134.1. Qəza, fövqəladə və digər qarşısıalınmaz hadisələrin baş verməsi nəticəsində müəyyən gömrük sahəsinə lövbər salmaqla, yerə enməklə, saxlanılmaqla, dayanmaqla və başqa formada daxil olmaq məcburiyyəti qarşısında qalan nəqliyyat vasitələrinə bu Məcəllənin 131.2.2-ci maddəsi şamil edilmir.
134.2. Müəyyən olunmuş gömrük sahəsindən fərqli sahəyə daxil olan nəqliyyat vasitəsinə görə məsul olan şəxs:
134.2.1. bu barədə gömrük orqanlarının vəzifəli şəxslərinə dərhal məlumat verməli;
134.2.2. nəqliyyat vasitəsində daşınan malların boşaldılmasına, heyət üzvlərinin və başqa şəxslərin nəqliyyat vasitəsinin dayandığı yerdən uzaqlaşmasına gömrük orqanlarının vəzifəli şəxslərinin icazəsi olmadan yol verməməli;
134.2.3. nəqliyyat vasitəsində olan mallar, onun heyəti və başqa şəxslər barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərini yerinə yetirməlidir. FƏSİL 21 NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK ƏRAZİSİNDƏN YOLA DÜŞMƏSİ