Qanunvericilik › Geodeziya və kartoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində hüquq münasibətlərinin obyektləri və subyektləri

Geodeziya və kartoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində hüquq münasibətlərinin obyektləri aşağıdakılardır:

Azərbaycan Respublikasının ərazisi;

Azərbaycan Respublikasının daxili suları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi;

Azərbaycan Respublikasının üzərindəki hava məkanı və təbii fəza cisimləri də daxil olmaqla, kosmik fəza.

Geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində hüquq münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri və vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslərdir.

Geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində hüquq münasibətlərində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.

Bələdiyyələr geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində hüquq münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər.

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində hüquq münasibətlərində sahibkarlıq fəaliyyəti göstərmək və öz ehtiyaclarını ödəmək məqsədilə iştirak edirlər.

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici müəssisələr, xarici investisiyalı müəssisələr, xarici dövlətlərin hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində hüquq münasibətlərində yalnız geodeziya və kartoqrafiya materiallarının və məlumatlarının istehlakçıları kimi iştirak edə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver