“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1011-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1922 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Fitosanitar nəzarətində olan, karantin obyekti hesab edilən bitkilərin və bitkiçilik məhsullarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 29 oktyabr 2018-ci il
buğda və buğda toxumları
qarğıdalı və qarğıdalı toxumları
arpa, çovdar, yulaf və onların toxumları
qarabaşaq, darı və digər dənli bitkilər və onların toxumları
dənli bitkilərin samanı və qabığı
yaşıl paxlalı tərəvəzlər
qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlər
soya paxlalıları, yerfındığı, pambıq və digər bu qəbildən olan yağlı bitkilər və onların toxumları
yarpaqlı və gövdəli tərəvəzlər
kökümeyvəli, soğanaqlı və ya köküyumru tərəvəzlər
tərkibində yüksək miqdarda nişasta və ya inulin olan süfrə
kökümeyvəliləri və köküyumruları
şəkər çuğunduru və şəkər çuğunduru toxumu
fermentləşdirilməmiş tütün
fermentləşdirilməmiş çay
kəsilmiş güllər və qönçələr; gül toxumları
çuğundur toxumları; yem bitkilərinin toxumları
tropik və subtropik meyvələr
tumlu və çəyirdəkli meyvələr
giləmeyvələr və turuncu meyvələr
meyvə toxumları, meyvə çəyirdəkləri və onların ləpələri
qoz-fındıq (yabanı bitən yeməli qoz-fındıq, yerfındığı)
kokos və digər bu qəbildən olan yağlı meyvə bitkiləri
meşə ağacları və onların toxumları
palıd qozası, atşabalıdı
emal olunmamış, yaxud sadə hazırlanmış təbii tıxac (mantar)
dekorasiya məqsədi ilə istifadə edilən bitki, yarpaq, ot, mamır və şibyə hissələri
yabanı bitən yeməli otlar
bitki xammalı: soğanaqlar, köküyumrular və köklər, şitil və qələmlər; göbələk telləri
emal edilməmiş ədviyyat
efir yağlı bitkilər və dərman bitkiləri
hörmə, içlik, aşılama və boyama məqsədi ilə ilkin formada istifadə olunan tərəvəz xammalı
nişasta və nişasta məhsulları
nişasta emalından alınan tullantılar
xam və ya təmizlənmiş qamış, yaxud çuğundur şəkəri
çuğundur puçalı və şəkər qamışının jmıxı
kakao-paxlalıların qabığı və dənələri
tərəvəz xammalı və tərəvəz qalıqları
mişarlanmış və rəndələnmiş ağac
uzununa mişarlanmış və ya doğranmış, hissələrə bölünmüş və ya 6 mm qalınlığında və daha qalın kəsilmiş ağac materialları; kimyəvi maddələrlə hopdurulmamış ağacdan dəmir yolu və ya tramvay şpalları
haşiyə və ya təbəqə üzrə işlənilmiş (profillənmiş) ağac, ağac yunu, ağac unu, ağac talaşası və ya yonqarı
yığma parket döşəmələr
ağacdan dülgərlik və xarratlıq məmulatları
ağacdan hazırlanmış yeməkxana və mətbəx ləvazimatları
pambıq linti (tiftiyi)
jmıx və bitki piyləri; yağlı bitkilərin toxum və meyvələrindən alınan un
kətan, daranmış kətan və kətan tullantısı (əyirmə tullantısı və didilmiş xammal daxil olmaqla)
daranmış çətənə və çətənə tullantısı (əyirmə tullantısı və didilmiş xammal daxil olmaqla)
torf (torf qırıntısı daxil olmaqla)
bitki mənşəli gübrələr
bitkidən hazırlanmış süpürgə