QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 13

Maddə 13. Gömrük orqanları tərəfindən “bir pəncərə” prinsipinin tətbiqi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. B eynəlxalq ticarətin asanlaşdırılması məqsədi ilə gömrük orqanları dövlət sərhədinin buraxılış məntəqəsində mallara baytarlıq, fitosanitar və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəzarət növlərini “bir pəncərə” prinsipi əsasında mümkün qədər qısa vaxtda həyata keçirirlər.

13.2. Gömrük orqanları və digər dövlət orqanları risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılmasına şəraitin yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların öz aralarında və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə mübadiləsini həyata keçirirlər. Maddə 13 -1. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün buraxılış sistemlərinin tətbiqi 13-

1.1. Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur. 13-

1.2. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən ist Maddə … ri tətbiq olunur. 13-

1.2. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları, o cümlədən xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver