4.1. Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi akt ilə tətbiq edilir.
4.2. Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal media ilə elan olunmalı, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq dərc edilməlidir.