Qanunvericilik › Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların Siyahısı, habelə onların saxlanılmasına, mühafizəsinə və istifadəsinə dair Tələblərin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 01.05.2001) › Tam mətn

Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların Siyahısı, habelə onların saxlanılmasına, mühafizəsinə və istifadəsinə dair Tələblərin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 01.05.2001)

Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların Siyahısı, habelə onların saxlanılmasına, mühafizəsinə və istifadəsinə dair Tələblərin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 01.05.2001) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların Siyahısı, habelə onların saxlanılmasına, mühafizəsinə və istifadəsinə dair Tələblərin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 186 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların siyahısı, habelə onların saxlanılmasına, mühafizəsinə və istifadəsinə dair Tələblər" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 1 may 2001-ci il № 86

Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə

saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların

Siyahısı, habelə onların saxlanılmasına, mühafizəsinə və istifadəsinə dair

1.1. Bu qaydalar “Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununa və “Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 186 nömrəli Fərmanına əsasən hazırlanmışdır və fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və ya yetişdirilməsinə icazə verilən vəhşi heyvanların siyahısını, habelə onların saxlanılmasına, mühafizəsinə və istifadəsinə dair tələbləri müəyyən edir.

1.2. Hüquqi və fiziki şəxslər tərəfindən balıq ehtiyatlarının və su heyvanlarının artırılması, bərpası və yetişdirilməsi “Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli 152 nömrəli qərarı ilə tənzimlənir.

2. Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə

saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların

Fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının “Qırmızı Kitabı"na daxil olunanlardan başqa (qanunvericilikdə nəzərdə tutulan digər hallar istisna olmaqla), xüsusi icazə əsasında və müvafiq qaydada əldə edilmiş aşağıdakı vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilir:

suda-quruda yaşayanlar;

3. Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə

saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların

saxlanılmasına, mühafizəsinə və istifadəsinə dair

3.1. Fiziki və hüquqi şəxslər qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanları saxladıqda, mühafizə və istifadə etdikdə aşağıdakı tələblərə əməl etməlidirlər:

təbiətdə yaşadığı biotopa uyğun şərait yaratmaq;

təbii qida çeşidinə uyğun qida məhsulları ilə təmin etmək;

yaşına və cinsinə uyğun istifadə dərəcəsini tənzimləmək;

baytarlıq və zootexniki xidmətlə təmin etmək;

vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların məhv olmaq təhlükəsi yarandıqda və tərəf olması hallarında dərhal Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermək, xəstəliklərin profilaktikası və ləğv üzrə kompleks tədbirləri həyata keçirmək;

cinsi oyanma dövrlərində bioloji xüsusiyyətlərini nəzərə almaq;

il ərzində təbiətdə olan fəallıq və yuxu dövrlərini gözləmək;

təbiətdə olan cinsiyyət nisbətini, artım sürətini nəzərə almaq;

boğazlıq və doğum dövrlərində narahatedici faktorların qarşısını almaq;

heyvanlarla təmasda olduqda, yaşayış yerlərini dəyişdikdə təhlükəsizlik qaydalarına və normalarına əməl etmək;

heyvanlarla rəftarda humanistlik prinsiplərini gözləmək;

heyvanların yemləri saxlanılan yerlərdə sanitar normalara əməl etmək;

heyvan növlərinin qorunmasını təmin edən üsullardan istifadə etmək;

heyvan növləri saxlanılan və artırılan bütün obyektlərə heyvanlar aləminin mühafizəsinə, istifadəsinə nəzarətini həyata keçirən orqanların nümayəndələrini maneəsiz buraxmaq, onların qanuni tələblərini və qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək;

heyvan növlərində səmərəli istifadə etmək, istehsalat proseslərini həyata keçirərkən təbiəti mühafizə qaydalarına riayət etmək və ekoloji vəziyyətin pisləşməsinə yol verməmək;

bitişik ərazilərin hüdudlarında heyvan növlərinin mühafizəsini həyata keçirmək, Azərbaycan Respublikasının "Qırmızı Kitab"na daxil edilmiş və xüsusi mühafizə olunan heyvan növlərinin mühafizəsi rejiminə əməl etmək;

heyvanlar aləminin yaşayış şəraitinin pisləşdiyi hallarda artım qabiliyyəti aşağı düşdükdə və heyvanların məhv olması təhlükəsi yarandıqda, heyvanlara və onların yaşayış mühitinə zərərli təsirin qarşısını almaq üçün təcili tədbirlər görmək;

dövlət ekoloji ekspertizasının müsbət rəyləri olmadan heyvanlar aləmini məskunlaşdığı ərazilərdə mikroorqanizmlərin yeni ştamlarını, bioloji aktiv maddələrini yaratmamaq, genetik dəyişmiş orqanizmlər yetişdirməmək və başqa biotexnoloji məhsullar istehsal etməmək;

heyvanların yaşayış yerlərində müəyyən edilmiş ekoloji təhlükəsizlik normativlərinə riayət etmək;

Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının faunası üçün yeni olan heyvan növlərini iqlimə uyğunlaşdırmamaq və onları artırmamaq;

heyvanlar aləminin mühafizəsi və istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələri icra etmək.

3.2. Fiziki və hüquqi şəxslər tərəfindən qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə vəhşi heyvanların saxlanılması və yetişdirilməsi zamanı bu qaydanın 2.1 bəndində göstərilən tələblərə əməl edilmədikdə, onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəhşi heyvanların istifadə hüququndan məhrum edilə bilərlər.

3.3. Fiziki və hüquqi şəxslər tərəfindən qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılan, təbii mühitdən götürülməsinə və başqa yollarla qanuni əldə edilməsinə dair sənədləri olmayan vəhşi heyvanlar qanunsuz əldə edilmiş hesab olunur.

3.4. Təbii mühitdən götürülməsi və ya digər qanuni yollarla əldə edilməsi barədə sənədləri olmayan fiziki və hüquqi şəxslərdən vəhşi heyvanların alınması qadağandır.

3.5. Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin təbii şəraitdə qorunub saxlanılması və törəyib artması mümkün olmadıqda, bu məqsədlər üçün, habelə elmi-tədqiqat məqsədləri üçün onların qeyri-sərbəst şəraitdə süni çoxaldılmasına yol verilə bilər. Onların xüsusi yaradılmış şəraitdə artırılması, habelə elmi-tədqiqat və digər məqsədlər üçün tutulması müvafiq qaydalarla tənzimlənir.

1. 27 dekabr 2023-cü il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr 2023-cü il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1818)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver