7.1. Fövqəladə hallar orqanları əməkdaşının şəxsi işi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsi nəzərə alınmaqla tərtib edilir və aparılır. Fövqəladə hallar orqanları əməkdaşının şəxsi işində onun fövqəladə hallar orqanlarında xidmət keçməsi haqqında məlumatlar, şəxsi və iş keyfiyyətlərini əks etdirən sənədlər saxlanılır.
7.2. Fövqəladə hallar orqanları əməkdaşlarının şəxsi işi fövqəladə hallar orqanlarının kadr xidməti tərəfindən aparılır. Şəxsi işin aparılması və saxlanılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.