Geodeziya və kartoqrafiya üzrə normativ-texniki sənədlər geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində normativ və texniki tələbləri, norma və qaydaları müəyyən edir.
Geodeziya və kartoqrafiya üzrə normativ-texniki sənədlərin tələblərinə əməl olunması bütün geodeziya və kartoqrafiya fəaliyyəti subyektləri üçün məcburidir. Geodeziya və kartoqrafiya üzrə normativ-texniki sənədlər geodeziya, topoqrafiya, və kartoqrafiya materiallarının və məlumatlarının ekspertizası və mübahisəli məsələlərin həlli üçün əsasdır.
Geodeziya və kartoqrafiya üzrə normativ-texniki sənədlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilir.