30.1. Bu Qanuna əsasən fövqəladə vəziyyət tətbiq edildiyi halda müvafiq icra hakimiyyəti orqanı "Mülki və siyasi hüquqlar haqqında" 1966-cı il tarixli Beynəlxalq Pakta və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" 1950-ci il tarixli Avropa Konvensiyasına müvafiq olaraq 3 gün müddətində Birləşmiş Millətlər Təşkilatının Baş katibini və Avropa Şurasının Baş katibini vətəndaşların hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması, bu məhdudlaşdırılmaların həcmi və belə qərarın qəbul olunmasının səbəbləri barədə məlumatlandırır.
30.2. Müvafiq icra hakimiyyəti orqanı bu Qanuna uyğun olaraq fövqəladə vəziyyət müddətinin bitməsi barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibini və Avropa Şurasının Baş katibini məlumatlandırır.