27.1.Fövqəladə vəziyyət rejiminin təmin olunması məqsədilə vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının, eləcə də mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qəbul olunmuş normativ hüquqi aktlar fövqəladə vəziyyət rejiminin müddətinin bitməsi ilə eyni vaxtda bu barədə xüsusi məlumat verilmədən qüvvəsini itirmiş hesab olunur.
27.2.Fövqəladə vəziyyət rejiminin müddətinin bitməsi bu rejimin tələblərinin pozulması ilə əlaqədar inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi və göstərilən əsaslarla inzibati qaydada tutulan şəxslərin dərhal azad olunması ilə nəticələnir.