QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 126

Maddə 126. Gömrük ərazisindən aparılan mallar üzərində gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

126.1. Gömrük ərazisindən aparılan mallar bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş müddətdə gömrük nəzarəti altında olur və onlara bu Məcəllənin 92.2-ci maddəsi ilə müəyyən edilmiş gömrük nəzarəti formaları tətbiq edilir.

126.2. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda, gömrük ərazisindən aparılan malların gömrük rəsmiləşdirilməsi aşağıdakılar tətbiq olunmaqla həyata keçirilir:

126.2.1. ixrac gömrük rüsumlarının tutulması;

126.2.2. milli təhlükəsizliyin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanların və bitkilərin, ətraf mühitin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından müəyyən edilmiş qadağalar.

126.3. Malların aparılmasına o şərtlə icazə verilir ki, aparılan mallar bu Məcəllənin 125.3-cü maddəsində nəzərdə tutulmuş gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin və ya qısa ixrac bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiq edildiyi zaman olduğu vəziyyətdədir. FƏSİL 19 İXRAC, TƏKRAR İXRAC VƏ MÜVƏQQƏTİ İXRAC

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver