Qanunvericilik › Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi

Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır.

3.2. Aşağıda sadalananlar ayrı-seçkilik hesab olunmur:

3.2.1. qadınlar üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş güzəştlər, imtiyazlar və əlavə təminatlar;

3.2.2. kişilər üçün həqiqi hərbi (alternativ) xidmətə çağırış;

3.2.3. kişi və qadınlar üçün qanunla müəyyənləşdirilmiş fərqli pensiya yaşı;

3.2.4. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq, ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması;

3.2.5. kişi və qadınlar üçün cəzaçəkmə müəssisələrində fərqli şəraitin yaradılması;

3.2.6. gender bərabərliyinin təmin edilməsi məqsədilə xüsusi tədbirlərin həyata keçirilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver