Geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrinin, habelə qrafiki, rəqəmli, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi və nəşri;
dövlət topoqrafik xəritələrin və planların hazırlanmasının, ümumdövlət, müdafiə, elmi- tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət plan və yüksəklik, o cümlədən qravimetrik şəbəkələrin yaradılması, inkişaf etdirilməsi və işçi vəziyyətdə saxlanmasının təşkil edilməsi;
geodeziya və kartoqrafiyanın inkişafı üçün aerokosmik məlumatlar əsasında yer səthinin tədqiq edilməsi;
geodeziya və kosmik ölçmələr əsasında müntəzəm geodinamik müşahidələrin aparılması;
Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin edən geodeziya, topoqrafiya, kartoqrafiya və hidroqrafiya işlərinin həyata keçirilməsi;
dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması və ümumcoğrafi, siyasi-inzibati, elmi-məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlasların, kartoqrafiya-tədris vasitələrinin layihələşdirilməsi, tərtibi və nəşri;
vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarının təyin olunması;
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi xəritəsinin, o cümlədən topoqrafik və dəniz xəritələrinin hazırlanması;
geodeziya, topoqrafiya, qravimetrik, planalma, o cümlədən kosmik və aeroplanalma, xəritəçəkmə, xüsusi mühəndis-geodeziya işlərinin aparılması;
torpaq, su, meşə, şəhər və digər kadastr işlərinin aparılması üçün geodezi istinadın yaradılması, topogeodeziya, kartoqrafiya və kadastr plan-xəritələrinin tərtibatı, yeniləşdirilməsi və təminatı;
coğrafi adların dövlət dilinin normalarına uyğun olaraq qaydaya salınması və qeydiyyatının aparılması;
geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin metroloji təminatı;
Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin geodeziya, topoqrafiya, kartoqrafiya və hidroqrafiya işləri nəticəsində delimitasiyası və demarkasiyası;
xüsusi (sahəvi) təyinatlı geodeziya, topoqrafiya, kartoqrafiya və planalma işlərinin aparılması;
geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının, məlumatlarının, avadanlıq və cihazlarının istehsalının təşkil edilməsi;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələrin həyata keçirilməsi.