Qanunvericilik › Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə müvəqqəti xüsusi idarəetmə orqanı

Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə müvəqqəti xüsusi idarəetmə orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və təsdiq etdiyi Əsasnaməyə uyğun fəaliyyət göstərir.

17.2.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə müvəqqəti xüsusi idarəetmə orqanına həmin ərazidə fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının səlahiyyətləri tam və ya qismən verilə bilər.

17.3.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə müvəqqəti xüsusi idarəetmə orqanının rəhbəri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantı həmin ərazidə müvəqqəti xüsusi idarəetmə orqanının rəhbərinə tabe olur və vəzifəsinə görə onun birinci müavini olur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver