Qanunvericilik › Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləğinin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 24.06.2005) › Tam mətn

Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləğinin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 24.06.2005)

Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləğinin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 24.06.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanının 1.4-cü və 1.7-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləği” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 24 iyun 2005-ci il

1. Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması aşağıdakı mənbələr hesabına həyata keçirilir:

1.1. “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaradılan fövqəladə ehtiyatlar;

1.2. Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti;

1.3. qanunvericiliklə müəyyən edilmiş digər mənbələr.

2. Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması məqsədilə fövqəladə ehtiyatlar fövqəladə vəziyyətin proqnozlaşdırılan növləri və ölçülərinə, onların aradan qaldırılması üçün aparılacaq işlərin nəzərdə tutulan həcminə əsasən, eləcə də fövqəladə vəziyyətin aradan qaldırılması üçün mövcud qüvvə və vasitələrdən maksimum dərəcədə istifadə olunması şərtilə yaradılır.

3. Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması məqsədilə yaradılan fövqəladə ehtiyatlar insanların bilavasitə həyatına və sağlamlığına qarşı yönəldilmiş təhlükənin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, zərərçəkmiş vətəndaşların müvəqqəti yaşayış və qidalanma məntəqələrinin təşkili və saxlanılması, zərərçəkmiş vətəndaşlara birdəfəlik maddi yardımın göstərilməsi və zərərçəkmiş əhalinin həyat fəaliyyətinin təmin olunması ilə bağlı digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün istifadə edilir.

4. Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı (mərkəzi idarəetmə orqanı) tərəfindən müəyyənləşdirilmiş sosial ödənişlər və kompensasiyalar natura və ya pul formasında ödənilə bilər.

5. Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı (mərkəzi idarəetmə orqanı) sosial ödənişlərin, kompensasiyaların ödənilməsinə, maddi yardıma, sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi ilə bağlı vəsaitə, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsinə tələbatı təsdiqedici sənədlərlə birlikdə müvafiq qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

6. Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan müvəqqəti xüsusi idarəetmə orqanının (mərkəzi idarəetmə orqanının) pul vəsaitinə və maddi yardıma olan tələbatı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə göndərilir.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məbləği müəyyən edilmiş pul kompensasiyalarının vətəndaşların adına müvəqqəti yaşadığı ərazi üzrə açılmış bank hesabına, sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi ilə bağlı və fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması üçün müəyyən edilmiş vəsaitin Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan müvəqqəti xüsusi idarəetmə orqanının (mərkəzi idarəetmə orqanının) bankdakı müvafiq hesablarına, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi üçün büdcədən ayrılmış vəsaitin isə müvafiq təşkilatların bankdakı hesablarına köçürülməsini təmin edir.

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş fövqəladə ehtiyatlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan müvəqqəti xüsusi idarəetmə orqanına (mərkəzi idarəetmə orqanına) buraxılmasını təmin edir.

8. Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı (mərkəzi idarəetmə orqanı) ayrılmış vəsaitin xərclənməsinə və fövqəladə ehtiyatlarının istifadəsinə dair hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

9. Fövqəladə hallar şəraitində müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülmüş zərərçəkmiş şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən müvafiq işlə təmin edilirlər, bu mümkün olmadıqda isə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əlavə tədbirlər həyata keçirilir.

1. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

2. 5 mart 2021-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 272)

3. 31 may 2022-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 577)

4. 2 dekabr 2023-cü il tarixli 432 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 dekabr 2023-cü il, “Xalq” qəzeti, 5 dekabr 2023-cü il, № 265, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1767)

5. 16 oktyabr 2024-cü il tarixli 455 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 oktyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 18 oktyabr 2024-cü il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 10, maddə 1167)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver