112.1. Təbii fəlakət zonalarında zərər çəkmiş əhaliyə yardım göstərilməsi üçün göndərilən ərzaq məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar yardım yükü hesab olunur.
112.2. Yardım yüklərinin gömrük rəsmiləşdirilməsi bu Məcəllədə nəzərdə tutulan sadələşdirilmiş bəyannamələrdən istifadə olunmaqla aparılır.
112.3. Yardım yüklərinə ticarət siyasəti tədbirləri, qadağa və məhdudiyyətlər, həmçinin gömrük ödənişləri tətbiq edilmir. VIII BÖLMƏ MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ VƏ BU ƏRAZİDƏN APARILMASI FƏSİL 17 MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ