yanacaq kəmərinin, birləşmə yerləri etibarlı kipliklərlə təmin olunmalı, armatur və siyirtmədən sızmanın qarşısı alınmaqla daima işlək vəziyyətdə saxlanmalıdır.
2.4.28. Maye yanacaqla işləyən sobaların istismarında qadağan olunur:
2.4.28.1. Tüstü bacasının nasazlığı ilə, birləşmənin qeyri-möhkəmliyi olan armatur və siyirtmə ilə, (ventil) yanacaq kəmərinin kipliyinin pozulması ilə sobanı işlətmək;
2.4.28.2. Sönmüş odluğa (farsunka) yanacaq verilməsində, yanacaq kəməri kimi rezin birləşdiricilərdən və rezin şlanqlardan istifadə etmək;
2.4.28.3. İşləyən sobanı nəzarətsiz qoymaq və ya az yaşlı uşaqlara həvalə etmək.
2.4.29. Maye yanacaqla işləyən müvəqqəti soba quraşdırılması qadağan olunur.
2.4.30. Yanacaq çəninin qarışıq kamerasını, odluğu (farsunka) ayda bir dəfə hisdən, çirkdən yuyub mütləq təmizləmək lazımdır.
2.4.31. Mehmanxana, yataqxana və inzibati binalarının mətbəx otaqlarında sorucu çətirləri, mətbəx qurğularının boru kəmərlərinin çölə açılan bacaları, ventilyatorun qanadlarını və gövdəsini vaxtaşırı təmizləməli, onların çirklənməsinin qarşısı alınmalıdır.
2.5. Yüksək mərtəbəli binalar, evlər, yataqxanalar və mehmanxanalar:
2.5.1. Tüstüdən müdafiə sistemi, yanğın avtomatika qurğuları, qəza işıqlandırıcıları, yanğına qarşı daxili su kəməri, qəza lifti müntəzəm yoxlanmalı və işlək vəziyyətdə saxlanılmalıdır. İnzabati binalarda və mehmanxana komplekslərinin dispetçer məntəqələrində olan yanğına qarşı müdafiə cihazları və idarə etmə qurğuları xidmətə başlayan növbətçi heyət tərəfindən daima işlək vəziyyətdə saxlanılmalı və hər növbə vaxtı yoxlanmalıdır.
2.5.2. Yataqxanaların, mehmanxanaların, inzibati müəssisə binalarının, yüksək mərtəbəli binaların yanğına qarşı su təchizatı və tüstüyə qarşı müdafiə sistemləri, otaqlarda və köçürmə yollarında quraşdırılan avtomatik yanğın xəbərverici siqnalizasiya sistemlərinə qoşulmalı və daima işlək vəziyyətdə saxlanılmalıdır.
2.5.3. Yanğın vaxtı işə salınan xüsusi ventilyatorlarının, siqnalizasiya cihazlarının, yanğına qarşı sistemlərinin işə salma qurğularının təyinatı və işlətmə qaydası lövhəyə yazılıb asılmalıdır.
2.5.4. Avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğularına, tüstüyə qarşı müdafiə sisteminə, yanğına qarşı daxili su şəbəkələrinin nasos stansiyasına texniki xidmət ixtisaslı mütəxəssis tərəfindən həyata keçirilməlidir.
2.5.5. Təbii işıqlandırıcısı olmayan köçürmə yolları daima elektrik işığı ilə işıqlandırılmalıdır.
2.5.6. Tüstüyə qarşı müdafiə sisteminə açılan qapı saz, özübağlanan qurğu və kipləşdirici ara qatla təmin olunmalıdır.
2.5.7. Yüksək mərtəbəli yaşayış binalarının, avtomatik yanğına qarşı müdafiə vasitələri və qurğuları, mənzil kommunal təsərrüfatının vahid dispetçer xidməti sisteminə qoşulmalıdır və aşağıdakıları təmin etməlidir:
2.5.7.1. Yanğına qarşı müdafiə sisteminin texniki sazlığı haqqında məlumat (hava vuran, tüstü soran və yanğınsöndürən);
2.5.7.2. Yanğın zamanı bu sistemlərin işə düşməsi barədə məlumat;
- birləşmiş dispetçer sisteminin olmadığı halda həmçinin böyük mehmanxana kompleksində yanğın baş verməsi siqnalı və yanğına qarşı müdafiə sisteminin işə qoşulması barədə yerli dispetçer məntəqəsinə məlumat verilməlidir. Yanğın haqqında məlumat (siqnal) alan dispetçer gecikmədən, şəhər və müəssisə yanğın təhlükəsizliyi xidmətinə xəbər verməlidir. Dispetçerin sonrakı hərəkəti konkret vəziyyətdən və ya onun üçün hazırlanmış təlimatla müəyyən edilir.
2.5.8. Göstərilən binalarda quraşdırılmış tüstüyə qarşı müdafiə sistemi, avtomatik yanğın söndürmə qurğuları və yanğına qarşı daxili su kəməri sistemləri, dövrü olaraq möhkəmliyi, sazlığı və bu sistemlərin avtomatik olaraq qoşulması funksiyası yoxlanmalıdır. Qəza və köçürmə işıqlandırıcıları ehtiyat elektrik enerji qidalandırıcıları ilə yoxlanmalıdır.
2.5.9. Daxili yanğına qarşı su şəbəkəsinin və tüstüyə qarşı müdafiə sisteminin istismarı, bu sistemə xidmət göstərilməsi üçün xüsusi qrup yaradan və ya müqavilə əsasında sistemə texniki qulluq göstərilməsi üçün xüsusi təşkilatları cəlb edən mənzil istismarı təşkilatlarına həvalə olunur.
2.5.10. Tüstüyə qarşı avtomatik müdafiə sisteminə texniki xidmət göstərən təşkilat borcludur: Sistemə sınaq-nəzarət yoxlanılmasını həyata keçirməklə texniki xidmət sahəsində görülən işləri xüsusi jurnalda qeyd etməklə cari və əsaslı təmir işlərini həyata keçirir.
2.5.11. Tüstüyə qarşı müdafiə sisteminə texniki xidmət göstərən ixtisaslaşdırılmiş qabaqcıl təşkilat, sistemin saxlanılmasına cavabdehlik daşıyan mənzil istismar təşkilatının hesabında qalır və sistemin düzgün istismar edilməsinə nəzarəti həyata keçirir.
2.5.12. Tüstüyə qarşı müdafiə sistemi ilə təchiz olunmuş binalarda hava verilməsi üçün nəzərdə tutulan lift şaxtasında yanğın zamanı, sərnişin lifti aşağı mərtəbəyə endirilir və orada saxlanılır.
2.5.13. Yanğına qarşı müdafiə sisteminin işlək vəziyyətdə olması dövrü olaraq yoxlanmalıdır. Həftəlik yoxlama zamanı əl ilə işə salma düyməsi qısa müddətli (3-5 dəq) işə qoşulur, yanğın siqnalizasiya qurğusu, tüstü klapanının açılması, sorucu və vurucu ventilyatorun işə düşməsinə diqqət yetirilir. Cari aylıq təmir zamanı, elektrik qidalandırıcı xəttlərinin şəbəkəsi və lövhəsi, aparatların qoşulma sazlıgı, mərtəbələrin tüstü klapanlarının və ventilyator qapaqlarının elektrik ötürücülərinin işlək vəziyyətdə olması, yanğına qarşı su kəməri sistemlərini, yanğın nasoslarının qoşma aparatlarını, mərtəbə şkaflarında olan yanğın inventarlarını ( kran, yanğın şlanqı, lülə və s,) yoxlamalı, həmçinin yanğına qarşı su təchizatı sisteminin işə salınmasın və dayandırılması üçün sınaq yoxlaması keçirməlidir.
Bütün görülən işlər işçi jurnalında qeydiyyata alınır.
2.5.14. Müəssisə rəhbəri tüstüyə qarşı müdafiə sisteminə xidmət etmək üçün cavabdeh şəxs təyin etməlidir. həmin şəxs aşağıdakıları yerinə yetirməlidir;
2.5.14.1. İcra mexanizminin qapaqlarının, havadəyişmə sisteminin barmaqlıqlarının və s, təmizliyinə nəzarət etmək;
2.5.14.2. Elektrik aparatlarının, havavurucuların, nasazlıqlarını aradan qaldırmaq;
2.5.14.3. Aparatların işlək vəziyyətdə olmasını təmin etmək.
2.5.14.4. Nasazlıqlar yarandıqda onların aradan qaldırılması üçün təcili tədbirlər görmək;
2.5.15. Mehmanxana və yataqxanaların bütün otaqlarında görünən yerlərdə aşağıda qeyd edilənlər asılmalıdır:
2.5.15.1. Otağın yerləşmiş olduğu müvafiq mərtəbənin ayrıca köçürülməsi üçün, yanğın siqnalizasiya sisteminin və ilkin yanğın söndürmə vasitələrinin yerləşdirildiyi yerin, köçürmə çıxışlarının və onlara gedən yolların izahedici mətnlə göstərilən sxemli planı;
2.5.15.2. Mehmanxana və yataqxanada yaşayan şəxslər tərəfindən riayət olunması məcburi sayılan Yanğın Təhlükəsizliyi Qaydaları haqqında qısa yaddaş kitabçası - (qoşmaN3);
2.5.15.3. Yanğın baş verdiyi halda insanların hərəkəti haqqında yaddaş kitabçası (qoşmaN4);
2.5.16. Əcnəbi turistlər üçün nəzərdə tutulan mehmanxanalarda, yanğın təhlükəsizliyi qaydaları və yanğın vaxtı insanların hərəkəti haqqında yaddaş, həmçinin yanğın haqqında radio verlişlərinin mətni fransız, alman və ingilis dilində hazırlanmalıdır.
2.5.17. Yerlərin sayı əlli nəfərdən artıq olan mehmanxanalarda və yataqxanalarda səs gücləndirici qurğular quraşdırılmalıdır, insanların yanğın vaxtı köçürülmə qaydalarını xəbərdar etmək üçün radio verlişləri şəbəkəsindən, dispetçer rabitəsindən, elektrik zəngindən istifadə oluna bilər.
2.5.18. Siqaret çəkilməsinə icazə verilən yerlərdə müvafiq işarələr asılmalıdır. Belə yerlərdə su ilə təchiz olunan yanmayan materialdan olan külqabı qoyulmalıdır. Külqabı özü bağlanan qapaqla təchiz olunmalıdır.
2.5.20. Yüksək mərtəbəli binalarda. mehmanxanalarda? və yataqxanalarda qadağan olunur:
2.5.20.1. Köçürmə qapısının qarşısına mebel və ya başqa əşyaları yığmaq, eyvandakı bacaları (lüklərı) köçürmə pilləkənlərini və çıxışları tamam bağlamaq;
2.5.20.2. Tüstüləməyən pilləkan qəfəslərində şüşəbənd və ya jalüz düzəltmək;
2.5.20.3. Köçürmə yolunda hərəkətedən və fırlanan qapıların quraşdırılması;
2.5.20.4. Yeni tikilmiş binalarda yanğına qarşı müdafiə sisteminin işlək vəziyyətə gətirilənə qədər insanların ora yerləşdirilməsi;
2.5.20.5. Asan alışan mayelərdən istifadə edərək mebel təmizlənməsi, təmir və bərpa olunması işləri aparmaq; (Bu məqsədlə ancaq yanğın təhlükəsiz yuyucu məhlullar və preparatlardan istifadə olunmalıdır.)
2.5.20.6. Mənzillərin eyvanlarında və lojalarında şkaf, mebel, yanar sürtgü materiallarının saxlanması, eyvan lojalarında şüşəbənd düzəldilməsi;
2.5.20.7. Mehmanxana və yataqxanaların yaşayış mərtəbələrində anbar otaqları və müxtəlif növ emalatxanalar quraşdırılması, yanar materialları və kimyəvi-məişət məhsullarının sanitar-texniki keçidlərdə saxlanması;
2.5.20.8. Mənzillərdə tez alışan və yanar mayelərin saxlanması.
2.6. Kütləvi tədbirlərin keçirilməsi üçün konfrans zalları və digər otaqlar:
2.6.1. Tamaşa, nümayiş, mühazirə, konfrans və qonaq zallarının, klubların, restoranların, kafelərin, yeməkxanaların tutumu, insanların hesablama sayına uyğun gəlməlidir. Klubların tamaşa zalında, nümayiş zalında, konfrans zalında, onlara bərabər tutulan otaqlarda tikinti norma və qaydalarına (TN və Q) uyğun olaraq hər bir tamaşaçıya 0,7 kv.m. yer nəzərdə tutulur.
2.6.2. Kütləvi insan toplaşan yerlərin (restoranlar, klublar, mühazirə zalları və. s.) binanın aşağı mərtəbəsində yerləşdirilməsi tövsiyyə olunur.
2.6.3. Kütləvi insan toplaşan yerlər normativə uyğun sayda köçürmə çıxışları ilə təmin olunmalı və saz vəziyyətdə saxlanmalıdır.
2.6.4. Mehmanxana kompleksinin bar və restoranlarında, diskoteka otaqlarında, sintetik yanar materiallardan dekorasiya və digər təyinatlar üçün istifadə edilməsi qadağan olunur.
2.6.5. Zirzəmi və kürsülü mərtəbələrdə yerləşdirilmiş bar otağının bəzədilməsi yanmayan materiallardan təşkil olunmalıdır. Zirzəmi və kürsü mərtəbəli otaqlardan diskoteka və digər mədəni tamaşa, əyləncə tədbirlərinin keçirilməsi üçün istifadə olunması qadağan olunur.
2.6.6. Tamaşa, konsert, gecə şənlikləri, yeni il bayramları və digər kütləvi tədbirlərin, ən azı 2(iki) köçürmə çıxışı və işıqlandırıcı göstəricilərlə təchiz olunmuş otaqlarda keçirilməsinə icazə verilir.
2.6.7. Çölə bir çıxış qapısı olan inzibati müəssisə və yataqxanalarda iclasların, mühazirələrin keçirilməsinə bu şərtlə icazə verilir ki, həmin otaqda iştirak edənlərin sayı 50 nəfərdən çox olmasın. Taxta materialdan tikilmiş binalarda kütləvi tədbirlərin keçirilməsinə ancaq 2 (ikinci) mərtəbədən yuxarıda yerləşməyən otaqlarda icazə verilir.
2.6.8. Kütləvi insan toplaşan otaqlarda xalça və ayaq altlıqları döşəməyə bərkidilməlidir. Belə otaqların köçürmə yollarında yanar və yandıqda zəhərli tüstü ayrılan müxtəlif materiallar, xalça və yanğının yayılmasını tezləşdirən digər döşəmə örtüklərindən istifadə edilməsı qadağan edilir.
2.6.9. Kino qurğuları üçün yanğın təhlükəsizliyi qaydalarının tələbləri kinofilm nümayiş etdirilən mühazirə zallarında, təşviqat məntəqələrində və köməkçi otaqlarda yerinə yetirilməlidir. Kinofilmlərin zirzəmi otaqlarında nümayiş edilməsinə icazə verilmir.
2.6.10. Kütləvi tədbirlər keçirilən zaman ictimaiyyətdən yaxud xidmətçi heyətdən, cavabdeh növbətçi təyin edilir və yanğın təhlükəsizlik qaydaları ilə təlimatlandırılır.
2.6.11. Kütləvi tədbirlər zamanı klublarda və onlara bərabər tutulan otaqlarda siqaret çəkmək, zalın keçidlərinə stul qoymaq, köçürmə çıxış qapılarını qıfılla bağlamaq, otağın pəncərəsini pəncərə qapağı ilə bağlamaq, otağa təyin olunmuş normadan artıq adam buraxmaq pəncərəyə metal barmaqlıqlar quraşdırılması qadağan edilir.
2.6.12. Kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulan otaqlarda bayramların, konsertlərin, kinoseansların, yeni il şənliklərinin keçirildiyi zaman yanğın təhlükəsizliyinə riayət olunmasına cavabdeh şəxs mənzil istismar təşkilatının rəhbəri və yaxud digər vəzifəli şəxslər sayılır. İnzibati binanın istismarına cavabdeh olan şəxsin icazəsi olmadan kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir.
2.6.13. Kütləvi tədbirlərin keçirilməsi həvalə edilmiş şəxslər, tədbir başlanmazdan əvvəl otağı diqqətlə yoxlamalı və onun yanğına qarşı təhlükəsizliyinin tam təmin olunmasına əmin olmalıdırlar.
2.6.14. Yeni il bayramları keçirildiyi zaman aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır,
2.6.14.1. Şam ağacı möhkəm özül üzərində elə quraşdırılmalıdır ki, budaqları divara, tavana toxunmasın;
2.6.14.2. Otaqlarda elektrik işıqlanması olmadıqda yeni il şənlikləri ilə əlaqədar tədbirlər yalnız gündüz vaxtı keçirilməlidir.
2.6.14.3. Yeni il şənliyi keçirilərkən şamlardan atəşfəşanlardan istifadə etmək, şam ağacının selüloid oyuncaqlarla, odadavamlı məhlulla hopdurulmamış pambıqla bəzədilməsi qadağandır.
2.6.15. Yeni ilin şam ağacı (yolka), elektrik qurğularının quraşdırılması qaydalarına riayət olunmaqla işıqlandırılmalıdır. İşıqlandırılma şəbəkəsinin elektrik cərəyanından istifadə edərkən, alçaldıcı transformatorların vasitəsi ilə 12V-luq gərginlikli lampalardan istifadə olunmalı; elektrik naqilləri, işıqlandırma lampaları saz olmalı və etibarlı izolə olunmalıdır. İşıqlandırmada nasazlıq hiss olunduqda (naqillər qızdıqda, lampalar yanıb söndükdə, qığılcım olduqda) təcili onu elektrik şəbəkəsindən ayırmaq lazımdır.
2.6.16. Yaşayış mənzillərində yeni şam ağacı,soba və başqa qızdırıcı cihazlardan təhlükəsiz məsafədə möhkəm özül üzərində, bəzək işıqlarının quraşdırılmasında ehtiyat təhlükəsizlik tədbirlərinə riayət etməklə quraşdırılmalıdır.
2.6.17. Yeni ilin şam ağacının yanında, çıraqbanların yandığı zaman yaşlıların nəzarəti olmadan az yaşlı uşaqlan saxlamaq olmaz.
2.7. Hərəkət edən yaşayış vaqon-evlərin müvəqqəti istifadəsi:
2.7.1. Müvəqqəti istifadə olunan yaşayış vaqon evlərinin, vaqon şəhərciyinin yanğın təhlükəsizliyinə cavabdehliyi aidiyyatı üzrə obyekt rəhbərliyi daşıyır.
2.7.2. Hər vaqon evcik üzrə müdüriyyət tərəfindən, bu vaqonlarda yaşayanlardan yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin olunmalı və görünən yerdən onların adı, soyadı yazılmış lövhə asılmalıdır.
2.7.3. Vaqon evciklərin yerləşdirilməsi yerli Dövlət Yanğın Nəzarəti Orqanı ilə razılaşdırmalıdır.
2.7.4. Vaqon evciklərin yerləşdiyi ərazidə yanğını söndürmək üçün mütləq su ehtiyatı olmalıdır.
2.7.5. Vaqon evciklərindən ibarət müvəqqəti qəsəbədə əvvəlcədən yanğının söndürülməsində kömək çağırışı qaydası müəyyən olunmalıdır (telefon yaxud radio rabitə çapar).
2.7.6. Müvəqqəti istifadə edilən vaqon evləri bir-birinə cüt-cüt, köndələn şəkildə quraşdırılmalıdır. Vaqon evlərin çıxışları bir-birinin əksinə olmalıdır.
2.7.7. Müvəqqəti vaqon evlərin hər qrupunda 10(on) vaqon evcik olmalıdır. Hər qrup vaqon evlərin arasında ən azı 18m yanğına qarşı zolaq olmalıdır yaxud onlar arasında yanğına qarşı divar inşa olunmalıdır.
2.7.8. İnzibati, məişət xidməti üçün istifadə olunan hərəkət edən vaqonlar (mağaza, anbar, yeməkxana, məktəb və s.) ayrıca yaşayış vaqonlarından ən azı 24 m məsafədə quraşdırılır.
2.7.9. Hər vaqon evcik ilk yanğınsöndürmə vasitələri ilə və orada yaşayanlar isə yanğın təhlükəsizliyi tədbirlərinə dair “yaddaş” kitabçası ilə təmin olunmalıdır.
2.7.10. Müvəqqəti istifadə olunan vaqon evlərinin yerləşdiyi ərazidə yanğın zolağlarının, keçidlərin tutulması və müəssisələr arası komissiyanın icazəsi olmadan hər hansı tikintinin aparılması qadağan olunur.
2.7.11. Müvəqqəti istifadə olunan yaşayış vaqon evlərində qadağan olunur:
2.7.11.1.Pəncərələrdə metal barmaqlıq quraşdırması;
2.7.11.2. Köçürmə (təxliyyə) yolunun tutulması yanan material saxlamaq üçün anbar quraşdırılması;
2.7.11.3. Açıq oddan istifadə olunması;
2.7.11.4. Sobanı tez alışan və yanan maye ilə yandırmaq, geyim formasını və başqa yanan materialı sobanın üstündə və qarşısında qurutmaq;
2.7.11.5. Müvəqqəti istifadə yaşayış evlərində və sosial, mədəni-məişət obyektlərində qızdırıcı vasitə kimi peno polistiroldan istifadə etmək.
2.8. Fərdi istifadə üçün avtomobil qarajları və kooperativ qarajlar:
2.8.1. Fərdi istifadə üçün avtomobil qaraclarının yalnız yerli icra hakimiyyəti tərəfindən ayrılmış sahələrdə quraşdırılmasına icazə verilir.
2.8.2. Qarajların tikintisi və fərdi qarajların quraşdırılmış meydança ilə yaşayış və inzibati binaların ara məsafəsi tikinti norma və qaydalarının tələblərinə uyğun olmalıdır.
2.8.3. Qarajların ərazisində və avtomobillərin xırda təmiri və gündəlik texniki xidməti üçün möhkəm örtüklü sahə ayrılmalıdır, həmçinin işlənmiş yanacaq və sürtgü materialları filtr zibil üçün yanmayan materialdan olan qapaqlı çən ayrılmalıdır.
2.8.4. Avtomobillərin xırda və gündəlik texniki təmir meydançalarının hər birində yanğınsöndürmə vasitəsi ilə təmin olunmuş yanğın postu yaradılmalıdır (2 odsöndürən, vedrə, su ilə dolu çən, lapatka və s.)
2.8.5. Qarajın otaqları və ərazisi daima təmiz saxlanılmalıdır. Axıdılan yanacaq və sürtkü yağlarının üstünə dərhal qum tökülməli və təmizlənməlidir. Avtomobillərə yanacaq doldurması ancaq Yanacaq Doldurma Məntəqələrində həyata keçirilməlidir.
2.8.6. Qarajın dayanacaq otaqlarında qadağandır:
2.8.6.1. Yanacaq çənində, yanacaq kəmərində və karbüratorunda sızma halları, həmçinin elektrik qurğusu sistemində nasazlıq olan avtomobillərin saxlanılması.
2.8.6.2. Gündəlik ev əşyalarının, həmçinin Tez Alışan Maye və Yanar Maye ehtiyatını aşağıda qeyd edilən miqdarda Benzin-20 1-dən, yağların isə 5 kq-dan çox olmayaraq saxlanması;
Benzin 20 1-dən, yağlar isə 5 kq-dan çox olmayaraq yalnız dəmir və kip bağlanan qablarda saxlanılmasına icazə verilir.
2.8.6.3. Avtomobillərin rənglənməsi və ya yanacaq ilə doldurulması;
2.8.6.4. Detalların kerosin və benzin ilə yuyulması, həmçinin açıq oddan istifadə etməklə təmir işlərinin aparılması, avtomobillərin mühərriklərinin qızdırılması üçün məşəllərdən istifadə edilməsi;
2.8.6.5. İki və daha çox mərtəbəli binalarda avtomobillərin saxlanılması üçün boksların ara kəsmələr vasitəsi ilə ayrılması;
2.8.6.6. İstifadə olunmuş neft məhsullarını kanalizasiyaya və ya qarajın ərazisinə axıdılması.
3.1.Mehmanxanalar, yataqxanalar, inzibati binalar, şəxsi evlər, otaqlar 6 saylı qoşmaya uygun olaraq yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdırlar.
3.2. Yanğın texnikasının və ilkin yanğınsöndürmə vasitələrini təyinatına uyğun olmayaraq, istifadə olunması qadağandır.
3.3. Daimi yanğınaqarşı su kəmərlərinin yanğın kranlarını atıcı şlanq və lülələrlə təmin etmək lazımdır. Hansılar ki, plomblanmış şkafın içində olmalıdır. Yanğın şlanqları quru, yaxşı bükülmüş, yanğın kranına və lüləsinə birləşdirilmiş halda olmalıdır.
Yanğın kranlarının şkafının qarşısında –YK- hərfi indeksi, onun sıra nömrəsi və yanğından mühafizənin telefon nömrəsi olmalıdır.
3.4. Daxili yanğına qarşı su kəmərinin su qidalandırıcıları, nasos stansiyaları, sprinkler və drençer qurğuları vaxtaşırı suyun buraxılması yolu ilə və ya ölçü-nəzarət aparatları vasitəsi ilə yoxlanılmalıdır. Yanğına qarşı su təchizatının texniki vəziyyətini öz qüvvələri hesabına yoxlaya bilməyən müəssisələr isə bu işlərin aparılması üçün başqa təşkilatlarla müqavilə bağlamalıdırlar.
3.5. Yanğın su nasosu stansiyası otağında yanğına qarşı su təchizatının, obyektin sprinkler və drençer qurğularının sxemi və onların istismarı haqqında təlimat asılmalıdır, hər siyirtmənin və yanğın yüksəldici nasosların üstündə onların təyinatı göstəriciləri olmalıdır.
3.6. Hər nasos stansiyası, onu obyektin və ya şəhərin yanğın təhlükəsizlik xidməti ilə əlaqələndirən telefon və ya siqnalizasiya sistemi ilə təchiz olunmalıdır.
3.7. Su nasos stansiyasının yanğın nasosları həmişə istismara hazır vəziyyətdə olmalıdır və hər 10 gün ərzində bir dəfədən az olmayaraq işə salınma üsulu ilə lazım olan təzyiqin yaradılması yoxlanılmalıdır (müvafiq jurnalda qeyd olunmalıdır).
3.8. Mərtəbələrdə olan tüstüyə qarşı ventilyatorun işə salma düyməsi və yanğın nasoslarının məsafədən işə salma düymələrinin üzərləri şüşə ilə bağlanılmalıdır və üstündə “tüstüyə qarşı mühafizə sisteminin ventilyatorunun işə salınması”, “yanğın nasosunun işə salınması” sözləri yazılmalıdır.
3.9. Odsöndürənlərin yerləşdirmə qaydası aşağıdakı tələblərə uyğun olmalıdır:
3.9.1. Odsöndürən yer səviyyəsindən l,5m hündürlükdən çox olmamalıdır. Qapının küncündən (asılı vəziyyətdə) l,2m az olmayan məsafədə yerləşdirilməlidir. Odsöndürən köçürmə (təxliyyə) yollarında maneçilik törətməməlidir.
3.9.2. Odsöndürənlərin yerləşdirilməsi üçün şkafların konstruksiyaları və xarici görünüşü elə olmalıdır ki, onların içində saxlanılan odsöndürənlərin növlərini əyani görmək mümkün olsun.
3.9.3. Odsöndürən elə quraşdırılmalıdır ki, onun gövdəsində olan məlumat yazısı görünsün.
3.9.4. Yanğın söndürmə vasitələrinin və yanğın avtomatikası sisteminin saxlanılmasına aid tələblər 7-sayIı qoşmada göstərilmişdir.
3.10. Dispetçerlərin xidməti otaqlarında, yerli telefon stansiyaları, yanğına qarşı mühafizə sistemlərinin idarə etmə pultları, yanğının baş verməsi zamanı həyacan siqnalının verilməsi və yanğın hissələrinin çağırılması qaydaları haqqında təlimatlar olmalıdır.
4.1 Mənzil və ev sahibləri, mehmanxanalarda və yataqxanalarda yaşayan şəxslər, inzibati müəssisənin əməkdaşları, bina və otaqlarda olan insanların səhətlərini və həyatlarını təhlükə altına qoyan, həmçinin yanğının baş verməsinə gətirib çıxara bilən hərəkətlərə yol verməməlidir.
4.2 İnzibati müəssisələrin binalarında, mehmanxana və yataqxanalarda olan adamlar yanğın təhlükəsizliyi ilə əlaqədar təmin edilirlər:
4.2.1. Yanğın baş verən zaman insanların köçürülməsinə (təxliyə olunmasına) kömək edən qurğuların ( yanğın haqda xəbər verici, tüsdüdən mühafizə qurğuları, köçürmə (təxliyə) işıqlandırıcıları və təhlükəsizlik nişanları) işlək və saz vəziyyətdə saxlanması;
4.2.2. Köçürmə yollarının yanar materiallardan olan üzlüklərlə bəzədilməsinə yol verilməməsi;
4.2.3. Mənzil, mehmanxana və yataqxanalarda yaşayan sakinlər eləcədə təşkilatların əməkdaşları tərəfindən yanğın təhlükəsizliyi qaydaların öyrənilməsi və onlara riayət edilməsi;
4.2.4. Elektrik qurğularını, cihazlarını, isitmə sistemlərinin istifadəsi və təmiri zamanı təhlükəsizlik tədbirlərinə ciddi riayyət olunmasına rəhbərlik tərəfindən mütamadi olaraq nəzarət olunmasının müəyyən edilməsi;
4.2.5. Tüstüdən müdafiə sisteminə daxil olan özü bağlanan qurğuların, pilləkən qəfəslərinin qapılarının kipləşdiricilərinin işlək vəziyyətdə saxlanılması;
4.3. Mehmanxanalarda, yataqxanalarda və inzibati binalarda köçürmə (təxliyə) planı hazırlanmalı və hər hansı bir yanğın hadisəsi baş verdiyi zaman insanların köçürülməsi üçün (təxliyyə olunması) mühafizə və xidməti heyətin vəzifə bölgüsü müəyyən edilməlidir.
4.4. Yataqxana, mehmanxana və mehmanxana komplekslərində, xidməti heyət elektrik işıqlandırıcılarla (fənərlərlə) və tənəffüs orqanlarının müdafiə olunması üçün fərdi vasitələrlə təchiz edilməlidirlər.
4.5. Köçürmə (təxliyyə) yollarının üzərində, döşəmədən 2-2,5 m hündürlükdə “ÇIXIŞ” sözü yazılış işıqlandırıcı lövhələr asılmalıdır.
4.6. Pilləkən qəfəsləri, köçürmə (təxliyyə) yolları, keçidlər və dəhlizlər adamların hərəkətinə maneə törədə bilən kənar əşyalardan daima təmizlənməlidir.
5.1. Yanğın zamanı mehmanxanaların, yataqxanaların, inzibati təşkilatların müdiriyyətinin hərəkətləri adamların təhlükəsizliyinə və köçürülməsinə yönəldilməlidir.
5.2. Yanğının aşkar edildiyi zaman aşağıdakılar tələb olunur:
5.2.1. Tez yanğından mühafizə orqanlarına xəbər vermək, yanğının dəqiq yerini və binada insanların olması haqqında məlumat vermək;
5.2.2. Yanğın hissəsi gələnə qədər insanların köçürülməsini və yerlərdə olan vasitələrlə yanğının söndürülməsini təşkil etmək( odsöndürənlərlə, daxili yanğın kranların lülələri ilə);
5.3. Yataqxanalarda, mehmanxanalarda və inzibati binalarda yanğın baş verdiyi zaman bu müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
5.3.1. Yanğın təhlükəsizliyi xidmətinin çağırılmasını yoxlamalı;
5.3.2. Növbətçi və xidməti heyət ilə birgə mövcud köçürmə planına əsaslanaraq insanların köçürülməsini təşkil etmək və onların arasında çaşqınlıq yaranmasının qarşısını almalı;
5.3.3. Yanğın hissəsi gələnə qədər yanğın söndürməyə rəhbərliyi öz üzərinə götürməli;
5.4. Yanğın zamanı pəncərələrin və qapıların açılmasından, həmçinin şüşələrin sındırılmasından mümkün qədər imtina etmək lazımdır. Otağı və ya binanı tərk edərkən qapılan və pəncərələri bağlamaq lazımdır, çünki hava axını yanğının yayılmasına şərait yaradır.
5.5. Tüstüdən müdafiə sistemi olan binalarda yanğın zamanı, tüstünün xaric edilməsini və havanın vurulmasını təmin edən ventilyatorları hərəkətə gətirmək lazımdır.
5.6. Yanğın zamanı könüllü yanğınsöndürmə dəstələri öz aralarında bölüşdürülmüş vəzifələri yerinə yetirirlər (yanğından mühafizənin çağırılması, adamların təxliyyəsi, daxili yanğın kranlarının lülələri ilə işləmək, yanğına qarşı mühafizə sisteminin və yanğın nasoslarının işə salınması və s.).
5.7. Yanğın yerinə gələn yanğın hissələrinə kömək etmək üçün döyüş dəstəsinə daxil olan drujinaçılar yaxşı təlim keçmiş, hazırlıqlı olmalıdırlar.
5.8. Yanğından mühafizə bölməsi yanğın yerinə gəldiyi zaman, yanğının söndürülməsinə rəhbərlik edən şəxs və ya orada yaşayan şəxslərdən biri, yanğından mühafizə bölməsinin yüksək vəzifəli şəxsinə yanğın haqqında məlumat verməlidir (binada adamların olması haqqında, yanğının mənbəyi haqqında, yanğının ləğv edilməsinə yönəldilmiş işlər haqqında məlumat, həmçinin binada yanğının ləğv edilməsi ilə məşğul olan könüllü yanğınsöndürənlər haqqında məlumat).
İnsanların, əmlakın köçürülməsi və yanğının ləğv edilməsi ilə məşğul olmayan xidməti heyəti başqa köməkçi işlərə cəlb etmək lazımdır.
5.9. Obyektdə baş vermiş hər bir yanğın faktı üzrə obyektin inzibati nümayəndələri yanğının baş verməsinə səbəb ola bilən bütün amilləri aydınlaşdırmalı və belə halların təkrar olunması ehtimalını aradan qaldıran profilaktiki tədbirləri həyata keçirməlidirlər.
MEHMANXANALARIN, YATAQXANALARIN, İNZİBATİ MÜƏSSİSƏLƏRİN XİDMƏTİ HEYƏTİ ÜÇÜN YANĞIN TEXNİKİ HAZIRLIĞI PROQRAMl
MÖVZU № 1. Yanğın təhlükəsizliyinin təşkilatı tədbirləri- 1 saat.
Mehmanxana, yataqxana və inzibati binalarda yanğınların baş vermə səbəblərinin qısa təhlili.
Azərbaycan Respublikası yanğın təhlükəsizliyi haqqında qanunun məzmunu və mənası.
Yataqxanaların, mehmanxanaların və inzibati binaların xidməti heyətinin yanğın təhlükəsizliyinə görə məsuliyyəti;
Binada və müəssisədə yanğına qarşı rejimin saxlanılmasında xidməti heyətin rolu.
İlkin və təkrar təlimatlar: fəhlələri, xidmətçiləri və xidməti heyəti yanğın təhlükəsizliyi tədbirləri və yanğın zamanı hərəkətlər haqqında təlimatlandırmaq. İş günü qurtardıqdan sonra otağın yığışdırılması və otağın bağlama qaydası.
Yanğının xəbərdar edilməsi işinə geniş ictimaiyyətin cəlb edilməsi metodları və forması.
Yanğın-texniki komissiyasının və könüllü yanğınsöndürmə cəmiyyətinin yaradılması, onların qarşısında duran tapşırıqlar və təcrübi fəaliyyətləri haqqında qısa məlumat.
Yanğıntəhlükəsizlik qaydalarının pozulmasına görə məsuliyyət.
MÖVZU № 2. Yataqxanalarda, mehmanxanalarda və başqa ictimai binalarda yanğın təhlükəsizlik tədbirləri 3 saat.
Kütləvi insanlar toplaşan binaların yanğın təhlükəsinin xüsusiyyətləri-mehmanxanaların, yataqxanaların, ictimai binaların, otaqların, ərazinin, keçidlərin saxlanılmasına, binaların xarici yanğın pilləkənlərinə və su təchizatı mənbələrinə sərbəst yaxınlaşması üçün yanğına qarşı tələblər.
Köçürmə (təxliyyə) yollarının, pilləkən qəfəslərinin, eyvanların, keçidlərin və s. Saxlanılmasına olan tələblər.
Köçürmə planının tərtib olunmasının xüsusiyyətləri ( hər nömrədə fərdi planın mövcudluğu,
köçürmə yollarının işarə olunması və ən yaxın köçürmə çıxışlarına hərəkətin istiqamətləri və s.) yataqxanalarda və mehmanxanalarda yaşayanların və xidməti heyətin təlimatlandırılması.
Mehmanxanalarda yaşayan sakinlər üçün yanğın təhlükəsizliyi qaydaları haqqında yaddaş kitabçası.
Açıq odun tətbiq edilməsi ilə təmir və tikinti işlərinin icra olunması zamanı yanğına qarşı rejim (qaynaq, donmuş boruların qızdırılması və s.)
İsitmə qurğularının, su qızdırıcıların, məişət elektrik qurğuların, (ütü, çaydan, soba və s.), televizorların, radioqəbuledicilərin istismarı zamanı yanğın təhlükəsizliyi tədbirləri; aerozol, preparatların və kimyəvi-məişət əşyalarının istifadəsi zamanı yanğın təhlükəsizliyi tədbirləri.
Yüksək mərtəbəli binalara dair yanğın təhlükəsizliyinin xüsusi tələbləri.
Mehmanxanalarda, yataqxanalarda xüsusi mühəndis qurğularının yerləşdirilməsi ilə tanış olmaq və yanğın zamanı bu qurğulardan istifadə etmək(avtomatik yanğın xəbərverici cihazları, tüstü xaric edən və artıq hava təzyiqi sistemləri, təxliyyə bazaları, eyvanlar və ya qonşu bölmələrin (seksiyaların) lodciyaları ilə keçidlər, tüstülənməyən pilləkən qəfəsləri).
MÖVZU № 3. İnsanların yanğın təhlükəsizliyinin təmin edilməsi. Yanğın zamanı hərəkətlər 2 saat.
Yataqxanalarda və mehmanxanalarda yaşayan sakinlərin, müəssisələrin və təşkilatların əməkdaşlarının yanğın təhlükəsizliyinin əsas qanunları ilə və şəxsi təhlükəsizlik tədbirləri ilə tanış edilməsi. İnsanların təhlükəsizliyini təmin edən konstruktiv-planlaşdırmanın həlli (köçürmə yollarının bəzədilməsi üçün yanar və yanğın zamanı zəhərli tüstü əmələ gətirən materialların istifadə olunmasının qadağan edilməsi, köçürmə yollarının yuxan mərtəbələrini, köçürmə bacalarının, lodciyalarının və ya eyvanların saxlanılması və s.). Yanğının xəbər verilməsində avtomatik yanğın xəbərvericilərin təyinatı. Tüstü sorucu və artıq hava təzyiqinin sistemləri. İşləmə prinsipi, yerləşdirilməsi. Tüstü sorucu sisteminin işə salınması. Yanğın baş verdikdə xidməti heyətin vəzifə borclarının bölüşdürülməsi (yanğın haqqında xəbər verilməsi, insanların köçürülməsi və yanğının söndürülməsinə aid digər hərəkətlər). Yanğının söndürülməsi üçün kömək gələnə qədər yanğını aşkar edən şəxslərin hərəkətləri.
MÖVZU №4. Yanğın söndürmə vasitələri - 1 saat.
Odsöndürənlərin istismarı və iş prinsipi haqqında, onun quruluşu və təyinatı haqqında məlumat. Odsöndürənlərin işə salınması və yanğının söndürülməsi üçün istifadə olunması. Daxili yanğın kranlarının təchizatı, quruluşu və təyinatı haqqında anlayış. Yanğın zamanı onların istifadə olunması və istismarı qaydaları. Binalarda xüsusi qurğulara texniki xidmət göstərilməsi və saxlaması (rabitə vasitələrinə, avtomatika sisteminə və s.).
1.Mehmanxananın hər bir nömrəsi fərdi köçürmə planı və yanğın zamanı davranış qaydaları haqqında yaddaş kitabçası ilə təchiz olunmalıdır.
2. Mərtəbənin planında göstərilməlidir:
-pilləkən qəfəsləri, liftlər və lift xolları, otaqlar, eyvanlar, xarici pilləkənlər, həmçinin pilləkən qəfəslərinin, lift xollarının qapıları və köçürmə yollarında yerləşən qapılar. Mərtəbənin planı artıq əşyalarla tutulmamalıdır.
3. Köçürmə planı üçün nəzərdə tutulmuş otağın üstündə “sizin nömrə” yazısı ilə qeyd olunur.
4. Plan üzərində əsas köçürmə yolu bütöv, ehtiyat yolu isə qırıq xətlə göstərilir. Bu xəttlər mərtəbə planından iki dəfə qalın və yaşıl rəngdə olmalıdır.
4.1.Mərtəbələrdə əsas köçürmə yollarını xaricə keçidi olan pilləkən qəfəsi tərəfinə həmçinin müvafiq mərtəbədən binanın birinci mərtəbəsinə aparan pilləkən qəfəsinə istiqamətləndirmək lazımdır.
Əgər iki pilləkən qəfəsinin tüstüdən və oddan qoruma səviyyələri eynidirsə onda əsas köçürmə yolu ən yaxşı pilləkən qəfəsinə istiqamətləndirilir.
4.2. Köçürmə yolunu göstərən xəttlər otaqdan təhlükəsiz çıxış yerinə qədər və ya bilavasitə bayıra kimi çəkilməlidir.
5. Mərtəbənin planında simvollar vasitəsi ilə otaqlarda yerləşən xəbərvericilərin düymələri, mərtəbə növbətçisinin telefonu, yanğın söndürənlərin yanğın kranlarının, avtomatik yanğın söndürən qurğuların işə salma düymələrinin yerləri göstərilir.
5.1.İşarələr elə göstərilməlidir ki, onları dəqiq görmək mümkün olsun.
5.2. İşarələrin açılışı mərtəbənin planının altında milli və rus dillərində, həmçinin xarici vətəndaşları qəbul edən mehmanxanalar üçün ingilis və alman dillərində verilməlidir.
5.3. İşarələrin açılışı mətninin həriflərinin hündürlüyü 7mm, eni isə 5mm-dən az olmamalıdır.
6. Fərdi köçürmə planı otaqlarda şüşənin altında görünən yerdə; planın ölçüləri 12 format dan kiçik olmamaq şərti ilə yerləşdirilir.
7. Mehmanxana (mərtəbə) üzrə məsul növbətçi sakinləri qeydə almazdan əvvəl, yanğına qarşı vasitələrlə və çıxış yolları vəziyyəti ilə tanış olmalıdır.
Sizdən xahiş edirik yanğın təhlükəsizliyi qaydalarına riayət edəsiniz:
- nömrədə elektrik qızdırıcı cihazlarından istifadə etməyin (ütü, qəhvədan, su qaynadan)
- nömrədən çıxarkən televizoru, kondisioneri, işıqlandırıcı lampaları, radioqəbuledicini söndürməyi unutmayın.
- nəzərinizə çatdırmaq ki, qoşulmuş torşerlərin və stol üstü lampaların yanar materialdan olan əşyalar ilə üstünü örtmək təhlükəlidir.
- ümid edirik ki, çarpayıda uzananda siqaret çəkmiyəcəksiniz və söndürülməmiş siqaret saxlamayacaqsınız. Bu təhlükəlidir.
Liftin kabinasına söndürülməmiş siqaretlə daxil olmaq və siqaret çəkmək qadağandır. Xahiş edirik ki, siqareti kağız üçün nəzərdə tutulmuş səbətə atmayın, bunun üçün külqabıdan istifadə edin. Nömrədə yanğın təhlükəli maddələr və materiallar gətirib saxlamaq qadağandır.
Əgər siz mehmanxanaya birinci dəfə gəlmisinizsə çıxışların və pilləkənlərin yerləşdiyi yerləri yadınızda saxlayın. Sizin nömrənizdə yanğın baş verərsə;
Tez bu telefon ilə __________________________________________________________________
(telefon nömrəsi göstərilir)
yanğın təhlükəsizliyi xidmətinə xəbər verin.
Yanğın haqqında mütləq dəhliz növbətçisinə və ya müdiriyyətin nümayəndəsinə xəbər verin; Təhlükə zamanı nömrəni tərk edin və müdiriyyətin və ya yanğından mühafizənin göstərişi ilə hərəkət edin; Sizin nömrəsizdən kənarda yanğın baş veribsə onda bu telefon ilə:
yanğın təhlükəsizliyi xidmətinə xəbər verin, qapı və pəncərələri bağlayandan sonra nömrənizi tərk edin.
Əgər dəhlizlər və pilləkən qəfəsləri kəskin tüstülənibsə və otağı tərk etməyə imkan yoxdursa pəncərələri açarkən öz nömrənizdə qalın bağlı və yaxşı kipləşdirilmış qapı sizi uzun müddət təhlükəli temperaturdan qoruya bilər. Tüstü ilə zəhərlənmədən yayınmaq üçün yarıqları və ventilyasiya nəfəsliklərini su ilə isladılmış dəsmal və ya yataq ləvazimatı ilə bağlayın. Çalışın telefon vasitəsi ilə müdiriyyətə yerləşdiyiniz yer haqqında xəbər verin. Yanğınsöndürənlər hadisə yerinə gəldikdə pəncərəyə yaxınlaşın və sizə kömək edilməsi üçün işarə verin. Köçürmə zamanı liftdən istifadə etmək məsləhət görülmür. Yanğının axırını eyvanda və ya lodjiyada, eyvanın qapısını bağlayaraq gözləmək olar.
Yaşayış binaları üçün sakinlərə yanğın təhlükəsizlik qaydalarını öyrətmək, yaşayış sahəsində yanğınların əmələ gəlməsinin əsas səbəbləri ilə, onlara yanğın haqqında xəbər verilməsinin, yanğın yerinə köməyin çağırılması qaydaları ilə və yanğın zamanı görülən tədbirlər ilə tanış etmək.
Od ilə ehtiyatsız davranış (zirzəmi və çardaq otaqlarında şamdan və kibritdən istifadə etmək, tikililərin yaxınlığında tonqal qalamaq, siqaret çəkmək). Mərkəzi isidilmə, su təchizatı və ya kanalizasiya sistemlərinin donmuş borularını qızdırmaq üçün məşəllərdən istifadə olunması.
Od ilə uşaqların oynamasından. Soba isitmə sistemi cihazlarından, yanar mayelərlə işləyən, nasaz qaz plitələrindən və s. cihazlardan düzgün istismar olunmaması və ya onların nasazlıqları nəticəsində yanğınların baş verməsi.
Məişət elektroqızdırıcıları cihazların düzgün istismar olunmaması nəticəsində yanğınların baş verməsinin səbəbləri (elektrik qızdırıcıları, ütülər, çaydanlar və s.)
Yeni il bayramında yanğınların baş verməsinin əsas səbəbləri
Yaşayış binalarında yanğınların baş vermə səbəblərinin nümunələri.
Kimyəvi maddələrin yanğın təhlükəli boyaların, nitrolakların, mastikaların, plasmasların və polimerlərin, mineral gübrələrin və s.
Aerozol qablarda olan kimyəvi məişət maddələrinin yanğın təhlükəsi.
Məişət kimyasının əşyalarının və aerozol preparatlarının istifadəsi ilə bağlı olan yanğınlar.
Yanğının xəbərdar edilməsində avtomatik xəbərvericilərin təyinatı.
Tüstü sorucu və artıq hava təzyiqinin sistemlərinin İşləmə prinsipi, yerləşdirilməsi və işə salınması. Yanğın baş verdikdə xidmət personalının vəzifə borclarının bölüşdürülməsi (yanğın haqqında xəbər verilməsi, adamların köçürülməsi və yanğının söndürülməsinə aid digər hərəkətlər).
Yanğının söndürülməsi üçün kömək gələnə qədər yanğını aşkar edən şəxslərin hərəkətləri.
Açıq oddan istifadə qaydaları. Siqaret çəkilməsi zamanı ehtiyat tədbirləri. Sobaların yandırılması üçün benzin, kerosin və başqa yanar maddələrin istifadəsinin qadağan olunması, sobaların üstündə və yanında odunların, yanar materialların qurudulması. Çatları olan və nasaz sobaların istismarının qadağan olunması. Keroqazların istismarı qaydası. Məişət qaz cihazlarının istifadəsi qaydaları. Məişət işıqlandırıcı və elektrik qızdırıcı cihazların istifadəsi. Yeni il şənliklərinin keçirildiyi zaman, elektroqerlandalardan, benqal odlarından istifadə edərkən yanğın təhlükəsizliyi tədbirləri. Qısa qapanmanın, artıq yüklənmənin və böyük keçid müqavimətin mənası. Statik elektrikləşmənin boşalmasının nəticəsində baş verən yanğınların xəbər verilməsi. Bir mərtəbəli yaşayış binalarında yanğına qarşı rejim. Yeni il bayramının keçirilməsi zamanı yanğın təhlükəsizliyi tədbirləri. Yaşayış sahəsinin yanğın təhlükəsizliyinə görə vətəndaşların məsuliyyəti.
Yanğına qarşı ara məsafələrdən qarajların, tamburların və sair tikililərin yerləşdirilməsi mümkün olmaması. Dəhlizlərdə və pilləkən qəfəslərinin qabaritlərində anbarların tikilməsinin qadağan olunması. Yaşayış binalarında Tez Alışan Mayelərin və Yanar Mayelərin buxarlana bilən miqdarının saxlanılması. Sakinlər tərəfindən zirzəmi və çardaq otaqlarına daxil olunma qaydası.
Köçürməni yollarının hazır vəziyyətdə saxlanılması və onların qurulmasına dair tələblər.
Keçidlərin, həyət sahəsinin və tikililər arasındakı ara məsafələrinin, yanğına qarşı su təchizatı mənbələrinin, ehtiyat köçürmə yollarının və xarici yanğın pilləkən keçidlərinin təmiz saxlanılması.
Qarajlarda yanar yağlama materiallarını norma ilə müəyyən ediləndən artıq saxlanılmasını və yanğına qarşı rejimin pozulmasının qadağan olunması (açıq oddan istifadə olunması, tökülmüş yağın, yanar mayenin yığışdırılması və s.)
Yüksək mərtəbəli yaşayış binalarının konstruktiv xüsusiyyətləri və yanğına qarşı mühafizə sisteminin saxlanılması haqqında biliklərin bütün sakinlər tərəfindən öyrənilməsinin zəruriliyi. Tüstülənməyən pilləkən qəfəsinin təyinatı.
Mərtəbələrin, tamborların və xolların qapılarının konstruktiv həlli. Qonşu mənzilə keçmək üçün eyvanların və ya keçidlərin quruluşu. Yuxarı mərtəbədəki eyvanların köçürmə lyuklarının təyinatı. Tüstüdən mühafizə və artıq hava təzyiqi sistemləri. Nasos yüksəldicilərinin işə salmaq qaydası. Tüstüdən mühafizə sisteminin işə salınması yaşayış binalarında yanğın haqqında avtomatik xəbər verici ötürücülərin təyinatı.
Yaşayış binasında rabitə vasitəsinin olması, ən yaxın telefon aparatlarının yerləşdiyi yerlər. Yanğın xidmətinin çağırılma qaydası. Yanğın bölməsinin qarşılama qaydası. Yanğının söndürülməsi (daxili yanğın kranının, suyun, qumun və başqa vəsaitlərin istifadə olunması).
Əhalinin və adamların köçürülməsi. Yanğın təhlükəsi ilə üzləşən vətəndaşların davranış qaydası, yanğının ləğv edilməsi, köçürmə, tüstüdən zəhərlənmə. Yanğın zamanı zərər çəkənlərə ilkin köməyin göstərilmə qaydası.
İnzibati və ictimai binalar a)dəhliz sistemində olan məişət-xidməti otağı.
b)dəhliz sistemində olmayan, vestebül daxil olmaqla.
v)hesablama mərkəzləri, maşın hesablayıcı stansiyalar, arxivlər kitabxanalar.
q)çap etmə və üz köçürmə dəzgahlar olan otaqlar.
Mətbəx, anbar, təmir emalatxanalar.
Dəhliz sistemli mehmanxana, yataqxana, yaşayış və bağ evləri
Klub, yeməkxana, iclas zalı.
Kənd yerlərində olan şəxsi bağ evləri, yaşayış evləri və digər tikililər.
Qeyd: İri mehmanxanalarda, yataqxanalarda, inzibati əhəmiyyətli binalarda ilkin yanğınsöndürmə vasitləri və odsöndürənlər görünən yerlərdə quraşdırılmış xüsusi lövhələrdə yerləşdirilə bilər.
1 İlk yanğınsöndürmə vasitələri (normalara uyğun olaraq) inzibati bina, mehmanxana, yataqxana və s. otaqlarda yerləşdirilir və daima hazır vəziyyətdə saxlanılması üçün ərazidə (otaqda) yanğına qarşı rejimə riayət olunmasına cavabdeh şəxsə təhvil verilir. Yanğınsöndürmə və avadanlıq Dövlət standartlarının tələblərinə uyğun olaraq rənglənməlidir.
2. İnzibati bina, mehmanxana, yataqxananın mərtəbələrində yerləşdirilmiş odsöndürənlər eyni növlü olmalı və hər odsöndürənin üzərində onun əsas göstəriciləri və istismar qaydaları (təlimat qeydləri) əks etdirilməlidir.
3. Binada quraşdırılan odsöndürənlər daim yararlı vəziyyətdə olmalıdırlar. Doldurulmuş odsöndürənlər gözlə görünən yerdə, mümkün qədər çıxışa yaxın yerdə quraşdırılmalıdır. Onlara sərbəst yaxınlaşma təmin edilməlidir.
4. Binalarda ( müəssisə, obyekt) quraşdırılmış odsöndürənlərə on gündə bir dəfə xarici baxış (köpüklü odsöndürənin qoruyucu lövhəsi və plomb yoxlanılır) keçirilməli və tozdan təmizlənməlidir. Eyni vaxtda köpüklü odsöndürənlərin çiləyicisi təmizlənilir.
5. Köpüklü odsöndürənlərin tərkib hissəsinin yararlı olması il ərzində bir dəfə yoxlanmalıdır.
6. Köpüklü odsöndürənin gövdəsinin möhkəmliyi 20 kq/kv.sm hidravlik təzyiqlə yoxlanılır.
7. Qış vaxtı (temperatur İC aşağı olduqda ) köpüklü odsöndürənləri isidilən otaqlara köçürmək lazımdır.
8. Karbon qazlı odsöndürən həddən artıq qızmadan və günəş şüalarının təsirindən qorunmalıdır.
9. Karbon qazlı odsöndürənlərin tərkib hissəsinə çəki nəzarəti il ərzində bir dəfə keçirilməlidir.
10. Karbon qazlı odsöndürənlərin balonu hər 5 il istismarından sonra sınaqdan keçirilməlidir.
11. Balonun sınaqdan keçirilmə müddəti ( balonun gövdəsi üzərində yazı, misal olaraq: 1-93-98, onun sınaqdan keçirilmə vaxtı yanvar 1998-cı il tarixi olduğunu göstərir ) keçmişsə və yaxud plomb qırılıbsa, onda odsöndürən dəyişdirilməlidir.
12. Karbon qazlı odsöndürəni növbəti çəki nəzarəti zamanı çəkisi OU-2 üçün 1,15 kq, OU-5 üçün 3,15 kq, OU-8 üçün 5,15 kq-dan azdırsa, odsöndürən əlavə doldurulmalıdır.
13. Daxili yanğın su kəmərlərinin yanğın kranları şlanq və lülələrlə təchiz edilməli və avadanlıq plomblanmış şkafda yerləşdirilməlidir. Yanğın şlanqları quru, düzgün yığılmış kran və lüləyə birləşdirilmiş vəziyyətdə olmalıdırlar. Yanğın kranı şkafın qapısı üzərində “YK” indeksi, kranın sıra nömrəsi, yaxınlıqdakı yanğın hissəsinin telefon nömrəsi əks edilməlidir.
14. Altı ayda bir dəfə yanğın kranlarına texniki qulluq keçirilməli su axıtmaqla onun iş qabiliyyəti yoxlanılmalı və nəticəni jurnala yazmaqla və yaxud akt tərtib etməklə qeydə alınmalıdır.
1) Yanğına qarşı mühafizə sistemlərinin istismara qəbulu, istismar olunması, texniki qulluq və təmir işlərinin keçirilməsi qüvvədə olan normativ-texniki sənədlərin tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir.
2) Yerli şəraiti, yanğına qarşı mühafizənin prinsipial texnaloji və elektrik sxemlərini, avadanlığın xüsusiyyətinin, sistemlərin texniki qulluğunun və istismarını yerinə yetirən müəssisələrin strukturunu nəzərə alan konkret işçi təlimat baş mühəndis (yaxud digər vəzifəli şəxs) tərəfindən təsdiq edilməlidir.
3) Obyektin inzibati nümayəndəsi və ya sahibkar vaxtaşırı, mühəndis-texniki işçilərə tüstü kənar etmə sistemləri, daxili yanğına qarşı su təchizatı və yanğın siqnalizasiyasına dair biliklər öyrətməli və onlardan məqbul qəbul etməlidir.
4) Obyektin inzibati nümayəndəsi və ya sahibkar mühəndis-texniki işçilərdən, yanğına qarşı mühafizə sistemi vəsaitlərinin istismar olunması üzrə cavabdeh şəxs təyin edir.
Xüsusiləşdirilmiş təşkilatla yanğına qarşı mühafizə sisteminə texniki qulluq işlərinin yerinə yetirilməsi üzrə bağlanmış müqavilə həmin sistemin vəziyyəti üçün cavabdehliyi mənzil-istismar rəhbərinin üzərindən götürmür.
5) Yanğına qarşı mühafizə sistemini istismar edən obyektin inzibati nümayəndəsinin və ya sahibkarın vəzifə borcu:
- yanğın əleyhinə sistemə işə qoşulmuş vəziyyətdə nəzarət etmək, nasazlıq olduqda müvafiq tədbir (sistemin təmir edilməsi üçün xüsusiləşdirilmiş xidməti çağırmaq) görmək;
- mühəndis-texniki heyət əməkdaşlarından sistemin istismarına cavabdeh olan şəxslərin öyrədilməsini (tədrisini) təşkil etmək;
- yanma qarşı avadanlıq (qəbul stansiyası quraşdırılmış, idarəetmə lövhələri və s. yerləşdirilmiş otaqlar) quraşdırılmış otaqlara kənar şəxsləri buraxmamaq;
- hər il profilaktiki tədbirlər qrafiki ilə nəzərdə tutulmuş müddətdə yanğın şkafları və yanğın şlanqları yığılan rəfləri, yanğına qarşı avadanlıq quraşdırılmış otaqları təmir etməli və rəngləməli;
- yanğına qarşı avadanlıq yerləşdirilmiş otaqlarda təmizliyi və qaydanı, ilin fəslindən asılı olmayaraq, normal temperaturu təmin etməli, bu otaqların su ilə batırılmasına yol verməməli: Yanğına qarşı mühafizə sistemlərinin cihaz və avadanlığının qorunmasının təmin edilməsi, onların təyinatı və yanğın baş verərsə istifadə edilmə qaydaları üzrə əhali arasında izahat işləri keçirilməli.
6) Obyektin inzibati nümayəndəsi və ya sahibkar tərəfindən yanğına qarşı vasitələr, daxili yanğına qarşı su təhcizatı saz vəziyyətdə saxlanılmalıdır. Mərtəbə dəhlizlərində olan yanğına qarşı su kranları asan açılmalıdır. Yanğın şlanqları quru, düzgün yığılmış, kran və lüləyə birləşdirilmiş vəziyyətdə olmalıdır. Onları təsərüfat tələbləri üçün istifadə etmək qəti qadağandır. Yanğına qarşı qurğular müvafiq işarələrlə təchiz edilməli və Dövlət standartına uyğun olaraq rənglənməlidir. Yarım ildə bir dəfə şlanqlara xarici baxış keçirilməli və zədələnmə yerlərin aşkara çıxarılması məqsədi ilə onların yeni bükükə yığılması həyata keçirilməlidir.
7)Vaxtaşırı tüstülənməyən pilləkən qəfəslərini mərtəbə dəhlizlərindən və lift şaxtalarından ayıran qapıların germetik olması üzrə yoxlama və təmir işləri, qapının ayrı-ayrı detallarının yenisi ilə əvəz edilməsi və ya təmir olunması, boru və komunikasiya xətləri keçən mərtəbələrarası arakəsmələrdə olan dəliklərin tutulması həyata keçirilməlidir.