129.1. Gömrük ərazisindən malların aparılması üçün gömrük bəyannaməsi və ya təkrar ixrac bildirişinin tələb olunmadığı hallarda gömrük orqanlarına qısa ixrac bəyannaməsi təqdim edilməlidir.
129.2. Riskin təhlili və gömrük nəzarətinin düzgün tətbiqi üçün zəruri olan məlumatları özündə əks etdirən qısa ixrac bəyannaməsinin formasını və təqdim olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
129.3. Qısa ixrac bəyannaməsi məlumatların elektron emalı üsulundan istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir.
129.4. Qısa ixrac bəyannaməsi gömrük orqanlarına kağız üzərində yazılı formada da təqdim edilə bilər. Həmin bəyannamə risklərin idarə olunmasını, məlumatların gömrük orqanları arasında mübadiləsini elektron formada verilən qısa ixrac bəyannaməsinə analoji səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları tərəfindən təsdiq olunur.
129.5. Qısa ixrac bəyannaməsi aşağıdakı şəxslərdən biri tərəfindən təqdim edilə bilər:
129.5.1. malları gömrük ərazisindən aparan və ya onun daşınmasına görə cavabdeh olan şəxs;
129.5.2. malları ixrac edən və ya göndərən, yaxud bu Məcəllənin 129.5.1-ci maddəsində qeyd olunan şəxsin adından çıxış edən digər şəxs;
129.5.3. malları səlahiyyətli gömrük orqanına təqdim edən və ya təqdim etməli olan istənilən şəxs.
129.6. Bu Məcəllənin 129.7-ci maddəsində göstərilən hallar istisna olmaqla, qısa ixrac bəyannaməsi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciə Maddə ….6. Bu Məcəllənin 129.7-ci maddəsində göstərilən hallar istisna olmaqla, qısa ixrac bəyannaməsi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir.
129.7. Aşağıdakı hallarda qısa ixrac bəyannaməsinə düzəlişlərin edilməsinə icazə verilmir:
129.7.1. gömrük orqanları qısa ixrac bəyannaməsini təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra;
129.7.2. gömrük orqanları qısa ixrac bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra;
129.7.3. gömrük orqanları malların aparılmasına icazə verdikdən sonra.