Qanunvericilik › Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Fitosanitar nəzarətinin və dövlət fitosanitar xidmətinin əhatə dairəsi

Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Fitosanitar nəzarəti aşağıdakıları əhatə edir:

3.1.1. hüquqi və fiziki şəxslər tərəfindən fitosanitar nəzarəti qanunvericiliyinin tələblərinə əməl olunmasını;

3.1.2. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün fitosanitar tədbirlərin təşkilini və həyata keçirilməsini;

3.1.3. bitki və bitkiçilik məhsullarının istehsalı, yığılması, tədarükü, satışı, saxlanması və daşınması zamanı fitosanitar normalara əməl edilməsini;

3.1.4. fitosanitar nəzarətində olan karantin obyektlərinin təhlükəsizliyinə nəzarət edilməsini, zərərli orqanizmlərlə sirayətlənmənin başvermə və yayılma səbəbləri və şəraiti üzrə müşahidənin aparılmasını, onların qarşısının alınması və ləğvi üçün icrası məcburi olan fitosanitar tədbirlərin müəyyən edilməsini və həyata keçirilməsini;

3.1.5. dövlət büdcəsinin vəsaiti hesabına alınmış pestisidlərin, o cümlədən onların ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanmasını, daşınmasını və istifadəsini;

3.1.6. pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istehsalı, idxalı, ixracı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətini;

3.1.7. qanunvericilikdə nəzərdə tutulan digər məsələləri.

3.2. Dövlət fitosanitar xidməti aşağıdakıları əhatə edir:

3.2.1. fiziki və hüquqi şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqlarda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində müayinələr, müşahidələr aparılmasını, profilaktika və bitki mühafizəsi sahəsində xidmətlərin həyata keçirilməsini;

3.2.2. bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə onların müraciəti əsasında bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr verilməsini;

3.2.3. əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılmasını, sahələrə aqrokimyəvi pasportların verilməsini və kartoqramların hazırlanmasını.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver