Qanunvericilik › “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 30.12.2020) › Tam mətn

“Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 30.12.2020)

“Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 30.12.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 dekabr 2020-ci il

1.1. “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin Fərdi Reabilitasiyası Proqramının (bundan sonra – Fərdi proqram) hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi ilə əlaqədar məsələləri tənzimləyir.

1.2. Fərdi proqram əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirir.

1.3. Fərdi proqram Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş məzmunda hazırlanır və təsdiq edilir.

1.4. Dövlət orqanları və dövlətə məxsus hüquqi şəxslər Fərdi proqramın icrasını təmin etməlidirlər.

2.1. Əlilliyin müəyyən edilməsi tarixindən 10 (on) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) üzərindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) Fərdi proqramın hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir. Əlilliyi olan şəxsin qanuni nümayəndəsi olmadıqda, eləcə də qanuni nümayəndə və ya əlilliyi olan şəxs Fərdi proqramın hazırlanmasında iştirak edə bilməyəcəyi barədə TSEK-i məlumatlandırdıqda Fərdi proqram onun yaşadığı yerdə hazırlanır.

2.2. TSEK əlilliyi olan şəxsin peşə-əmək qabiliyyətinin, tibbi, psixoloji-pedaqoji, sosial bacarıqlarının, mənzil-məişət şəraitinin kompleks qiymətləndirilməsini həyata keçirir, reabilitasiya potensialını dəyərləndirir, eləcə də əlilliyi olan şəxsin itirilmiş funksiyalarının bərpasına yönəldilən reabilitasiya vasitələri və xidmətləri, həmçinin sanatoriya-kurort müalicəsinə ehtiyacını müəyyənləşdirir. Bu zaman əlilliyi olan şəxsin ictimai və peşə fəaliyyəti, təhsili və maraq dairəsi nəzərə alınır.

2.3. TSEK Fərdi proqramın hazırlanması prosesinə aidiyyəti üzrə mütəxəssisləri cəlb edə bilər.

2.4. Fərdi proqram əlilliyin müəyyən edildiyi müddətə, əlillik müddətsiz müəyyən edildikdə isə 5 (beş) il müddətinə tərtib olunur. TSEK hər bir reabilitasiya tədbirinin həyata keçirilməsi müddətini, Fərdi proqramın müddətindən çox olmamaqla müəyyən edir.

2.5. TSEK tərəfindən Fərdi proqram əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin iştirakı ilə 2 (iki) iş günü ərzində hazırlanır. Hazırlanmış Fərdi proqram 1 (bir) iş günü müddətində MEİS-ə daxil edilir.

2.6. TSEK əlilliyi olan şəxsə və (və ya) onun qanuni nümayəndəsinə reabilitasiya tədbirlərinin məqsədi, vəzifəsi, sosial-hüquqi səmərəsi və gözlənilən nəticələr barədə məlumat verir.

2.7. Fərdi proqram hazırlanan zaman əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin fikirləri nəzərə alınır.

2.8. Əlilliyi olan şəxs və (və ya) onun qanuni nümayəndəsi Fərdi proqramın tərtib edilməsindən imtina etdikdə bu məsələ TSEK tərəfindən 1 (bir) iş günü müddətində aktlaşdırılır və həmin gün MEİS-ə daxil edilir.

2.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən TSEK-in qəbul etdiyi qərarın dəyişdirilməsi barədə qərar qəbul edildiyi halda əlilliyi olan şəxsin Fərdi proqramına yenidən baxılması məqsədilə TSEK həmin şəxsi dəvət edir. Bununla əlaqədar MEİS üzərindən həmin əlilliyi olan şəxsin əlaqə vasitələrindən birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) məlumat göndərilir.

2.10. Fərdi proqramla müəyyən edilmiş tədbirlərin effektivliyinin və ya hər hansı əlavə və dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, əlilliyi olan uşaqlara münasibətdə isə altı ayda bir dəfə TSEK tərəfindən aidiyyəti üzrə tədbirlərə yenidən baxılır.

2.11. Hazırlanmış Fərdi proqram Nazirliyin “e-sosial” internet portalında əlilliyi olan şəxsin şəxsi kabinetində (bundan sonra – şəxsi kabinet) xüsusi bölmədə əks olunur. Şəxsi kabinetdə əlilliyi olan şəxsin fərdi məlumatları, orqanizmin funksiyalarının pozulması faizi, səbəbi, müddəti, Fərdi proqramın təsdiq olunma tarixi, proqram üzrə keçiriləcək reabilitasiya tədbirləri, onların başlanma və bitmə tarixləri, habelə onların icra vəziyyəti barədə məlumatlar əks olunur.

2.12. Əlilliyi olan şəxs və (və ya) onun qanuni nümayəndəsi TSEK tərəfindən müəyyənləşdirilmiş Fərdi proqram üzrə keçiriləcək reabilitasiya tədbirləri ilə razı olmadığı təqdirdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

3.1. Fərdi proqram üzrə müəyyənləşdirilmiş tədbirlərin həyata keçirilməsi üçün Fərdi proqramdan çıxarış elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda isə kağız daşıyıcıda bu tədbirlərin icraçısı kimi müəyyənləşdirilmiş icraçılara göndərilir.

3.2. Fərdi proqramda müəyyənləşdirilmiş tədbirlər üzrə görülmüş işlərə dair məlumat icraçılar tərəfindən rübdə bir dəfədən az olmayaraq elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda kağız daşıyıcıda TSEK-ə təqdim edilir.

3.4. Təkrar əlilliyin müəyyən olunmasından sonra Fərdi proqramın hazırlanması zamanı əvvəlki Fərdi proqramda nəzərdə tutulmuş tədbirlərin icrası, effektivliyi, eləcə də aparılan tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyasının və sosial bacarıqların inkişafı üzrə görülmüş müvafiq tədbirlərin nəticələri TSEK tərəfindən qiymətləndirilir.

3.5. Əlilliyi olan şəxsin təhsili və peşə hazırlığı, məşğulluğu və iş yerinin mövcud infrastrukturun müyəssərliyi Fərdi proqrama uyğun olaraq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təmin edilir.

Müddəti başa çatmış Fərdi proqramın yerinə yetirilməsi barədə hesabat bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən olunmuş məzmunda TSEK tərəfindən tərtib edilir və hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq MEİS üzərindən Agentliyə təqdim edilir.

Əlilliyi olan şəxs barədə məlumatlar:

1. Soyadı, adı, atasının adı ___________________________________________

2. Doğum tarixi ____________________________________________________

3. Cinsi ______________________

4. Şəxsiyyəti təsdiq edən sənədin nömrəsi _____________________________

5. Fərdi identifikasiya nömrəsi (FİN) __________________________________

6. Yaşayış yeri və ya faktiki yaşayış ünvanı ____________________________

7. Telefon _______________________

8. Ailə vəziyyəti ___________________

9. Ailə tərkibi (say) _________________

10. Orqanizmin funksiyalarının pozulması faizi _________________

11. Əlilliyin səbəbi _________________

12. Əlillik müddəti _________________

Əlilliyi olan şəxsə verilən suallar:

13. Əlilliyi olan şəxsin bacarıqlarına dair:

13.1. bacardığı və bacarmadığı fəaliyyətlər;

13.2. nail olmaq istədiyi bacarıqlar;

13.3 üzləşdiyi problemlər, onların başvermə yerləri və zamanları;

13.4. 13.3-cü bənddə qeyd olunmuş problemlərin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışa nəzarət, öyrənmə və əmək fəaliyyəti bacarıqlarına təsiri;

13.5. əlavə yaranan problemlər;

13.6. müyəssərliklə əlaqədar problemlər.

14. Hərəkət növü: ayağı ilə, təkərli oturacaqla və ya digər reabilitasiya vasitələri ilə.

15. Mənzil şəraiti barədə məlumatlar (fərdi ev (mənzil), kirayə, valideynləri ilə, sosial xidmət müəssisəsi).

16. Əlilliyi olan şəxsin gəlirləri (əməkhaqqı, əlilliyə görə əmək pensiyası, əlilliyə görə müavinət, təqaüd, işsizlikdən sığorta ödənişi və digər).

17. Yaşayış yeri üzrə infrastruktur obyektləri üçün uyğunlaşdırma ehtiyacları:

17.1. bina üzrə maneələr və uyğunlaşdırma ehtiyacları:

17.1.2. avtodayanacaq;

17.1.3. bina girişi rampaları və kandarlar;

17.1.5. binadaxili pilləkənlər və rampalar;

17.2. mənzildaxili baryerlər və uyğunlaşdırma ehtiyacları:

17.2.1. giriş və otaqlar arası qapıların ölçüləri və kandarlar;

17.2.2. sanitar qovşağı;

17.2.3. kommunal xidmətlər üzrə mövcud problemlər.

18. Ətraf mühitin müyəssərliyi ilə bağlı ehtiyacları:

18.1. ticarət mərkəzi;

18.4. tibb müəssisəsi;

18.5. təhsil müəssisəsi;

18.6. mədəniyyət və idman müəssisəsi;

18.7. istirahət və əyləncə mərkəzləri.

19. Təhsil üzrə müyəssərlik ehtiyacları.

20. İş yeri və məşğulluq.

21. Əlilliyi olan şəxslərin təmsil olunduğu təşkilatlarda üzvlüyü və seçki orqanlarında iştirakı.

22. Zərərli vərdişlər və asılılıq dərəcəsi: alkoqol, tütün və digər toksik maddələrdən istifadə.

23. Əlilliyi olan şəxsi müşayiət edən şəxsin soyadı, adı, atasının adı və telefonu _______

TSEK tərəfindən müəyyənləşdirilir.

24. Reabilitasiya potensialı (yüksək, orta, aşağı) _______________

25. Tibbi reabilitasiya tədbirləri:

İxtisaslaşmış müalicə

Sanatoriya-kurort müalicəsi

Tibbi reabilitasiya məqsədilə texniki vasitələrlə təchizat

26. Peşə-əmək reabilitasiyası tədbirləri:

Peşəyönümünün təşkili

Peşə təlimi və peşə hazırlığı

Məşğulluğun təmin edilməsi

İş şəraitinin uyğunlaşdırılması

Fərdi məşğulluq proqramının tərtib edilməsi

27. Psixoloji-pedaqoji reabilitasiya tədbirləri:

Əsas təhsil bacarıqlarının (sayma, yazma, oxumaq) bərpasına dair xüsusi tədris vəsaitlərindən və metodlarından istifadə etməklə korreksiya aparılması

İbtidai bacarıqların (peşə, sosial, məişət) formalaşdırılması (bərpası), o cümlədən məişət şəraitində elementar hərəkətləri yerinə yetirmək istiqamətində təlimlərin aparılması

Sosial ünsiyyətin və mənimsəmə vərdişlərinin öyrədilməsi

əlilliyi olan uşaqlara özünəxidmət vərdişlərinin öyrədilməsinə dair valideynlərə təlimlərin təşkili

Loqopedik korreksiyanın aparılması

Surdopedaqoji yardım göstərilməsi

Psixodiaqnostik dəyərləndirmə

Fərdi və qrup məşğələləri

28. Sosial bacarıqların inkişafı üzrə tədbirlər:

Bədən tərbiyəsi və idman

29. Reabilitasiya vasitələri və xidmətləri:

Qeyd. 25-29-cu bəndlərdə qeyd olunmuş cədvəllərdə “Tədbirlərin həyata keçirilmə müddəti” bölməsində reabilitasiya tədbirinin başlanılması və qurtarması tarixi, yaxud mütəmadi olduğu göstərilməli, “İcraçı” bölməsində icraçılar aydın, dəqiq və səlis qeyd edilməli (məsələn, dövlət reabilitasiya müəssisəsi, tibb müəssisəsi, təhsil müəssisəsi və s.) və “Yerinə yetirilmə və ya yetirilməmə barədə qeyd” bölməsində reabilitasiya tədbirinin həyata keçirilməməsinin səbəbi qeyd edilməlidir.

Fərdi proqram tərtib olunub: ilk dəfə, təkrar, _________ müddətə

Fərdi proqramın hazırlanma tarixi _________________

Fərdi proqramın növbəti baxılma tarixi ______________

Fərdi reabilitasiya proqramının məzmunu ilə razıyam ___________________________

Tibbi-sosial ekspert komissiyasının sədri _____________________________________

Tibbi-sosial ekspert komissiyasının üzvü ____________________________________

Tibbi-sosial ekspert komissiyasının üzvü ___________________________________

1. Tibbi reabilitasiya tədbirlərinin nəticələrinin qiymətləndirilməsi:

1.1. itirilmiş funksiyanın bərpasına nail olunmuşdur (tam, qismən);

1.2. müsbət nəticələr müşahidə olunmur.

2. Peşə-əmək reabilitasiya tədbirlərinin nəticələrinin qiymətləndirilməsi:

2.1. əvvəlki iş yerinə uyğunlaşdırma;

2.2. əmək şəraitini dəyişməklə əvvəlki iş yerinə uyğunlaşma;

2.3. yeni peşə (ixtisas) alması;

2.4. uyğun iş yerinin seçimi;

2.5. məşğulluğun dayanıqlılığının müşahidəsi;

2.6. müsbət nəticələr müşahidə olunmur.

3. Psixoloji-pedaqoji reabilitasiya tədbirlərinin nəticələrinin qiymətləndirilməsi:

3.1. ünsiyyət bacarığının bərpası;

3.2. öz davranışına nəzarətetmə bacarığı;

3.3. hər hansı ixtisasa yiyələnməsi;

3.4. peşə istehsalat uyğunlaşmasına nailolma;

3.5. iş yerinə və peşəsinə bağlanma.

4. Sosial bacarıqların inkişafı üzrə tədbirlərin nəticələrinin qiymətləndirilməsi:

4.1. özünəxidmət bacarıqlarının əldə edilməsi (tam, qismən);

4.2. məişət fəaliyyəti bacarıqlarının bərpası (tam, qismən);

4.3. yaşayış şəraitinin və ətraf mühitin uyğunlaşdırılması;

4.4. sosial statusun bərpa edilməsi;

4.5. müsbət nəticələr müşahidə olunmur.

Hazırlanma tarixi “_____”___________ 20___il

Tibbi-sosial ekspert komissiyasının sədri ______________________________________

Tibbi-sosial ekspert komissiyasının üzvü ______________________________________

Tibbi-sosial ekspert komissiyasının üzvü ______________________________________

1. 7 iyun 2021-ci il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 670)

2. 23 dekabr 2021-ci il tarixli 408 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1532) (2022-ci il iyulun 1-dən qüvvəyə minir)

3. 17 sentyabr 2025-ci il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 870)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver