131.1. Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) aşağıdakılar barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir:
131.1.1. nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;
131.1.2. nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;
131.1.3. nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;
131.1.4. təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;
131.1.5. mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;
131.1.6. nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.
131.2. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs:
131.2.1. nəqliyyat vasitəsi gömrük ərazisinin müəyyən olunmuş gömrük sahəsinə daxil olarkən daxilolma haqqında məlumatı gömrük orqanlarına təqdim etməli;
131.2.2. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən icazə verilənədək heç bir şəxsin nəqliyyat vasitəsini tərk etməsinə və ya oraya daxil olmasına imkan verməməli;
131.2.3. nəqliyyat vasitəsinin gömrük sahəsi daxilində hərəkəti, malların nəqliyyat vasitəsindən boşaldılması, heyətin və başqa şəxslərin nəqliyyat vasitəsindən düşürdülməsi barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir.
131.3. Nəqli Maddə … tin və başqa şəxslərin nəqliyyat vasitəsindən düşürdülməsi barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir.
131.3. Nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olduqdan sonrakı 1 (bir) saat müddətində gömrük orqanlarına daxilolma haqqında məlumat verilməlidir. Nəqliyyat vasitəsi gömrük ərazisinə gömrük orqanlarının iş vaxtından kənar saatlarda daxil olduqda, bu məlumat onların növbəti iş vaxtı başlandıqdan sonrakı 1 (bir) saat müddətində verilməlidir.
131.4. Bu Məcəllənin 131.1-ci maddəsində göstərilən məlumatlar gömrük orqanlarına nəqliyyat vasitəsinə görə məsul şəxslərin adından onların nümayəndəsi tərəfindən də təqdim oluna bilər.
131.5. Nəqliyyat vasitələri gömrük ərazisinə yüksüz və sərnişinsiz daxil olarkən, bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir.